Mühazirə Nəqliyyat qarşısında qoyulan əsas məsələlər Nəqliyyat sistemində texniki istismarın yeri



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə2/118
tarix18.04.2022
ölçüsü3,26 Mb.
#85570
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   118
ANİ muhazire konspekti

texniki istismarı. 

   İdarə etmə altsisteminin 

əsas vəzifəsi



 

– xarici ( qonşu sahələr, direktiv orqanlar, 

müştərilər, nəqliyyatın digər növləri) və daxili ( daşımalar və texniki istismar) 

koordinasiya, hüquqi, normativ və maliyyə təminatıdır. 

 

Daşıma prosesinin

 əsas vəzifəsi



-

 son məhsulun ( daşıma həcmi, yüklərin nomenklaturası) 

vaxtında lazımi iqtisadi (mənfəət, əmək tutumu, maya dəyəri), sosial (komfortabellik, 

qənaət, sərnişinlərin daşınma vaxtı), ekoloji xarakteristikalarla alınmalısıdır. 



Texniki istismarın 

əsas vəzifəsi - nəqliyyat prosesini optimal maddi və əmək məsrəfləri 

sərf etməklə, ekologiya tələblərinə cavab verməklə işləmə qabiliyyətli hərəkət tərkibi ilə 

təmin etməkdir. 

Nəqliyyat vasitələrinin və materialların istehcalı sferası

  Nəqliyyat  vasitələrinin  texniki 



istismarı

Kommersiya istismarı (daşımalar)



Daşımaların son məhsulu (daşıma həcmi, 

nəqliyyat işi, maya dəyəri, gəlir). 

Nəqliyyat  vasitələrinin  və  materialların  istehcalı  sferası-  nəqliiat  işinin  potensial 

mümkünlüyünü təmin edir. 

Nəqliyyat vasitələrinin texniki istismarı- nəqliiat işinin faktiki mümkünlüyünü təmin edir. 

Kommersiya istismarı (daşımalar)- nəqliiat işinin reallaşdırır. 

     Nəqliyyat vasitələrinin səmərəli istifadə olunma dərəcəsini yüksəltmək üçün qabaqcıl 

texnika və texnologiyanı istehsalata tətbiq etmək, işçilərin əmək şəraitini yaxşılaşdırmaq, 

onların ixtisaslaşma qabiliyyətini yüksəltmək. Texnoloji proseslərdə yüksək dəqiqliyə və 

məhsuldarlığa malik müxtəlif təyinatlı texniki vasitələrdən (avadanlıqlardan) istifadə 

etmək, müəssisənin bstehsalat-texniki bazasını zənginləşdirmək lazımdır. Bununla yanaşı 

istismar əsnasında hərəkətin təhlükəsizliyini yüksəltmək, nəqliyyatın ətraf mühitə mənfi 

təsirlərini də azaltmaq lazımdır. 

         Bu istiqamətlərdə yerinə yetiriiən iqtisadi, texniki və təşkilati təsirlər vasitəsilə 

nəqliyyatın işləmə qabiliyyəti tələb edilən səviyyədə saxlanılır ki, bununla da texniki istismar 

məşğul olur. Başqa sözlə, nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə 

saxlanılması problemi texniki istismarda nəzərdən keçirilir. Texniki istismarda həll edilməli 

olan məsələlərin çoxluğu nəqliyyat vasitələrinin sürətli artımı ilə də izah edilə bilər.  

   «Nəqliyyat vasitələrinin texniki istismarı» bir elm kimi digər nəzəriyyələrin (ehtimal, 

etibarlılıq, nəqliyyat növünə məxsus nəzəriyyələr və s.) əsasında inkişaf etdirilmiş, özünün 

elmi əsasını və mütərəqqi üsullarını yaratmışdır ki, bunların vasitəsilə bir çox istehsalat 

məsələləri həll edilir. 

     «Nəqliyyat vasitələrinin texniki istismarı» müxtəlif istiqamətlərdə inikşaf etdirilir. Belə 

ki, istismar zamanı hərəkət tərkibinin işləmə qabiliyyətini tələb olunan səviyyədə saxlamaq üçün 

texniki istismarın mövcud üsulları təkmilləşdirilir, istehsalat qabaqcıl texnika və texnologiya 

əsasında qurulur, kompleks mexanikləşdirmə və avtomatlaşdırma vasitələri tətbiq edilir, texniki 

qulluq (TQ) və cari təmirin (CT) əmək tutumları normalarının aşağı salınması yolları tədqiq 

edilir, nəqliyyatın və onun aqreqatlarının texniki qulluqlar və təmirlər arası yürüş normaları 



 

yüksəldilir, nəqliyyat müəssisələrinin layihələndirilməsində mütərəqqi iş üsulları nəzərdə tutulur 



və digər əməli tədbirlər həyata keçirilir. 

     Dəmir yolu nəqliyyatında bu xüsusiyyətlər o zaman müsbət nəticələrə gətirib çıxarır ki, 

lokomotiv və vaqon təsərrüfatları yüksək səviyyədə təşkil edilmiş olsun. Bu təsərrüfatların əsas 

vəzifəsi lokomotivlərin və vaqonların etibarlılığını və istifadə edilmə dərəcəsini yüksəltməkdir. 

Buna görə son zamanlar dəmir yolu nəqliyyatının istismar edilməsi proseslərində müasir 

elektron-hesablama texnikasından, diaqnostikadan və müxtəlif  sınaq avadanlıqlarından geniş 

istifadə edilir. Bu baxımdan gənc mütəxəssislər lokomotiv və vaqon təsərrüfatlarının 

saxlanılması və istismarı məsələlərini dərindən öyrənməli, dəmir yolu nəqliyyatının texniki 

qulluq və təmir texnologiyasına, istehsalatda əməyin elmi əsaslar üzərində qurulmasına, robot 

texnikasının tətbiq edilməsinə müasir baxımdan nəzər salmalıdırlar. 

     Avtomobil və dəmir yolu nəqliyyatı yanacaq-enerji rezursları idxal edən nəqliyyat 

vasitələridir. Bu baxımdan yanacağın qənaətlə istifadə edilməsi ən mühüm məsələlərdən biri 

hesab edilir ki, bu da ilk növbədə mühərrikin qida və alışdırma sistemlərinin (AN-də) texniki 

vəziyyətlərindən, nəqliyyat vasitəsinin digər aqreqat və mexanizmlərinin işləmə qabiliyyətindən 

asılıdır. Bu istiqamətdə işlədilən alternativ yanacaqların (məsələn mayeləşmiş və sıxılmış qazlar) 

yanacaq-enerji rezurslarına böyük təsiri var (xüsusilə texniki istismar baxımından). 

      «Nəqliyyat vasitələrinin texniki istismarı»nın əsas vəzifələrindən biri istismarçıları 

yüksək etibarlılığa və ömüruzunluğuna malik nəqliyyatla təmin etməkdir. Bu baxımdan qeyd 

etmək la-zımdır ki, 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə