Mühazirə Nəqliyyat qarşısında qoyulan əsas məsələlər Nəqliyyat sistemində texniki istismarın yeri


(D-1)  və xüsusi (elementlər üzrə -  D-2)



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə85/118
tarix18.04.2022
ölçüsü3,26 Mb.
#85570
növüMühazirə
1   ...   81   82   83   84   85   86   87   88   ...   118
ANİ muhazire konspekti

(D-1)

 və xüsusi (elementlər üzrə - 

D-2)

 diaqnostika.

 

Ümumi  diaqnostika  TQ  -1-in  periodikliyi  ilə  hərəkət  tərkibinin  bütövlükdə  texniki  vəziyyətini 



(onun  saz  və  yaxud  nasaz  olmasını)  müəyyən  etmək  üçün  yerinə  yetirilir.  Nəqliyyat  vasitəsi 

yüksək  təhlükəli  istismar  şəraitində  işlədikdə  (böyük  şəhərlərdə,  dağlıq  yerlərdə,  daim  sərnişin 

daşınmasmda  və  s.)  ümumi  diaqnostikanın  aparılma  periodikliyi  3-4  dəfə  qısa  götürülür  və 

tələbata görə nizamlaına işləri yerinə yetirilir. Diaqnostikanın bu variantına 



ekspress-diaqnostika

 

deyilir  ki,  burada  tormoz  sisteminin,  sükan  idarəsinin,  şinlərin,  işıq-səs  siqnallarının  və 



cihazlarının  texniki  vəziyyəti  təyin  edilir,  işlənmiş  qazlarun  tərkibi  analiz  ohunur.  Ekspress-

diaqnostika, adətən, avtomobil xəttə çıxmazdan qabaq texrıiki nəzarət postunda yerinə yetirilir. 

Elementlər üzrə diaqnostika zamanı diaqnostika obyektinin gizli nasazlıqları təyin edilir. Bu 

diaqnostikada  məqsəd  konkret  olaraq  hərəkət  tərkibinin  nasaz  aqreqat  yaxud  mexanizmini 

müəyyən  etmək  və  nasazlıqların  yaranma  səbəblərini  aydınlaşdırmaqdır.  Xüsusi  diaqnostika 

(buna bəzən dərin diaqnostika da deyilir) TQ-2-nin periodikliyi ilə ondan 1-2 gün qabaq aparılır. 

D-2-də  nizamlama  və  təmir  işlərinin  həcmi  müəyyənləşdirilir,  nəqliyyatın  TQ-2  və  CT 

zonalarından  hansına  keçəcəyi  təyin  edilir.  Əgər  hərəkət  tərkibinin  təmir  işləri  varsa  və  böyük 

həcmə  malikdirsə,  onda  hərəkət  tərkibi  əvvəlcə  CT  zonasına  göndərilir.  Xüsusi  diaqnostikanın 

nəticələrinə görə obyektin imtinasız işləmə resursu proqnoz edilir və onun növbəti D-2-yə qədər 

işləmə qabiliyyətinin saxlanması üçün görüləcək işlərin həcmi təyin edilir. 

2.   Aparılma üsuluna görə - 



stasionar və səyyar diaqnostika




65 

 

Stasionar diaqnostikada  nəqliyyat  vasitəsinin (aqreqatın, mexanizmin və  s.) işi laboratoriya 



şəraitində  xüsusi  stendlər  vasitəsilə  imitasiya  edilir.  Səyyar  diaqnostika  isə  (hərəkət  vaxtı 

aparılır)  müxtəlif  yerlərdə  istifadə  edilə  bilən  diaqnostik  cihazlar  işbdıilir.  Bu  diaqnostika 

növlərinin  hər  ikisinin  aparılmasında  nıəqsəd  mühərriki  tələb  olunan  gücü  yarada  bilməyən  və 

yanacaq sərfı normadan çox olan nəqliyyat vasitələrini aşkara çıxarmaqdır. 

3.    Təyinatına  görə  - 

ixtisaslaşdırılmış 

(sərbəst  postlarda)  və  TQ,  CT-lə 



birləşdirilmiş 

diaqnostika

.  Sərbəst  postlarda  təşkil  edilmiş  diaqnostika  bir  sıra  yoxlama  sınaqlarının  və 

diaqnostika  əməliyyatlarının  yerinə  yetirilməsi  üçündür.  Bu  diaqnostikanm  əsas  məqsədi 

əvvəlcədən nəzərdə tutulmuş kompleks diaqnostika işlərini TQ-1, TQ-2 və CT-dən qabaq yerinə 

yetirməklə nəqliyyatın profilaktik və təmir xarakterli texniki təsirlərə olan tələbatını və görüləcək 

iş həcmini təyin etməkdir. İxtisaslaşdırılmış diaqnostikadan TQ və CT işlərinin yerinə yetirilmə 

keyfiyyətini  yoxlamaq  üçün  də  nəzarət  diaqnostikası  kimi  istifadə  edilir.  TQ  və  CT-lə 

birləşdirilmiş  diaqnostikada  əməliyyatlar  texniki  qulluq  və  təmir  zonalarında  yerləşdirilmiş 

postlarda görülür. 

4.      TQ  və  CT-in  texnoloji  prosesində  avadanlığm  tutduğu  yerinə  görə  - 



diaqnostika 

postlarında

  və 


TQ  və  CT  zonalarında

  yerləşdirilmiş  diaqnostik  avadanlıqlarla  yerinə  yetirilən 

diaqnostika. 

Diaqnostika  işlərinin  yüksək  keyfiyyətlə  görülməsi  baxımından  birinci,  əməliyyatların 

operativ  yerinə  yetirilməsi  nöqteyi-nəzərindən  isə  ikinci  növ  diaqnostikanın  istifadə  edilməsi 

daha məqsədəuyğundur. 

5.    Aparılma rejiminə görə - 

planlı surətdə

 və 


tələbata görə

 yerinə yetirilən diaqnostika. 

Planlı surətdə görülən diaqnostika ixtisaslaşdırılmış diaqnostika olub adətən TQ-1, TQ-2 və 

CT-dən  qabaq  (texniki  qulluqlar  üçün  onların  periodikliyinə  müvafiq  olaraq)  yerinə  yetirilir. 

Burada  qabaqcadan  nəzərdə  tutulmuş  kompleks  diaqnostika  işləri  görülür.  Tələbata  görə 

diaqnostika isə obyektin texniki vəziyyətində qeyri-müəyyənlik müşahidə olunduqda onun aşkar 

edilib aradan qaldırılması üçün profılaktik və təmir xarakterli işləri yerinə yetirərkən aparılır. 

6.  Nəhayət,  diaqnostika  növlərindən  biri  də 



nəzarət  diaqnostikasıdır

  ki,  bunun  də  məqsədi 

TQ və CT-də görülən işlərin keyfiyyətini yoxlamaqdır. 

 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə