Mühazirə otağı/Cədvəl ii-ci gün, saat: 10 30 11 50, 12 00 -13 20 Konsultasiya vaxtı



Yüklə 71,11 Kb.
tarix16.11.2018
ölçüsü71,11 Kb.
#79897
növüMühazirə

Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

Linear Algebra and Analytic Geometry MATH 132: Linear Algebra (3 credits)

Departament

Riyaziyyat

Proqram (bakalavr, magistr)

Bakalavr

Tədris semestri

Payız-2014

Fənni tədris edən müəllim (lər)

Vugar Aliyev

E-mail:

vugaralisoy77@mail.ru

Telefon:

(+994 55) 602 01 88

Mühazirə otağı/Cədvəl

II-ci gün, saat: 1030- 1150, 1200-1320




Konsultasiya vaxtı




Prerekvizitlər

MATH 098: Precalculus

Tədris dili

Azeri

Fənnin növü

(məcburi, seçmə)

Məcburi

Dərsliklər və əlavə ədəbiyyat

1. А.Г.Курош “Курс высшей алгебры ”, Москва-1968

2. П.С.Александров “Курс аналитической геометрии и линейной алгебры ”, Москва-1979

3. Anton Howard “Calculus with Analytic Geometry”, 4th ed., 1992

4. G.Hadley “Linear Algebra”, 6th ed., 1993

5. И.М.Гельфанд “Лекции по линейной алгебре ”, Москва-1948

6. M.C.Mustafayev“İkitərtibli xətt və səthlərin ümumi nəzəriyyəsi ”,Bakı,1971

7. “Сборник задач по алгебре ” Под редакцией А.И.Кострикина, Москва-1995

8. В.П. Минорский “Сборник задач по высшей математике ”, Москва-1987


Kursun vebsaytı

www.algebra.org, www.math.hmc.edu/algebra/tutorials


Tədris metodları

Mühazirə




Qrup müzakirəsi




Praktiki tapşırıqlar




Digər'>Praktiki məsələnin təhlili




Digər




Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Aralıq imtahanı




30

Praktiki məsələ







Fəallıq




15

Tapşırıq və testlər




15

Kurs işi (Layihə)







Prezentasiya/Qrup müzakirə







Final imtahanı




40

Digər







Yekun




100

Kursun təsviri

Müstəvi və fəzada vektorlarla bağlı bir sıra anlayışlar verilir. Müstəvi və fəzada düzxəttin, fəzada müstəvinin tənlikləri, parabola, ellips və hiperbola kimi əsas iki tərtibli xətlər öyrənilir. Matrislərin toplanmasına, ədədə vurulmasına, vurulmasına, tərsinin tapılmasına, xətti tənliklər sisteminin həll olunmasına, kvadratik formaların kanonik şəkilə gətirilməsi kimi məsələlərə baxılır. Xətti fəza, bu fəzada xətti aslı və xətti aslı olmayan elementlər, xətti fəzada təsir edən xətti operator, bu operatorların məxsusi elementi və məxsusi qiyməti kimi anlayışlar verilir və bir sıra xassələri öyrənilir. Matrisin normal şəkilə gətirilməsi məsələsinə baxılır.

Kursun məqsədləri

• Təhsil fakültəsinin tələblərinə tədris kursunun cavab verməsi.

• Tələbələri xətti cəbr və analitik həndəsənin əsas anlayış və metodları ilə tanış etmək və öyrətmək

• Tələbələrin sonrakı inkişafında müəyyən bazanın yaradılması

• Tələbələrə akademik yardım göstərmək, onların öz potensialını realizə etmə imkanını daha da təkmilləşdirmək.



Tədrisin (öyrənmənin) nəticələri


Bütün kurs boyu tələbələr inkişafda olmalı və aşağıdakı bacarıq və vərdişlərini qoruyub saxlamalıdırlar:

• Vektorların skalyar, vektorial və qarışıq hasillərini tapmağı bacarmalı

və vektorlarla bağlı əsas məsələləri həll etməli

• Düzxətt və müstəvinin tənliklərini yazmağı, onların qarşılıqlı vəziyyətini müəyyənləşdirməyi, nöqtədən düzxəttə və müstəviyə qədər məsafəni, paralel müstəvilər və çarpaz düzxəttlər arasında məsafəni tapmağı bacarmalı

Parabola, ellips və hiperbola ilə bağlı əsas məsələləri həll edə bilməli

• Xətti tənliklər sistemini həll etməyi bacarmalı

• Matrislər üzərində cəbri əməlləri yerinə yetirə bilməli

• Kvadratik formaları kanonik şəkilə gətirməyi bacarmalı

• Operatorun məxsusi qiyməti və məxsusi vektorunu tapa bilməli

• Matrisi normal şəkilə gətirməyi bacarmalı



Qaydalar (Tədris siyasəti və davranış)

Dərslərdə iştirak etmək:

Tələbələrdən bütün otaqlara öz təhsilinin bir hissəsi kimi diqqət göstərməsi və üzürlü səbəbdən dərsdə iştirak edə bilmədikdə (xəstəlik, ailə üzvlərindən birini itirdikdə) onlardan dekanlığı məlumatlandırmaq tələb olunur.

Ümumiyyətlə, tələbənin 20% dərsdə iştirak etməməsi onun imtahandan kənarlaşdırılmasına gətirib çıxarır.

Gecikmə:

Əgər tələbə dərsə fənn müəllimindən sonra daxil olarsa, onda onun otağa daxil olması və tələbələri narahat etməsi qadağan olunur. Bununla belə həmin tələbə ikinci qoşa saatda iştirak edə bilər.



Dərsə hazırlaşma

Kursun stukturu onu fərdi öyrənməyə imkan verir və sinifdən kənar dərsə hazırlıq üçün olduqca mühümdür. Mühazirə materialı mətndə müzakirə olunan əsas məsələlər üzərində qurulacaq. Dərsdən əvvəl seçilmiş fəsillərin oxunuşu və onlarla tanışlıq mühazirənin başa düşülməsində sizə böyük köməyi dəyəcəkdir. Mühazirədən sonra siz apardığınız qeydləri öyrənməli və hər fəsilin axırında verilən uyğun məsələlər və yoxlama sualları üzərində çalışmalısınız.

Semestr ərzində çoxlu sayda yoxlamalar olacaqdır. Bu yoxlamalar dərs periodu ərzində keçiriləcəkdir.

İmtahanda iştirak qaydası

Əgər siz yekun imtahanda üzürlü səbəbdən iştirak edə bilməmisinizsə, onda siz imtahanı növbəti müddətdə verməlisiniz. Əgər imtahanda iştirak etməmək üçün əlinizdə tutarlı əsas olmasa, onda imtahanın nəticəsi sıfır kimi qiymətləndiriləcəkdir.



İmtahan (keçmə / kəsilmə )

Tələbənin imtahanda uğur qazanması üçün onun göstəricisi ən aşağısı 60 % olmalıdır. Onun imtahanda müvəffəqiyyət qazanmadığı halda növbəti semestr və ya ildə onun kursu təkrar keçməsinə ehtiyac qalır.



Aldadıcı / xoşagəlməz hərəkətlər

Yoxlama tapşırığı, Aralıq semestr imtahanı və Yekun imtahan ərzində aldadıcı və ya digər xoşagəlməz hərəkətlər tələbənin imtahandan kənarlaşdırılmasına gətirib çıxarır. Bu halda heç bir şeyə baxmayaraq avtomatik olaraq tələbə sıfır (0) alır.



Professionalizmə doğru

Dərs saatı ərzində tələbə akademik yaradıcı və professional mühitə aparan yolla hərəkət etməlidir. Yolverilməz diskussiyalar və qeyri etik hərəkətlər birbaşa qadağan olunur.



Kursun uğurlu alınması

Kursun uğurla başa çatmasından ötrü, tələbələr dərs saatı ərzində aktiv iştirak etməli və diskussiyalara cəlb olunmalıdır.



Öyrənmə və Öyrətmə üsulları

Kursun aktiv öyrənilməsi prosesinə üstünlük verilir. Mühazirələr, diskussiyalar, çalışmalar, tipik nümunələr.



Cədvəl (dəyişdirilə bilər)

Həftə

Tarix

(planlaşdırılmış)

Fənnin mövzuları


Dərslik/Tapşırıqlar

1

16 sentyabr

Müstəvi və fəzada vektor anlayışı. Müstəvidə düzxətt. Fəzada düzxətt və müstəvi.

[3],səh.845-889

2

23 sentyabr

Parabola, Ellips. Hiperbola.

[3],səh.757-793

3

30 sentyabr

Ellips və parabolanın direktrisası. Fokal parameter. Ellips, hiperbola və parabolanın polyar koordinatlarda tənliyi.

[3],səh.757-793

4

14 oktyabr

Xətti tənliklər sistemi. Qaus metodu.

[1],səh.15-36

5

21 oktyabr

Determinant. Minor və onun cəbri tamamlayıcısı. Kramer qaydası.

[1],səh.37-59

6

28 oktyabr

Xətti tənliklər sisteminin ümumi nəzəriyyəsi. n-ölçülü vektorlar fəzası. Vektorların xətti aslılığı. Matrisin ranqı. Xətti və bircins xətti tənliklər sistemi. Kroneker-Kapelli teoremi.

[1],səh.60-88

7

4 noyabr

Aralıq imtahan.




8

11 noyabr

Matrislər cəbri. Matrislərin toplanması və ədədə vurulması. Matrislərin vurulması. Matrisin tərsi


[1],səh.89-109

9

18 noyabr

Kompleks ədədlər və onlar üzərində cəbri əməllər. Kompleks ədəddən kök alma.


[1],səh.110-129

10

25 noyabr

Kvadratik formalar. Kvadratik formanın kanonik şəkilə gətirilməsi. İnersiya qanunu. Müsbət təyin olunmuş formalar.


[1],səh.166-183

11

2 dekabr

Xətti fəza və xətti operator. Xətti fəzanın tərifi. İzomorfizm. Altfəza. Sonlu ölçülü fəzalar. Bazis. Xətti operatorlar. Xətti operatorların matrisi. Xətti operatorlar üzərində əməllər. Operatorun nüvəsi və obrazı.


[1],səh.184- 206

12

9 dekabr

Xətti operatorun invariant altfəzası və məxsusi vektoru.

[1],səh.206-210

13

16 dekabr

Evklid və unitar fəzalar. Ortoqonallaşdırma (ortoqonal bazis).


[1],səh.211-222

[2],səh.432-442



14

23 dekabr

Ortoqonal(unitar) və normal operatorlar.

[1],səh.217-222

15

30 dekabr

Qoşma operator və öz-özünə qoşma(simmetrik) operator anlayışı və xassələri. Matrisin normal şəkilə gətirilməsi

[1],səh.222-226,

[2],səh.442-450[1],səh.364-387



16




Final imtahanı




Bu tədris proqramı fənn haqqında tam məlumatı özündə əks etdirir və hər hansı dəyişiklik barədə öncədən xəbər veriləcək.
Yüklə 71,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə