Mühazirə Nəqliyyat qarşısında qoyulan əsas məsələlər Nəqliyyat sistemində texniki istismarın yeri


Konstruksiyanın və hazırlanma texnologiyasının keyjfiyyəti



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə45/118
tarix18.04.2022
ölçüsü3,26 Mb.
#85570
növüMühazirə
1   ...   41   42   43   44   45   46   47   48   ...   118
ANİ muhazire konspekti

Konstruksiyanın və hazırlanma texnologiyasının keyjfiyyəti 

   Hərəkət tərkibinin konstruksiyasının və onun zavod şəraitində hazırlanma texnologiyasının 

keyfiyyəti onun imtinasizlığı, ömür uzunluğu və təmirə yararlığı ilə təyin edilir. Bu xüsusiyyətlər 

konstruksiyanın layihələndirilməsi prosesində nəzərdə tutulur, istehsalı dövründə yerinə yetirilir 

(ödənilir)  və  istismar  mərhələsində  isə  reallaşdırılır,  yəni,  texniki  istismarın  tələb  etdiyi 

səviyyədə saxlanmaqla istifadə edilir. 

      Konstruktiv-texnoloji amillər əsasən aşağıdakıları özündə birləşdirir: 

1.  Nəqliyyat  vasitələrinin,  onun  aqreqat  və  mexanizmlərinin  konstruksiyalarının  təkmilləş-

dirilməsi. 

2. Elementlərin, yəni detalların hazırlanması üçün istifadə edilən materialların keyfiyəti. 

3.  Detalların  hazırlanma  texnologiyasının,  qovşaqların,  mexanizmlərin,  aqreqatların 

yığılmasının və nizamlanmasının keyfıyyəti. 

    

Konstruksiyanın  təkmilləşdirilməsi

  dedikdə  onun  texniki  imkanlarını  qiymətləndirən 

istismar  keyfiyyətlərinin  yaxşılaşdırılması  başa  düşülür.  Buna  həmçinin  birləşmələrdəki 

araboşluqların  başlanğıc  qiymətlərinin,  oturtmaların,  müsaidələrin  və  bir  çox  texniki  şərtlərin 

(qovuşma, eynioxluluq) düzgün seçilmələri də daxildir. Hərəkət tərkibinin konstruksiyası texniki 

qulluq və təmir baxımından sərfəli olmalıdır, yəni profilaktik və təmir xarakterli texniki təsirlər 

minimum  əmək  və  material  xərcləri  ilə  yerinə  yetirilməlidir.  Digər  tərəfdən  detalların 

yeyilməsini azaltmaq üçün konstruksiyada yağlama düzgün seçilməli, iş rejimindən asılı olaraq 

yüksək  keyfiyyətli  yağlar  tətbiq  etməli,  eyni  etibarlılıq  və  ömür  uzunluğuna  malik  detallardan 

istifadə edilməli, bərkitmə elementlərinin növləri (çeşidləri) minimuma endirilməli, konstruksiya 

avtomatlaşdırma və mexanikləşdirmə vasitələrinə müvafiq olmalıdır. 

    Detalların  hazırlanması  üçün  işlədilən  materialların  keyfiyyəti  dedikdə  əsasən  istifadə 

edilən  materialın  növü  (polad,  çuqun,  alüminium  və  s.)  başa  düşülməlidir.  Bundan  başqa 

materialın  kimyəvi  və  mexaniki  xüsusiyyətləri  (termiki  və  mexaniki  emalı)  də  mühüm  rol 

oynayır.  Adətən  detalların  hazırlanmasında  ən  çox  yeyilməyə  məruz  qalan  detallar  üçün 

karbonlu  poladlar  işlədilir.  Həm  yeyilməyə  və  həm  də  yüksək  zərbəli  yüklər  altında  işləyən 

hissələr  az  karbonlu  legirləyici  poladlardan  hazırlanır.  Çünki  bu  halda  detallar  müəyyən 

deformasiyaya uğrayırlar. 

Detalların yeyilməyə qarşı davamlılığını yüksəltmək üçün termiki və mexaniki emalın təsiri 

çox  böyükdür.  Belə  ki,  termiki  emalın  düzgün  aparılmaması  detallarda  daxili  gərginliklər 

yaradır, təmizlik və dəqiqlik siniflərinin düzgün seçilməməsi isə onların ömür uzunluğunu aşağı 

salır. 


 


30 

 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə