Mühazirə Nəqliyyat qarşısında qoyulan əsas məsələlər Nəqliyyat sistemində texniki istismarın yeri



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə51/118
tarix18.04.2022
ölçüsü3,26 Mb.
#85570
növüMühazirə
1   ...   47   48   49   50   51   52   53   54   ...   118
ANİ muhazire konspekti

    Plastik yağlar.

 Avtomobilin bir çox açıq birləşmələri üçün yağlama materialı kimi plastik 

yağlardan  (bu  yağlara  bəzən  konsistent  yağlar  da  deyilir)  istifadə  edilir.  Bu  yağların  istifadə 

edilməsi vaxt itkisi ilə əlaqədar olduğundan yeni avtomobillər layihə etdikdə açıq birləşmələrin 

sayı  mümkün  qədər  azaldılır.  Bu  məqsədlə  rezin  materiallardan  və  plastik  kütlələrdən,  yüksək 

keyfiyyətli yağlardan və avtomatik təsir edən yağlama qurğularından geniş istifadə edilir. 

    Plastik yağlar sürtünmə qovşaqlarına kiçik təzyiq altında vurulmalı, sürtünən səthləri kənar 

zərərli  birləşmələrdən  qorumalı,  korroziya  əmələ  gətirməməli  və  s.  bu  kimi  tələbləri  təmin 

etməlidirlər. 

    Plastik  yağların  işləmə  qabiliyyətini  qiymətləndirən  əsas  istismar  göstəricisi 



effektiv 

özlülükdür.

  Effektiv  özlülük  yağın  reoloji  xüsusiyyətlərini,  yəni,  müxtəlif  mexaniki  yüklərin 

təsirindən  öz  formasını  dəyişmə  qabiliyyətini  xarakterizə  edir.  O,  yağ  qatlarının  sürüşmə 

gərginliyindən  və  sürətindən  asılıdır.  Plastik  yağın  açıq  birləşmələrə  daxil  olması  effektiv 

özlülükdən asılıdır. Bu özlülük artdıqca yağın nöqtələrə vurulması çətinləşir. 

    Plastik yağların həqiqi yağlama qabiliyyəti 



damcı düşmə temperaturu

 ilə qiymətləndirilir. 

Bu  göstərici  yağın  hansı  temperatura  qədər  öz  işləmə  qabiliyyətinin  saxlanılmasını  müəyyən 

edir.  Əgər  plastik  yağın  damcı  düşmə  temperaturu  yastığın  (qovşağın)  normal  işləmə 

temperaturundan aşağıdırsa, onda yağ birləşmədən axır, detallar sürətlə yeyilib sıradan çıxır. Bu 

halın  qarşısını  almaq  üçün  damcı  düşmə  temperaturu  sürtünmədə  iştirak  edən  detalların 

temperaturundan  

10-15 °C böyük qəbul edilir. 

    Açıq  birləşmələrin  ömür  uzunluğu  və  etibarlı  yağlanması  plastik  yağların  kimyəvi 

sabitliyindən də çox asılıdır, yəni, bu yağlar oksidləşməyə qarşı davamlı olmalıdırlar. Korrozion-

mexaniki  yeyilmənin  qarşısını  almaq  üçün  plastik  yağların  tərkibində  qələvi  və  su,  abraziv 

yeyilmənin baş verməməsi üçün isə mexaniki qarışıqlar olmamalıdır. 

    Plastik  yağlar  bir  sıra  mənfi  xüsusiyyətlərə  malik  olduqları  üçün  (aşağı  temperaturlarda 

yağlama  qabiliyyətini  itirir,  qovşaqlara  yüksək  təzyiq  altında  vurulur,  istehsalının  maya  dəyəri 

yüksəkdir və s.) son zamanlar bu yağlar avtomobillərin konstruksiyalarında az işlədilir. Arıtq bir 

sıra hallarda plastik yağların əvəzinə transmissiya yağları istifadə edilir.  




35 

 

 




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə