Mühazirə otağı/Cədvəl IV məsləhət saatları I prerekvizitlər



Yüklə 117 Kb.
tarix15.07.2018
ölçüsü117 Kb.
#55733
növüMühazirə

Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

AZLL 105 Azərbaycan ədəbiyyatı-1

3 kredit

Departament

Azərbaycan dili və ədəbiyyatı

Proqram (bakalavr, magistr)

bakalavr

Tədris semestri

2015, yaz semestrı

Fənni tədris edən müəllim (lər)

İlahe Hajieva

E-mail:

ilahe_h@rambler.ru

Telefon:

0558861122

Mühazirə otağı/Cədvəl

IV

Məsləhət saatları

I

Prerekvizitlər

AZLL 101

Tədris dili

Azərbaycan dili

Fənnin növü

(məcburi, seçmə)

Məcburi

Dərsliklər və əlavə ədəbiyyat

1Azərbaycan ədəbiyyatı tariхi: 6 cilddə. I c. (Ən qədim zamanlardan       ХIV əsrə qədər). – B.: “Elm” Azərb. MЕA Nizami adına Ədəbiyyat İnstitutu nəşri. 2004. - 706 s.
2. Azərbaycan ədəbiyyatı tariхi: 6 cilddə. II c. (ХIV - XVII əsrlər). – B.: “Elm” Azərb. MЕA Nizami adına Ədəbiyyat İnstitutu nəşri. 2009. - 706 s.
3. Səfərli Ə.; Yusifli B. Qədim və оrta əsrlər Azərbaycan ədəbiyyatı. -  B.: Maarif, 1982.
4. Qasımzadə F. XIX əsr Azərbaycan ədəbiyyatı tariхi. - B., 1981.420 s.
5. Köçərli F. Azərbaycan ədəbiyyatı tariхi.I cild. - B., 1976. – 420 s.
6. Köçərli F. Azərbaycan ədəbiyyatı tariхi. II cild. - B., 1981. – 460 s.
7. Əfəndiyеv P. Azərbaycan şifahi хalq ədəbiyyatı. - B., 1988.

8.Əhmədov B.XX əsr Azərbaycan ədəbiyyatı.

9.Qarayev Y.Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillər.B.,Elm,2002. 740 səh.

10.Cəfərov N. Klassiklərdən müasirlərə.B.,Çaşoğlu,2004.272 səh.

11.www.anl.az.-Milli kitabxana

12.www.kultaz.com.-azəridilli mədəniyyət və ədəbiyyat saytı.

13.www.lit.az.-azəridilli ədəbiyyat saytı.

14.www.kitabxana.net- elektron kitabxana.

15.az.wikipediya.org.- azəridilli ensiklopediya

16.www.azmif.net.-ədəbiyyatımızın ilkin qatlarıyla bağlı e-kitabxana.

17.www.azeribooks.aznet.org.-Azərbaycan şair və yazıçılarının əsərləri.

18.www.alatotan.org.-Azad Yazarlar ocağının saytı və eyniadlı dərginin e-variantı.




Kursun vebsaytı




Tədris metodları

Mühazirə

+

Qrup müzakirəsi

+

Praktiki tapşırıqlar

+

Praktiki məsələnin təhlili




Digər




Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Aralıq imtahanı

30




Praktiki məsələ







Fəallıq

5




Tapşırıq, testlər və quizlər

10




Qrup işi

5




Prezentasiya

5




Davamiyyət

5




Final imtahanı

40




Yekun

100




Kursun təsviri

Azərbaycan ədəbiyyatı tarixi kursunda ən qədim dövrlərdən başlamış müasir dövrə qədər Azərbaycan ədəbiyyatının tariхi inkişaf mərhələləri öyrənilir, xalqımızın mədəniyyətində mühüm yеri оlan görkəmli şair və yazıçıların həyat və yaradıcılığı və оnların yaratdıqları bir sıra ədəbi əsərlər təhlil оlunur.

Kursun məqsədləri

Azərbaycan ədəbiyyatı-1 kursunun məqsədləri:

1.Ədəbiyyat spesifik bir sahə olduğundan, onun tədrisində məqsəd elmi informasiyanın bolluğundan daha çox, daxili-mənəvi mədəniyyətin və əxlaqi-insani kamilliyin səviyyəsini yüksəltmək olmalıdır.

2.Fənnin öyrədilməsində digər məqsəd tələbələrdə bədii zövqü formalaşdırmaq, həyatda, insanda olan gözəlliyi duymaq, onlar arasında olan görünməz bağları aşkara çıxarmaq bacarığını formalaşdırmaqdır.

3. Bədii ədəbiyyat nümunələrini, tarixi-ədəbi prosesi haqda məlumat vermək, təhlil etmək, qiymətləndirmək və s. keyfiyyətləri aşılamaq. 4.Tələbələrin dünyagörüşünü zənginləşdirmək, mənəvi-estetik inkişafını təmin etmək.

Beləliklə, fənnin tədrisində məqsəd həm də tələbəyə hazır mühakimə əzbərlətmək yox, mühakimə yürütməyi öyrətməkdir.


Tədrisin (öyrənmənin) nəticələri

Azərbaycan ədəbiyyatı-1 fənnini öyrənərkən aşağıdakı nəticələr əldə olunur:

1.Tələbələr ədəbi-bədii nümunələri təhlil edə bilirlər.

2.Tələbələrdə bədii-estetik zövq formalaşır.

3.Müasir ədəbi prosesi hərtərəfli şərh və izah edir.

4.Bədii nümunələr arasında olan oxşarlıq və fərqləri tapır.

5.Keçilən mövzulara tənqidi yanaşır və öz şəxsi fərziyyələrini irəli sürür.

6.Əsərlərin əsas ideyasını, mahiyyətini müəyyənləşdirir.


Qaydalar (Tədris siyasəti və davranış)

Dərsi pozmağa təşəbbüs edənlər (kənar söhbətlər, mobil telefondan istifadə,və s) auditoriyadan kənarlaşdırılır və bu da onların ümumi nəticələrinə təsir edir. Hər üzrsüz 2 qaibə görə 1 bal çıxılacaq. Dərsdə fəallıq göstərməyənlərə, diskussiyalarda iştirak etməyənlərə aktivlik balı verilməyəcək.




Həftə

Tarix

(planlaşdırılmış)

Fənnin mövzuları

Dərslik/Tapşırıqlar



29.01.15

29.01.15

Azərbaycan şifahi xalq ədəbiyyatı.

“Kitabi-Dədə Qorqud” (“Qazan xanın oğlu Uruzun dustaq olduğu boyu bəyan edər”) Koroğlu (“Koroğlunun Dərbənd səfəri”)




Səfərli Əliyar, Yusifli Xəlil, “Azərbaycan ədəbiyyatı tarixi”, Bakı-2008, səh 13-51

Cəfərov N, “Klassiklərdən müasirlərə”, B.,Çaşoğlu, 2004, s.87-123.

Xəlilov P, “Kitabi-Dədə Qorqud”-İntibah abidəsi, B.,Gənclik,1998.s.3 170.

www.dede-qorqud.iatp.az.-“Kitabi-Dədə Qorqud” haqq.sayt

www.çokbilgi.com




05.02.15

05.02.15

Orta əsrlər Azərbaycan ədəbiyyatının inkişaf istiqamətləri. N.Gəncəvi, “Xəmsə” (“Leyli və Məcnun”).

1.Cəfərov N, “Klassiklərdən müasirlərə”,B, Çaşıoğlu, 2004,s.41-78.

2.Səfərli Əliyar, Yusifli Xəlil, “Azərbaycan ədəbiyyatı tarixi, Bakı-

-2008, səh134-201

3.Azərb. ədəbiyyatı tarixi (6 cilddə). II c., B., 2007, s. 470-524

4. www.anl.az/el/n/ng_l&m.pdf




12.02.15

12.02.15


Azərbaycan təsəvvüf ədəbiyyatı.Nəsimi fəlsəfi lirikanın banisi kimi.(“Canımı qıldım fəda ol dilbərin didarına”,”Etməgil” qəzəlləri)

Ş.İ.Xətayi yaradıcılığı. “Neynirəm ol cənnəti içində dildar olmasa” qəzəli





1.Azərbaycan ədəbiyyatı tarixi.B.,EA nəşri,1960,s.363-385

http: //qezel/net/oxu/964-Imaməddin Nəsimi.html

2.Səfərli Əliyar, Yusifli Xəlil, “Azərbaycan ədəbiyyatı tarixi, Bakı-2008, səh 323-345

www.anl.az/el/x/shix_e, səh 37




19.02.15

19.02.15

Füzuli yaradıcılığı türk-islam intibahının zirvəsi kimi.(“Leyli və Məcnun”poeması, “Heyrət ey büt”qəzəli)



“Azərbaycan ədəbiyyatı tarixi”,B., EA nəşri,2009, s.385- 444, www.anl.az/el/f/fm_e2.pdf, II cild

http: //mediateka.musigi-dünya.az





26.02.15

26.02.15


Aşıq sənəti. Qurbani (“Bənövşə”) A.Tufarqanlı (“Könlüm”), X.Qasım (“Yaxşıdır”), A.Ələsgər yaradıcılığı (“Gərəkdi”, “Görmədim”)


Qasımlı M, “ Ozan-aşıq sənəti”,Bakı: 2007

“Azərbaycan ədəbiyyatı tarixi”, (6 cilddə). I c., B., 2004, s. 463-482; s. 529-556; s.568-581.






05.03.15

05.03.15


Azərbaycan ədəbiyyatında realizm mərhələsi.Vaqif yaradıcılığı.(“Küsmuşəm”).

Q.Zakir -yeni tipli satirik kimi.(“Ay mədəd”)



Cəfərov. N, “Klassiklərdən müasirlərə”,B.,Çaşoğlu, 2004,s.141.
“Azərbaycan ədəbiyyatı tarixi”, B.,EA nəşri, 2011, s.179-217




12.03.15

12.03.15

Azərbaycan ədəbiyyatında maarifçi-realizm mərhələsi. Mirzə Fətəli Axundzadə maarifçi-realist sənətkar kimi. (“Hekayət-i Molla İbrahim”)


Qarayev Y, “Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillər”, B.,Elm,2002. s.165-274.

“Azərbaycan ədəbiyyatı tarixi”, B.,EA nəşri,2011, s.271- 281, 430-523



www.azeri.org/.../akhundov-alchemist.pdf




19.03.15

Aralıq imtahanı






19.03.15

26.03.15

XXəsrin əvvəllərində Azərbaycan ədəbiyyatının inkişaf istiqamətləri. C.Məmmədquluzadənin bədii nəsri və dramaturgiyası (”Eşşəyin itməkliyi”;“Dəli yığıncağı”)

M.Ə.Sabir “Hophopnamə”dən seçmələr” ("Kim nə deyər bizdə olan qeyrətə?", "Neylərdin,ilahi!



1.Qarayev Y, “Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillər”, B.,Elm,2002,s.284-391. 2.www.celilmemmedquluzade.az

3.www.hophop.name-M.Ə.Sabirin həyat və yaradıcılığı haqqında sayt.

4.www.sabir-türkce.bloqspot.com.-M.Ə.Sabir haqqında müxtəlif yazıların yer aldığı sayt.




26.03.15

02.04.15

Azərbaycan ədəbiyyatında romantizm. H.Cavid, (“Səyavuş”)

C.Cabbarlı, (“Solğun çiçəklər, Aydın”)



1.Qarayev Y, “Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillər”, B.,Elm, 2002, s.401-414, s.443- 458, s.527-556, s.572-584.

2.www.cavid.qen.az.-H.Cavidin həyat və yaradıcılığı haqqında sayt.

3.www.hüseyncavid.com.- H.Cavidin ev muzeyi

4. www. cafar cabbarlı.org-C.Cabbarlının həyat və yaradıcılığı haqqında sayt





02.04.15
09.04.15

Cümhuriyyət dövründə Azərbaycan ədəbiyyatı. M.Ə.Rəsulzadənin və Ə.Hüseynzadənin poeziyası (“Mayıs duyğuları”; “Hali-vətən”), Ə.Cavad-Cümhuriyyət şairi kimi (”Çırpınırdın, Qara dəniz”)

1.Qarayev Y, “Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillər”, B.,Elm, 2002, s .415-443, s.462-483, s.483-498

Abdullayev C.M və b, “Müasir Azərbaycan ədəbiyyatı”, II cild, Bakı-2007, səh 282-439

2. www.resulzade.org-M.Ə.Rəsulzadənin həyatı və fəaliyyəti haqqında sayt




09.04.15

16.04.15

XX əsrin 40-50-ci illərində Azərbaycan ədəbiyyatı. S.Vurğunun poeziyası,“Azərbaycan” M.Müşfiq, “Yenə o bağ olaydı” İ.Əfəndiyev, “Sən həmişə mənimləsən”

1.Qarayev Y, “Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillər”, B.,Elm, 2002, s.585-634. 2.www.mikayilmushfiq.azeribliq.com.-M.Müşfiqin həyat və yaradıcılığı haqqında sayt.

3.www.samedvurqun.com.-S.Vurğuna həsr olunmuş sayt





16.04.15

23.04.15

Azərbaycan ədəbiyyatında yeni mərhələ-60-cı illər.Əli Kərim, Rəsul Rza poeziyası,İ.Şıxlının nəsri.(”Namərd gülləsi”) B.Vahabzadənin poeziyası (“Azərbaycan-Türkiyə”) M.Araz (“Məndən ötdü..”)


1.Qarayev Y., “Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillər”, B.,Elm, 2002, 645-674 2.www.vahabzade.net.-B.Vahabzadə haqqında sayt.

3. www memmedaraz.az-M.Araz haqqında sayt





23.04.15

30.04.15


Azərbaycan yeni nəsri. Anar “Gürcü familyası” ,Elçin “Bir görüşün tarixçəsi”, İ.Hüseynov, “Tütək səsi”


1.Qarayev Y, “Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillər”, B., Elm, 2002,663-674

2. www.isahuseynov.com-İ.Huseynov haqqında sayt

34www.Elchin.com.-E.Əfəndiyevin personal saytı.

3.www.Anar.az.-Anarın personal saytı.





30.04.15

07.05.15

Çağdaş Azərbaycan ədəbiyyatı.

R.Rövşən (“Qara paltarlı qadın”) V.Səmədoğlu (“Uzaq yaşıl ada”)

Kamal Abdulla “Sehrbazlar dərəsi”

İ.Fəhminin nəsri “Aktrisa”.




1.Qarayev Y, “Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillər”, B., Elm, 2002, 675-704.

2. www.facebook.com/pages Ramiz Rovsen



www.kitabxana.net/files

3www.ilqarfehmi.tk-yazıçı İ.Fəhminin web.səhifəsi



16.

07.05.15

Final imtahanı




Yüklə 117 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə