Mühazirə Nəqliyyat qarşısında qoyulan əsas məsələlər Nəqliyyat sistemində texniki istismarın yeri


Nəqliyyatın ətraf mühitə mənfi təsiri, onunla mübarizə tədbirləri



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə115/118
tarix18.04.2022
ölçüsü3,26 Mb.
#85570
növüMühazirə
1   ...   110   111   112   113   114   115   116   117   118
ANİ muhazire konspekti

Nəqliyyatın ətraf mühitə mənfi təsiri, onunla mübarizə tədbirləri 

 

        Müasir avtomobillərdə işlədilən daxili  yanma mühərrikləri işlənmiş qazların tərkibində 



ətraf  mühitə  böyük  miqdarda  zəhərli  birləşmələr  (dəm  qazı  -  CO,  azot  oksidləri  -  NOx, 

karbohidrogenlər - CH və s.) buraxır. Bu zərərli birləşmələrin nəinki təbiət, hətta cəmiyyət üçün 

də böyük təhlükəsi var. Atmosferə atılan zəhərli maddələrin gündəlik miqdarı (mütləq qiyməti) 

dövlət standartı ilə aşağıdakı hədlərdə normalaşdırılmışdır: CO - 1 mq./

3

m

, NOx - 0,085 mq/

3

m

,  CH  -  0,035  mq/

3

m

.  Onkoloqların  apardıqları  elmi-tədqiqat  işləri  göstərir  ki,  xərçəng 

xəstəliyinin  yayılmasında  avtomobil  nəqliyyatı  tərəfindən  atmosferə  buraxılan  zəhərli 

birləşmələrin rolu kifayət qədərdir /23, 32/. 

    İşlənmiş  qazların  tərkibində  zəhərli  komponentlərin  miqdarının  çox  olması  ilk  növbədə 

mühərrikin  konstruktiv  xüsusiyyətləri,  işlədilən  istismar  materiallarının  keyfiyyəti,  qida  və 

alışdırma  sistemlərində  nizamlama  işlərinin  vaxtında  və  keyfiyyətlə  aparılmaması,  yanma 

prosesinin  səlis  getməməsi,  mühərrikin  texniki  vəziyyəti  və  s.  amillər  ilə  izah  edilir.  Bu 

baxımdan ətraf mühitin qorunması üçün konstruktiv-texnoloji və istismar amilləri bir-birləri ilə 

sıx əlaqədə öyrənilməlidir ki,  bu da avtomobil sənayesi  və nəqliyyatı işçiləri tərəfindən nəzərə 

alınmalıdır. 

    Atmosferə 

buraxılan  işlənmiş  qazların  tərkibi  daxili  yanma  mühərrikinin 

konstruksiyasından asılı olaraq dəyişir. Zəhərli komponentlərin əsasını təşkil edən dəm qazı, azot 

oksidləri və karbohidrogenlərin miqdarı benzin və dizel mühərrikləri üçün aşağıdakı qiymətlərə 

qədər dəyişirlər (%-lə):  

                                                            CO                NOx                              CH 

 Benzin mühərrikləri üçün                     8                   0,8                                 2  

 Dizel mühərrikləri üçün                       0,5                0,4                                 0,1 



90 

 

                                                                                                                                                                                       



       Bu  göstərilən  zəhərli  maddələr  insan  orqanizminə  daxil  olaraq  başgicəllənmə,  qıcolma, 

təngnəfəslik, ürək bulanma və s. bu kimi qeyri-normal hallar əmələ gətirir. 

    Avtomobil  nəqliyyatının  ətraf  mühitə  mənfi  təsirinin  ikinci  əlaməti  onun  işinin  səslə 

əlaqədar olmasıdır. Belə ki, avtomobil işlədikdə sakitliyi pozan (təsir edici dərəcədə) səs əmələ 

gətirir. Səsin də sürəti 300 m/san. olduğu üçün ətrafı tez bürüyür. Səsin yayılma sürətini qrafiki 

şəkildə  sinusoid  kimi  təsəvvür  etmək  olar  ki,  onun  da  amplitudası  səsin  gücünü  (səviyyəsini), 

dalğanın uzunluğu isə onun yüksəkliyini (tonunu) göstərmiş olur. Bildiyimiz kimi səsin gücünün 

ölçü vahidi desibeldir (dB - 1000 hers tezlikli səsin gücü). Təcrübə məqsədi ilə aparılan tədqiqat 

işləri  göstərir  ki,  istehsal  sahəsində  səsin  gücü  artdıqca  orada  işçinin  qalma  müddəti  və  buna 

mütənasib olaraq işləmə qabiliyyəti azalır. Məsələn, səsin gücü 90 dB oları yerdə insan normal 

olaraq  8  saat  qala  bilər.  Səsin  gücünün  hər  5  dB  artımında  (90  dB-dən  sonra)  insanın  həmin 

sahədə qalma müddəti 2 dəfə qısalır /2, 16/. Bunları nəzərə alaraq səsin gücü normalaşdırılır. 

         Avtomobilin  ətraf  mühitə  mənfi  təsirinin  üçüncü  əlaməti  onun  işinin  yol-nəqliyyat 

hadisələrinin  (qəzalarının)  törəməsinə  səbəb  olmasıdır.  Yol-nəqliyyat  hadisələrinin  analizi 

göstərir  ki,  bütün  ağır  təsirli  qəzaların  4...7%-i  texniki  cəhətdən  saz  olmayan  avtomobillərin 

üzərinə düşür. 




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə