Mühazirə müəllimi Bağırova Təranə Mövzu 1: Dünya iqtisadiyyatının tarixi. Plan


İlkin kapital yığımın mahiyyəti, mənbələri, metodları və nəticələri



Yüklə 342,13 Kb.
səhifə4/6
tarix01.11.2017
ölçüsü342,13 Kb.
#7973
növüMühazirə
1   2   3   4   5   6

3. İlkin kapital yığımın mahiyyəti, mənbələri, metodları və nəticələri.

XVI əsrdə kapitalın ilkin yığımı dövrü başlamışdır. Avropada ilkin kapital yığımı istehsalçıların istehsal vasitələrindən zorakılıq yolu ilə məhrum edilməsi nəticəsində sərvətin bir qrup şəxsin əlində cəmləşməsi və azad işçi qüvvəsi ordusunun yaranması prosesidir.

Göründüyü kimi ilkin kapital yığımı prosesi kapitalist təsərrüfatı üçün vacib olan iki mühüm amili təmin edir. Birincisi, natural səciyyəli feodal təsərrüfatından fərqli olaraq kapitalist əmtəə təsərrüfatı başlanğıcdan kapital qoyuluşu tələb edir. Bu vəsait həmin təsərrüfatı yaratmaq funksiyasını öz üzərinə götürən üçüncü zümrə nümayəndələrinin , əsasən burjuaziyanın əlində cəmləşməsi idi. İkincisi, muzdlu əməyə əsaslanan kapitalist təsərrüfatı azad işçi qüvvəsi bazarının olmasını tələb edir.

Kapitalizmin yaranması və inkişafında aparıcı rol oynayan üçüncü zümrə( silk) əsasən üç mənbənin: mütərəqqi feodallar olan yeni zadəganların, tacirlər və şəhər varlılarının , varlı kəndlilərin hesabına formalaşmışdır.

XVI əsrdə Qərbi Avropa ölkələrində ilkin kapital yığımının yuxarıda sadalanan iki mühüm şərti yaranmağa başlamışdır. İlkin kapital yığımının yaranmasında ilk mühüm addım kəndlinini təhkimçilik asılılığından , sənətkarın isə sex nizamnaməsi və məhdudiyyətlərindən azad edilməsi oldu. Bunun ardınca xırda əmtəə istehsalçılarının istehsal vasitələrindən məcburi surətdə məhrum edilərək, onların öz işçi qüvvəsini satan muzdlulara çevrilməsi prosesi başladı. K. Marksın sözləri ilə deyilsə, ilkin kapital yığımı tairxi “ bəşər səlnaməsinə qılınc və odla yazılmışdır”. Bu , ilkin kapital yığımının ilk səhifəsidir.

İlkin kapital yığımının ikinci səhifəsini isə iri pul vəsaitlərinin sex ustaları, fermerlər , ən başlıcası isə tacir və sələmçilərin əlində cəmləşməsi prosesi təşkil edir. İlkin kapital yığımının əsas mənbələrini müstəmləkə müharibələri, qul ticarəti, quldurluq , dövlət borcları, vergilər, proteksionizm( himayədarlıq) sistemi, Afrika, Asiya, Şimali və Cənubi Amerikanın yerli əhalisinin amansız üsullarla əsarətə alınması və qarət olunması təşkil edir. Bir çox qərb müəlliflərinin iddia etdiyi kimi, burjua zümrəsi təkcə əməksevərlik, təşəbbüs və bacarıq hesabına yox, həm də zorakılıq , milyonlarla insanı dilənçilik həddinə çatdıran qarət hesabına yaranmışdır.

İlkin kapitlal yığımı- sadə kapitalist kooperasiyası- manufaktura- kapitalist fabriki mərhələlərindən keçən kapitalist istehsalının klassik inkişaf yolu Qərbi Avropanın bütün aparıcı ölkələri, ilk növbədə İngiltərə və Hollandiya üçün səciyyəvidir. Bu dövrdə İngiltərənin iqtisadi tarixində baş verən hadisələr böyük əhəmiyyət kəsb edir. İlkin kapital yığımının klassik forması da məhz burada baş vermişdir. İngiltərədə bu proses XV əsrdə başlamış və XVIII əsrin ikinci yarısında kəndli zümrəsinin təmiz yoxa çıxması ilə başa çatmışdır. XIII- XV ərslərdə İngiltərə 3- 3,5 milyon əhalisi olan krallıq idi. Bu, Fransa əhalisindən 5 dəfə az idi və cəmi 20%- ni şəhər əhalisi təşkil edirdi. Şəhərləri elə də böyük deyildi. XV yüzilədək isə İngiltərə Qərbi Avropanın iqtisadi cəhətdən geri qalmış aqrar ölkəsi idi.

Böyük coğrafi kəşflərin əsas nəticələrindən biri kimi dünya ticarət yollarının Aralıq dənizindən Atlantik okeanına keçməsi ilə XVI əsrdə İngiltərə beynəlxalq dəniz yollarının mərkəzinə çevrilmişdi. İngiltərənin Avropanın iqtisadi inkişafından nisbi təcrid vəziyyətinə son qoyulmuş və iqtisadi inkişaf mərhələsi başlanmışdı. Avropa sənayesinin ingilis yununa tələbatının getdikcə artması XVI yüzillikdə İngiltərənin iqtisadi yüksəlişinə səbəb oldu.

İngiltərədə ilkin kapital yığımının sürətli getməsinin əsas səbəblərindən biri xırda istehsalçıların istehsal vasitələrindən daha intensiv surətdə məhrum edilərək muzdlu işçi qüvvəsinə çevrilməsidir. Ingiltərədə xırda istehsalçı olan kəndlilərin 20% - iöz torpaq paylarının sahibi idi. Kəndlilərin 60%- ni təşkil edən kopiqolderlər hələ XIV – XV əsrlərdə təhkimçilik asılılığından azad olsalar da, ixtiyarlarında olan torpaqlardan istifadə üçün feodala pul rentası ödəyirdilər.

XVI əsrdə İngiltərənin 5,5 milyon nəfərə çatan əhalisindən 4,2 milyon nəfəri kənddə yaşayırdı. Avropada ingilis mahuduna tələbatın çoxalması və bu məhsulun yüksək qiyməti qoyunçuluğu əkinçiliyə nisbətə daha gəlirli sahəyə çevirmişdi. Ona görə də iri torpaq sahiblərinin çoxu öz torpaqlarını otlağa çevirərək qoyun saxlamağa başlamışlar. Onlar kəndlilərə məxsus icma torpaqlarını zəbt edir, kəndliləri , əsasən kopiqolderləri öz torpaqlarından qovur, bütöv kəndləri hasara alaraq otlaq yerləri yaradırdılar. Bu proses tarixdə “ çəpərləmələr” adı almışdır. İngiltərə hökümətinin XVI əsr boyu dəfələrlə kəndlilərin torpaqdan qovulmasını qadağan edən qanunlar verməsinə baxmayaraq, bu prosesin qarşısını almaq mümkün olmadı. “ Çəpərləmələr” prosesi İngiltərədə iri və ixtisaslaşdırılmış fermer təsərrüfatının yaranmasına və inkişafına gətirib çıxartdı. İri torpaq sahibləri ( lendlordlar) özlərinə məxsus və zəbt olunmuş dövlətləri fermerlərə böyük məbləğə və uzun müddətə( 99 il) icarəyə verirdilər.

İngiltərərdə aqrar çevrilişinin tərkib hissələrindən biri olan çəpərləmələr ağır sosial nəticələrə gətirib çıxartmışdı. Öz torpağından qovulan, işsiz qalıb avara və dilənçiyə çevrilən on minlərlə kəndlinin hamısını nə fermer təsərrüfatı , nə də manufakturalar işlə təmin etmək gücündə deyildi. İngiltərə hökuməti belə şəxslərə qarşı çox amansız və tarixdə “ qanlı “ adlanan qanunlardan istifadə edirdi. Belə avara və dilənçi şəxslər birinci dəfə ələ keçəndə döyülür, ikinci dəfə tutulanda ağır fiziki ( bədən) cəzalara məruz qalır, üçüncü dəfə isə ölümə məhkum edilirdilər.

İngiltərədə ilkin kapital yığımının mənbələrindən biri kimi kilsə islahatı olmuşdur. XVI əsrin birinci yarısında həyata keçirilən bu islahat nəticəsində monastrların torpaq və əmlakı qismən, aşağı qiymətə zadəganlara, fermerlərə və varlı şəhərlilərə satıldı. Yeni zadəgan və burjuaziya , habelə kral xəzinəsi bu prosesdə xeyli gəlir əldə etdilər.

Böyük pul vəsaitlərinin toplanmasında İngiltərənin qul ticarəti və quldurluda iştirakı mühüm rol oynamışdır. XVI əsrdə İngiltərə Amerikadakı müstəmləkələrə canlı əmtəə olan Afrika qullarının daşınmasında birinci yerə çıxmışdı. İngiltərə müstəmləkə ölkələri ilə ticarətdən də böyük gəlir götürürdü.

İngiltərənin ilkin kapital yığımında borc sistemi də mühüm rol oynayırdı. Bəzən krallar pula ehtiyac yarananda sələmçi və tacirlərdən böyük faizlə borc götürürdülər. Bu ağır yük təbii ki, ölkənin vergi verən əhalisinin üzərinə düşürdü, ingilis burjuaziyası isə daha da varlanırdı.

İngiltərə hökuməti ölkə sənayesinin inkişafına əlverişli iqtisadi şərait yaratmaq üçün proteksionizm( himayədarlıq) siyasəti yeridirdi. XVI- XVII əsrlərdə xaricdən gətirilən bir sıra hazır mallar üzərinə ağır gömrük rüsumu qoyulmuş, bəzi malların idxalı( məsələn, yun parça) qadağan edilmişdi. Ölkədən xammal və ərzaq məhsulları aparmaq da qadağan idi. 1651- ci ildən İngiltərə hökumətinin verdiyi Naviqasiya qanununa görə idxal olunan mallar ya onları istehsal edən ölkələrin öz gəmisində, yaxud da ingilis gəmilərində daşınmalı idi. Bu qanun əslində dünya ticarətində vasitəçilik edən Hollandiyanın dəniz qüdrətinə sarsıtıcı zərbə vurdu.

İlkin kapital yığımı prosesi kapitalist münasibətlərinin yarandığı digər ölkələrdə də baş vermişdir. Ancaq çoxsaylı kəndli kütləsinin mövcud olduğu ölkələrdə bu proses xeyli ləng getmişdir.


4. Merkantilizm siyasəti.

Merkantilizm ilk nəzəri məktəbdir.

Merkantilizm feodalizmin dağıldığı və kapitalizmin qərarlaşdığı dövrdə natural təsərrüfatın əmtəə- pul münasibətləri tərəfindən sıxışdırılması nəticəsində meydana gəlmişdir. Kapitalizmin inkişafına bilavasitə təkan vermiş ilkin kapital yığımı dövründə pula hərislik ümumi xarakter almışdır. Pul sərvətin simvolu, hakimiyyətin maddi vasitəsi kimi təsəvvür olunur və buna görə də , XV- XVII əsrlərdə burjua iqtisadi fikrinin başlıca tədqiqat obyekti hesab edilir. Merkantilistlər ilkin kapital yığımının təcrübəsinin ümumiləşdirmək, bu prosesin sürətləndirilməsinin praktik məsələlərini həll etməklə ticarət burjuaziyasiyasının mənafeyini ifadə edirdi. Lakin bu, hələ elmi nəzəriyyə deyildi, çünki merkantilistlər müşahidə etdikləri hadisələri nəzəri cəhətdən təhlil etmək əvəzinə , onları sadəcə olaraq təsvir edir və təsnifatını verirdilər. Onlar belə hesab edirdilər ki, insanların sərvəti puldur, qızıldır , çünki bunların vasitəsilə hər şeyi satın almaq olar. Kapitalistlərin fəaliyyətinin ilk növü böyük məbləğdə gəlir əldə etməyə imkan verən xarici ticarətdən ibarət olduğuna görə bu təsəvvürlər təsadüfi deyildi. Burada artım göz qabağında idi. Belə ki, o dövrdə hər hansı bir ölkədə əmtəələri nisbətən ucuz qiymətə satın alan kapitalistlər onları başqa ölkələrdə baha qiymətə satırdılar. Merkantilistlər hesab edirdilər ki, sərvət xarici ticarət nəticəsində toplanır və buna görə də tədavül dairəsi xüsusi tədqiqat obyekti olmalıdır.

Merkantilizm öz inkişafında iki mərhələdən keçmişdir. O, özünün erkən mərhələsində ( XV- XVI əsrin əvvəlləri) monetorizm formasında çıxış edirdi. Monetorizm qızıl və gümüşü sərvətin yeganə forması hesab edir və onları ideallaşdırırdı. Amerikada qızıl və gümüş yataqlarının kəşf olunması İtaliya və Portuqaliyada xarici ticarətin inkişaf etməsinə səbəb olurdu. XVI əsrin əvvəllərində bu ölkədə sikkənin dəyərinin aşağı düşməyə başlaması ( “ qiymətlər inqilabı”) ticarəti kənd təsərrüfatı və sənətkarlığı canlandırır və belə bir fikrin təsbit olunmasına gətirib çıxarırdı ki, məhz pulun mövcudluğu milli sərvət problemini həll edir.

Monetorizm merkantilizmin primitiv forması idi. Monetoristlər “ pul balansı” nəzəriyyəsini irəli sürmüşlər. Bu nəzəriyyəyə uyğun olaraq, onlar ölkədən pulun başqa yerə aparılmasının qadağan olunmasına, idxalın məhdudlaşdırılmasının, qızıl və gümüş hasilatının artırılmasına, kənardan gətirilən əmtəələrə yüksək gömrük qıyməti olmasına və borc faizinin aşağı salınmasına üstünlük verirdilər. Onalar xarici ticarətin dövlət tərəfindən tənzimlənməsini tövsiyyə edirdilər. Onalrın fikrincə bu, metal pulların ölkəyə axıb gəlməsini və onun ölkədən kənara aparılmasının qarşısının alınmasını təmin edirdi. Monetoristlər sərvətlə pulu eyniləşdirməklə pulun dəyərini qızıl və gümüşün təbii xassələrində görürdülər.

XVI əsrin ikinci yarısında merkantilizmin inkişafında ikinci mərhələ başlandı. Bu dövrün merkantilistləri əmtəə mübadiləsi dairəsinin tədqiqinə xüsusi diqqət yetirirdilər və onlar tərəfindən “ ticarət balansı” nəzəriyyəsi işlənib hazırlanmışdır. Bu nəzəriyyəyə görə xarici ticarəti geniş inkişaf etdirmək lazım idi. Çünki sərvət, onların fikrincə, qızıl və gümüşdən ibarətdir.

Bu dövrün merkantilistləri öz ölkələrində ticarətin ,əsas etibarı ilə iqtisadi amillərdən istifadə etməklə inkişaf etdirilməsi üçün əlverişli şərait yaradılmasını təklif edirdilər. Onlar sənaye mallarının ixracının artması ilə əlaqəli şəkildə gəmiçiliyin inkişaf etdirilməsini zəruri hesab edir, borc faizinin sərbəst hərəhəkitini , dəfinə yığılmasını pisləyir və erkən merkantilistlərdən fərqli olaraq ölkədən pulun kənara aparılmasının qadağan olunmasına tərəfdar çıxırdılar. Onalrın fikrincə pul daim dövriyyədə olmalıdır və ixrac olunmuş malların dəyəri idxal olunan malların dəyərindən nə qədər çox olarsa ( aktiv ticarət balansı), dövlət bir o qədər varlı olar. Onlar bunu təmin olunmasına iki yolla nail olmağı tövsiyyə edirdilər:

1) Hazır malların ixrac edilməsi və ziynət şeylərinin idxal olunmasını qadağan etmək hesabına;

2) Ticarətdə vasitəçilik etməyin köməyi ilə( bunu başlıca yol hesab edirdilər).

Bu zaman pulun xaricə aparılmasına icazə verilirdi. Həm də onlar belə bir prinsip irəli sürürdülər: bir ölkədə ucuz alıb başqa ölkədə baha satmaq.Yetkin merkantilistlər aktiv ticarət balansını təmin etmək və xarici bazarları ələ keçirmək üçün himayəçilik siyasətini müdafiə edirdilər. Bu siyasət xaricdən gətirilən mallara yüksək gömrük rüsumu qoyulmasını və əmtəə ixracının həvəsləndirilməsini nəzərdə tuturdu.

XVII əsrin əvvəllərində Qərbi Avropada pul çatışmazlığı artıq hiss olunmurdu və ölkəyə metal pul gətirilməsi siyasəti iri ticarət kapitalının mənafeyinə uyğun gəlmirdi. Bununla əlaqədar olaraq tanınmış ingilis merkantilisti Tomas Men özünün “ İngiltərənin Ost- Hind ilə ticarəti haqqında düşüncələr”( 1621)və “ Xarici ticarətdə İngiltərənin sərvəti, yaxud da xarici ticarət balansımız sərvətimizin tənzimləyicisidir”( 1664- cü ildə vəfatından sonra nəşr edilmişdir)əsərlərində hər cün idxal olunduğundan xaricə daha çox məhsul satılması, xarici malların istehlak olunmasının ixtisar edilməsi, ixrac sənayesinin kənd təsərrüfatında xammal bazarının genişləndirilməsi təkliflərini irəli sürürdü. Tomas Menin ideyaları S. Fortrey özünün “ Ehtiyatların artırılması və karallığın ticarətinin genişləndirilməsindən İngiltərənin faydalanması və firavanlıq” ( 1663) əsərində davam etdirmişdir. O, İngiltərə sənayesinin inkişfa tedirilməsi mənafeyinə uyğun olaraq xaricdən gətirilmiş əmtəələrin üzərinə yüksək gömrük rüsumu qoyulmasını, hazır malların ixrac olunmasının stimullaşdırılmasını tələb edir və Men kimi o da ticarət mənfəətinin ixrac edilən malların keyfiyyətinin yüksəldilməsi və istehsal xərclərinin , o cümlədən əmək haqqının azaldılması hesabına artırılmasını təklif edirdi. İngiltərə merkantilistləri aktiv ticarət balansının əsaslandırılmasını müstəmləkəçilik siyasəti ilə əlaqələndirirdilər.

Merkantilizm müxtəlif ölkələrdə ümumi cəhətlərə malik olsa da müxtəlif milli çalarları ilə fərqlənirdi. Lakin o bütün ölkələrdə mütərəqqi xarakter daşımışdır. Sərvətin istehlak dəyərlərindən deyil, mübadilə dəyərlərindən ibarət olması müddəasını ilk dəfə merkantilistlər irəli sürmüşlər. Merkantilizmin iqtisadi siyasəti ( himayəçilik-proteksionizm) ilkin yığıma müsbət təsir göstərmişdir ki, bu da feodalizmdən kapitalizmə keçidi sürətləndirmişdir.



Mövzu 5: XVIII əsrin son 30 illiyindən - XIX əsrin ortalarına qədər olan dövrdə sənaye təsərrüfat sisteminin meydana gəlməsi və inkişafı.

Plan

1. Sənaye çevrilişinin mahiyyəti, mənbələri və nəticələri.

2. Dünya müstəmləkə sistemi, onun formalaşması və inkişaf xüsusiyyətləri.

3. Dünya təsərrüfat sisteminin formalaşması, mərhələləri və inkişaf xüsusiyyətləri.

4. Dünya valyuta sisteminin yaranması.Qızıl standart sistemi.
1. Sənaye çevrilişinin mahiyyəti, mənbələri və nəticələri.
İri maşınlı istehsal kapitalizmin ictimai əmək məhsuldarlığını yüksəltdiyi üçüncü pillədir. Manufakturadan iri sənayeyə keçid hər şeydən əvvəl manufaktura fəhləsinin sənətkar alətlərinin iş maşını ilə əvəz olunması yolu ilə baş vermişdir. Deməli, manufakturada əmtəə istehsalı üsulundakı çevrilişin ilk nöqtəsi iş qüvvəsi olmuşsa, iri sənayedə - əmək vasitəsi olmuşdur. Maşın texnikasına əsaslanan kapitalist müəssisələri sadə və ya mürəkkəb maşınlar kooperasiyasını təmsil edir və fabrik adlanır. Sadə maşınlar kooprasiyasına tikiş fabriki misal ola bilər. Mürəkkəb maşınlar kooperasiyasına – müxtəlif, lakin bir- birinin işini tamamlayan maşınlar sisteminin məcmuyundan ibarətdir. İlk əvvəl maşınlar əl əməyi ilə istehsal olunurdu. Sonra onlar maşınların köməyi ilə istehsal olunmağa başladı. Və yalnız maşınlar maşınların köməyi ilə istehsal olunmağa başladıqda, iri sənaye ona tam uyğun, ( adekvat) texniki baza aldı. XVIII əsrin axırı- XIX əsrin əvvəlindəki sənaye inqilabı iş maşınlarının tətbiqindən başladı və maşınlar maşınların köməyi ilə istehsal olunmağa başlayanda, iri maşınlı istehsal yaradıldıqda qurtardı.

Sənaye inqilabı istehsal prosesində, əsaslı dəyişiklik demək idi, onun maddi texniki bazasında və istehsal münasibətlərində dərin dəyişiklik demək idi. Sənətkar texnikası və əl əməyinin əvəzinə iri maşınlı sənaye gəldi. Maşın xarakterik əmək vasitəsi oldu.

Əmək alətlərinin inqilabiləşdirilməsi istehsal prosesində fəhlənin rolunu dəyişirdi. Maşınların tətbiq edilməsi ilə əmək prosesinin ictimai xarakteri hər şeydən əvvəl texniki zərurətlə əlaqədardır. Bir qayda olaraq maşınlar, ancaq birgə, kollektiv əmək şəraitində işləyə bilərdi. İndi onların istehsal funksiyalarını kapitalist müəssisələrinin daxilində fəhlələr arasındakı əmək bölgüsü müəyyən edirdi. Fəhlə maşının canlı əlavəsinə çevrilmişdir. Fəhlə artıq kapitalist müəssisəsindən kənarda öz əmək qabiliyyətini göstərə bilmir, əmtəə yarada bilmirdi.

Sənaye inqilabı nəticəsində burjuaziya cəmiyyətinin əsas sinifləri- ancaq öz iş qüvvəsini satmaq hesabına yaşayan fəhlə sinifi və istehsal vasitələrinin təkbaşına mülkiyyətcisi olan, muzdlu əməyi istismar edən kapitalistlər sinfi yarandı.

Sənaye çevrilişi nəticəsində kapitalizm özünün sələfi olan istehsal üsulu üzərində qəti qələbə çaldı və istehsalın xüsusi bir tarixi forması kimi bərqərar oldu. Cəmiyyətdə istehsal üsulu kimi kapitalizm hökmranlığı yarandı, halbuki sənaye çevrilişinə kimi kapitalist istehsalı feodalizm iqtisadiyyatında ukladdan ibarət idi.

Maşınların tətbiq edilməsi ilə əlaqədar olaraq əmək məhsuldarlığı kəskin surətdə yeüksəldi. Belə bir şəraitdə izafi dəyər istehsal etməyin əsas üsulu nisbi izafi dəyər istehsalından ibarət oldu.

İngiltərədə sənaye çevrilişinini ilkin şərtlərindən biri kifayət qədər böyük kapital yığımı olmuşdur. Müxtəlif dövlət borclarının və vergilərin artması, ticarətin inkişafı , müstəmləkələrin qarət edilməsi hesabına yaranmış iri kapital kiçik bir qrup adamın əlində cəmləşmişdi.

Sənaye çevrilişinin ən mühüm ilkin şərtlərindən biri də kapitalist münasibətlərinin inkişafı yolundakı bütün maneələri məhv edən İngiltərə burjua inqilabı oldu. İngiltərədə manufakturaların inkişafı maşınların yaranması üçün zəmin hazırlamışdı, azad kapital isə bu ixtiraların istehsala surətlə tətbiqini təmin edirdi.

İngiltərədə sənaye çevrilişinin ən mühüm nəticəsi kapitalist sənayeləşməsi prosesinin təşəkkül tapması, fabrik- zavod sənayesinin yaranmasıdır. Kapitalın təmərküzləşməsi və mərkəzləşməsi prosesinin güclənməsi ilə 10 mindən çox fəhləsi olan iri müəssisələr yaranırdı. İngiltərədə sənaye çevrilişinin əsas sosial nətisəci azad muzdlu işçi qüvvəsinin surətlə çoxalması və mütəşəkkil bir qüvvəyə çevrilməsidir.

Fransada sənaye çevrilişi XVIII əsrin lap sonunda başlamışdır. Bu proses İngiltərəyə nisbətən çox aşağı surətlə gedirdi. Fransanın tarixi inikişafının özünəməxsusluğuna görə ( xırda istehsalın qalması) burada kəndli və sənətkarların proletarlaşması (azad, muzdlu işçiyə çevrilməsi) prsosesi İngiltərə ilə müqayisədə geniş miqyas almamışdır. Fransada bank və sələmçi kapital sənaye kapitalından daha surətlə inkişaf edirdi.

Fransada sənaye çevrilişi ilə bağlı olan kapitalist sənayeləşməsi prosesi 2 əsas dövrə bölünür:


  1. 1830- 40 – cı illər

  2. 1850- 60 – cı illər.

Fransa sənayesinin xırda sitehsalın qalmasının bir səbəbi də yüksək ixtisaslı sənətkarların əl əməyi ilə zinət( bəzək) əşyalarının hazırlanmasının iqtisadiyyatda hələ də çox mühüm yür tutması idi. Fransada sənaye çevrilişini ləngidən səbəblərdən biri də maliyyə aristokratiyasının hegemonluğu və onun yeritdiyi iqtisadi siyasət idi.

XIX əsrin 50- 60- cı illərində sənaye istehsalının ümumi həcmi 3 dəfəyədək artmışdır. XIX əsrin 50 – ci illəri Fransanın bank kredit sisteminin tarixində həlledici mərhələ oldu. Bank sisteminin əsasını fransız Emmissiya bankı təşkil edirdi. Bank – kredit sisteminin inkişafında Paris birjası böyük rol oynayırdı. 1851- ci ildən 1869- cu ilədək bu birjanın qiymətli kağızlarının dəyəri 3 dəfə artaraq, 33 milyard franka çatmışdı.

İngiltərədə sənaye çevrilişi XVII əsrin ikinci yarısında, Fransada XVIII əsrin sonlarında başladığı halda, Almaniyada kütləvi şəkildə maşınlı texnika tətbiq edən iri sənaye istehsalının yaranması prosesi çox gec – XIX əsrin ikinci yarısında baş vermişdir. Almaniyanın iqtisadi geriliyinin əsas səbəbi onunla izah olunur ki, hətta XIX əsrin əvvəllərində belə alman kəndində feodal qaydaları hökm sürərək kənd təsərrüfatının inkişafını ləngidirdi. Almaniyada sənaye çevrilişi prosesi üç mərhələdən keçmişdir. 1850- ci ilədək davam etmiş ilkin hazırlıq mərhələsində əsnaye çevrilişi əsasən toxuculuq sahəsində baş vermişdir. Sonrakı iki onillik ( 1850- 1870) sənaye çevrilişinin ikinci mərhələsi kimi həlledici əhəmiyyətə malik olmuşdur. Bu mərhələdə ağır sənayenin geniş inkişafı ilə bağlı olaraq Almaniya iqtisadi yüksəliş keçmişdir. Sənaye çevrilişinin üçüncü mərhələsi 1871- ci ilədək – Almaniya imperiyasının yaranmasından sonrakı dövrə düşür. Sənaye çevrilişinin üçüncü mərhələsinin əsas xüsusiyyəti fabrik sənayesinin inkişafının inhisarların formalaşması prosesi ilə üst- üstə düşməsidir. Almaniya sənayesində baş verən keyfiyyət dəyişiklikləri istehsalın daha iri müəssisələrin əlində cəmləşməsinə, xırda müəssisələrin udulması hesabına iri zavodların xüsusi çəkisinin yüksəlməsinə gətirib çıxartmışdı.
2. Dünya müstəmləkə sistemi, onun formalaşması və inkişaf xüsusiyyətləri.
Kapitalizmin inhisarçılıq mərhələsində imperializm müstəmləkə sistemi yaranmışdır. İmperializm müstəmləkə sistemi- imperialist dövlətləri tərəfindən zülm və əsarət altında saxlanılan müstəmləkələrin və asılı ölkələrin bütün məcmusundan ibarətdir.

İmperializm müstəmləkə sistminin yaranması prosesinin cərəyan etdiyi formalar- müstəmləkə soyğunçuluğu və işğalından, imperialist azğınlığı və zorakılığından, müstəmləkə köləliyindən, milli zülmdən və hüquqsuzluqdan, nəhayət, müstəmləkə ölkələrinin xalqlarına hökmranlıq etmək üstündə imperialist dövlətlərinin öz arasındakı mübarizədən ibarət olmuşdur.

XVIII əsrdə İngiltərə apardığı müharibələr nəticəsində yeni müstəmləkələr əldə etmiş, əvvəllər zəbt edilmiş müstəmkələrin isə sərvəti, habelə əhalisi xeyli artmışdır. İngiltərənin Amerikadadakı müstəmləkələrində əhalinin sayı 1700- cü ildə 200 min nəfərə yaxın idisə, 50 ildən sonra 2 milyona çatmışdı.

XVIII əsrdə İngiltərə müstəmləkəçilik siyasəti ilə bağlı 119 münaqişədə iştirak etmişdi. İngiltərənin yeddillik müharibədən ( 1756- 1763) qələbə ilə çıxması ingilis müstəmləkə imperiyasının yaranmasında son mərhələ oldu. Bu müharibə nəticəsində İngiltərə yeni ərazilər qazandı və Fransanı öz yolundan tamamilə sıxışdırıb çıxartdı. Hindistanda Fransanın əlində cəmi 5 şəhər qaldı və o, Şimali Amerikadan tamamilə qovuldu. İngiltərə Amerikaya ildə 20 min zənci qul daşıyıb sataraq çox böyük gəlir götürürdü. Ost- Hind şirkəti müharibələr yolu ilə XIX əsrin 40- cı illərinin sonunda 200 milyon əhalisi olan Hindistanın işğalını başa çatdırdı. 1813- cü ildə Ost- Hind şirkətinin Hindistanla ticarət üzərində inhisar hüququ ləğv edildi. Bundan sonra İngiltərə farriklərinin məhsulları Hindistana axmağa başladı.

XIX əsrin birinci yarısında İngiltərə müstəmləkələçiləri Avstraliyanı çox surətlə “ mənimsədilər”. XVIII əsrin sonundan XIX əsrin 60- cı illərinədək İngiltərədən bura 155 min nəfər sürgün edilmişdi. İngiltərə müstəmləkələr hesabına bir neçə problemi həll edirdi: birincisi, ingilis malları üçün satış bazarı və xammal mənbəyi əldə edirdi; ikincisi, ölkədəki “ artıq “ əhalidən canını qurtarırdı; üçüncüsü, İngiltərənin özündə( metropoliya) əhalinin əsas hissəsinin yüksək həyat səviyyəsini təmin edirdi.

İngiltərənin müstəmləkələri içərisində Kanadanın iqtisadi əhəmiyyəti daha böyük idi. XIX əsrin ortalarında burada 2,5 milyona yaxın əhali yaşayırdı. İngiltərədən Kanadaya çoxlu əhali mühacirət edirdi.

Manufakturaların inkişafı maşınların yaranması üçün zəmin hazırlamışdı, azad kapital isə bu ixtiraların istehsala surətlə tətbiqini təmin edirdi.

Amerikanın yeni tarixi X. Kolumb tərəfindən 1942- ci ildə onun kəşf edilməsi ilə bağlıdır. Yeni dünya adlanan Amerika ilə Avropa və Asiya xalqları arasında sabit əlaqələrin formalaşması dünya təsərrüfatının inkişafında böyük rol oynamışdır. Şimali Amerikanın Avropa tərəfindən geniş şəkildə müstəmləkələşdirilməsinə Kolumbun səyahətindən sonra başlanmışdır. Artıq XVI əsrin 30- cu illərində İspaniya indiki Texas və Florida ştatlarının ərazisini zəbt etmişdi. Ancaq İngiltərənin Amerikadakı məskən və müstəmləkələri daha çoxsaylı olub, XVIII əsrin ikinci yarısında meydana çıxmış Amerika Birləşmiş Ştatları adlanan yeni dövlətin əsasını təşkil etmişdir. Artıq 1607- ci ildə bu şirkətlər tərəfindən Şimali Amerikada ilk ingilis məskəni Ceymstaunun və Virginiya koloniyasının əsası qoyulmuşdu. Bunun ardınca həmin bölgədə daha 4 koloniyanın – Merilend, Şimali və Cənubi Karolina, Corciniyanın əsası qoyulmuşdu. Beləliklə gələcək ABŞ- ın Cənub hissəsinin əsası olan cənub müstəmləkələr qrupunu yaranmışdı. Bununla eyni vaxtda Rod- Aylend, Massaçusets, Konnektikut və Hyu- Hemişir koloniyalarının daxil olduğu müstəmləkələrin şimal qrupunun formalaşma prosesi gedirdi. 1643- cü ildə şimal müstəmləkələrin əsasında yaradılmış konfederasiya Yeni İngiltərə adını aldı.

Müstəmləkələrin mərkəzi qrupu Nyu- Cersi, Nyu- York, Pensilvaniya və Delaver koloniyalarından ibarət idi.

Beləliklə, XVIII əsrin 70- ci illərində İngiltərənin Şimali Amerikada 13 müstəmləkəsi var idi və oların əhalisi əsasən ingilislərdən, irlandlardan, şotlandlardan, həmçinin digər ölkələrdən gələmnlərdən formalaşmışdır. Həmin müstəmləkələrin əhalisi 1620- ci ildə 2500 nəfərdən ibarət idisə, 1780- ci ildə 2,8 milyon nəfərə çataraq 100 dəfədən də çox artmışdı.

Amerikadakı ingilis müstəmləkələri düşünülmüş şəkildə çox sərt feodal qaydaları əsasında təşkil olunmuşdu. Bu qaydalar London tərəfindən hazırlanmış və “ Əsas qanunlar” adı ilə tarixə düşmüş xüsusi konstitusiyada öz əksini tapmışdır. Bu rəsmi sənəd müstəmləkələrin siyasi quruluşunu və torpaq sahibliyini dəqiq feodal iyerarxiyası formasında nəzərdə tuturdu. İngilis hökumətinin aiyasəti son nəticədə Amerika torpaqlarını Britaniya imperiyasının aqrar- müstəmləkə əlavəsi kimi qoruyub saxlamağa yönəlmişdi.

Ingiltərə parlamenti və hökuməti müstəmləkələrdə torpaq sahibliyi və torpaqdan istifadəni sərt şəkildə tənzimləyən , sənayenin bir çox sahələrinin, daxili və xarici ticarətin inkişafını məhdudlaşdıran bir çox qanun və qərarlar qəbul etmişdi. Müstəmləkələrin əhalisinin 90- 95%- i kənd təsərrüfatı ilə məşğul olurdu. Cənubda zənci qulların əməyi ilə becərilən plantasiya təsərrüfatı formalaşmışdı. 1683- cü ildə ingilis hökuməti xüsusi şəxslərə hindulardan torpaq satın almağı qadağan etmiş, XVIII əsrin 30- 40- cı illərində isə əhalinin yeni torpaqlara özbaşına köçməsini məhdudlaşdıran qanunlar verilmişdi. 1774- cü ildə İngiltərə tərəfindən verilmiş Kvebek aktı 13 müstəmləkənin sakinlərinə Qərbdəki boş torpaqları özbaşına tutmağı qəti qadağan etmişdi.

İngiltərə Amerikadakı müstəmləkələrin iqtisadiyyatını, xüsusilə sənayenin inkişafını ləngitməklə özündən çox geridə saxlamağa və özünə tam tabe etməyə çalışırdı. Bu məqsədlə 1750- ci ildə verilmiş “ dəmir qanun” ( Ayron aktı) müstəmləkələrdə polad əridən sobalar , dəmir emal edən emalatxanalar yaratmağı , toxucu dəzgahlar qurmağı qəti qadağan edirdi. Belə siyasətin nəticəsi idi ki, istiqlaliyyət müharibəsi ərəfəsində Nyu- York əyalətinin hər 12 sakinindən 11- i İngiltərə istehsalı olan paltar geyinirdi.

Müstəmləkələrin daxili və xarici ticarəti də İngiltərənin tam nəzarəti altında idi. 1650- 1764- cü illər ərzində İngiltərə hökuməti Amerikadakı müstəmləkələrin ticarət- sənaye burjuaziyasının mənafeyinə zidd olan 125- dən çox hüquqi akt qəbul etmişdi. Məsələn, 1660- cı, 1706- cı, 1722- ci, 1733- cü və 1764- cü illərdə verilmiş aktlarla tütün, qənd, pambıq, indiqo, meşə, dəri, dəmir məhsullarının ticarəti üzərində ingilis inhisarı qoyulmuşdu. “ Taxıl qanunları” və faktiki olaraq müstəmləkələrdən İngiltərəyə taxıl, ət və ət məhsulları gətirilməsi qadağan edilmişdi. 1699- cu ildə İngiltərə parlamenti Şimali Amerika koloniyalarından İngiltərəyə yun və yun məhsullarının gətirilməsini qadağan edən qanun qəbul etdi. 1767- ci ildə verilmiş Taunşen qanununa görə, koloniyalara xaricdən gətirilən boyaq, kağız, şüşə və çay məhsullarına yüksək gömrük haqqı qoyulmuşdu. İngiltərə gəmiçilik haqqında 1751- ci il qanununa əsasən koloniyalara xarici ölkələrlə birbaşa ticarət aparmağı qadağan etmişdi. İngiltərə ilə koloniyalar arasında bütün ticarət daşımaları yalnız ingilis gəmiləri vasitəsilə təmin edilməli idi. Ümumiyyətlə,İngiltərə Şimali Amerika koloniyaları ilə əsl iqtisadi, gömrük və maliyyə “ müharibəsi” aparırdı. 1764- cü ildə qəbul edilən “ pul qanunu” bütün koloniyalarda kağız oul buraxılmasını qadağan etmişdi. 1765- ciildə Britaniya parlamentinin qəbul etdiyi gerb rüsumu haqqında qanuna əsasən bütün çap məhsulları və hüquqi sənədlər üzərinə vergi qoyulurdu.


Yüklə 342,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə