Mühazirə otağı/Cədvəl Konsultasiya vaxtı Prerekvizitlər



Yüklə 49,97 Kb.
tarix04.02.2018
ölçüsü49,97 Kb.
#23446
növüMühazirə




Fənnin adı, kodu və kreditlərin sayı

GEOG 403, Xəzərşünaslıq – 6 kredit

Departament

Coğrafiya və Ətraf Mühit Elmləri

Proqram (bakalavr, magistr)

Bakalavr

Tədris semestri

2016/2017, Yaz

Fənni tədris edən müəllim (lər)

Xalid Muxtarlı

E-mail:

Abbasov@fulbrightmail.org

Telefon:

+99450 336-07-12

Mühazirə otağı/Cədvəl







Konsultasiya vaxtı




Prerekvizitlər

Coğrafiya informasiya sistemləri

Tədris dili

Azərbaycan

Fənnin növü

Məcburi

Dərsliklər və əlavə ədəbiyyat

  1. F.Ə.İmanov, V.A.Məmmədov, İ.M.Abdullayev Hidrologiya, Bakı 2014

  2. P.M.Məmmədov Xəzər dənizinin hidrometeoroloji atlası, Bakı-2015

  3. Z.S.Abdullayev, X.Muxtarlı Neft daşları rayonunun hidroloji xüsusiyyətləri, Bakı-2013

  4. Z.Abdullayev, X.Muxtarlı və s. Dəniz hidrometeoroloji proqnoz üsulları, Bakı-2013

Kursun vebsaytı

Kurs əsasən üz-üzrə metod və elektron yolla həyata keçiriləcəkdir. Kursun idarə olunması üzrə electron vasitə olan Moodl sistemi tələbələri e-vəsaitlərin köməyi ilə dəstəkləyəcək.

Tədris metodları

Mühazirə




Qrup müzakirəsi




Praktiki tapşırıqlar




Praktiki məsələnin təhlili




Digər




Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Aralıq imtahanı

11.04.2016

35

Praktiki məsələ







Fəallıq

16.05.2016

5

Tapşırıq və testlər







Kurs işi (Layihə)

23.05.2016

10

Quiz

04.03.2016

5

Final imtahanı

20.06.2016

45

Digər







Yekun




100

Kursun təsviri

Kurs Azərbaycanın geosiyasi mövqeyi, təbiiehtiyatları, əhalisi, təsərrüfatı və nəqliyyatının inkişaf qanunauyğunluqları və coğrafiyası haqqında zəngin məlumatları özündə əks etdirir.

Kursun məqsədləri

Kursun başlıca məqsədi Yer kürəsinin ən böyük gölü olan Xəzər haqqında və onda baş verən qanunauyğunluqları öyrənir. Xəzərin meteoroloji, hidroloji, kimyəvi və dalğa proseslərinin qanunauyğunluqlarını öyrənməkdir.

Tədrisin (öyrənmənin) nəticələri

Kursun sonunda tələbələr aşağıdakıları edə biləcəklər:

1.Xəzərin formalaşmasının tarixi prosesləri haqqında mütəxəssis biliklərinə yiyələnmək

2.Xəzərin hidrogeologiyası haqqında biliklərə yiyələnmək

3.Xəzərin meteorologiyası haqqında biliklərə yiyələnmək

4.Xəzərin ekoloji problemlərinin təhlili

5.Xəzərin ilkin tədqiqatlarının aparılma aparılma tarixləri haqqında biliklərə yiyələnmək

6.GİS texnologiyası əsasında Xəzərin hidroloji xəritələşdirmə bacarığı


Qaydalar (Tədris siyasəti və davranış)

Davamiyyət

Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbə müəyyən üzürlü səbəblərdən (xəstəlik, ailə vəziyyəti və s.) dərslərdə iştirak edə bilmirsə, o zaman bu haqda fakültə dekanlığına məlumat təqdim etməlidir. Fənn üzrə ümumi dərs saatlarının 20 faizindən çoxunda iştirak etməyən tələbə imtahana buraxılmır.


Dərsə gecikmələr və ya digər dərs pozuntuları

Dərsə gecikən tələbə auditoriyaya buraxılmır. O, yalnız növbəti dərsdə iştirak edə bilər.


İmtahanlar

Tələbələrin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur.

Aralıq və yekun imtahanının mövzuları tələbələrə imtahandan əvvəl verilir. Aralıq imtahanının sualları yeukn imtahanında təkrarlanmır.
Fənni bitirmək qaydası

Universitetin qaydalarına uyğun olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60 % və daha çox hesab edilir. Kəsiri olan tələbə bu fənni növbəti semestr və ya növbəti il təkrarən götürə bilər.


İmtahan qaydalarının pozuntuları

Aralıq və yekun imtahanları vaxtı tələbə tərəfindən imtahanın gedişinin pozulması, imtahanda istifadəsinə yol verilməyən əlavə vəsaitlərdən (kitab, konspekt-dəftər, mövzunun yazıldığı vərəq, telefon, diktafon, mikro-dinləyici qurğu və s.) istifadə edilməsi və köçürmə qadağandır. Bu qaydaya əməl etməyən tələbə imtahan zalından çıxarılır, onun imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) qiymətlə imtahandan kənarlaşdırılır.


Tələbənin davranış qaydaları

Dərs zamanı dərs prosesini pozmaq və qeyri-etik hərəkətlər etmək, yersiz və icazəsiz müzakirələr aparmaq, mobil telefondan, dinləyici qurğu və radiodan istifadə etmək, həmin dərsə aid olmayan digər fəaliyyətlə (kitab oxumaq, yazmaq, şəkil çəkmək və s.) məşğul olmaq qadağandır.



Cədvəl (dəyişdirilə bilər)

Həftə

Tarix

(planlaşdırılmış)

Fənnin mövzuları

Dərslik/Tapşırıqlar

1

22.02.2016

Xəzər dənizinin müasir fiziki-coğrafi parametrləri və coğrafi səciyyəsi

Mühazirə

2

29.02.2016

Xəzər dənizinin körfəzləri, limanlar, çaylar və onların rejimi

Mühazirə

3

05.03.2016

Xəzər dənizinin sahil zonasının fiziki-coğrafi təsviri

Mühazirə

4

07.03.2016

Xəzər dənizinin geomorfologiyası

Mühazirə

5

14.03.2016

Xəzər dənizinin hidrologiyası (duzluluq, suyun temp-u, axınlar, dalğalar, buz rejimi)

Mühazirə

6

04.04.2016

Xəzər dənizinin meteorologiyası (havanın temp-u, külək, rütubətlik və nisbi rütubət, radiasiya, buludluluq)

Mühazirə

7

11.04.2016

Xəzər dənizinin səviyyə rejimi

Mühazirə

8

18.04.2016

Dəniz buzu, onun yaranması, növləri və xassələri

Mühazirə

9

25.04.2016

Dəniz dalğaları və onların təsnifatı

Mühazirə

10

02.05.2016

Dəniz axınları və axına səbəb olan qüvvələr

Mühazirə

11

09.05.2016

Çöl tədqiqatları

Məşğələ

12

14.05.2016

Okean-atmosfer sistemində istilik mübadiləsinin sxemi

Mühazirə

13

16.05.2016

Xəzər dənizinin bioloji resursları

Mühazirə

14

23.05.2016

Xəzər dənizinin ekoloji problemləri

Mühazirə

15

30.05.2016

Xəzər dənizinin mineral ehtiyatları

Mühazirə

Bu tədris proqramı fənn haqqında tam məlumatı özündə əks etdirir və hər hansı dəyişiklik barədə öncədən xəbər veriləcək.
Yüklə 49,97 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə