Mühazirə Nəqliyyat qarşısında qoyulan əsas məsələlər Nəqliyyat sistemində texniki istismarın yeri



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə117/118
tarix18.04.2022
ölçüsü3,26 Mb.
#85570
növüMühazirə
1   ...   110   111   112   113   114   115   116   117   118
ANİ muhazire konspekti

Mühazirə 30. 

Nəqliyyatın ətraf mühitə mənfi təsirinin azaldılma yolları 

 

     Böyük  və  iri  sənaye  mərkəzlərində  atmosferin  normadan  dəfələrlə  yüksək  zəhərli 



birləşmələrlə  çirklənməsi  mütəxəssisləri  yeni  konstruksiyalı  daxili  yanma  mühərriklərinin 

yaradılması  istiqamətində  elmi-tədqiqat  işlərinin  aparılmasına  və  işlənmiş  qazların  içərisində 

zəhərli  maddələrin  miqdarını  azalda  bilən  yeni  yanacaq  növlərinin  axtarılmasına,  həmçinin 

istismar prosesində mövcud olan istilik mühərriklərində bir sıra konstruktiv və  texniki-təşkilati 

tədbirlərin,  təkmilləşdirmələrin  həyata  keçirilməsinə  sövq  etdi.  Tamamilə  yeni  konstruksiyaya 

malik  mühərriklərin  yaradılması  istiqamətində  həddindən  çox  elmi  xarakterli  işlərin  çoxdan 

aparılmasına  baxmayaraq,  bu  sahədə  hələlik  müsbət  nəticələr  alınmamışdır.  Lakin  istismarda 

olan və təkmilləşdirmə tədbirlərinin həyata keçirilməsi sahəsində isə bir çox sınaq və təcrübəvi 

xarakterə malik işlər yerinə yetirilmişdir. Bu istiqamətdə aparılan bütün araşdırmalar aşağıdakı-

ları əhatə edir. 

    1. 

Mühərrikin  qida  və  alışdırma  sistemlərinin  təkmilləşdirilməsi. 

Bu  istiqamətdə  böyük 

miqdarda təcrübəvi xarakterə malik işlər aparılmışdır. Məsələn, mühərriklərdə yeni işçi prosesi 

(doldurmanın burulğan tipli hərəkəti) tətbiq edilir. Bu mühərriklər  yaxşı yanacaq qənaətliliyinə 

(5...6%)  malikdirlər,  ətrafa  atılan  dəm  qazının  miqdarını  25  %-ə  qədər  azaldır.  Elektron  idarə 

etmə  sistemlərinin  tətbiqi  zəhərli  birləşmələrin  miqdarını  aşağı  salır,  yanacaq  sərfini  5...7% 

azaldır.  

    2


.    Mühərrikin  alışdırma  və  qida  sistemlərində  texniki  təsirlərin  yerinə  yetirilmə 

keyfıyyətinin yüksəldilməsi.

 Təcrübələr göstərir ki, avtomobilin istismarı zamanı atmosferə atılan 

zəhərli  birləşmələrin  miqdarı  mühərrikin  göstərilən  sistemlərində  nizamlama  işlərinin  yerinə 

yetirilmə keyfiyyətindən çox asılıdır. Benzin mühərriklərində bu məsələ alışdırmanın qabaqlama 

bucağının və işçi qarışığın tərkibinin  dəyişməsi,  dizel  mühərriklərində isə  yanacağın  püskürmə 

müddətinin  nizamlanması  ilə  öz  həllini  tapır.  Əgər  avtomobilin  texniki  vəziyyəti  texniki 

istismarın  normalarına  (tələblərinə)  müvafiq  gəlirsə,  (işlənmiş  qazların  tərkibində  zəhərli 

komponentlərin  olması  baxımından),  deməli,  hava  hövzəsinə  az  miqdarda  xoşa  gəlməyən 

tullantılar  atılır.  Belə  avtomobillər  yanacaq  sərfı  nöqteyi-nəzərdən  də  bizi  qane  edir. 

Mütəxəssislər tərəfindən aparılan araşdırmalar göstərir ki, mühərrikin alışdırma və qida sistemi 

aparatlarının  (elementlərinin)  nizamlama  işləri  vaxtında  və  keyfiyyətlə  aparıldıqda  işlənmiş 

qazların tərkibində dəm qazının miqdarı 2%-ə qədər azalır. 

   3. 

Yanacağın qənaətlə işlədilməsi.

  Bilirik  ki,  yanacaq  sərfi  avtomobilin  yüksüz  yürüşünə, 

yerinə  yetirdiyi  nəqliyyat  işinə  və  yüklü  gedişlərin  (yükünü  özü  boşaldan  avtomobillər  üçün) 

sayına  görə  normalaşdırılır.  Yanacaq  sərfi  normaları  avtomobilin  konstruksiyasının 

təkmilləşdirilməsi  və  digər  istismar  amilləri  hesabına  ildən-ilə  aşağı  salınır.  Yanacaq  sərfi 

normaları  aşağı  olduqca  mühərrikin  müxtəlif  rejimlərində  işlədilən  yanacağın  miqdarı  azaldığı 

üçün (işçi qarışığının tərkibi gözlənilmək  şərti ilə) işlənmiş qazların içərisində atmosferə atılan 

zəhərli  elementlərin  miqdarı  da  azalır.  Başqa  sözlə  desək,  istismar  prosesində  yanacaqdan 

qənaətlə  istifadə  edilməsi  ətraf  mühitə  buraxılan  zərərli  maddələrin  miqdarının  azalması  üçün 

zəmin  yaradır  (yanacaq  sərfi  ilə  işlənmiş  qazların  tərkibində  olan  yararsız  komponentlərin 

miqdarı  arasındakı  asılılıq  düz  mütənasib  xarakteri  daşıyır).  Bu  baxımdan  avtomobilin  boş 

yürüşlərinin azaldılması və yük götürmə qabiliyyətindən maksimum istifadə edilməsi yanacağın 

qənaətlə işlədilməsi amillərindən hesab edilir ki, nəticədə hava hövzəsi az zəhərlənir. 

   4. 



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə