Mühazirə Nəqliyyat qarşısında qoyulan əsas məsələlər Nəqliyyat sistemində texniki istismarın yeri



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə101/118
tarix18.04.2022
ölçüsü3,26 Mb.
#85570
növüMühazirə
1   ...   97   98   99   100   101   102   103   104   ...   118
ANİ muhazire konspekti

Mühazirə 25. 

Texniki qulluq və təmirin rejimi, optimai rejim. 

Texniki qulluğun və təmirin rejimi. 

 

      


Profilaktik və ya təmir xarakterli texniki təsirlərin iş həcmi, miqdarı və texniki qulluqlar 

arası yürüş (periodiklik) birlikdə 

TQ və CT-in rejimini

 təşkil edir. 

    TQ və təmirin rejimi elə seçilməlidir ki, aqreqat və mexanizmlərdə baş verəcək imtinaların 

sayı  minimum  olsun.  Rejimi  düzgün  təyin  etmək  üçün  hərəkət  tərkibinin  texniki  vəziyyətini 

qiymətləndirən göstəricilərin müxtəlif amillərin təsirindən dəyişmə qanunauyğunluqlarını bilmək 

lazımdır. TQ və CT-in  rejiminin  təyin  edilməsi texniki istismarın  ən mürəkkəb məsələlərindən 

biridir. Çünki müxtəlif istismar şəraitində işləyən nəqliyyat vasitəsinin eyni adlı mexanizmlərinin 

işləmə  qabiliyyəti  müxtəlif  formada  dəyişir.  Bundan  başqa  işləmə  müddəti  (yürüş)  artdıqca 

imtinaların  intensivliyi  də  artır.  Digər  tərəfdən  avtomobil  nəqliyyatı  üçün  xüsusilə  qeyd  etmək 

lazımdır ki, eyni markalı avtomobil eyni istismar şəraitində və eyni daşımalarda işlədikdə belə 

həmin avtomobilin vəziyyəti fərqlənən qanunauyğunluqla dəyişir. 

   TQ  və  CT-in  rejimi  elə  olmalıdır  ki,  nəqliyyat  vasitələrinin  etibarlı  və  uzun  ömürlü  işi 

təmin olunmaqla bərabər müxtəlif xarakterli təsirlərin yerinə yetirilməsi minimum xərclərlə başa 

gəlsin.  Bu  şərti  təmin  edən  rejimə  TQ  və  təmirin  optimal  rejimi  deyilir.  Başqa  sözlə  desək, 

optimal  rejim  elə  rejimə  deyilir  ki,  TQ-da  və  CT-də  görüləcək  işlər  uyğun  olaraq  elə 

periodikliklə və keyflyyətlə yerinə yetirilməlidir ki, nəinki hərəkət tərkibinin etibarlılığı və ömür 

uzunluğu təmin olunmalı, həm də vahid yürüşə və ya nəqliyyat işinə düşən texniki qulluq və təmir 

xərcləri minimum olsun. 

    TQ və CT-in optimal rejiminin təyin edilməsi profilaktika xarakterli texniki təsirlərin hansı 

yürüşlərdən sonra yerinə yetirilməsi ilə sıx əlaqədardır. Bu məqsədlə texniki qulluq işləri üçün 

optimal  periodikliyin  müxtəlif  təyin  olunma  variantları  mövcuddur  (texniki  vəziyyətin 

parametrlərinin  yürüşdən  asılı  olaraq  dəyişmə  dinamikasma,  imtinasızlığın  buraxıla  bilən 

səviyyəsinə, TQ və CT-ə sərf edilən xüsusi xərclərin cəminin minimum qiymətinə görə və s.). 

    Periodikliyin  TQ  və  CT-ə  sərf  edilən  xüsusi  xərclərin  cəminin  mimmum  qiymətinə  görə 

təyini  texniki  istismarda 




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə