Mühazirə Nəqliyyat qarşısında qoyulan əsas məsələlər Nəqliyyat sistemində texniki istismarın yeri


Detallarda korroziya və köhnəlmə prosesi



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə42/118
tarix18.04.2022
ölçüsü3,26 Mb.
#85570
növüMühazirə
1   ...   38   39   40   41   42   43   44   45   ...   118
ANİ muhazire konspekti

Detallarda korroziya və köhnəlmə prosesi 

 

        Nəqliyyat  vasitələrinin  qovşaq  və  detallarının  ömür  uzunluğunun  aşağı  düşmə 



səbəblərindən biri də onların korroziyaya uğramaları və təbii olaraq köhnəlmə prosesinə məruz 

qalmalarıdır. 

      Detalların,  hazırlandıqları  materialların  ətraf  mühitlə  fiziki-kimyəvi  qarşılıqlı  təsiri 

nəticəsində dağılması prosesinə 



korroziya

 deyilir. 

      Korroziya  təsirindən  detalların  dağılması  müxtəlif  xarakter  daşıyır.  Bu  xoşa  gəlməz 

proses  hissələrin  səthlərindən  başlanır.  Korroziyanın  başlanmasının  xarici  əlaməti  səthlərin 

üzərində boz, qara və yaşıl ləkələrin (materialdan asılı olaraq), çürümələrin əmələ gəlməsidir. Bir 

çox hallarda korroziya səthlərin gizli yerlərində yaranır və get-gedə artır. 

    Metallarda  gedən  korroziya  prosesini  öz  xarakterinə  görə  iki  qrupa  bölürlər:  a) 

elektrokimyəvi və b) kimyəvi korroziya. 

    Elektrokimyəvi  korroziya  mikroqalvanik  elementlərin  təsirindən  elektrolitrlərdə,  özü  də 

metalların  səthində  və  detalların  qovuşma  yerlərində  əmələ  gəlir.  Metalların  səthi  eyni  cinsli 

olmadığı  üçün  bu  korroziya  elektronların  detalın  bir  yerindən  digərinə  keçməsi  ilə  müşayiət 

edilir. Elektrolit kimi su ilə sulfat turşusunun məhlulu qəbul edilir. 

     Elektrokimyəvi  korroziya  atmosfer  şəraitində  və  maye  fazalarında  gedən  korroziyalara 

bölünür. Birincisi, metalın səthində oturmuş yağış suyunun, qarın, rütubətin iştirakı ilə, ikincisi 

isə  elektrolitin  alt  qatlarında  havanın  oksigeni  olmadan  gedir.  Atmosfer  şəraitində  gedən 

korroziyaya  kuzovun  alt  hissələrində,  qanadların  daxili  səthlərində  və  rənglənməyən  detallarda 

gedən  korroziyanı  misal  göstərmək  olar.  Soyutma  sisteminin  daxili  divarlarında  əmələ  gələn 

korroziya maye fazada gedən korroziyaya misaldır. 

       Elektrik  cərəyanı  yaranmadan  kimyəvi  reaksiyaların  iştirakı  ilə  gedən  korroziyaya 




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə