Mühazirə Nəqliyyat qarşısında qoyulan əsas məsələlər Nəqliyyat sistemində texniki istismarın yeri



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə112/118
tarix18.04.2022
ölçüsü3,26 Mb.
#85570
növüMühazirə
1   ...   108   109   110   111   112   113   114   115   ...   118
ANİ muhazire konspekti

Maye yanacaqlar

 avtodoldurma stansiyasında xüsusi təyinatlı sisternlərdə və  ya çənlərdə 

saxlanılır.  Çənlər  yerin  üst  səthində,  yarım  zirzəmilərdə  və  zirzəmilərdə  yerləşdirilir.  Çənlərin 

yerin  altında  yerləşdirilməsi az sahə tələb etməsinə, ucuz olmasına,  yanacağın  axıdılması  üçün 

əlavə  nasos  qurğusu  tələb  etməməsinə,  yanğın  təhlükəsizliyinə  və  buxarlan-a  itkilərinin  az 

olmasına görə üstün sayıldığı üçün daha geniş tətbiq edilir.    Yanacağın saxlanılma tələblərindən 

biri  də  onların  yanğına  qarşı  təhlükəsizliyinin  təmin  edilməsidir.  Bu  məqsədlə  yanacaq 

saxlanılan  çənlər  oddan  qoruyucularla  təchiz  edilir  (şəkil  6.5.).  Bu  qoruyucular  alovun  çənin 

daxilinə keçməsinə imkan vermir.  

    ADS-da  yanacağın  avtomobillərə  verilməsi  yanacaq  paylayıcı  kolonkalar  vasitəsilə  icra 

edilir. Yanacaq paylayıcı qurğular əsasən çəndən yanacağı vuran nasosdan, buraxılan yanacağın 

miqdarını ölçən sayğacdan və tapançası olan paylama şlanqından ibarətdir.  

Yanacaq  paylayıcı  kolonkalar  müxtəlif  konstruksiyada  istehsal  edilirlər.  Onlar  qurulma 

xüsusiyyətinə  görə  (üsuluna)  görə  stasionar  və  səyyar,  nasosun  intiqalma  görə  əl  vasitəsilə 

hərəkətə gətirilən, elektromexaniki və kombinə edilmiş, idarə edilmə üsuluna görə distansion və 

avtomatik  tapşırıq  qurğuları  olan  (kartlarla)  və  s.  tipdə  olurlar.  Dövlət  standartrına  əsasən 

kolonkalarm  məhsuldarlığı  (25  -250) 

l

/dəq.  arasmda  dəyişir.  Hər  dəfə  kolonkadan  yanacaq 

buraxdıqda nisbi xəta vurulan yanacağın ± 0,5%-dən çox olmamalıdır. Hazırda ADS-da işlədilən 

kolonkalar  havanın  temperaturu  -  40°C-dən  +45°C  arasında  dəyişdikdə  öz  funksiyalarını 




86 

 

tamamilə yerinə yetirirlər. Avtomobillərə müxtəlif oktan odədinə malik yanacaq paylamaq üçün 



iki  nasosu  olan  doldurma  kolonkaları  işlədilir.  Nasoslardan  biri  normal  oktan  ədədinə  malik, 

digəri  isə  yüksək  oktanlı  benzin  vurur.  Bundan  başqa  eyni  zamanda  iki  istehlakçıya  benzin 

buraxan ikiləşmiş stasionar yanacaq paylayıcı kolonkalar da mövcuddur. 

    Yanacağın saxlanması və paylanması sahələrində siqaret çəkmək və açıq alovdan istifadə 

etmək  qadağandır,  yanğına  qarşı  mübarizə  tədbirləri  nəzərdə  tutulur.  Burada  avtomobilin 

yanacaq  bakı  doldurularkən  mühərrik  dayandırılır.  ADS  yanğın  söndürən  ləvazimatlarla  təchiz 

olunmalıdır. 

 

 



 

Şəkil 6.5. Yanacağm oddan qoruyucuları olan rezervuarda saxlanılma sxemi. 

1 - əks klapan; 2 - rezervuar (çən); 3 - yerlə əlaqələndirici; 5 - hava borusu; 4, 8 və 10 - son 

və bucaq (künc) oddan qoruyucuları; 6 - süzgəc; 7 - axma borusu; 9 - ölçüsü boru; 11 - sorucu 

boru; 12 - yanacaq paylayıcı kolonka 13 - şlanq; 14 - bərkidici tutucular; 15 -beton yastıqlar 

    


   Stansiyanın ərazisi kifayət dərəcədə işıqlandırılır və ildırım ötürücü qurğularla təmin edilir. 

Yanacaq  paylayıcı  kolonkarın  xarici  elektroenerji  xəttindən  vaxtında  açılması  üçün  xüsusi 

quruluş nəzərdə tutulur, onun bütün metal hissələri yerlə əlaqələndirilir. 

   Son  zamanlar  bir  çox  müsbət  xüsusiyyətlərinə  görə  (ətraf  mühitin  öz  zəhərlənməsi, 

yanacağa  qənaət  edilməsi,  mühərrik  yağının  işləmə  müddətinin  artırılması,  detalların  ömür 

uzunluğunun  yüksəlməsi  və  s.)  benzin  və  dizel  yanacaqları  əvəzinə  qazbalonlu  hərəkət 

tərkiblərində  mayeləşmiş  və  sıxılmış  qazlardan  avtomobil  yanacağı  kimi  istifadə  edilir.  Bu 

qazların itkisiz saxlanılmasını təmin etmək üçün onları müəyyən şəraitdə maye halına çevirirlər. 

    Mayeləşmiş qazların əsas xüsusiyyəti odur ki, onlar kiçik təzyiqlərdə (0,8 -1,6 MPa) və adi 

temperaturlarda (18-20°C) asanlıqla qaz halından maye halına keçirlər. Buna görə bu qazları kip 

çənlərdə və ya balonlarda asanlıqla nəql etmək və saxlamaq mümkündür, avtomobil balonları da 

maye qazla doldurulur. Mayeləşmiş qazın tərkibini propan-butan (hərəsindən 50%) qarışığı təşkil 

edir. Bu tərkibin müxtəlif tərəflərə dəyişməsi balonlarda təzyiqin dəyişməsinə səbəb olur.      

      Sıxılmış  qazın  əsas  komponenti  metandır.  Avtomobildə  ehtiyat  qazın  saxlanılması  üçün 

lazım  olan  balonların  qabarit  ölçülərinin  kiçik  alınması  məqsədilə  metan  qazı  20MPa  (200

kq

/

2



sm

)  təzyiq  altında  saxlanılır.  Buna  görə  balonlar  yüksək  keyfiyyətli  poladdan  hazırlanır  və 

böyük kütləyə malik olur. Məsələn, 50

l

  həcmi  olan  (normal  şəraitdə  10 

3

m

) balonun çəkisi 70 

kq-a yaxındır. 

      Sıxılmış  qazın  göstərilən  təsirini  azaltmaq  və  saxlanılmasını  asanlaşdırmaq  üçün  onu 

mənfi  temperaturlarda  maye  halına  çevirirlər.  Maye  metanı  isə  yaxşı  izolə  edilmiş  qablarda 

atmosfer təzyiqində saxlamaq mümkündür. 

   Avtomobil  balonlarını  qaz  yanacağı  ilə  doldurulması  qaz  doldurucu  stansiyalarda  yerinə 

yetirilir.  Bunun  üçün  qaz  rezervuarı  avtomobil  balonundan  yuxan  səviyyədə  yerləşdirilir  ki, 

maye  şəklində  olan  qaz  öz  axını  ilə  balona  daxil  olsun.  Doldurulma  prosesini  sürətləndirmək 



87 

 

üçün mərkəzdənqaçma tipli nasoslardan istifadə edib bilər. Avtomobil balonunun həcminin 90%-



i  maye  qazla  doldurulur,  10%-i  isə  buxar  hissəsini  (yastığını)  təşkil  edir.  Yanacağın  buxar 

hissəsindən qış aylarında soyuq mühərriki asanlıqla işə salmaq üçün istifadə edilir. 

    Qaz  doldurucu  stansiyalarında  və  ümumiyyətlə  qaz  yanacağı  ilə  işlədikdə  əmək 

mühafizəsi tədbirlərinin həyata keçirilməsinə xüsusi fikir verilir. Balonları qazla doldurarkən qaz 

axıdılan  şlanqın  yanında  dayanmaq,  bərkitmə  işlərini  yerinə  yetirmək,  mühərrikdə  təmir  işləri 

aparmaq,  siqaret  çəkmək  və  s.  xarakterli  işlərin  görülməsi  qadağan  olunur.  Doldurulma 

prosesindən  sonra  mühərrik  çətin  işə  düşürsə  və  ya  qeyri  -  müntəzəm  işləyirsə,  bu  halda 

avtomobil  qaz  aparatından  ən  azı  15m  kənara  çəkilir  və  lazımi  tədbirlər  yerinə  yetirilir. 

Avtomobil  balonlarına  qaz  verilərkən  onun  kuzovunda  partlayış  təhlükəli  yükün  olmasına  yol 

verilmir. Balonların təmiri onların içərisindəki qaz tamamilə boşaldıqdan sonra aparıla bilər. Qaz 

doldurucu stansiyalarında da ADS-da olduğu kimi qabaqcadan yanğına qarşı mübarizə tədbirləri 

nəzərdə tutulur. 

   


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə