Mühazirə otağı/Cədvəl 11, Məhsəti küç.(Neftçilər Kampusu). Otaq 304; Cümə axşamı -13 40 15 10



Yüklə 72,43 Kb.
tarix17.04.2018
ölçüsü72,43 Kb.
#38747
növüMühazirə

Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

Nitq mədəniyyəti və üslubiyyat

Departament

Azərbaycan dili və ədəbiyyat

Proqram (bakalavr, magistr)

Bakalavr

Tədris semestri

2016, payız semestri

Fənni tədris edən müəllim (lər)

f.ü.f.d. Cahid Kazımov

E-mail:

cahid@ismayiloglu.com

Telefon:

(+99450) 661 0021

Mühazirə otağı/Cədvəl

11, Məhsəti küç.(Neftçilər Kampusu). Otaq 304;

Cümə axşamı -1340 -1510



Məsləhət saatları

Bazar ertəsi, saat 13.00-15.00

Prerekvizitlər

yoxdur

Tədris dili

Azərbaycan dili

Fənnin növü

(məcburi, seçmə)

Məcburi

Dərsliklər və əlavə ədəbiyyat

Əsas ədəbiyyat

  1. Qızqayıt Mustafayeva. Azərbaycan dilinin üslubiyyatı. Bakı - 2010, 392 s.

  2. Zabit Məmmədov, Nadir Abdullayev. Nitq mədəniyyətinin əsasları. Bakı, 2008.

  3. Vaqif Tapdıq oğlu Qurbanov – Nitq mədəniyyəti və üslubiyyat. Bakı, “Müəllim” nəşriyyatı, 2011.


Əlavə ədəbiyyat

1. Abdullayev A.A. Nitq mədəniyyəti və natiqlik sənəti, Bakı,

1973.

2. Abdullayeva N.Ə., Məmmədov Z.T. Nitq mədəniyyəti məsə-



lələri, Bakı,1998.

3. Abdullayev N.Ə, Məmmədov Z. Nitq mədəniyyətinin əsasları,

Bakı, 2005.

4. Abdullayeva N.Ə., Məmmədov Z.T. Müəllimin nitq mədə-

niyyəti, Bakı, 2002.

5. Adilov M.N., Verdiyeva Z.İ., Ağayeva F.M. İzahlı dilçilik

terminləri.(sorğu lüğəti), Bakı, 1989.

6. Axundov A.A. Dil və üslub məsələləri, Bakı, 1970.

7. Axundov A.A. Ümumi dilçilik, Bakı, 1982.

8. Axundov A.A. Dil və mədəniyyət, Bakı, 1992.

9. Ağayeva İ. Bədii və elmi üslub. Bakı, 1988.

10. Azərbaycan bədii dilin üslubiyyatı (oçerklər), Bakı, 1970

11. Azərbaycan dilinin üslubiyyatı, Bakı, 1990.

12. Azərbaycan ədəbi dilinin praktik üslubiyyatı, Bakı, 1992.

13. Bağırov Ə. Azərbaycan dilinin üslubiyyatı, Bakı, 1985.

14. Cahangirov M. Milli təşəkkül mərhələsində ədəbi dilin

aparıcı üslubları, II hissə, Bakı, 1989.

15. Dəmirçizadə Ə. Azərbaycan dilinin üslubiyyatı, Bakı, 1962.

16. Dil mədəniyyəti, Bakı, 1972,1974,1979,1985.

17. Ədəbiyyatşünaslıq terminləri lüğəti, Bakı, 1988

18. Əliyev K. Antik dövrün natiqlik sənəti, Bakı, 1983.

19. Əliyev K. Antik dövrün natiqlik məktəbləri, Bakı, 1985.

20. Əliyev K. Leksik, frazeoloji və qrammatik vahidlərin nitqdə

rolu. Bakı, 1991.

21. Əliyev K. Üslub haqqında söhbət, Bakı, 1991.

22. Əliyev K. Azərbaycan ədəbi dilinin üslubiyyat problemləri,

Bakı, 2001.

23. Əfəndiyeva T. Azərbaycan dilinin bədii ifadə vasitələri,

Bakı, 1973.

24. Əfəndiyeva T. Azərbaycan dilinin leksik üslubiyyatı, Bakı,

1980.

25. Həsənov H. Nitq mədəniyyəti və üslubiyyatın əsasları.



Bakı, 1999.

26. Hacıyev T. XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili.

Bakı, 1977.

27. Hacıyev T. Azərbaycan ədəbi dili tarixi. II hissə, Bakı,

1987.

28. Qurbanov A. Ümumi dilçilik. II hissə, Bakı, 1993.



29. Məmmədov M. Ana dili və nitq mədəniyyəti məsələləri,

Bakı, 2004.

30. Nitq mədəniyyəti məsələləri, Bakı, 1988, 1992.

31. Seyidov Y. Yazıçı və dil, Bakı, 1979.

32. Seyidov Y. Sözün şöhrəti, Bakı, 1981.

33. Yusifov M. Nitq mədəniyyətinin əsasları, Bakı, 1997.




Kursun vebsaytı

www.cahid.info

Tədris metodları

Mühazirə

Mühazirə

Qrup müzakirəsi

Qrup müzakirəsi

Praktiki tapşırıqlar

Praktiki tapşırıqlar

Praktiki məsələnin təhlili

-

Digər

-

Qiymətləndirmə

Komponentləri

Qiymətləndirmə meyarları

Faiz (%)

Aralıq imtahanı




30

Sərbəst iş

Bədii mətnin linqvistik təhlilini aparmaq, nəzəri biliklərdən çox təcrübi biliklərə diqqət yetirmək, əlavə ədəbiyyatdan istifadə edərək tədqiqat yönümlü təhlillər aparmaq əsas meyar sayılır.

5

Fəallıq

Dərs prosesində auditoriyaya ünvanlanmış sualların cavablandırılmasında və müzakirələrdə aktiv iştirak etmək, müəllimin buraxdığı səhvləri sezərək mühazirəyə müdaxilə etmək, təqdimat və ya sərbəst iş təqdim edən tələbə yoldaşının təqdimatına münasibət bildirmək və suallar ünvanlamaq əsas qiymətləndirmə meyarı sayılır.

10

Davamiyyət

Dərsdə iştirak.

5

Kurs işi (Layihə)




-

Təqdimat

Hər bir mövzu ətrafında əsas və əlavə ədəbiyyatdan istifadə edərək, əsasən nəzəri biliklərin üstünlük təşkil etdiyi kompüter proqramları, qrafik formalar, cədvəllər, infoqraflar vasitəsi ilə hazırlanmış fərdi təqdimatları auditoriyaya təqdim etmək əsas qiymətləndirmə meyarı sayılır. Təqdimatın forma və məzmunundan asılı olaraq qrup şəklində hazırlanmış təqdimatlar da qitmətləndirilir.

10

Final imtahanı




40

Digər




-

Yekun




100

Kursun təsviri

Nitq mədəniyyəti ilə üslubiyyat arasında qarşılıqlı əlaqə vardır. Üslubun yaranması dilin özünün inkişafı ilə bağlıdır. Dil üslubları dilin inkişaf səviyyəsindən asılı olaraq meydana gəlmişdir. Böyük yunan alimi Aristotel hələ eramızdan çox-çox əvvəl üslub məsələsini nitq mədəniyyəti ilə əlaqələndirirdi: “Üslubun qiyməti onun aydınlığındadır. Əgər nitq aydın deyilsə, deməli, natiq öz məqsədinə nail ola bilməmişdir. Üslub nitqin mövzusuna uyğun gəlməlidir”.

Nitq mədəniyyəti ilə üslubiyyatı eyniləşdirmək və ya üslubiyyatı nitq mədəniyyəti predmetinin içərisində əritmək düzgün deyildir, amma nitq mədəniyyəti üslubiyyatın bir sıra məsələlərini də əhatə edir, üslubun düzgünlüyünə qiymət verir. Deməli, nitq mədəniyyətini üslubi normalardan məqsədəuyğun istifadə olunması və ifadəlilik məsələləri maraqlandırırsa, üslubiyyatı dil vahidlərinin leksik-semantik əlaqələri, üslubi imkanları, söz yaratma və söz işlətmənin normativliyi, funksional üslubları nəzərdə saxlayır.

Üslubiyyat dil və nitq üslublarını, nitq mədəniyyəti isə müasir ədəbi dil çərçivəsində söz və qrammatik formaların nitqdə işlədilmə imkanlarını, onların əlverişliliyini, uyğunluq, düzgünlük, səlislik, ifadəlilik kimi keyfiyyətlərini, dil sisteminin emosional-ekspressiv çalarlarını, bədii ifadə və təsvir vasitələrinin formalaşması və təkmilləşməsinə təsir göstərən amillərin qarşılıqlı əlaqələrini öyrənir.


Kursun məqsədləri

Nitq mədəniyyəti dilçiliyin praktik sahəsi olub, dildən ünsiyyət vasitəsi kimi istifadə qaydalarını öyrənir. Nitq mədəniyyətinə yaxşı yiyələnmək üçün dilin fonetik (orfoepik və orfoqrafik), leksik və qrammatik qayda - qanunlarını bilmək və nitq zamanı onlara əməl etmək zəruridir. Nitq mədəniyyətində dilçiliyin nəzəri fikirləri əməli şəkildə həyata keçirilir. Buna görə də nitq mədəniyyəti dilçiliyin nəzəri yox, praktik sahəsi sayılır. Nitq mədəniyyətində ayrı-ayrı dil faktları və ya hadisələri yox, dilçiliyin qayda-qanunları sistemi öyrənilir.


Fənnin tədrisinin nəticələri (hədəfləri):

  • Nəticədə nitq mədəniyyətinin əsasları, problemin tədqiqi tarixi və nitq mədəniyyətinə yiyələnməyin əhəmiyyəti öyrənilir, mədəni nitqə verilən tələblər, şərtlər, nitqin ifadəliliyini təmin edən vasitələr və s. mənimsənilir;

  • Burada, həmçinin, nəzakətli danışmaq savadlı və mədəni adamın başlıca keyfiyyəti kimi qiymətləndirilir. Bu baxımdan nitqin etik normaları ilə bağlı bir sıra fikirlər, mülahizələr söylənilir, həyati faktlar, nümunələr müzakirə olunur;

  • Yeri gəldikcə mədəni nitqə yiyələnməyin üsulları, yolları göstərilir, natiqlərə, mühazirəçilərə, müəllimlərə, söz sənəti ilə məşğul olan mütəxəssislərə və başqalarına məsləhətlər verilir;

  • Natiqlik sənəti və nitq mədəniyyəti haqqında anlayış, nitq vərdişlərinin aşılanması (düzgünlük, dəqiqlik, ifadəlilik), Azərbaycan dilinin normaları və natiqlik sənətinin xüsusiyyətləri, Natiqin təfəkkür mədəniyyəti, natiqlikdə mimika, jestlər və göz təması, həyəcan, qorxu hissinin aradan qaldırılması yolları, parazit səs, söz və hərəkətlərdən qurtulmaq yolları, dilin zənginliyində tele-radio və mətbuatın rolu, diksiya, intonasiya, vurğu, natiqin davranış mədəniyyəti və nitqində obrazlılıq, nitqdə atalar sözləri, zərb-məsəllər və lətifələrin rolu, monoloji və dioloji nitq, sərbəst çıxış qaydaları, karyeranın artırılmasında natiqliyin rolu, bədii, publisistik, elmi dil və xalq danışıq dili - natiqin uğuru və s. məsələlərin öyrənilməsi əsas hədəf seçilir.




Ümumi qaydalar:

1. DAVAMİYYƏT: Yalnız üzürlü səbəb olduqda dekanlığa və müəllimə xəbərdarlıq etməklə dərs buraxıla bilər.

2. FƏNNİN MƏNİMSƏNİLMƏSİ QAYDASI: Balların maksimum miqdarı – 100 bal.



Cədvəl (dəyişdirilə bilər)

Həftə

Tarix

(planlaşdırılmış)

Fənnin mövzuları

Dərslik/Tapşırıqlar



11.02.2016

16.02.2016



  • Nitq mədəniyyəti və üslubiyyat anlayışı haqqında. Fənnin məqsəd və vəzifələri. Nitq mədəniyyəti ilə üslubiyyatın qarşılıqlı əlaqəsi

  • “Nitq mədəniyyəti və üslubiyyat” fənni qloballaşma şəraitində

Q.Mustafayeva. Azərbaycan dilinin üslubiyyatı. Bakı - 2010



18.02.2016

23.02.2016



  • Nitq mədəniyyəti milli mədəniyyətin tərkib hissəsi kimi

  • Nitq mədəniyyətinin ümumi və xüsusi xüsusiyyətləri

Z.Məmmədov, N.Abdullayev. Nitq mədəniyyətinin əsasları. Bakı, 2008



25.02.2016

01.03.2016



  • Dil. Nitq və nitq fəaliyyəti

  • Mədəni nitqə verilən tələblər. Nitqin mədəni və qeyri-mədəni formaları

Z.Məmmədov, N.Abdullayev. Nitq mədəniyyətinin əsasları. Bakı, 2008



03.03.2016

08.03.2016



Z.Məmmədov, N.Abdullayev. Nitq mədəniyyətinin əsasları. Bakı, 2008



10.03.2016

15.03.2016



  • Azərbaycan ədəbi dili

  • Nitq normaları

Z.Məmmədov, N.Abdullayev. Nitq mədəniyyətinin əsasları. Bakı, 2008



17.03.2016

22.03.2016



  • Mimika və jestlər, Danışıq etikası və nitq etiketləri.

  • BAYRAM




Z.Məmmədov, N.Abdullayev. Nitq mədəniyyətinin əsasları. Bakı, 2008



24.03.2016

29.03.2016



  • BAYRAM

  • Aralıq imtahan

Z.Məmmədov, N.Abdullayev. Nitq mədəniyyətinin əsasları. Bakı, 2008



31.03.2016

05.04.2016



  • İntonasiya, vurğu və fasilə, Durğu işarələri . Dil və nitq üslubları

  • Azərbaycan ədəbi dilin funksional üslublar sistemi. Bədii üslub

Vaqif Tapdıq oğlu Qurbanov – Nitq mədəniyyəti və üslubiyyat. Bakı, “Müəllim” nəşriyyatı, 2011.



07.04.2016

12.04.2016



  • Üslubi vasitələt

  • Elmi üslub

Q.Mustafayeva. Azərbaycan dilinin üslubiyyatı. Bakı - 2010



14.04.2016

19.04.2016



  • Publisistik üslub

  • Rəsmi-kargüzarlıq üslubu

Q.Mustafayeva. Azərbaycan dilinin üslubiyyatı. Bakı - 2010



21.04.2016

26.04.2016



  • Ailə-məişət üslubu

  • Epistolyar üslub

Q.Mustafayeva. Azərbaycan dilinin üslubiyyatı. Bakı - 2010



28.04.2016

03.05.2016



  • Fərdi üslub

  • Üslubların qarşılıqlı əlaqəsi

Q.Mustafayeva. Azərbaycan dilinin üslubiyyatı. Bakı - 2010



06.05.2016

10.05.2016



  • Əməli yazı nümunələri. Vəkalətnamə, hesabat, arayış, rəy, protokol.

  • Zəmanət, akt, xasiyyətnamə, əmr, qəbz

Abdullayev Nadir Əziz oğlu. Nitq mədəniyyətinin əsasları. Dərs vəsaiti. Bakı, 2013



12.05.2016

17.05.2016



  • Töhmət, izahat, elan, afişa

  • Teleqram, telefonoqram, müraciət

Abdullayev Nadir Əziz oğlu. Nitq mədəniyyətinin əsasları. Dərs vəsaiti. Bakı, 2013



19.05.2016

24.05.2016



  • Məqalə, referat, məruzə

  • Sərbəst çıxış qaydaları




Abdullayev Nadir Əziz oğlu. Nitq mədəniyyətinin əsasları. Dərs vəsaiti. Bakı, 2013







Final imtahan





Bu tədris proqramı fənn haqqında tam məlumatı özündə əks etdirir və hər hansı dəyişiklik barədə öncədən xəbər veriləcək.
Yüklə 72,43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə