Mühazirə Sinir toxuması: histogenezi, quruluş-funksiya xüsusiyyətləri



Yüklə 189,11 Kb.
səhifə1/3
tarix26.04.2018
ölçüsü189,11 Kb.
#40203
növüMühazirə
  1   2   3

Mühazirə 7.

Sinir toxuması: histogenezi, quruluş-funksiya xüsusiyyətləri.

Neyrositlər. Qilositlər.

Sinir lifləri. Sinir impulsunun yaranması və ötürülmə tipləri.

Sinir toxuması haqqında müasir təsəvvürlər.

Sinir sistemi: inkişafı, ümumi quruluş-funksiya səciyyəsi.

Onurğa beyni.

Beyin kötüyü.

Beyincik.

Böyük beyin yarımkürələri. Modul haqqında müasir təsəvvürlər.

Vegetativ sinir sistemi.

Hemato-ensefalik baryer.

Sinir toxuması orqanizmin ən yüksək ixtisas dərəcəsinə çatmış toxuması olub spesifik oyanmaq, oyanmanı sinir impulsuna çevirmək və bu impulsu nəql etmək qabiliyyətinə malik olması ilə başqa toxumalardan fə rqlənir. Sinir toxuması sinir sisteminin quruluş əsasını təşkil edir. Sinir sistemi orqanizmin əsas inteqrativ sistemi olub onun vəhdətliyini təmin edir (inteqrativ funksiya), yəni orqanizmin bütün orqan və toxumalarını vahid sistemdə birləşdirir, onların arasında qarşılıqlı əlaqə yaradır (korrelyativ funksiya), orqanizmi onu əhatə edən mühitlə əlaqələndirir və onu xarici mühitin dəyişən şəraitinə daima uyğunlaşdırır (adaptasiya funksiyası), eyni zamanda orqanizmin bütün orqan və sistemlərinin fəaliyyətini tənzim edir (requlyator funksiya) və onların işini koordinasiya edir (koordinasion funksiya). Sinir toxuması sinir hüceyrələrindən və qliya, ya da neyroqliya adlanan elementlərdən ibarətdir. Sinir hüceyrələri toxumanın spesifik funksiyalarını icra edir, neyroqliya isə sinir hüceyrələri ilə sıx rabitədə olub, onlar üçün istinad, trofik, mühafizə və ayırıcı fəaliyyət görür. SİNİR HÜCEYRƏLƏRİ. Sinir hüceyrəsi çıxıntılı hüceyrədir və o, öz çıxıntıları ilə birlikdə neyron ( neuron), və ya da neyrosit (neyrocytus) adlanır. Neyron, sinir toxumasının əsas quruluş və funksional vahididir. Neyronda hüceyrə cismindən əlavə çıxıntılar ayırd edilir. Sinir hüceyrəsinin çıxıntıları iki növdür: neyrit, ya, akson (neuritum) və dendrit (dendritum). Neyrit, və ya akson (latınca axis – “ox”) sinir impulsunu hüceyrə cismindən (perikariondan) işçi orqanlara (əzələlərə, vəzilər ə) və ya digər neyronlara aparır, dendritlər isə əksinə impulsu periferiyadan perikariona doğru aparır. Hər bir yetişmiş sinir hüceyrəsinin bir neyriti olub, bir ya bir neçə dendriti ola bilər. Beləliklə, çıxıntıları n ümumi miqdarı ayrı-ayrı neyronlarda eyni deyildir və bundan asılı olaraq üç növ neyron (şək. 7.1) ayırd edilir: birçıxıntılı, və ya unipolyar neyron (neurocutis unipolaris), ikiçıxıntılı və ya biopolyar neyron (neurocytus bipolaris) və çoxçıxıntılı, və ya multipolyar neyron (neurocytus multipolaris). Bunlardan əlavə, bir də psevdounipoiyar və ya yalan birçıxıntılı (neurocytus pseudounipolaris) hüceyrələr müəyyən edilir. Bu neyronların cismindən bir çıxıntı başlayır və tezliklə "T" hərfi kimi ikiyə bölünür. Deməli, psevdounipolyar hüceyrələr əslində ikiçıxıntılıdır, lakin başlanğıcda bu çıxıntılar bir-biri ilə birləşmiş olur.



Şək.7.1


Psevdounipolyar neyronların çıxıntılardan biri dendritə , digəri isə neyritə uyğundur. İnsanda definitiv halda əsil unipolyar sinir hüceyrəsinə təsadüf olunmur. Unipolyar neyronda olan cəmi bir çıxıntı neyritdən ibarətdir, onun dentriti olmur. Embrional dövrdə unipolyar neyronlar olur, lakin insanda embrional inkişafın sonrakı mərhələlərində bunlar tezliklə iki ya, çoxçıxıntılı neyronlara diferensiasiya edir. Bu onunla izah olunur ki, rüşeym dövründə inkişaf etmədə olan sinir hüceyrəsində əvvəl neyrit meydana çıxır, dentritlər isə daha sonra əmələ gəlir. Bipolyar və ya ikiçıxıntılı neyronların çıxıntılarından biri dendrit, digəri isə neyritdir və onlar adətən hüceyrənin əks qütblərindən başlayır. İnsanda əsil ikiçıxıntılı sinir hüceyrələrinə çox az təsadüf olur. Bunlara gözün tor qişasındakı ara neyronlar, qoxu neyronları və spinal qanqlionun (eşitmə orqanında) neyronları aiddir. Qeyd olunduğu kimi bipolyar neyronlara bir də psevdounipolyar neyronları aid etmək olar. Bunlara isə əksinə insanda çox tə sadüf olunur, belə ki, onurğa beyni qanqlionlarını təşkil edən neyronlar başlıca olaraq psevdounipolyar hüceyrələrdir. Multipolyar sinir hüceyrələrinin çıxıntı ları üç və ya daha çox olur, lakin bunlardan yalnız biri neyrit olub, qalanları isə dendritlərdir. Multipolyar neyronlar insanda və digər məməlilərdə sinir hüceyrələrinin ən geniş yayılmış formasıdır. Onlara onurğa beynin ön buynuzlarının neyronlarını tipik misal kimi göstərmək olar. Bu neyronların neyriti adət ən çox uzun olub, insanda bəzən bir metrdən də artıq olur. Belə neyrona uzun aksonlu multipolyar neyron (neurocytus multipolarus longi axonicus) deyilir. Aksonları qısa olan multipolyar neyronlar da (neurocytus multipolaris brev iaxonicus) vardır. Dendritlər (yunanca dendron – “ağac”) çox vaxt qısa çıxıntılardır və bunlar bir qayda olaraq ağac kimi şaxələnir. Onların uzunluğu bəzən mikronlarla ölçülür, lakin psevdounipolyar hüceyrələrdə dendritlər çox uzun çıxıntılardır və insanda uzunluqları hətta bir metrə qədər çatır. Dendritlər hüceyrə cismi yaxınlığında nisbətən qalın olur və oradan uzaqlaşdıqca nazikləşir. Neyrit nazik çıxıntıdır və bütün uzunluğu boyu öz qalınlığını dəyişmir. Lakin başlanğıcda neyrit konusa bə nzəyir, buna neyrit və ya akson əsası (basis axonis) ya akson təpəciyi deyilir. Dendritlərin şaxələri üzərində dendrit tikanları (spinula dendriti) adlanan çıxıntılara rast gəlmək olur (şək. 7.2). Dendrit periferik ucunda adətən şaxələ nir, bir sıra təsadüflərdə həmin şaxələr üzərində spesifik quruluşlu xüsusu qəbuledici aparatlara və ya hissi sinir uclarına (reseptorlara) təsadüf olunur. Neyritlər isə effektor adlanan uc aparatla işçi orqanlarında qurtarır, digər təsadüflərdə isə neyritin ucları başqa neyronla sinaptik rabitələrlə təmasa gəlir. Neyronlar morfofizioloji quruluşundan əlavə (çıxıntıların sayına görə) həmçinin funksional cəhətdən təsnif olunur. Bu cəhətdən hissi (afferent və ya affektor, ya da reseptor) neyronlar, ara (assosiativ) neyronlar və hərəki (efferent, və ya effektor, ya da motor) neyronlar ayırd edilir. Hissi neyronlar reseptorlar vasitəsi ilə qəbul olunmuş qıcıqları sinir impulsu şəklində mərkəzi sinir sisteminə doğru aparır. Assosiativ neyronlar müxtəlif neyronlar arasında rabitələr yaradır. Hərəki neyronlar mərkəzi sinir sistemindən oyanmanı işçi orqanlara ötürür. Sinir hüceyrələrinin cismi müxtəlif formaya və ölçülərə malikdir. Formaca girdə, çoxbucaqlı, piramidəbənzər, armudşəkilli, iyəbənzər və s. hüceyrələr müəyyən edilir. Adətən, insanda hissi sinir hüceyrələrinin cismi girdə olur, hərəki neyronlar isə sinir sisteminin ayrı-ayrı nahiyələrində eyni olmayıb spesifik formaya malik olur; məs.: beyin qabığının hüceyr ələri çox vaxt piramidə bənzəyir, beyincik qabığında isə armudşə kllidirl ər. Bir qayda olaraq insanın onurğa beyninin ön buynuzundakı hərəki hüceyrələr multipolyar və ya çoxbucaqlı şəkildə olur. Sinir hüceyrələri cisminin ölçüləri də ayrı-ayrı yerdə müxtəlif olur, bu ölçülər çox geniş diapazonda tərəddüd edir (4-30 mikron).

Şək.7.2


Ən böyük hüceyrələrə insanın beyin qabığında, ən kiçik hüceyrələrə isə beyincik qabığında rast gəlmək olur (dənə-sinir hüceyrələri). Lakin qeyd etmək lazımdır ki, beyin qabığında, əksinə, kiçik hüceyrələrə və beyincik qabığında böyük hüceyrələrə (armudabənzər hüceyrələr) də təsadüf olunur. Sinir hüceyrəsinin daxili quruluşu. Sinir hüceyrəsi cismində neyroplazma (perikarion), nüvə, ümumi və spesifik orqanellər ayırd edilir (şək.7.2). İnsanın sinir hüceyr əsində adətən bir nüvə olur, çox nadir hallarda isə iki və hətta çox nüvəyə rast gəlmək olur. Çoxnüvəli sinir hüceyrələri (vegetativ sinir hüceyrə ləri) vegetativ sinir sisteminin bəzi nahiyələrində, məsələn, intramural sinir qanqlionlarında (uşaqlıq boynunda, prostat vəzində və s.) müşahidə olunur. Həmin yerlərdə hüceyrə nüvələrinin sayı bəzən 15-ə qədər çata bilir. Nüvə çox vaxt girdə olub, qovuqcuğa bənzəyir və hüceyr ənin mərkə zində yerləşir, ekssentrik və ziyyətdə olan nüvəyə az təsadüf olunur. Xromatin az olduğundan nüvə aç ıq boyanır və onun içərisində nüvəcik aydın nə zərə çarpır. Nüvəcik adə tən iri və bir ədəd olur, bəzən iki ya üç nüvəciyə də təsadüf edilir. Nüvəcik RNT ilə zəngindir. Nüvə və nüvəciyin böyüklüyü neyronun funksional halından asılıdır; fəallıq artdıqca onlar böyüyür, nüvəcik miqdarca çoxala bilir. Elektron mikroskopu vasitəsil əsinir hüceyrəsi nüvəsinin ətrafında tipik iki zar aşkar edilmişdir, həmin zarların arasındakı məsafə 20 nm-ə bərabərdir. Nüvə zarı üzərində dəliklər vardır. Sinir hüceyrəsinin sitoplazmatik maddəsi, və ya neyroplazma onun həm cismində, həm də çıxıntılarında paylanmışdır; hüceyrə cismində o perikarion (pericaryon) adlanır, aksonun plazmasına aksoplazma, dendritdə isə ona dendroplazma deyilir. Neyroplazmada ümumi xarakterli orqanellərdən (lövhəli kompleks, mitoxondrilər, hüceyrə mərkəzi, sitoplazmatik top, ribosomlar) əlavə spesifik orqanellə r də (bazofil maddə və neyrofibrillər) vardır; həm də onlar neyroplazmanın müxtəlif yerlərində miqdarca və quruluşca fərqlənir. Lövhəli kompleks sinir hüceyrələrində çox yaxşı nəzərə çarpır və heç də təsadüfi deyildir ki, o ilk dəfə Holci tərəfindən 1989-cu ildə məhz bu hüceyrələrdə kəşf olunmuşdur. İşıq mikroskopunda lövhəli kompleks bəzi sinir hüceyr ələrində nüvə ətrafında yerləşən səbətə bənzəyir, digər hüceyrələrdə, o ayrı-ayrı hüceyrələrə bölünə rək neyroplazmanın demək olar ki, bütün hissəsini (periferik hissədən başqa) tutur. Bəzi müəlliflərin fikrincə lövhəli kompleksin hissələrə bölünməsi hüceyrənin zədələnməsinin nəticəsidir. Neyroplazmada mitoxondrulər çoxdur, onlar həm perikarionda, həm də akson və dendroplazmada təsadüf olunur. Akson əsasında və sinir çıxıntılarının uclarında, xüsusuiə, neyronarası sinapslar nahiyəsində mitoxondrlar daha çox olur. İşıq mikroskopunda bunlar dənələr, saplar və çöplər şəklində görünür. Hüceyrə mərkəzi sinir sisteminin demək olar ki, hər yerində perikarionda müşahidə edilmişdir. Əvvəllər bu orqanel yalnız bəzi neyronlarda, o cümlədən beyinciyin bir sıra hüceyrələrində aşkar edilmişdi; beyin qabığında, habelə onurğa beyni hüceyrələ rində hüceyrə mərkəzinin olmadığı zənn edilirdi. Hal-hazırkı dövürdə bu fikir özünü doğrultmamışdır. İnkişaf etməkdə olan sinir hüceyrələrində hüceyrə mərkəzi adətən neyritin meydana çıxdığı nahiyədə yerləşir. Definitiv sinir hüceyrələrində isə buna dendritlərlə nüvə arasında təsadüf olunur, həm də onlar nüvəyə daha yaxın olur. Sitoplazmatik tor iki konturlu dənəli zarlardan təşkil olunmuş sisternlər, qovuqcuqlar və kanalcıqlar sistemində n ibarət olub, bir-biri ilə rabitəlidir. Bu strukturların diametri sitoplazmatik torun ayrı-ayrı yerlərində müxtəlif olub 30-20 nm arasında tərəddüd edilir. Onurğa beyni neyronlarinda kanalcıqlar və sisternlər müəyyən nizamla düzülmüşdür, digər neyronlarda isə bunlar nisbətən pərakəndə yerləşir. Hüceyrənin fizioloji halından asılı olaraq sitoplazmatik torun forması və lokalizasiyası dəyişir. Sinir hüceyrələrinin hamısı ribosomlarla zəngindir. Onlar dənələr şəklində olub, diametrləri 15-35 nm-ə bərabərdir. Ribosomlarda çoxlu miqdarda RNT və onunla bağlı əsas zülallar vardır. Diferensiasiya etməmiş sinir hüceyrələrində, yəni neyroblastlarda ribosomların çoxu sərbəst halda olur, bunlar ya tək-tək, ya da kiçik qruplarla (poliribosomlar şəklində) yerləşir. Yetişmiş sinir hüceyrələrində isə ribosomların xeyli hissəsi sərbəst deyil, dənəli sitoplazmatik torun tərkibinə daxildir. Bazofil maddə (substantio basophila) sinir hüceyrəsinin daimi spesifik strukdurdur. Bu maddə ədəbiyyatda müxtəlif adlarla məhşurdur: tiqroid və ya pələngvari maddə, Nisel qaymacıqları, ya da maddəsi və xromatofil maddə (şək.7.2). Bazofil maddə perikarionda, habelə dendritlərdə müşahidə olunur, heç vaxt neyritdə və onun əsasında təsadüf olunmur. İşı q mikroskopunda bu maddə əsasən boyaqlarla (metilen abı sı, tionin və s) rənglənmiş preparatlarda aşkar edilir və dənələr, ya onların qaymacı q şəklində toplantıları kimi görünür. Belə mənzərə neyroplazmaya ləkəli şəkil verə rək onu pələng dərisinə oxşadır ki, buradan da tiqroid (rusca tiqr – “pələng” və yunanca eidos – “bənzər”) maddə termini yaranmışdır. Bazofil maddə haqqı nda əsl təsəvvür elektron mikroskopunun tətbiqindən sonra yaranmı şdır və müə yyən edilmişdir ki, bu maddə digər hüceyrələrin dənəli sitoplazmatik toruna müvafiqdir . Neyroplazmanın bazofil maddəsi aşkar edilən yerləri ribosomlarla zəngin olan nahiyələrdir, buna əsas ən də, bazofil maddə qaymacıqları toplanan nahiyələrdə zülalın fəal sintez olunduğunu düşünmək olar. Həmin zülal neyronun spesifik funksiyası ilə əlaqədardır. Beləliklə, bazofil maddə nahiyəsində histokimyəvi cəhətdən RNT-dən əlavə, əsas zülalların olduğu aşkarlanmışdır, burada bəzən (məsələn, hərəki neyronlarda) qlikogen də aşkar edilir. Müxtəlif neyronlarda bazofil maddənin morfologiyası eyni deyildir. Məsələn, onurğa beyinin hər əki sinir hüceyrələrində bazofil maddə böyük qaymacıqlar şə klində olur və bilavasitə nüvə ətrafında daha sıx yerləşir. Periferiyada və dendritlərdə bazofil maddə kiçik dənələr şəklində olub bir-birindən aralı yerləşir. Onurğa beyninin hissi neyronlarında isə bu maddənin dənələri daha narın olur və bərabər sur ətdə bütün perikarionda (onun periferik ensiz hissəsindən başqa) paylanır. Vegetativ sinir hüceyrələrində də bazofil maddə nar ın dənələr şəklində olur, lakin onlar bərabər paylanmır və görünüşcə tora bənzəyir. Belə mənzərəyə simpatik qanqlionların çoxunda təsadüf olunur. Günəş kə ləfi qanqlionu hüceyrələrində, habelə ulduzabənzər qanqlionda əksinə, bazofil maddə kobud qaymacıqlar şəklində nəinki perikarionda, habelə dendritlərdə də olur. Bazofil maddənin morfofiziologiyası sinir hüceyrələrinin funksional halından asılı olaraq dəyişir. Hüceyrənin spesifik fəaliyyəti optimal dərəcədə artdıqda, neyroplazmanın bazofil maddə olan yerləri daha intensiv boyanır və qaymacıqlar yaxşı nəzərə çarpır. Lakin sinir hüceyrələrinin həddən artıq gərgin fəaliyyəti zamanı, travma şəraitində (məs.: sinir hüceyrəsi çıxıntıları kəsildikdə), zəhərlənmə zamanı, oksigen aclığı olduqda və s. şəraitdə bazofil maddə qaymacıqları parçalanır, onların miqdarı azalır və tədricən əriyib yoxa çıxır. Belə hala xromatoliz, ya tiqroliz deyilir. Bu zaman bazofil maddə əvvəlcə dendritlərdən, sonra isə perikariondan itir. Xromatoliz prosesində nüvə bir qayda olaraq, ekssentrik vəziyyət alır. Əgər bu hadisəyə səbəb olan amillə r aradan götürülərsə bazofil maddə yenidən bərpa olunur. Beləliklə, bu maddənin miqdarı, forması və yerləşmə xüsusiyyətləri neyronun funksional halını əks etdirir. Neyroplazmada dənəsiz sitoplazmatik tora da təsadüf olunur. O, dar borucuqlar və qovucuqlar şəklində görünür. Sinir hüceyrələrinin xarakterizə edən digər spesifik orqanellərə işıq mikroskopunda xüsusi üsulla (gümüşləmə) hazırlanmış preparatlarda aşkar edilən neyrofibrillər (neurofibrilli) aiddir. Neyrofibrillər hüceyrənin hə m cismində, həm də çıxıntılarda müşahidə olunur. Hüceyrənin cismində, habelə dendritlərin başlanğıcında neyrofibrillər müxtəlif istiqamətlərdə gedərək çox sıx və incə tor təşkil edir; neyrit və dendritlərin periferik hissəsində isə onlar boylama istiqamətdə bir-birinə paralel yerləşir. Neyrofibrillər neyroplazmanın xətti istiqamətdə düzülən zülal molekullarından ibarətdir. Bunlar çox mütəhərrikdir və sinir hüceyrəsinin oyanma halı dəyişdikdə neyrofibrillər də dəyişir; güclü oyanmalar zamanı onlar hətta itə bilər.Qış yuxusuna gedən heyvanlarda sinir hüceyrələri cismində neyrofibrillər tor şəklində deyil, ayrı-ayrı dəstələr şəklində yerləşir. Qeyd etmək lazımdır ki, neyrofibrillər yalnız optik mikroskopda görünür, elektron mikroskopunda isə bunların əvə zində çox nazik saplar – neyrofilamentlər (neurofilamenti) və borucuqlar – neyroborucuqlar (neurotubuli) aşkar edilir (şək.7.2). Neyrofilamentlərin qalınlığı 6,0-10 nm, neyroborucuqların diametri isə 20-300 nm-dir. İşıq mikroskopu üçün hazırlanan preparatda fiksasiya zamanı saplar və borucuqlar bir-birinə çox yaxın olduğundan onlar bütöv və nisbətən qalın dəstələr şəklində müşahidə edilir və gümüşlə boyadıqda qara rəng alır. Neyrofibrillərin funksional əhəmiyyəti dəqiq müəyyən edilməmişdir. Mövcud olan mülahizələrdən birinə görə neyrofibrillər oyanmanın nəql olunmasında bilavasitə iştirak edir. Bəzi müəlliflərin fikrincə neyrofibrillər istinad vəzifəsini icra edərək, sinir hüceyrəsinin skeletini (sitoskeleti) əmələ gətirir. Sinir hüceyrəsinin histokimyəvi tədqiqi göstərmişdir ki, onun hialoplazmasında qlikogen, lipidlər, C vitamini, müxtəlif amin turşular ı və s. vardır. Bunlarla yanaşı hialoplazmada və neyroplazmanın zarlı strukturlarında müxtəlif fermentlər (oksidaza, peroksidaza, fosfataza, fosforilaza, xolinesteraz və s.) müəyyən edilmişdir. Sinir hüceyrələrində piqment əlavələri də aşkar edilmişdir. Bunlar iki növdür: melanin və lipofussin. Melanin qara rəngdə olub, müxtəlif ölçülü dənələr şəkilində sinir sisteminin yalnız bəzi yerlərində (azan sinirin dorzal qanqlionunda, beynin qara maddəsinin və göy yerin neyronlarında) təsadüf olunur; bu hüceyrələr neyromelanositl ər adlanır. Lipofussin sarı piqment olub, tərkibində lipoid maddələr vardır və ona kiçik dənələr şəklində, demək olar ki, bütün sinir hüceyrələrində rast gəlmək olur. Əvvəllər lipofussinin qoca yaşlar üşün xarakter olduğu etiraf olunurdu, indi isə müəyyən edilmişdir ki, bu piqmentə uşaqlarda da (7 yaşından sonra) təsadüf olunur. Neyroqliya, ya qliya (yunanca glia – yapışqan deməkdir) neyronlarla birlikdə sinir toxumasını təşkil edir. Spesifik sinir fəaliyyətini icra edən neyronlardan fərqli olaraq, neyroqliya yardımçı vəzifə daşıyır. Buraya istinad, trofik, ayrıcı (hüdudi), sekretor və mühafizə vəzifələri aiddir. Neyroqliya, müxtəlif formaya, vəzifəyə və mənşəyə malik çoxlu hüceyrə elementlərindən ibarətdir. Bu hüceyrələr iki qrupa bölünür: qliositlər,və qliya makrofaqları. Qliositlər (gliocyti) əvvəllər makroqliya, qliya makrofaqları (macrophagus) mikroqliya adlanırdı. Qliositlər sinir borusunun spongioblast adlanan hüceyrələrindən, qliya makrofaqları isə mezinximdən inkişaf edir. Qliositlər üç növdür: astrositlər, ependimositlər və oliqodendroqliositlər Astrositlər (astrocyti) çoxlu çıxıntılara malik xırda ulduzşəkilli (yunanca aster-ulduz) hüceyrələrdir. Çıxıntılar şüa kimi hər tərəfə yayılır (şək.7.3). Nüvələri girdə ya oval şəkildə olur və onlarda nüvəcik müəyyən edilmir. Sitoplazmada adi hüceyrələrdə müşahidə olunan orqanellərə t əsadüf olunur. Lakin sitoplazmatik tor aparat zəif nəzərə çarpır. Çıxıntıların forma və quruluşundan asılı olaraq, əsasən iki növ astrosit lifli astrositlər (astrociti fibrosi) və plazmatik astrositlər (astrociti plazmatici) müəyyən edilir; Lifli ya uzunşüalı astrositlə rin çıxıntıları uzun, hamar və zəif şaxəli olur. Bunlar bir- biri ilə çarpazlaşaraq sıx tor əmələ gətirir ki, bu da beyin üçün istinad vəzifəsini görür. Lifli astrositlər başlıca olaraq beynin ağ maddəsində yerləşir. Qan damarları ətrafında çıxıntılar genişlənərək hüdudi zar təşkil edir və onlara qliyavaskulyar zar deyilir. Plazmatik astrositlər beynin boz maddəsi üçün daha xarakterdir. Bunların çıxıntıları nisbətən qısa, qalın və çoxşaxəli olur. Sitoplazmada mitoxondrilər çoxdur, buna görə həmin astrositlər istinad vəzifəsi ilə yanaşı mübadilə prosesində də iş tirak edir. Bunlar çox sıx yerləşir, çıxıntılar çarpazlaş araq keçəşəkilli zəif struktur əmələ gətirir; bunlar ın ilgəklərində neyronlar yerləşir. Plazmatik astrositlər iri, girdə və az xromatinli nüvəyə malikdir. Qeyd olunan formalardan əlavə bəzi astrositlər keçid forma təşkil edərə k lifli plazmatik astrositlər (astrocyti fibroplasmatici) adlanır. Beləliklə, astrositlər mərkəzi sinir sistemi üçün istinad, trofik və hüdudi funksiya daşıyır. Ependimositlər və ya ependim hüceyrələri (ependimocti) bir-biri ilə sıx təmas edərək ependim qatı şəklində beynin bütün mədəciklərini və onurğa beyni kanalını daxildən ötürür (şək.7.3).

Şək.7.3.


Aşağı sinif onurğalılarda ependim daha yaxşı inkişaf etmişdir; insanda və digər ali onurğalılarda ependimositlər inkişafın erkən mərhələlərində böyüklərə nisbətən daha yaxşı nəzərə çarpır. Ependim hüceyrələri polyarlıq xüsusiyyətinə malikdir, beləki onların apikal və bazal hissələri bir-birindən fərqlənir. Yeni doğulmuş uşaqlarda hüceyrənin apikal səthində çoxlu kirpiklərə təsadüf olunur, yaşa dolduqca onlar aradan çıxır və yalnız bəzi yerlərdə, məsələn, orta beynin su yolunda qalır. Ependim hüceyrələrinin bazal tərəfindən uzun çıxıntılar başlayır, onlar şaxələnərək sinir borusunun bütün qalınlı ğını keçir və onun xarici səthində hüdudi zar (membrana limitans glialis extuna) əmə lə gətirir. Erkən ya şlarda ependim hüceyrələ ri silindrik olur, yaşa dolduqca onlar yastılaşaraq kubabənzər şəkil alır. Ependim hüceyrələri həm istinad, həm də hüdudi (ayrıcı) vəzifə icra edir. Lakin yaşa dolduqca bunların istinad vəzifəsi zəifləyir. Bu hüceyrələrin bəziləri sekretor fəaliyyət göstərir, yəni onlar bilavasitə beyin mədəciklərinə və hətta qana fəal maddələr ifraz edir. Ependimositlər serebrospinal mayenin əmələ gəlməsində də iştirak edir. Elektron mikroskopu vasitəsilə , ependim hüceyrələrinin bazal səthində sitolemma çoxsaylı və dərin büküşlər əmələ gətirməsi, apikal səthində isə kirpiklər əvəzində sitoplazmatik çıxıntılar olur. Sitoplazmada iri mitoxondrilər və müxtəlif əlavələr (lipidlər, piqmentlər) təsadüf olunur. Oliqodendroqliostlər və ya oliqodendroqliya hüceyrələri (şək.7.3) (oliqodendroqliocyti) neyroqliyanın ən çox yayılmış hüceyrələri olub, həm mərkəzi, həm də periferik sinir sistemində müşahidə edilir. Onlar boz maddədə əsasən neyronun cismi ətrafında yerləşir, ağ maddədə və periferik sinirlərdə neyronun çıxıntı larını xaricdən əhatə edərək sinir liflə rini əmələ gətirir və nəhayət qeyri-sərbəst sinir uclarının əmələ gəlməsində iştirak edir. Boz maddədə olan oliqodendroqliya hüceyrələri xırda olub, qısa və zəif şaxəli çıxınt ılara malikdir; çıxıntılar ının qısalığı və azlığı ilə onlar astrositlərdə n fərqlənir. Adətən, hüceyrələrin cismi oval ya çoxbucaqlı şəkildə olur. Periferik sinir düyünlərində onlar qanqlioz hüceyrələri hər tərəfdən əhatə edir və manti hüceyrələri (satellitlər) adlanır. Elektron mikroskopu vasitə si ilə oliqodendroqliya hüceyrələrində yaxşı nəzərə çarpan sitoplazmatik tor müəyyən edilmişdir, bu isə, həmin hüceyrələrin zülal və lipid sintezində iştirak etdiyini göstərir. Sitoplazmanın elektron sıxlığına görə oliqodendroqliya hüceyrələri sinir hüceyrələrinə çox oxşayır, lakin neyrofilamentlərin olmaması ilə onlardan fərqlənir. Oliqodendroqliya sinir toxuması üçün mühüm əhəmiyyətə malikdir. Onlar trofik fəaliyyətlə yanaşı sinir liflərində ayrıcı (hüdudi) və istinad vəzifələrini görür, həmin liflərin regenerasiya prosesində iştirak edir. Sinir uclarında oliqodendroqliya hüceyrələri qıcıqların qəbul edilib sinir impulsuna çevrilməsind ə və onun sinir lifinə ötürülməsində də iştirak edir. Həmçinin, bu hüceyrələrdə zülal və lipidlərin sintezi baş verir. Qliya makrofaqları və ya mikroqliya, ya mezoqliya, ya da Horteq hüceyrələri, qeyd olunduğu kimi, mezenxim mənşəli olması ilə bütün digər qliya hüceyrələ rindən fə rql ənir. Bunlar girdə və ya ovalşə killi hüceyrələr olub, 2 ya 3 qısa ç ıxıntılara malikdir. Çıxıntılar iki və ya üç sıra şaxələrə bölünür. Nüvələ ri çox vaxt girdə görünür, xromatin az olduğundan açıq rəngə boyanır və nüvəciklər aydın nəzərə çarpır. Qliya makrofaqları faqositoz qabiliyyətinə və amöbvarı hərəkətə malikdir. Faqositoz prosesində və qıcıqlanmalar zamanı çıxıntılar hüceyrə yə doğru dart ılır və nəticədə girdələşərə k dənəli kürələr adlanır. Qliya makrofaqları toxumanın dağılmış elementlərini və müxtəlif yad maddələri udur (şək.7.3). Sinir Lifləri (Neurofibrae). Mərkəzi sinir sisteminin ağ maddəsinin və bütün periferik sinirlərin əsas quruluş və funksional elementini sinir lifləri təş kil edir. Sinir lifinin əmələ gəlməsind ə sinir hüceyrəsinin çıxıntıları (akson ya uzun dendritlər) və qliya elementləri (oliqodendroqliya) iştirak edir. Sinir hüceyrəsinin çıxıntısı hər bir sinir lifinin əsasını təşkil edir və ox silindr (cylindraxis) adlanır; oliqodendroqliya hüceyrələri ox silindri qişa kimi əhatə edir lemmositlər (lemmocyti) adlanır. Əvvəllər lemositlərə Şvann hüceyrələri və onların əmələ gətirdiyi qişaya Şvann qişası deyilirdi. Beləliklə, sinir hüceyrəsinin çıxıntısı onu örtən qişalarla birlikdə sinir lifi adlanır. Sinir sisteminin müxtəlif nahiyyələrində sinir lifini örtən qliya qişasının quruluşu eyni deyildir, bəzi yerlərdə o sadə, digər yerlərdə isə çox mürəkkəb quruluşa malikdir. Buna müvafiq olaraq sinir lifləri başlıca olaraq iki qrupa bölünür: mielinli və mielinsiz sinir lifləri. Sinir liflərinin quruluşu haqqında daha düzgün təsəvvür elektron mikroskopunun tətbiqindən sonra əldə edilmişdir. Mielinsiz sinir lifləri (neurofibra amyelinta). Mielinsiz sinir lifi ox silindrdən və yalnız bir qişadan nevrilemmadan ibarətdir. Nevrilemma ox silindr boyu bir-birinə sıx söykənmiş lemmositlərin sitoplazmatik uzantısıdır. Onların nüvəl əri uzununa dartılmış oval şəkildə bir-birindən müəyən məsafədə ox silindr boyu yerləşir (şək. 7.4). Mielinsiz sinir lifləri adətən poliaksial liflər olur. Poliaksial sinir lifində bir neçə, bəzən 20-yə qədər silindr müəyyən edilir. Bu liflərin quruluşunu elektron mikroskopunda onların köndələn kəsiyində daha aydın görmək olar. Qeyd etmək lazımdır ki, ox silindr heç vaxt lemmositin sitoplazmasının içərisindən keçmir və onun qişasına yalnız xaricdən təmas edir. İnki şaf prosesində ox silindr sitolemma ilə birlikdə lemositin içərisinə doğru basılır və bu zaman sitolemma ox silindri hər tə rəfdən əhatə edərək iki qatdan ibarət müsariqəşəkilli büküş əmə lə gətirir. Bu büküşə mezakson, ya akson çözü (müsariqəsi) deyilir. Beləliklə , mezakson (mesaxon) ikiqat sistolemmadan əmələ gələrə k bayır ucunda lemmositin xarici səthinə keçir, içəridə isə ox silindri əhatə edir. Mezaksonun, sitolemmanın iki qat büküşü olduğuna baxmayaraq işıq mikroskopunda o görünmür, çünki sitolemma submikroskopik qalınlığa malikdir. Nəticədə lemmositlərin sitoplazmatik uzantısı olan mielinsiz sinir lifinin qişası homogen zolaq kimi müəyyən edilir. Sinir lifi xaricdən əsas və ya bazal zarla örtülmüşdür.

Şək. 7.4
Poliaksial mielinsiz sinir lifində hər bir lemmositin içərisinə doğru bir neçə ox silindr basılır və nəticədə onların miqdarı qədər mezakson əmələ gəlir. Belə mielinsiz sinir lifləri kabel tipli liflər adlanır. Ali onurğalılarda lemmositlər birnüvəlidir, onların sitoplazmasında dənəli sitoplazmatik tor və lövhəli kompleks yaxşı nəzərə çarpır, çoxlu mitoxondrilər vardır. Bu orqanellərin mövcudluğu həmin hüceyrələrin yüksək metabolik fəallığa malik olmasını göstə rir. Mielinsiz sinir lifləri vegetativ sinir sistemi üçün daha xarakterdir. Bu lifləri ilk dəfə 1838-ci ildə Remak müşahidə etmiş dir və buna görə həmin liflər əvvəllər Remak lifləri də adlanırdı. Uşaqlarda erkən yaşlarda mielinsiz sinir liflərinin miqdarı çox olur, bunlara hətta animal sinir sistemində də təsadüf olunur. Yaşa dolduqca həmin liflər tədricən mielinləşmə prosesinə məruz qalır. Mielinli sinir lifləri (neurofibra myelinata). Ali onurğalılarda sinir liflərinin əksəriyyəti mielinli sinir lifləridir. Animal və vegetativ sinirlərin xeyli qismi mielinli sinir liflərindən təşkil olunmuşdur. Mielinli sinir lifi daha mürəkkəb quruluşa malikdir. Burada da lifin ə sasını ox silindr təşkil edir, lakin onun üzə ri xaricdən yalnız nevrilemma ilə deyil, həm də mielin qatı (stratum myelini) ilə örtülmüşdür (şək.7.5). Mielin qatı vasitəsilə ox silindri örtülür, nevrilemma isə mielini xaricdən ə hatə edir. Mielinli sinir lifləri daha yoğun olur, bunların diametri çox vaxt 1- 15 mikron aras ında tərəddüd edir. Yoğunluğundan asılı olaraq mielinli sinir liflərini nazik (diametri1-3 mikron) , orta (diametri3,1-5 mikron) , yoğğun (diametri 5,1-10 mikron) və çox yoğun (diametri 10 mikrondan çox olanlar) liflərə bölürlər. Lifin yoğunluğu bir tərəfdən ox silindrin özünün nisbətən yoğun olması, digər tərəfdən isə mielin qatının qalınlığı hesabınadır. Mielinli sinir lifləri mielinsiz sinir liflərinə nisbətən yüksək diferensiasiya etmişdir, sinir impulsunu daha sürətlə ötürür. Lakin ayrı-ayrı mielinli sinir liflərinin impulsu ötürmə sürəti eyni deyildir. Müəyyən edilmişdir ki, yoğun mielinli sinir lifləri impulsu böyük sürətlə (5-120 metr/san) , nazik liflər isə nisbətən kiçik sürətlə (1 -2 metr/san) ötürür. İnkişaf prosesində mielinli sinir lifləri mielinsiz sinir liflərindən sonra meydana çıxır. Buna görə də kiçik uşaqlarda mielinli sinir liflərinin miqdarı az olur və yaşa dolduqca mielinsiz liflərin mielinləşməsi hesabına onların miqdarı artır. Mielinli sinir lifləri həmişə monoaksial olur, belə ki, bu liflərdə bir ox silindr olur. Mielin qatının əmələ gəlməsi mezaksonun getdikcə uzanması ilə əlaqə dardır. Mezakson uzandıqca ox silindrin ətrafında dolanır və nəticədə onun üzərində konsentrik lövhələr əmələ gətirir. Ox silindr ətrafında mezakson hər dəfə dolandıqca bir konsentrik lövhə meydana çıxır, getdikcə lövhələrin miqdarı artır və onlar ox silindr ətrafında sıx qat əmələ gətirir ki, buna da mielin qatı deyilir.



Şək. 7.5
Beləliklə, mielin qatı mezakson hesabına əmələ gəlir, mezakson isə sitolemmanın iki qatlı törəməsi olduğu üçün mielinin kimyəvi tərkibi sitolemmanın tərkibi ilə eynidir. Lakin burada lipid və zülal molekulları qatlarının sayı daha da artır. Elektron mikroskopu vasitəsilə sitolemmanın xarici və daxili tünd zülal molekulları qatları və onların arasında yerləşən açıq rəngli lipid molekulları qatlarından ibarət olması aşkarlanmış dır. Mezaksonda isə sitolemma büküş şəklində olduğundan onların xarici zülal molekulları qatı bir-biri ilə birləşir və nəticədə mezaksonun mərkəzində zülal molekullarının tünd rəngli, qalın iki qatı əmələ gəlir. Qalın mərkəzi zülal qatının hər tərəfində isə əvvəlcə açıq rəngli lipidlər qatı, sonra isə zülal molekullarının tünd rəngli nazik bir qatı yerləşir. Mielin qatının hər lövhəsi mezakson olduğundan həmin lövhənin quruluşu yuxarıda qeyd olunmuş şəkildə görünür. Beləliklə, elektron mikroskopunda mielin qatı bir-birinin üzərini örtə n tünd və açıq rəngli konsentrik laylar kimi nə zərə çarpır. Osmium turşusunun iştirakı ilə hazırlanmış preparatlarda mielin qatı lipoproteinlərdən təşkil olunmuş adi hüceyrə qişası kimi tünd boyanır. Nevrilemma, ya Şvan qisası mielinli liflərin xarici qatını təşkil edir və bu, lemmositlərin sitoplazmasından və nüvələrindən əmələ gəldiyi üçün osmium turşusu ilə haz ırlanmış preparatlarda açıq görünür. İşıq mikroskopunda xüsusi metodla hazırlanmış mielinli sinir lifi tünd rəngli uzun silindrə bənzəyir və onun mərkəzi ox silindrə müvafiq olaraq açıq rəngdə görünür (şək.7.5). Belə preparatda mielinli sinir lifi müəyyən məsafələrdən sonra birdən-birə xeyli nazikləşir; bu yerlərə düyün boğazı ya daralması (isthmus nodi) deyilir. Əvvəllər bu nahiyələr Ranvye daralmaları adlanırdı. Düyün boğazı lemmositlərin hüdudlarına müvafiqdir. Sinir lifinin iki düyün boğazı arasında qalan hissəsi bir lemmositin uzunluğuna müvafiq gələrək düyünarası seqment ( seqmentum internodale) ya mielin seqmenti adlanır. Hər düyünarası seqmentin müəyyən yerl ərində çəp istiqamətdə gedən açıq rəngli yarıqlar görünür, bunlara mielin çərtikləri (incisio myelini) deyilir. Əvvəllər bunlar Ş midt-Lanterman çərtikləri adlanırdı . Elektron mikroskopu vasitəsi ilə aparılan tədqiqatlar düyün boğazı və mielin çərtikləri haqqında mövcud təsəvvürləri daha da genişləndirdi. Müəyyən edildi ki, boğaz nahiyə sində mielin lövhələrinin hamısının kənarları bilavasitə ox silindrə təmas edir. Bunun səbəbi odur ki, mielinləşmə prosesi zamanı yeni mielin lövhələri əmələ gəldikcə ox silindr və lemmositlər böyümə ilə əlaqədar olaraq uzanır və beləliklə də, yeni lövhənin ox silindrə bitişən yeri əvvəlkindən bir qədər aralı olur. Nəticədə boğaz nahiyəsində ən dərində yerləşən lövhələ rin kənarları bir-birindən səthdə yerləşən lövhə lərin kənarlarına nisbətə n daha aralı olur. Belə ki, ox silindrə bilavasitə təmas edən dərin lövhələr ən qısa lövhələrdir. Boğaz nahiyyəsində iki qonşu lemositlər barmağabənzər çıxıntılar əmələ gətirir. Bunların uzunluğu müxtə lif olur, diametri isə təxminən 50 nm təşkil edir. Bu çıxıntılar bir-birinə hörülərək ox silindr ətrafında yaxa şəkilini alır və buna boğaz yaxası (focale isthmi) deyilir. Yo ğun mielin liflə rində düyün boğazı qısa olduğu üçün yaxa qalın olur, nazik liflərdə isə əksinə yaxa nazik, boğaz isə uzun olur. Sonuncu halda ox silindrin xarici təsirlərə daha çox məruz qala bilməsi ehtimal olunur. Mielin çərtikləri nahiyəsində mielin lövhələri arasındakı sahə genişdir və həmin genişliklərdə sitoplazmanın miqdarı çoxdur. Osmium turşusu ilə hazırlanmış preparatda, təbiidir ki, sitoplazma nahiyələri pis boyandığından açıq rəngdə qalır və işıq mikroskopunda bunlar çərtiklər kimi görünür. Mielinli sinir lifləri də xaricdən əsasən zar ilə örtülür. Bu zarı təşkil edən sıx nazik kollagen saplar lifin boyu istiqamətdə gedərək düyün boyunca kəsilmir. Mielinli sinir lifinin əsasını ox silindr təşkil edir. Ox silindr isə neyroplazmadan (aksoplazmadan və ya dendroplazmadan) və sitolemmanın davamı olan aksolemmadan ibarətdir. Aksoplazmada və dendroplazmada neyrofilamentlər və neyroborucuqlar (işıq mikroskopunda isə neyrofibrillər) bir-birinə paralel və lif boyunca istiqamətdə yerləşir. Neyroplazmada həmçinin mitoxondrilər, dənəli sitoplazmatik zarlar və ribosomlar vardır. Düyün boğazları və sinir ucları nahiyələrində mitoxondrilər daha çox olur. Aksolemma sinir impulsunun daşınmasında mühüm əhəmiyyətə malikdir. Belə ki, Na+ ionları ox silindrə keçərək aksolemmanın daxili səthində elektrik yükünü müsbətləşdirir, bu da K+ ionlarını onun xarici səthinə çıxararaq yerli depolyarizasiyaya səbəb olur. Bu isə sinir impulsunun daşınmasını təmin edir. Sinaps adı altında adətən neyronlar arasındakı rabitə forması düşünülür. Sinaps yunan sözü olub təmas, rabitə deməkdir. Bu termini 1897-ci ildə Ç.Şerrinqton təklif etmişdir. Sinaps vasitəsi ilə oyanma bir neyrondan digərinə verilir. Neyronla onun innervasiya etdiyi toxuma (əzələ və ya vəzi epiteli) arasındakı rabitə də sinaps adlanır (əzələ və akso – epitel sinapslar). Neyronarası sinapslar bir neçə növ olur: akson-somatik, akso-dendritik, akso-aksonal və dendro-dendritik sinapslar. Akso-somatik sinapsda bir neyronun aksonunun uc şaxələri digər neyronun hüceyrə cismi ilə rabitəyə girir. Əgər aksonun uc şaxələri digər neyronun dendritləri ilə rabitəyə girirsə buna akson-dendritik sinaps deyilir. Bəzi iki neyronun aksonları arasında rabitə müşahidə edilir ki, bu da akso-aksonal sinaps adlanır. Iki neyronun dendritləri arasında da sinaptik rabitə (dendro-dendritik sinaps) ola bilər. Birinci neyronun aksonunun uc şaxələri müxtəlif sinapslarda eyni quruluşa malik deyildir. Bəzi yerlərdə bu şaxələr nazik saplar şəklində digər neyronun cisminin və ya dendritlərinin üzərinə səpilir, digər sinapslarda uc şaxələri müxtəlif formalı qalınlaşmalar (düymə, halqa, kolba, kasacıq və s. şəkildə) əmələ gətirir. Bəzən uc şaxənin qalınlaşması digər neyronun cismi üzərində xüsusi basıqlara daxil olur, buna invaginasion sinaps deyilir. Hər sinapsda iki hissə ayırd edilir, presinaptik qütb (polus presynapticus) və postsinaptik qütb (polus postsynapticus). Presinaptik qütbü aksonun uc şaxələri əmələ gətirir (şək. 7.6). Postsinaptik qütbü isə ikinci neyronun cismi, ya dendriti təşkil edir. Elektron mikroskopu ilə aparılan tədqiqat zamanı sinaps nahiyəsində hər iki neyronun hüdudları aydın nəzərə çarpır. Burada ik zar müə yən edilir: presinaptik zar (membrana presynaptica) və postsinaptik zar (membrana postsynaptika). Bu zarlar bir-birindən 20-30 nm eninə malik sinaptik yarıqla (fissura synaptika) ayrılmışdır. Presinaptik zar akson qişasının (aksolemma) ardıdır, postsinaptik zarı isə ikinci neyronun sitolemması təşkil edir. Presinaptik qütb adətən daha böyük biokimyəvi fəallı ğa malikdir. Burda çoxlu mitoxondril ər və təxminən eyni ölçülü (30-50 nm) sinaptik qovucuqlar aşkar edilmişdir. Qovuqcuqlar iki rəngdə görünür: açıq (parlaq) və tünd (sıx) qovucuqlar. Açıq rəngli qovucuqlarda asetilxolin və tünd qovucuqlarda noradrenalin adlı maddələrin (mediatorların) olduğu ehtimal edilir. Bu maddələr impulsu presinaptik qütbdən postsinaptik qütbə ötürür. Sinaps nahiyyəsində oyanma (impuls) yalnız bir istiqamətdə aksondan ikinci neyrona tərəf nəql olunur. Belə polyarlıq xüsusiyyəti elektron mikroskopu vasitəsilə də təsdiq edilmişdir. Belə ki, postsinaptik qütbdə nə mitoxondrilər, nə də sinaptik qovucuqlar olmur. Sinaps nahiyyəsində impulsun ötürülməsi sürətlənib, və ya ləngiyə bilər. Bu neyromediatorun təbiətindən asılıdır: γ-aminyag turşusu, dofamin, qlisin, noradrenalin bir qayda olaraq tormozlayıcı neyromediatorlardır; asetilxolin, serotonin isə sinapslarda oyanmanın nəql olunmasını təmin edir. Akson-aksonal sinapslarda impulsun nəql olunması deyil, əksinə, digər sinapslardan alınan impulsların tormozlanması baş verdiyi ehtimal olunur.

Şək. 7.6.


Yüklə 189,11 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə