Mühazirə Nəqliyyat qarşısında qoyulan əsas məsələlər Nəqliyyat sistemində texniki istismarın yeri


Texniki qulluq və təmir sisteminin xarakteristikası



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə100/118
tarix18.04.2022
ölçüsü3,26 Mb.
#85570
növüMühazirə
1   ...   96   97   98   99   100   101   102   103   ...   118
ANİ muhazire konspekti

Texniki qulluq və təmir sisteminin xarakteristikası 

 

     Texniki  qulluq  obyekti  kimi  nəqliyyat  vasitəsi,  onun  ayrı-ayrı  aqreqat  və  mexanizmləri 



qəbul edilir. Bu elementlərdə   bir   çox   xəbərdaredici   texniki   təsirlər   (bərkitmə, yağlama, 

nizamlama  və  s.)  yerinə  yetirilir.  Bu  texniki  təsirlərin  (texniki  qulluq  işlərinin)  miqdarı 

həddindən  artıq  çoxdur.  Hər  bir  aqreqatda  və  ya  sistemdə  TQ  işlərinin  müxtəlif  yürüşlərdən 

sonra yerinə yetirilməsi tələb edilir. Belə olan halda hərəkət tərkibi fasiləsiz olaraq həm TQ-da, 




73 

 

həm  də  nəqliyyat  prosesində  iştirak  etməli  olur.  Bu,  müəssisədə  işlərin  təşkil  edilməsini 



çətinləşdirdiyi  kimi,  nəqliyyatın  boş  dayanma  müddətini  də  artırır.  Nəqliyyatdan  səmərəli 

istifadə  etmək  üçün  profilaktik  xarakterli  eyni  adlı  (və  ya  texnoloji  cəhətdən  bir-birinə  yaxın 

olan) texniki təsirləri qruplaşdırıb, hamısını müəyyən yürüşdən sonra yerinə yetirirlər. Beləliklə, 

hərəkət tərkibinin TQ keçməsi üçün müəssisəyə gəlmələrinin sayı azalır. 

   Texniki qulluqda aparılan əməliyyatların (işlərin) qruplaşması TQ növlərinin yaranmasına 

və onlarm müxtəlif yürüşlərdən sonra yerinə yetirilməsi məcburiyyətinə səbəb olur. 

    Avtomobillərin TQ və təmiri üçün olan Əsasnaməyə görə aşağıdakı texniki qulluq növləri 

müəyyən  edilmişdir:  gündəlik  qulluq  (GQ),  texniki  qulluq  (TQ-1,  TQ-2)  və  mövsümü  texniki 

qulluq (MTQ). Bu texniki qulluqlar bir-birindən görüləcək 

işlərin həcmi



əməliyyatların sayı və 



qulluqlar  arası  yürüşlərlə 

fərqlənirlər  (texniki  qulluqlar  arası  yürüşlərə  periodiklik  də  deyilir). 

Texniki  qulluqlar  arası  yürüşlər  avtomobilin  tipindən  və  istismar  şəraitindən  asılı  olaraq 

müəyyən edilir. 

    Avtomobilin istismar şəraiti yolun texniki vəziyyəti, onun tipi, yolda hərəkətin gərginliyi, 

yerin relyefi, iqlimin dəyişməsi və s. göstəricilərlə xarakterizə edilir. 

   

Gündəlik  qulluğun  əsas  vəzifəsi

  hərəkətin  təhlükəsizliyinin  təmin  edilməsi  baxımından 

avtomobilin  ümumi  texniki  vəziyyətini  nəzərdən  keçirmək,  xarici  görünüşünü  estetik  cəhətdən 

normal  səviyyədə  saxlamaq  və  onu  istismar  materialları  ilə  təmin  etməkdir.  Avtomobildə  GQ 

işləri  növbələr  arası  vaxtda  (avtomobil  işdən  qayıdandan  sonra)  yerinə  yetirilir.  Bəzi  işlər 

(məsələn, avtomobilin yanacaqla təmin edilməsi) hərəkət tərkibi xəttə çıxmazdan qabaq aparılır. 

GQ işlərinin əsasmı yığışdırma, yuma və qurutma əməliyyatları təşkil edir. Bu işlər avtomobilin 

kabinəsində, banmda, kapotun altında və ümumiyyətlə bütün avtomobildə yerinə yetirilir. 

   Avtomobillərdə tələbata görə sanitar emalı da aparıla bilər. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




74 

 

 




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə