Mühazirə Nəqliyyat qarşısında qoyulan əsas məsələlər Nəqliyyat sistemində texniki istismarın yeri



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə58/118
tarix18.04.2022
ölçüsü3,26 Mb.
#85570
növüMühazirə
1   ...   54   55   56   57   58   59   60   61   ...   118
ANİ muhazire konspekti

ehtimal  nəzəriyyəsindən

  və  kəmiyyət 

xarakteristikalarını təyin etmək üçün isə 

statistik üsuldan

 istifadə edilir. 

     Baş  verən  təsadüfü  hadisələrin  dəyişmə  qanunauyğunluqlarını  öyrənən  riyazi  elmə 

ehtimal nəzəriyyəsi deyilir. Ehtimal nəzəriyyəsi elə hadisələri öyrənir ki, onlar zamanın bu və ya 

digər  anında  (müşahidədə,  təcrübədə)  müxtəlif  formada  dəyişir  ki,  bunu  əvvəlcədən  müəyyən 

etmək  mümkün  deyil.  Lakin  tədqiqatlar  göstərir  ki,  müşahidə  (sınaq)  üçün  götürülən 

elementlərin  miqdarını  artırdıqca  müəyyən  qanunauyğunluq  əldə  edilir.  Bununla  bir  çox 

məsələləri tələb olunan dəqiqliklə həll etmək mümkündür. 

      Hər  hansı  bir  sistem  kimi  nəqliyyat  vasitəsinin  də  etibarlılığını  qiymətləndirmək  üçün 

onun  texniki  vəziyyətinin  dəyişmə  qanunauyğunluğu  haqqında  statistik  məlumatlar  olmalıdır. 

Bir sistem kimi hərəkət tərkibinin etibarlılığını lazımi dəqiqliklə təyin etmək üçün alınan statistik 

məlumatlar dolğun olmalı və fasiləsiz olaraq əldə edilməlidir. 

Statistik məlumatlar müxtəlif üsullarla əldə edilir. Hazırda bu məlumatlar ən çox aşağıdakı 

iki üsuldan biri ilə alınır: 

1.  Real istismar şəraitində işlədilən elementlərdən alınan statistik məlumatlar. 

2.  Xüsusi sınaqların aparılması nəticəsində alınan statistik məlumatlar. 




42 

 

    Etibarlılıq  xarakteristikalarının  birinci  üsulla  alınan  statistik  məlumatların  əsasında  tərtib 



edilməsi  bir  sıra  üstünlüklərə  malikdir.  Belə  ki,  bu  xarakteristikalar  istismar  zamanı  nəqliyyat 

vasitəsinə  təsir  edən  bütün  amilləri  nəzərə  alır  (istismar  rejimi  və  şəraiti,  konstruksiyanın  və 

hazırlanma texnologiyasının keyfiyyəti, istismar materiallarının təsiri, avtomobilin idarə edilmə 

üsulu və s.). Alınan nəticələrin daha dolğun olmasına baxmayaraq bu üsulun mənfi cəhətləri də 

çoxdur.  Əsas  mənfi  cəhəti  odur  ki,  etibarlılığın  xarakteristikaları  obyekt  tamamilə  istismar 

edildikdən  sonra  məlum  olur.  Statistik  məlumatların  toplanması  dövründə  sınaqdan  keçirilən 

elementlərin  keyfiyyəti  təkmilləşdirilmənin  hesabına  dəyişir.  Buna  görə  təyin  edilən  etibarlılıq 

göstəriciləri bir növ keçmişə aid olur, elementin cari keyfiyyətini müəyyənləşdirmir. Lakin yeni 

konstruksiyalar  layihələndirmək  lazım  gəldikdə  bu  xarakteristikalar  başlanğıc  şərtlər  kimi 

istifadə  edilir.  Bu  deyilənlərdən  başqa  birinci  üsulun  çatışmayan  cəhətlərindən  biri  də  odur  ki, 

istismar  zamanı  sınaqdan  keçirilən  sistemə  təsir  edən  yüklərin  miqdarını  təyin  etmək  praktiki 

olaraq  mümkün  deyil.  İkinci  üsulla  alınan  statistik  məlumatlar  əsasında  təyin  edilən  etibarlılıq 

göstəriciləri  istismar  şəraitini  təhrif  olunmuş  şəkildə  nəzərə  alır.  Bu  üsulun  (xüsusi  sınaqların 

aparılması) müsbət cəhəti odur ki, etibarlılıq xarakteristikaları müxtəlif yüklər üçün tərtib edilir. 

Buna  görə  layihələndirmə  zamanı  aparılan  hesablamaların  dəqiqliyi  yüksəlir.  Bundan  başqa 

təcrübələr  xüsusi  metodika  əsasında  təşkil  edildiyi  üçün  yeni  (təkmilləşdirilmiş)  hazırlanan 

elementlər  də  sınaqdan  keçirilə  bilir.  Beləliklə,  konstruksiya  kütləvi  şəkildə  istehsalata 

buraxılmazdan əvvəl onun etibarlılığı haqqında kifayət qədər məlumat alınır. Bu üsulla statistik 

məlumatların  alınmasının  mənfi  cəhəti  odur  ki,  sınaqların  yerinə  yetirilməsinin  təşkili  çox 

mürəkkəbdir və çətindir. Digər tərəfdən əsaslandırılmış göstəricilər almaq üçün böyük həcmli və 

uzun müddətli sınaqların aparılması tələb olunur. 

     Statistik məlumatların yuxarıda göstərilmiş üsullarla alınması texniki və iqtisadi cəhətdən 

həmişə sərfəli deyil. Ona görə son zamanlar statistik məlumatlar sürətləndirilmiş sınaqlar üsulu 

ilə  də  əldə  edilir.  Sürətləndirilmiş  sınaqlar  üsulu  təcrübələrin  yerinə  yetirilmə  müddətini  və  iş 

həcmini xeyli azaldır. 

    Yuxarıda deyilənlərdən aydın görünür ki, hər cür statistik məlumatlar çox vaxt sınaqların 

aparılması nəticəsində alınır. Sınaqların aparılması isə çox mürəkkəb və çətin işdir. Ona görə ki: 

a)  etibarlılıq  göstəriciləri  böyük  hədlərdə  (diapazonlarda)  dəyişir,  onların  dəyişməsinə 

konstruksiyanın  istismar  rejimi  və  şəraiti  müxtəlif  formada  təsir  edir  və  buna  görə  də  düzgün 

nəticələr  almaq  həmişə  mümkün  olmur;  b)  müasir  maşın  və  mexanizmlərə  həddindən  çox 

tələblər qoyulur; c) alınan etibarlılıq kriteriyaları ehtimal xarakteri daşıyır. Bu baxımdan sınaqlar 

müxtəlif məqsədlər üçün aparılır. Məsələn: 

1. 

Konstruksiyanın texniki şərtlərə nə dərəcədə müvafiq olmasını aydınlaşdırmaq məqsə-

dilə aparılan sınaqlar.

 Burada sınaqdan keçirilən maşının və ya mexanizmin əsas para-metrləri 

(dəqiqliyi, f.i.ə., məhsuldarlığı, gücü və s.) təyin edilir və onların texniki şərtlərə nə dərəcədə 

uyğun gəlməsi aydınlaşdırılır. Adətən zavod şəraitində aparılan bu sınaqlar konstruksiyanın 

kütləvi şəkildə istehsalına başlamazdan əvvəl Dövlət komissiyası tərəfindən yoxlanılır. Bu 

sınaqlar zamanı konstruksiyada buraxılmış qüsurlar aydınlaşdırılır, bir sıra mexanizmlərin hətta 

etibarlılıq göstəriciləri təyin edilir, maşının iş rejimləri müəyyənləşdirilir və s. 

2. 


Xüsusi  stendlərdə  yerinə  yetirilən  sınaqlar.

  Burada  konstruksiyanı  qiymətləndirən 

parametrlərin  başlanğıc  göstəricilərinin  variasiya  olunma  xüsusiyyətləri  öyrənilir,  konstruksiya 

ümumi şəkildə yoxlanılmaqla bərabər onun aqreqat və mexanizmlərinin də sınağı aparılır. Stend 

sınaqları laboratoriya şəraitində yerinə yetirilir. Bu sınaqları təşkil edərkən çalışmaq lazımdır ki, 

stenddə  yaradılan  sınaq  şərait  real  istismar  rejiminə  maksimum  müvafiq  olsun.  Stend sınaqları 

laboratoriya şəraitində yerinə yetirilir. Stenddə aparılan sınaqlar konstruksiyanın işində imtinalar 

baş verənədək və yaxud nəzərdə tutulmuş sınaq müddəti qurtaranadək davam etdirilir. 

3. 

İstismar  sınaqları.

  Bu  sınaqlar  real  istismar  şəraitində  konstruksiyanın  əsas 

xarakteristikalarını  aydınlaşdırmaq  üçün  aparılır.  Bu  məqsədlə  ən  ağır  istismar  şəraiti  seçilir. 

Konstruksiya  müxtəlif  yol  və  iqlim  şəraitində  yoxlanıldıqdarı  sonra  kütləvi  istehsala  buraxıla 

bilər.  Bu  sınaqların  aparılmasında  məqsəd  konstruksiyaların  ayrı-ayn  aqreqat  və 

mexanizmlərinin (sistem və qovşaqlarının) etibarlılığını real istismar şəraitində yoxlamaqdır. 




43 

 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə