Mühazirə Nəqliyyat qarşısında qoyulan əsas məsələlər Nəqliyyat sistemində texniki istismarın yeri



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə93/118
tarix18.04.2022
ölçüsü3,26 Mb.
#85570
növüMühazirə
1   ...   89   90   91   92   93   94   95   96   ...   118
ANİ muhazire konspekti

vibroakustik

  diaqnostika  üsulu  da  geniş 

tətbiq edilir. Burada diaqnostik əlamətlər kimi həm zərbələrin enerjisindən    və   həm   də   

səs      siqnallarının  parametrlərindən.  istifadə  edilir.  Bu  halda  mexanizmdəki  rəqslərin 

amplitudalarının  dəyişmə  qanunauyğunluğu  xüsusi  qurğu  -  spektrometr  vasitəsilə  qurulur. 

Alınan  amplituda  qiymətləri  öz  nominal  qiymətləri  ilə  müqayisə  edilir  və  sistemin  texniki 

vəziyyəti haqqında mülahizə irəli sürülür. 

     


Funksional 

diaqnostika  üsulu  ilə  avtomobilin  texniki  vəziyyətini  müəyyən  etmək  üçün 

onun  işləmə  qabiliyyətini  qiymətləndirən  parametrləri  nəqliyyat  prosesində  və  ya 

laboratoriya  şəraitində  təyin  edilir.  Bu  parametrlər  özlərinin  buraxıla  bilən  qiymətləri  ilə 

müqayisə  edilir,  nəticədə  sistemin  texniki  vəziyyəti  aydınlaşdırılır.  Məsələn,  ümumi  halda 

tormoz  sisteminin  texniki  vəziyyəti  təkərlərdəki  tormozlama  qüvvələrinə,  sükan  idarəsinin 

işləmə  qabiliyyəti  sükan  çarxının  lüftünə,  mühərrik  detallarının  yeyiilmə  dərəcəsi  karter 

yağınən tərkibinə görə müəyyən edilir. 

    

Qarışıq 

diaqnostika  üsulu    yuxarıda    göstərilən  üsulların  bir  neçəsinin  eyni  zamanda 

istifadə ediilməsinnə əsaslanır.   Bu  halda  çıxış  proseslərinin  o  diaqnostk  parametrləri 

əsas qəbul edilir ki, onlar sistemin texniki vəziyyətini daha düzgün qiymətləndirir və ölçülmə 

prosesi sadədir. 

    


Kombinələşmiş

  diaqnostika  üsuluna  vibroakustik  diaqnostika  üsulunu  misal  göstərmək 

olar. 

    Bir  sıra  hallarda  avtomobilin  ətraf  mühitə  təsiri,  mühərrikin  güc-iqtisadi  göstəricilərinin 



təyini, tormoz  sisteminin    səmərəli     işləməsinin     yoxlanılması     və   s. xüsusiyyətlər 

baxımından texniki vəziyyətinin öyrənilməsi diaqnostika üsulu kimi qəbul edilir. 

    Texniki  diaqnostika  həm  də 

subyektiv 

və 


obyektiv

  olmaqla  iki  yerə  bölünür.  Subyektiv 

diaqnostikada  mexaniklərin,  sürücülərin  və  ya  fəhlələrin  təcrübəsinə  və  vərdişlərinə 

əsaslanmaqla  sadə  ölçmə  metodları  (stetoskop,  manometer,  xətkeş  və  s.  köməyilə)  istifadə 

olunur.  Obyektiv  diaqnostikada  diaqnostik  simptompların  aşkar  edilməsi  və  diaqnostik 

parametrlərin  ölçülməsi  üçün    diaqnostika  edilən  obyektin  texniki  vəziyyətinin  obyektiv 

qiymətləndirilməsini  təmin  edən  xüsusi  avadanlıq  və  cihazlar  istifadə  olunur.  Bu  iki 

diaqnostika növü əksər hallarda bir-birini tamamlayır. 

   

Obyektiv diaqnostika

 baxımından təsnifata görə texniki diaqnostikanın metod və üsulları 5 

əsas qrupda toplanır. 

1.  Energetik  metodlar;  2.  Vibroakustik  metodlar;  3.  İstilik  metodları;  4.  Stroboskopik 

metodlar;  5. Xüsusi metodlar. 

   


Energetik

  metodlar  həm  də  yüklənmə-sürətlənmə  və  ya  effektivlik  parametrlərinə  görə 

diaqnostika metodları adlandırılır. Bu metodlar əsasən ümumi diaqnostikada istifadə olunur. 

   Stroboskopik

  metodlar 



stroboskopik  effektin

  (stroboskopik  effekt-    fırlanan  detal  onun 

fırlanma tezliyinə bərabər və  ya tam dəfə fərqlənən tezlikli qısa müddətli işıq parıltıları  ilə 

işıqlandırıldıqda  insan  gözünə  tərpənməz  görünür)  istifadəsinə  əsaslanır.  Bu  metodlar 

detalların  (  mühəırikdə-  klapanların  itələyiciləri,  minik  avtomobinin  qabaq  asqısı  –  yaylar, 



69 

 

ilişmə muftası - fırlanan disklər,  kardan ötürməsi – kardan valı və s.) periodik hərəkəti baş 



verən bütün qovşaqları stroboskop cihazı ilə diaqnostika etməyə imkan verir.  

         Xüsusi  metodlara  -  avtomobilin  konkret  aqreqat  və  qovşaqlarında  istifadə  olunan 

diaqnostika metodları aid edilir. Məsələn, 1)


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə