Mühazirə Nəqliyyat qarşısında qoyulan əsas məsələlər Nəqliyyat sistemində texniki istismarın yeri



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə59/118
tarix18.04.2022
ölçüsü3,26 Mb.
#85570
növüMühazirə
1   ...   55   56   57   58   59   60   61   62   ...   118
ANİ muhazire konspekti

Mühazirə 16. 

NV-nin etibarlılığının əsas xüsusiyyətləri :

 

imtinasıziıq, ömüruzunluğu, 

təmirəyararlılıq, qorunma qabiliyyəti  

 

Etibarlılıq anlayışı, əsas xüsusiyyətləri, parametrləri 

 

       Verilmiş istismar şəraitində və interval yürüşündə, istismar göstəricilərini qəbul edilmiş 

normalar  hüdudunda  saxlamaq  şərtilə  nəqliyyat  vasitəsinin  öz  funksiyasını  yerinə  yetirə  bilmə 

xüsusiyyətinə 

etibarlılıq

  deyilir.

  Hərəkət  tərkibinin  etibarlılığı  onun  layihələndirilməsinə 

başlanan  andan  nəzərdə  tutulur.  Konstruktorların  müəyyən  etdikləri  etibarlılıq  istehsalçılar  və 

istismarçılar  tərəfindən  müxtəlif  texnoloji  və  istismar  tədbirləri  vasitəsilə  qorunub 

saxlanılmalıdır.  Konstruksiya  detallarının  təbii  yeyilməsi  və  başqa  səbəblər  nəticəsində 

imtinaların intensivliyi yürüşlə mütənasib artdığı üçün onların etibarlılığı aşağı düşür. Aydındır 

ki, bu baxımdan təzə konstruksiyanın etibarlılığı əsaslı təmir keçmiş analoqunun etibarlılığından 

dəfələrlə  yüksəkdir.  Buna  görə  də  etibarlılıq  dərəcəsi  nəqliyyat  ya  da  onun  hər  hansı  aqreqatı, 

mexanizmi, sistemi, detalı üçün müəyyən yürüş intervalında nəzərdən keçirilir. Burada istismar 

şəraiti  (xüsusilə  yol  və  iqlim  şəraiti)  mühüm  rol  oynayır.  Etibarlılıq  nəzəriyyəsinin  əsas 

müddəalarından hərəkət tərkibi üçün istifadə etdikdə nəqliyyat vasitəsinə bir sistem kimi, onun 

aqreqatlarına,  mexanizmlərinə,  sistemlərinə  və  detallarına  isə  element  kimi  baxılır.  Əgər 

nəzərdən keçirilən obyekt aqreqatdırsa, onda ona da sistem kimi baxmaq olar. 

     Məlumdur ki, hərəkət tərkibi uzun müddət istismar edilmək üçün hazırlanır. Onun aqreqat 

və  mexanizmlərinin  müxtəlif  ömür  uzunluğuna  malik  olmaları  tələb  edir  ki,  müəyyən 

yürüşlərdən  sonra  və  ya  tələbat  olduqda  profilaktik  və  təmir  xarakterli  texniki  təsirlər  yerinə 

yetirilsin. Lakin çalışmaq lazımdır ki, nəqliyyat  vasitəsi texniki qulluğa və təmirə az-az gəlsin, 

həmçinin  bu  zaman  çəkilən  xərclər  minimuma  endirilsin.  Deməli,  etibarlılıq  göstəriciləri  elə 

olmalıdır  ki,  onlar  müxtəlif  xarakterli  texniki  təsirlərin  minimum  vaxtda  və  xərclərlə  yerinə 

yetirlməsini  təmin  etsinlər.  TQ-un  və  təmirin  əmək-material  xərcləri,  həmçinin  iş  həcmi, 

detallarm  ömür  uzun-luğunu  artırmaq,  avtomobilin  konstruksiyasının  təmirəyararlığını 

yüksəltmək,  istismar  materiallarının  keyfıyyətini  yaxşılaşdırmaq  və  s.  yollarla  azaldıla  bilər. 

Nəqliyyat vasitəsinin etibarlılığı işləmə qabiliyyəti anlayışı ilə sıx bağlıdır ki, bu da bildiyimiz 

kimi  öz  funksiyasını  verilmiş  normativlər  hüdudunda  yerinə  yetirmə  qabiliiyyətinə  deyilir. 

Nəqliyyat vasitəsi onda işləmə qabiliyyətinə malikdir ki, o, daşımaları normal texniki vəziyyətdə 

yerinə yetirə bilir. 

    Etibarlılıq  anlayışını  mürəkkəb  bir  sistem  kimi  avtomobil  nəqliyyatının  timsalında 

nəzərdən keçirək. 

   

Avtomobilin  etibarlılığı 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə