Mühazirə Nəqliyyat qarşısında qoyulan əsas məsələlər Nəqliyyat sistemində texniki istismarın yeri



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə61/118
tarix18.04.2022
ölçüsü3,26 Mb.
#85570
növüMühazirə
1   ...   57   58   59   60   61   62   63   64   ...   118
ANİ muhazire konspekti

təmirəyararlılıq

 deyilir. 

    Təmirəyararlılığın  xüsusiyyətlərindən  asılı  olaraq  avtomobilin  müxtəlif  xarakterli  texniki 

təsirlər  altında  boş  dayanmaları  və  görüləcək  işlərin  həcmi  dəyişir.  Avtomobilin  təmirə 

yararlılığı aşağıdakı əsas xüsusiyyətləri ilə müəyyən edilir (qıymətləndirilir): 

 1.  Konstruksiyanın TQ və təmir obyektinə əlverişli olması - avtomobilin müxtəlif texniki 

təsirlər  altında  (xüsusən  təmirdə)  boş  dayanma  müddətinin  aşağı  salınması  baxımından  xüsusi 

əhəmiyyət  kəsb  edir.  Bu  xüsusiyyət  avtomobıldə  TQ  və  CT  işlərini  yerinə  yetirərkən  tələb 

olunan  köməkçi  işlərin  həcmini  minimuma  endirməlidir.  Bununla  yanaşı  əməliyyatların 

aparılması  zamanı  işçilərin  müxtəlif  vəziyyətlərdə  olmalarından  asılı  olmayaraq  onların 

yorğunluğu hiss edilməməlidir. Əks təqdirdə TQ və CT işlərinin yerinə yetirilmə keyfıyyətı aşagı 

düşür.  Praktiki  olaraq  avtomobilin  imtinasız  işləyən  elementlərinə  bu  xüsusiyyətin  tətbiq 

edilməsi məcburi deyil. Məsələn, səs siqnalı demək olar ki, tamamilə imtinasız işləyir. Buna görə 

də onun harada yerləşdirüməsinin mənfi təsiri yox dərəcəsindədir. 

2. Avtomobil elementlərinin qarşılıqlı əvəz olunma xususiyyəti - təmirəyararlılığın elə bir 

xüsusiyyətidir  ki,  bir  qrup  eyni  adlı  elementlərdən  (detallardan,  qovşaqlardan)  hər  hansı  birini 

götürüb  heç  bir  əlavə  hazırlıq  işləri  aparmadan  (nizamlama  işləri  istisna  olmaq  şərtilə)  yerinə 

qoyulduqda o, öz normal işləmə qabiliyyətini saxlaya bilsin. 

3.  Aqreqat  və  detalların  unifikasiya  xüsusiyyəti  -  eyni  təyinatlı  müxtəlif  konstruksiyalı 

avtomobil  elementlərinin  sayının  minimuma  endirilməsinə  deyilir.  Unifıkasiya  xüsusiyyəti  TQ 

və  CT  proseslərini  sadələşdirir,  ehtiyat  hissələrinin  nomenklaturasını  azaldır.  Bu  xüsusiyyət 

avtomobilin  bərkitmə  elementlərinin  (bolt,  sancaq,  qayka  və  s.)  miqdarının  və  yağlama 

materiallarının çeşidlərinin azaldılması baxımından böyük əhəmiyyətə malikdir. Eyni funksiyanı 

yerinə  yetirən  elementlərin  sayının  azaldılması  sənayedə  onların  hazırlanma  texnologiyasını 

sadələşdirir, istismarda istifadə ediləcək avadanlıqların və alətlərin sayını azaldır. 



45 

 

4.  Qaraj  avadanlığının  varisliyi  -  istismar  və  xidmət  müəssisələrində  olan,  TQ  və  CT 



zonalarında  işlədilən  avadanlıqların  avtomobilin  tipindən  və  markasından  asılı  olmayaraq 

istifadə  edilməsi  üçün  yararlığı  xüsusiyyətidir.  Avtomobilin  açıq  birləşmələrində  işlədilən 

yağdanların  eyni  konstruksiyaya  malik  olmaları  onların  bütün  avtomobillərdə  işlədilməsinə 

imkan  verdiyi  kimi,  müəssisələrdə  eyni  adlı  qaraj  avadanlığının  da  tətbiq  edilməsinə  şərait 

yaradır. Bu xüsusiyyət eyni ölçülü bərkitmə elemetnləri üçün də əsasdır. 

     


Təmirəyararlılığı  qiymətləndirən  əsas  parametrlər  bunlardır:  orta  bərpa  olunma  vaxtı, 

TQ-un  aparılma  vaxtı,  TQ  və  CT-in  xüsusi  əmək  tutumu,  dəyəri,  bərpalar  axınının  parametri, 

texniki hazırlıq və istifadə əmsalları. 

    Təmirəyararlılıq  baxımından  bütün  avtomobil  elementləri  iki  böyük  qrupa  bölünür:  a) 

bərpa olunmayan və b) bərpa olunan elementlər. 

    İşləmə  qabiliyyəti  təmir  vasitəsilə  bərpa  edilə  bilməyən  detallara 



bərpa  olunmayan

 

elementlər  deyüir.  Bunlara  rezin-texniki  məmulatlar  (tormoz  qəlibləri,  araqatlar,  kipgəclər), 



elektrotexniki məmulatlar (lampalar, qoruyucular, şamlar), tez yeyilən detallar (üzüklər, içliklər), 

hərəkətin  təhlükəsizliyini  təmin  edən  detallar  (sükan  dartqılarının  kürəli  barmaqları,  şkvoren 

oymaqları) və s. aiddir. 

    Parametrləri buraxıla bilən maksimum qiymətlərinə çatdıqdan sonra təmir yolu ilə yenidən 

bərpa  edilə  bilən  avtomobil  hissələrinə 

bərpa  olunan

  elementlər  deyilir.  Bu  elementlərə  misal 

olaraq  avtomobilin  aqreqatlarını,  mühərrikin  dirsəkli  valını  və  silindrlər  blokunu,  tormoz 

mexanizmi və s.-ni göstərmək olar. 

   

Texniki  sənədlərdə  verilmiş  istismar  göstəricilərini  nəql  etmə  və  müəssisə  ərazisində 

saxlanılma  müddətində  avtomobilin  mühafizə  edilmə  xüsusiyyətinə  onun 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə