Mühazirə Nəqliyyat qarşısında qoyulan əsas məsələlər Nəqliyyat sistemində texniki istismarın yeri



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə107/118
tarix18.04.2022
ölçüsü3,26 Mb.
#85570
növüMühazirə
1   ...   103   104   105   106   107   108   109   110   ...   118
ANİ muhazire konspekti

TQ və CT-in texnoloji prosesi 

     Texniki qulluq və təmir sisteminin Əsasnaməsinə görə profilaktik xarakterli işlər məcburi 

olaraq  müəyyən  yürüşlərdən  sonra  yerinə  yetirilir.  Profilaktik  xarakterli  işlərin  müəyyən 

ardıcıllıqla yerinə yetirilmə prosesinə 



texniki qulluğun texnoloji prosesi

 deyilir. 

    Texniki  qulluq  texnoloji  prosesinin  əsas  vəzifəsi  odur  ki,  minimum  vaxt  sərf  etməklə 

görülən işlər yüksək keyfiyyətlə yerinə yetirilsin. Bununla işçilərin əmək məhsuldarlığı yüksəlir. 

    Texniki  qulluq  bir  çox  əməliyyatlardan  ibarətdir  ki,  bunların  hər  biri  qulluğun  texnoloji 

prosesinin tərkib hissəsinin təşkil edir. 



Əməliyyat

 dedikdə nəqliyyat vasitəsində yaxud onun hər 

hansı  aqreqatında,  mexanizmində,  sistemində  texniki  xidmət  zamanı  kompleks  şəkildə  ardıcıl 

yerinə yetirilən təsirlərin cəmi başa düşülür. 




81 

 

    Texniki  qulluq  zamanı  avtomobildə  aparılan  əməliyyatların  sayı  çoxdur.  Bu  əməliyyatlar 



öz  xarakterlərinə,  istifadə  edilən  avadanlığa  və  yerinə  yetirilmə  şəraitlərinə  görə  aşağıdakı 

qruplara  bölünür:  a)  yığışdırma,  yuma  və  qurutma  (xarici  qulluq)  işləri;  b)  diaqnostika  və 

nizamlama  işləri;  c)  elektrotexniki  işlər;  q)  bərkitmə  işləri;  d)  yağlama  işləri;  e)  şin  işləri;  j) 

avtomobilin  istismar  materialları  ilə  (xüsusən  yanacaqla)  təchiz  olunma  işləri.  Avtomobildə 



xarici  qulluq  işləri

  sürücünün  kabinəsində,  platformada,  kuzovda,  kapotun  içərisində  görülən 

yığışdırma, yuma və qurutma işlərini əhatə edir. 

     


Diaqnostika  və  nizamlama  işlərinə

  aqreqatların,  mexanizmlərin  və  sistemlərin  (xüsusilə 

alışdırma  və  qida  sistemlərinin)  işləmə  qabiliyyətlərinin  yoxlanılması,  nasazlıqların  yaranma 

səbəblərinin  aydınlaşdırılması  və  avtomobildə  yerinə  yetirilən  bütün  nizamlama  (alışdırmanın 

qabaqlama bucağının və s.-nin) işləri daxildir. 

    Detalların  yivli  birləşmələrinin  (boltların,  sancaqların,  qaykaların)  texniki  vəziyyətlərinin 

yoxlanılması, çatışmayan bərkitmə elementlərinin yerinə qoyulması, nasaz detalların yeniləri ilə 

əvəz edilməsi və bu kimi işlər 



bərkitmə işlərini

 təşkil edir. 



     Elektrotexniki  işlər

  qida  mənbələrinin  (akkumulyator,  generator)  və  enerji  sərfedicilərin 

(bata-reyalı alışdırma sisteminin cihazları, starter, işıqlandırma, siqnal və nəzarət-ölçü cihazları) 

texniki  vəziyyətlərinin  xaricdən  yoxlanılması,  kontakt  nöqtələrinin  (birləşmələrinin)  çirkdən 

təmizlənməsi, elektrik avadanlığı elementlərinin diaqnostikası, nasazlıqların aradan qaldırılması 

və nizamlama işlərini əhatə edir. 

     

Yağlama  işləri

  avtomobilin  karterindəki  yağların  dəyişdirilməsi,  karterlərə  yağın  əlavə 

edilməsi,  transmissiyanın  oynaqlı  birləşmələrinin  və  yastıqlarının,  hərəkət  hissələrinin  açıq 

düyünlərinin,  həmçinin  sükan  idarəsində  yerinə  yetirilən  yağlama  işlərini  əhatə  edir.  Yağlama 

işlərinə həm də av-tomobilin müxtəlif texniki mayelərlə (tormoz, amortizator) təchiz edilməsi və 

süzgəclərin təmizlənməsi (əvəz edilməsi) işləri də daxildir. 

      

Şin  isləri

  şinlərin  daxili  təzyiqlərinin  yoxlanılması,  onların  normal  qiymətə  gətirilməsi, 

protektora  ilişib  qalmış  iti  əşyaların  kənar  edilməsi,  şinlərin  xaricdən  texniki  vəziyyətlərinin 

yoxlanılması (təmirin iş həcmini müəyyən etmək üçün) və texniki qulluq zamanı şinlərin yerinin 

dəyişdirilməsi işlərindən ibarətdir. 

     Texniki  qulluqda  görülən  əməliyyatların  yuxarıdakı  qayda  ilə  qruplara  bölünməsinin 

zəruriliyi  ondadır  ki,  bu  halda  işlərin  xarakterinə  uyğun  olaraq  müvafiq  ixtisaslı  işçilərdən, 

böyük məhsuldarlığa malik mexanikləşdirmə və avtomatlaşdırma vasitələrindən istifadə edilir. 

    Texniki  qulluğun  bir  və  ya  bir  neçə  eyni  adlı  işləri  (əməliyyatları)  istehsalat  sahəsinin 

müəyyən  hissəsində  yerinə  yetirilir  ki,  həmin  sahə  lazımi  avadanlıqla  (cihazlarla,  tərtibatlarla, 

qurğularla,  alətlərlə  və  s.)  təchiz  edilir.  Bu  istehsalat  sahəsinə 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə