Mühazirə Nəqliyyat qarşısında qoyulan əsas məsələlər Nəqliyyat sistemində texniki istismarın yeri


Texniki qulluq və təmirin aparılma keyfiyyətinin təsiri



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə56/118
tarix18.04.2022
ölçüsü3,26 Mb.
#85570
növüMühazirə
1   ...   52   53   54   55   56   57   58   59   ...   118
ANİ muhazire konspekti

Texniki qulluq və təmirin aparılma keyfiyyətinin təsiri 

 

     İstismar prosesində nəqliyyat vasitəsinin işə texniki hazırlığını saxlamaq, etibarlılığını və 

ömür  uzunluğunu  yüksəltmək  üçün  müəyyən  yürüşlərdən  sonra  hərəkət  tərkibinə  kompleks 

texniki-təşkilati  tədbirlər  yerinə  yetirilir  ki,  bu  da  texniki  qulluq  deməkdir.  Texniki  qulluq 

hərəkət tərkibində baş verə biləcək nasazlıqların qarşısını alır. 

     Əgər  texniki  qulluqda  nəzərdə  tutulan  işlər  vaxtında  və  keyfiyyətlə  yerinə  yetirilməsə 

əhəmiyyətsiz  sayılan  ən  kiçik  nasazlıq  elə  imtinaların  əmələ  gəlməsinə  səbəb  olar  ki,  bunların 

aradan qaldırılması  üçün böyük miqdarda əmək  və material  xərcləri  tələb edilir. Bundan əlavə 

nəqliyyatın təmirdə boş dayanma müddəti artdığı üçün onun məhsuldarlığı azalır. Buna görə də 

texniki  qulluq  işləri  əvvəlcədən  tərtib  edilmiş  qrafik  əsasında  yerinə  yetirilməlidir.  TQ-nin 

aparılma keyfiyyətini yüksəltmək üçün avtomobil zonaya gəlməzdən qabaq diaqnostika postunda 

(və ya xəttində) yoxlanmalıdır. 

   Nəqliyyat  vasitəsindən  maksimum  istifadə  etmək  və  onun  məhsuldar  olmayan  vaxtını 

azaltmaq  üçün  TQ-nin  rejimi  (onun  növləri,  aparılma  periodikliyi,  görülən  işlər  və  iş  həcmi) 

istismar şəraitinə və hərəkət tərkibinin konstruktiv xüsusiyyətlərinə müvafiq olmalıdır. Belə ki, 

müxtəlif  istismar  şəraiti  üçün  müxtəlif  rejimlər  tərtib  olunmalıdır.  Lakin  bütün  hallarda  orta 

istismar şəraiti üçün tərtib edilmiş TQ-nin rejimi konkret nəqliyyat növü üçün (onların spesifik 

xüsusiyyətləri nəzər alınmaqla) müxtəlif korreksiya əmsalları vasitəsilə düzləndirilməlidir. 

   Avtomobilin  texniki  hazırlığının  yüksək  olması  üçün  texniki  qulluq  işləri  keyfiyyətlə 

yerinə  yetirilməlidir.  Əks  təqdirdə  onun  aqreqat  və  mexanizmlərinin  resursu  azalır.  Məsələn, 

şinlərdə  təzyiqin  normadan  20%  aşağı  olması,  onların  yürüşünü  25%  azaldır,  qabaq  oxda 

çarxların rastlaşmasının normadan 3-4mm fərqli olması, yanacaq sərfini 11-12% artırır, tormoz 

mexanizmində  araboşluğun  0,5  mm-dən  1  mm-ə  qədər  artması  tormozlama  yolunu  20% 

yüksəldir. 

   Amortizasiya yürüşü daxilində avtomobil bir neçə dəfə müxtəlif xarakterli təmirlərə məruz 

qalır. Avtomobilin təmiri əsasən ANM-də yerinə yetirilir. ANM-nin təcrübələri göstərir ki, yeni 

avtomobillərin əsaslı təmir yürüşü əsaslı təmir keçmiş avtomobillərin normativ yürüşündən 2,5-3 

dəfə artıq olur. Bu onunla izah edilir ki, avtomobilin təmiri aşağı keyfiyyətlə yerinə yetirilir. 




40 

 

    Nəqliyyat  vasitəsi  təmir  edilərkən  onun  aqreqat  və  mexanizmləri  tamamilə  təzə,  təmir 



olunmuş  və  istismara  yararlı  detallardan  yığılır.  Bütün  detalların  texniki  şərtlərə  müvafiq  gəl-

mələrini  fərz  etsək,  təmirin  keyfiyyəti  yığılma  texnologiyası  və  nizamlama  işlərinin  düzgün 

aparılması ilə qiymətləndirilir. 

  Bundan  başqa  təmirin  keyfiyyəti  avtotəmir  zavodu  şəraitində  hazırlanan  bir  çox  hissələrin 

(detalların) mexaniki xüsusiyyətlərinin texniki şərtlərdən kənar olmaları nəticəsində aşağı düşür. 

Materialların  tərkiblərinin,  çəkilərinin,  emal  növlərinin  düzgün  seçilməsi  təmirin 

keyfiyyətinə  xüsusi  təsir  göstərir.  Aqreqat  və  mexanizmlərin  yığılmasında  araboşluqlar, 

oturtmalar,  musaidələr,  gərilmələr  texniki  şərtlər  əsasında  seçildikdə,  yüksək  məhsuldarlığa 

malik  cihazlardan,  qurğulardan,  tərtibatlardan  istifadə  edildikdə  təmirin  keyfiyyəti  yüksəlir. 

Təmirin  keyfiyyətinin  yüksəlməsində  istehsalat  prosesində  işlədilən  yuyucu  məhlulların  və 

mayelərin,  detalların  səthlərini  təmizləmək  üçün  istifadə  edilən  təmizləmə  üsullarının  da  təsiri 

var. 


Ümumiyyətlə,  konstruktiv-texnoloji  amillər  nəqliyyat  vasitəsinin  istismar  keyfiyyətlərinin 

yüksəldilməsinə  xidmət  etməlidir.  Məsələn,  konstruktiv-texnoloji  amillərin  AN-nin  texniki 

vəziyyətinə təsirinə aid bir neçə misal göstərək. 

    Mühərrikin daim təkmilləşdirilməsinə baxmayaraq o, hal-hazırda avtomobilin ən az ömür 

uzunluğuna  malik  aqreqatlarından  biridir.  Mühərrikin  resursu  avtomobilin  əsaslı  təmir 

yürüşünün 60-70%-ni, onun işləmə qabiliyyətini  saxlamaq üçün isə bütün xərclərin  20-22%-ni 

təşkil edir. Mühərrikin normal işini təmin edən əsas elementlərdən biri yağlama siste-midir. Son 

zamanlar  bu  sistemin  təkmilbşdirilməsinə  xüsusi  fikir  verilir.  Məlum  olduğu  kimi  yağlama 

sisteminin düzgün müəyyən edilməsi nəinki detalların yeyilməsini azaldır, həm də birbşməbrdə 

dinamiki  qüwəbrin  yaranmasının  qarşısını  alır.  Buna  görə  yağlama  sistemində  işlədilən  yağ 

nasosları yüksək məhsuldarlığa hesablanır ki, bununla mühərrikin istənilən rejimində hissələrin 

arasına  yağın  vurulması  təmin  edilir.  Bu  isə  nasosun  konstruksiyası  ilə  əlaqədardır.  Dişli 

çarxların ölçülərinin, dişbrin profıllərinin, araboşluqların düzgün təyin olunması yağ nasosunun 

normal  işləmə  qabiliyyətini  təmin  edir.  Yağlama  sistemində  olan  yağın  soyudulması  üçün  yağ 

ventilyatoru, təkmilləşdirilmiş təmizləmə üçün narın və kobud süzgəclər və s. nəzərdə tutulur. 

Mühərrik  detallarının  yeyilməsi  onun temperatur rejimindən də asılıdır. Mühərrikin normal 

tcmperatur  rejimini  saxlamaq  üçün  termostatdan  istifadə  edilir.  Porşenlərin  ömür  uzunluğunu 

artırmaq  üçün  onların  işlək  sahələrinə  sürmə  çəkilir.  Son  zamanlar  porşen  üzüklərinin  üzərinə 

xromdan  nazik  qat  çəkilir,  konus  şəkilli  xromlaşdırılraış  polad  üzüklərdən  istifadə  olunur, 

dirsəkli valın boyunları üçün üçqat nazik içliklər işlədilir. Soyuq havalarda mühərrikin asan işə 

salınmasını  təmin  etmək  üçün  fərdi  işə  salıcı  qurğulardan,  güclü  starterlardan  geniş  istifadə 

edilir. 


İlişmə  muftasının  ömür  uzunluğunu  və  etibarlığını  yüksəltmək  məqsədilə  üzlüklər  yüksək 

keyfiyyətli  antifriksion  materiallardan  hazırlanır.  Ötürmələr  qutusunda  çəp  və  spiral  dişli 

çarxlardan,  yastıqların  məcburi  yağlama  sistemindən,  ötürmələrin  səlis  və  səssiz  yerinə 

yetirilməsi üçün sinxronizatorlardan istifadə edilir. 

Kardan  ötürməsinin  işləmə  müddətini  uzatmaq  üçün  iynəvarı  yastıqlar  düzgün  seçilməli, 

yaxşı  kipləşdirilməli,  səmərəli  yağlama  aparılmalı,  xaçvarı  barmağın  yığılma  texnologiyası 

texniki şərtlər əsasında yerinə yetirilməlidir. 

Hərəkətin  təhlükəsizliyini  təmin  etmək  üçün  tormoz  sisteminin  və  sükan  idarəsinin 

təkmilləşdirilməsinə  xüsusi  fikir  verilməlidir.  Buna  görə  tormoz  qəlibləri  yüksək  keyfiyyətli 

friksion  materiallardan  istehsal  edilir.  Əks  təqdirdə  yüksək  temperaturalarda  (400-450°C) 

sürtünmə azalır, tormozlama yolu artdığı üçün qəzaların əmələ gəlmə ehtimalı artır. Soyutmanı 

yaxşılaşdırmaq üçün barabanların səthində qabırğalar düzəldilir, diskli tormozlar tətbiq edilir və 

sükan idarəsində hidrogücləndiricilər geniş istifadə edilir. 

 

 




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə