Mühazirə Sitologiya-ümumbioloji və tibbi təlim kimi. Hüceyrə nəzəriyyəsi: formalaşma mərhələləri, əsas müddəaları, biologiya və təbabətdə əhəmiyyəti



Yüklə 170,69 Kb.
səhifə3/3
tarix05.03.2018
ölçüsü170,69 Kb.
#30568
növüMühazirə
1   2   3

İntrakrin təsir (şək. 1.13 A) - bu zaman sitoplazmada sintez olunan bioloji aktiv maddə (liqand) hüceyrəni tərk etmədən xüsusi daşıyıcıların köməkliyi ilə nüvəyə daxil olub transkripsiya faktorlarını aktivləşdirərək zülal sintezində iştirak edir;

Yukstakrin təsir (şək. 1.13 B) - bu zaman liqand sintez olunduqdan sonra hüceyrə zarının tərkibinə daxil olur və qonşu hüceyrələrin ona məxsus reseptorları ilə birləşərək, onların fəaliyyətində dəyişiklik törədir;

Autokrin təsir (şək. 1.13 C) - bu zaman hər hansı bir hüceyrədən xaric edilmiş liqand elə həmin hüceyrənin ona məxsus reseptoru ilə birləşir;

Parakrin təsir (şək. 1.13 Ç) müəyyən bir hüceyrədə sintez olunmuş liqand ekzositoz yolu ilə hüceyrədən xaric olduqdan sonra diffuziya yolu ilə yayılaraq ətrafda yerləşən hüceyrələrin reseptorları ilə birləşib, onların fəaliyyətinin tənzimində iştirak edir;

Matrikrin təsir (şək. 1.13 D) hüceyrədən xaric olmuş liqand hüceyrəarası maddənin (matriksin) elementləri ilə əlaqəyə girdikdən sonra ya onu hasil edən hüceyrənin, ya da digər hüceyrələrin onlara məxsus reseptorları ilə birləşir;

Endokrin təsir (şək. 1.13 E) - hər hansı bir hüceyrədə sintez olunmuş liqand (bunları hormon da adlandırırlar) qan dövranına daxil olaraq bütün bədənə yayılır və ifraz olunduğu yerdən müxtəlif məsafələrdə yerləşmiş hüceyrələrin fəaliyyətində dəyişiklik törədir;

Neyrotransmitter təsir parakrin təsirin bir forması olub, sinir hüceyrələri arasında yaranan kimyəvi sinapslarda (liqand rolunu neyromediatorlar oynayırlar) sinir impulsunun bir hüceyrədən digərinə ötürülməsini təmin edir; Neyrohormonal təsir endokrin təsirin bir formasıdır. Bu zaman liqand rolunu oynayan hormonlar xüsusi qrup neyrosekretor hüceyrələrdə sintez olunduqdan sonra neyrovazal sinapslar vasitəsilə qan dövranına daxil olaraq bütün orqanizmə yayılır və müvafiq reseptorları olan hüceyrələrin fəaliyyətində dəyişiklik törədirlər.

Reseptorun aktivləşməsi zülal sin-tezi ilə başa çatdığı hallarda vasitəçiər bilavasitə transkripsiya faktorları ilə əlaqə yaradırlar. Reseptorların aktivləşməsinə səbəb olan faktorların birinci vasitəçilər adlandırıldığını nəzərə alaraq, hüceyrə daxilində siqnalın reseptordan effektora ötürülməsində iştirak edən kiçik molekul və zülallara ikinci vasitəçilər deyilir. Əsasən, 5 qrup reseptorlar məlumdur:



İon kanalları ilə əlaqəli reseptorlar;

Yeddi spirallı reseptorlar;

Ferment əlaqəli reseptorlar;

Hüceyrə adheziyası reseptorları;

Nüvə reseptorları.



Şəkil 1.14
Yeddi spirallı reseptorlara G-zülal birləşmiş reseptorlar da deyilir və məlum olan reseptorlar içərisində ən çox təsadüf olunur. Bu reseptorların quruluşunda əsasən iki ümumi cəhət vardır: birinci - reseptor rolunu oynayan inteqral zülalın 7 ədəd α-spiraldan təşkil olunması (şək. 1.14 A), ikinci isə - QDF-lə birləşmiş üç subvahiddən (α, β, γ) təşkil olunmuş G-zülal ilə əlaqədə olmasıdır.

Ferment əlaqəli reseptorlar da G-zülal əlaqəli reseptorlar kimi transmembran qlikoproteinləri olub, iki qrupa bölünürlər: reseptor fermentlər (şək. 1.14 B);reseptorla birləşmiş fermentlər (şək. 1.14 C). Birincilərin xarakter xüsusiyyəti ondan ibarətdir ki, onlar bir subvahiddən təşkil olunaraq hüceyrənin xarici səthinə baxan tərəfində liqandla birləşən reseptor hissəyə, sitoplazmaya baxan ucunda isə fermentativ aktivlikli hissəyə malikdirlər. Bu qrup reseptorlara reseptor tirozinkinazaları, reseptor serin-tireonin kinazaları, reseptor tirozinfosfatazanı, reseptor quanilattsiklazanı göstərmək olar. İkinci qrup reseptorların liqandla birləşən və fermentativ aktiv hissələri ayrı-ayrı subvahidlərdən təşkil olunmuşdur (şək. 1.14 C). Bu qrup reseptorlara tirozinkinaza-birləşmiş reseptorlar, sitokin reseptorları, sfinqomielinaza-birləşmiş reseptorlar aiddir.

Qeyd etmək lazımdır ki, siqnalların qəbulu və hüceyrə daxilində yayılması üçün vacib olan proseslər içərisində üstünlük təşkil edəni hədəf zülal molekuluna qeyri-üzvi fosfat qrupunun (PO4-) birləşməsi (fosforlaşma) və ya ayrılması nəticəsində onun aktiv və ya qeyri-aktiv hala düşməsidir. Qeyri-üzvi fosfat qrupunun hədəf zülal molekuluna birləşməsi proteinkina/a, ayrılması isə proteinfosfataza fermentlərinin iştirakı ilə həyata keçirilir. Bu proseslərin ardıcıl və dönən xarakterli olması çox qısa zaman (millisaniyə) müddətində siqnalın daşınmasında iştirak edən müxtəlif qrup ötürücülərin bir "dövrəyə" daxil olmasını və bununla da vaxtında müvafiq cavab verilməsini təmin edir. Bu zaman ya hüceyrənin tərkibinə daxil olan müəyyən zülalın, ya da nüvədə yerləşən traskripsiya faktorlarının aktivliyi dəyişir.

Hər hansı bir toxuma və orqanın formalaşmasında mühüm şərtlərdən biri onların təşkilində iştirak edən hüceyrələrin xüsusi qrup zülallar vasitəsilə bir-biri və hüceyrəarası maddə makromolekulları ilə molekulyar əlaqələr yaratmasıdır. Bu zaman hüceyrə tipləri bir-birini tanıyır və onların arasında müxtəlif növ əlaqələr yaranır. Belə əlaqələrdən demək olar ki, birincisi qonşu hüceyrələrin bir-biri ilə və hüceyrəarası matriks elementləri ilə yapışmasının (adheziyanın) baş verməsidir. Adheziyanın yaranması zamanı iştirak edən reseptor zülallara kadherinlər, indeqrinlər və selektinlər aiddir ( şək. 1.14 Ç, D, E). Qeyd olunduğu kimi, steroid hormonlar, D3 vitamini, retinoidlər (A vitaminin törəmələri) və qalxanabənzər vəzi hormonları hüceyrə zarından sərbəst keçmək qabiliyyətinə malikdirlər (şək. 1.14 Ə). Ona görə də göstərilən bioloji aktiv maddələrə həssas olan hədəf hüceyrələrdə nüvə reseptorları adlanan xüsusi qrup reseptor zülallara rast gəlinir. Bu reseptorlar sitozolda və ya nüvənin özündə yerləşirlər. Nüvə reseptorları bilavasitə, yaxud dolayı şəkildə genlərin ekspressiyasmda iştirak etdikləri üçün transkripsiya faktorları da adlandırılır.

Hüceyrə zarı ilə əhatə olunan sitoplazma struktur elementlərinin tərkibinə, onlarm qarşılıqlı əlaqələrinə və vəzifələrindəki fərqlərə görə iki hissəyə bölünür: ektoplazma və endoplazma. Ektoplazma sitoplazmanın bilavasitə hüceyrə zarına söykənən hissəsi olub, hüceyrə zarınm təşkilində iştirak edən törəmələrlə molekulyar əlaqələr yaradaraq onun tamlığının təmin olunmasmda, siqnalların nüvəyə doğru ötürülməsində və s. iştirak edir. Ektoplazmanı kortikal sitoplazma, hüceyrə zarı skeleti və ya kortikal sitoskelet də adlandırırlar. Endoplazmaya isə sitoplazmanın ektoplazma ilə nüvə örtüyü arasında yerləşən törəmələri (sitoplazmanm özək zülalları, sitoskelet elementləri, orqanellər və sitozol) aiddir.

Sitoskelet termini bütün heyvani hüceyrələrin sitoplazmasında və nüvənin bəzi hissələrində yerləşən, müxtəlif ölçü və tərkibə malik olan filamentar quruluşlu zülalların əmələ gətirdiyi üçölçülü toru göstərmək üçün işlədilir. Tam orqanizmdə skeletin yerinə yetirdiyi vəzifələrə uyğun olaraq, hüceyrə sitoskelet elementlərinin köməkliyi ilə özünəməxsus formanı ala bilir, lazım gəldikdə bir saniyə ərzində onu dəyişə bilir, orqanellərin müəyyən qaydada yerləşməsini təmin edir, üzərinə düşən mexaniki təsirləri müxtəlif istiqamətlərdə paylayaraq onların dağıdıcı qüvvəsini azaldır, bütövlükdə hüceyrənin özünün və ayrı-ayrı hissələrinin (orqanellərin, qovuqcuqların, xromosomların və s.) hərəkətini təmin edir.

Sitoskelet elementləri hüceyrələrin bölünməsində, onlarm səthlərində olan çıxıntıların (psevdopodilərin, lamellapodilərin və s.) əmələ gəlməsində, ekzo- və endositoz proseslərində, hüceyrə metabolizmində və s. aktiv iştirak edirlər. Sitoskelet 70-80% sudan təşkil olunmuş hüceyrələrin möhkəmliyini, sərtliyini və elastikliyini təmin edərək, onların deformasiyaya uğramalarının qarşısını alır.

Sitoskeletin tərkibinə nazik filamentlər (aktin filamentləri, mikrofilamentlər), ara filamentlər və mikroborucuqlar daxildir.

Şək. 1.15

Enterositlərin apikal səthində olan mikroxovlarm tədqiqi göstərmişdir ki, onların əsas kütləsi qısa aktin filamentlərindən təşkil olunmuşdur (şək. 1.15). 1.15-ci şəkildəki sxemdən göründüyü kimi, kortikal torun tərkibində olan spektrinlə əlaqə saxlayan aktin filamentləri mikroxovların zirvəsində 4.1 zülalmın köməkliyi ilə hüceyrə zarı molekullarıyla əlaqə saxlayırlar. Qonşu aktin fılamentləri isə bir-biri ilə fimbrin zülalı vasitəsilə birləşirlər. Bundan başqa, aktin liflərinin birləşdirilməsində supervillin zülalları da iştirak edir. Supervillin zülalının hüceyrə zarına baxan ucunda qeyri-əzələvi miozin II molekulu ilə, kortikal sitoplazmaya baxan hissəsində isə 3 ədəd F aktin fılamenti ilə birləşməyə məxsus yerlər vardır. Bu üsulla formalaşmış F aktin dəstəsi hüceyrə zarı yaxınlığında yerləşən miozin II molekulunun fəaliyyəti nəticəsində mikroxovların hərəkətli oimasını təmin edir.

Şək. 1.16



Hüceyrə mərkəzi və ya sentrosom nüvə yaxınlığında bir-birinə nisbətən düz bücaq altında yerləşən iki ədəd silindrəbənzər sentriollardan (qoşa cisimcik- diplosom) və onları hər tərəfdən əhatə edən sentriolətrafı matriksdən təşkil olunmuşdur. Sentriollar diametri 100-200 nm və uzunluğu ~400 nm olan silindrəbənzər törəmələrdir. Sentriollardan nüvəyə nisbətən yaxın yerləşənini ana, digərini isə qız sentriol adlandırırlar. Ana sentriolların digər bir fərqi - distal uclarına yaxın subdistal çıxıntıların olmasıdır. Bu çıxıntıların tərkibində xüsusi zülalların yerləşməsi (seneksin, CEP-110, e-tubulin və b.) immunfluoressent metodların köməkliyi ilə ana sentriolların aşkar edilməsini xeyli asanlaşdırır. Hüceyrələrin əksəriyyətində ana sentriollar ilkin kirpiklərin formalaşması zamanı bazal cisimcik rolunu oynayırlar. Bu zaman ana sentriolların subdistal çıxıntıları onların hüceyrə zarı ilə daha sıx bitişdirilməsini təmin edirlər. Qız sentriollar ana sentriolların ancaq proksimal ucuna perpendikulyar yerləşirlər. Sentriolların hər ikisi köndələn kəsikdə "dişli çarxı" xatırladan (şək. 1.16), bir-biri ilə 30°-li bucaq altında yerləşən 9 ədəd mikroborucuq üçlüyündən (tripletindən) təşkil olunmuşdur. Mikroborucuqlar A, B və C hərfləri ilə işarə edilirlər. A mikroborucuqları silindrik sentriolların mərkəzinə, C mikroborucuqları isə sentriolətrafı matriksə doğru çevrilmiş vəziyyətdə yerləşirlər. A mikroborucuqları tam 13 tubulin protofilamentindən təşkil olduğu halda, B və C mikroborucuqlarında protofilamentlərin sayı 10-11 arasında tərəddüd edir (şək. 1.16). Qonşu tripletlərin A və C mikroborucuqları bir-biri ilə tərkibi tam dəqiqləşdirilməmiş zülallar vasitəsilə birləşirlər . Sentriolların tərkibində tubulin izomerləri ilə yanaşı, digər zülallar da yerləşirlər. Sonuncular arasında ətraflı öyrəniləni sentrin zülallarıdır. Bu zülallar kiçik ölçülü (m.ç. 20 kD) və turş xassəli olub, Ca2+-birləşən zülallara aiddirlər. İnsanda 3 növ sentrin zülalı aşkar edilmişdir. Sentrin-1 zülalı ancaq kişi cinsi hüceyrələrində sintez olunur. Sentrin-2 ixtisaslaşmış sentriol zülalıdır və hüceyrə tsiklinin bütün fazalarında fəaliyyət göstərir. Sentrin-3 zülalına isə yalnız sentriolətrafı matrksin tərkibində rast gəlinir. Sentrin-2 zülalına meduzanın yaşıl fluoressensiyalı zülalı (green fluorescent protein - GFP) birləşdirildikdən sonra fluoressent mikroskopunda onun sentriolların mərkəzi kanalında yerləşdiyi dəqiqləşdirilmişdir. Sentrin-2 zülalının sintezi dayandırıldıqda sentriolların duplikasiyası pozulur və ilkin mitoz zamanı bölünmə iyi qütblərində ancaq bir sentriol olur. Sonrakı bölünmələr nəticəsində heç bir sentriolu olmayan hüceyrələr əmələ gəlir və sonda onların ölümü baş verir. Ana sentriolların subdistal çıxıntıları tərkibində yuxarıda göstərilən zülallarla yanaşı, sentriolin zülalının da olduğu aşkar edilmişdir. Bu haqda ətraflı məlumat sentriolların hüceyrə tsiklində iştirakının təsviri zamanı veriləcəkdir. Ana və qız sentriolları, uyğun olaraq yetişmiş və yetişməmiş sentriollar da adlandırırlar. Yetişmiş sentriol ən azı iki sonuncu hüceyrə bölünməsindən sonra formalaşır. Son bölünmə zamanı formalaşan digər sentriola yetişməmiş sentriol deyilir. Ana (yetişmiş) və qız (yetişməmiş) sentriollar yalnız quruluşlarına görə yox, həm də kimyəvi tərkiblərinə görə də bir-birlərindən fərqlənirlər. Müəyyən edilmişdir ki, ancaq yetişmiş sentriolun tərkibində seneksin (F.; senex - qoca kişi) adlı zülal (m.ç. 96 kD) vardır . Beləliklə, tərkibində seneksin zülalının olması sentriolun yetişmiş olduğunu, bu isə onun aksonemanın formalaşması üçün bazal cisimcik rolu oynaya bilməsini və mikroborucuqların əmələ gəlməsində iştirak edən maddələrin toplanması üçün yer olduğunu göstərir. Sıx yerləşmiş incə fibrilyar quruluşa malik sentriolətrafı matriks qeyri-müəyyən formaya malik olub, girintili-çıxıntılı kənarlı sitoplazmanın digər strukturlarından ayrılır. Adətən, sentriolətrafı matriks nahiyəsində digər orqanellərə (məs., ribosomlara) və zarlara təsadüf edilmir. Ancaq burada ölçüləri 70-100 nm arasında tərəddüd edən tünd rənglənmiş cisimciklər - sentriol peykləri - yerləşirlər. Sentriolətrafı matriksdən müxtəlif istiqamətlərə doğru şüa şəkilli mikroborucuqların başlanması onun mikroborucuq təşkilatçısı rolu oynadığını göstərir . Sentriolətrafı matriksin tərkibində 100-ə qədər zülalın iştirakı təxmin edilir. Onların içərisində ətraflı tədqiq olunanları perisentrin, ninein, y- tubulin halqası kompleksinə daxil olan zülallardır. PCM-1 zülalı vasitəsilə sentrosomların təşkilində iştirak edən zülalların yerdəyişməsi pozulan zaman hüceyrələr mitoz mərhələsinə daxil ola bilmirlər. Nəticədə əksər hüceyrə tiplərinin apoptoz yolu ilə ölümü baş verir. İnsan orqanizmində terminal differensiasiya vəziyyətinə çatmış hüceyrələr (meqakariositlər, eritrositlər, eninəzolaqlı əzələ liflərini əmələ gətirən mioblastlar) uzun müddət bölünmə qabiliyyətinə malik olmadıqları üçün onların tərkibində sentrosom olmur. Bu qaydadan kənara çıxan yeganə hüceyrə mayalanmağa hazır olan yumurta hüceyrəsidir. Ovogenez prosesində sentriolətrafı matriks öz formasını saxladığı halda, sentriolların hər ikisi parçalandıqlarına görə yox olurlar. Sentriolların sıradan çıxma mexanizmi hələ də tam aydınlaşdırılmamışdır, lakin onun aktiv proses olduğu və proteasomların iştirakı ilə həyata keçirildiyi güman olunur. Sentriollarını itirmiş insan yumurta hüceyrəsi ancaq mayalanma baş verdikdən sonra bölünmə qabiliyyətini bərpa edir. Özü də spermatogenez prosesi zamanı spermatozoidlərin tərkibində olan ana sentriol quyruq hissənin təşkilində iştirak edən bazal cisimciyə çevrildiyindən mayalanma zamanı ziqotanın tərkibinə ancaq bir qız sentriol daxil olur. Ziqotanın bölünməsi üçün qız sentriolun iki dəfə duplikasiyası baş verir. Beləliklə, iki cüt sentriol formalaşdıqdan sonra ziqotanın birinci bölünməsi baş tutur. İnsanda ovogenez prosesi zamanı sentriolların yox olmasının ən mühüm bioloji əhəmiyyəti partogenetik üsulla (spermatozoidin iştirakı olmadan) çoxalmanın qarşısının alınmasıdır. Maraq üçün qeyd etmək lazımdır ki, siçanlarda həm spermatogenez, həm də oogenez proseslərində sentriolların hər ikisi yox olur. Yumurta hüceyrəsində təkcə sentriolətrafı matriks öz tamlığını saxlayır. Bu isə partenogenez (Y.: parthenoz - bakirə qız) üsulu ilə çoxalmaya (dişi cinsi hüceyrənin mayalanmadan bölünməsi ilə başlanan cinsi çoxalma) xeyli oxşayır. Qeyd etmək lazımdır ki, siçanın embrional hüceyrələrində tez bir zamanda (implantasiya baş verənə yaxın) sentriollar meydana çıxırlar. Bu zaman "yeni sentriollar necə yaranırlar?" sualı meydana çıxır. Müasir üsulların köməkliyi ilə müəyyən edilmişdir ki, siçanların yetişmiş yumurta hüceyrələrinin içərisində sentriolların formalaşması üçün sələf rolunu oynayan molekullar multivezikulyar cisimciklərin toplantıları şəklində yerləşirlər.

Sentrosomun təşkilində iştirak edən strukturlar hüceyrə tsikli zamanı dinamik dəyişikliklərə uğrayırlar. Bu dəyişikliklərin mərkəzində sentrosomun duplikasiyası durur və bu proses sentrosomların bir-birindən aralanması ilə başlayır. İnterfaza dövründə ana və qız sentriollar bir-biri ilə zülallardan təşkil olunmuş elastik törəmə vasitəsilə birləşmiş vəziyyətdə olurlar (şək. 1.17). Hüceyrə tsiklinin G^ fazasından S fazasına keçid zamanı E tsiklin Cdk2 kinazası ilə birləşir və onu aktivləşdirir. Aktivləşmiş Cdk2 fermenti sentriolları bir-biri ilə birləşdirən törəmənin tərkibində olan nukleofosmin (nucleophosmin-NPM/B23) zülalının fosforlaşmasına səbəb olur. Fosforlaş- mış NPM/B23 sentriolun tərkibini tərk etdiyi müddətdən sentriolların bir-birindən aralanması başlayır (şək. 1.17). NPM/B23 zülalı ilə yanaşı, sentrosomun tərkibindən dinamin-2 zülalının da kənarlaşması baş verir. Bütün bunlar göstərilən zülalların sentriolların birləşməsində iştirak etdiyini təsdiq edir. Ana və qız sentriolların bir-birindən aralanması S fazanın axırına qədər davam edir. Ancaq bu müddət ərzində ana və qız sentriolların proksimal uclarına perpendikulyar yerləşən prosentriollar formalaşmağa başlayır . Prosentriollar əvvəlcə sentrin zülalının toplantısı şəklində meydana çıxırlar. Bu toplantının ətrafında a və P tubulin dimerlərinin iştirakı ilə tədricən çevrə üzrə düzülmüş 9 ədəd tək mikroborucuq, sonra onların dupleti, ən axırda isə tərkibində 9 ədəd mikroborucuq tripleti olan yeni qız sentriollar formalaşırlar. Beləliklə, S fazanın axırında sentrosomun daxilində hələ də bir-biri ilə əlaqəni tam itirməmiş iki cüt sentriol əmələ gəlir:

əvvəlki ana sentriol və onun proksimal ucuna perpendikulyar olan yeni qız sentriol;

əvvəlki qız sentriol və onun proksimal ucuna perpendikulyar yerləşən yeni qız sentriol.

G^ faza zamanı əvvəlcə yeni yaranan sentriol cütlükləri arasındakı əlaqə tamamilə kəsilir, sonra isə onlar ayrılaraq sentriolətrafı matrikslə əhatə olunurlar (şək. 1.17). İki qız sentriol cütlüyü ətrafında yerləşən sentriolətrafı matriksin tərkibində etubulinin müəyyən edilməsi onun tam formalaşdığını göstərir.

Sentriol cütlüklərinin bir-birindən tam ayrılması və sentriolətrafı matriksin iki yerə bölünməsi kinaza aktivliyinə malik Nek2 fermentinin və onun təsir obyekti olan C-Map1 zülalmm iştirakı ilə baş verir.

İlkin qız sentriolun ətrafında subdistal çıxıntılar ancaq G^ fazadan M fazaya keçid zamanı baş verir. Beləliklə, artıq mitozun profaza dövründə tərkibində həm ana, həm də qız sentriollar olan iki ədəd sentrosom tam formalaşır və telofazadan sonra yeni yaranan qız hüceyrələrin tərkibində fəaliyyət göstərirlər.

Ana sentriolların subdistal çıxıntılarında sentriolin adlanan yeni zülalın olduğu aşkar edilmişdir (A.Gromley et al, 2003). Bu zülalın hüceyrə tsiklinin son mərhələsi olan sitokinezin başa çatmasında mühüm rol oynadığı qeyd olunur. Sentriolin zülalının təsiri aradan qaldırıldıqda hüceyrələr bir-biri ilə uzun körpüşəkilli sitoplazmatik çıxıntılar vasitəsilə birləşmiş vəziyyətdə qalırlar. Bir-birindən tam ayrılmamış qız hüceyrələrin yenidən hüceyrə tsiklinə daxil olmalarına baxmayaraq, sitokinez baş vermədiyindən çoxnüvəli plazmodiumlar meydana çıxır. Belə hüceyrələr tədricən bölünmə qabiliyyətlərini itirdikləri üçün ya apoptoza uğrayır, yaxud da G0 mərhələsinə daxil olurlar.

Sentrosomların istər interfaza, istərsə də hüceyrə tsikli zamanı əsasən mikroborucuq təşkilatçısı mərkəzi kimi fəaliyyət göstərdikləri qeyd olunur. Bununla yanaşı, son 10 il ərzində əldə olunan məlumatlar (bu haqda ətraflı surətdə ədəbiyyat siyahısına daxil edilmiş məqalələrdən tanış olmaq olar) sentriolların DNT replikasiyasının başlanmasında, G1 fazadan S fazaya keçidin təmin olunmasında, bölünmə iyi strukturlarının sitoplazmada vəziyyətinin müəyyən olunmasında, xromatidlərin bir-birindən ayrılmasında, sitokinezin başa çatmasında və s. iştirak etdiyini göstərir. Həmçinin, sentrosomlara hüceyrələrin fəaliyyətinin əsas istiqamətlərinin tənzimində iştirak edən bioloji fəal maddələrin də birləşdikləri dəqiqləşdirilmişdir. Sonuncu məlumatla əlaqədar olaraq sentrosomlara qıcıqların qəbulu, inteqrasiyası və tənzimləyici siqnalların yayılma mərkəzi kimi baxılır. Beləliklə də sentrosomların həqiqətən öz adına uyğun olaraq hüceyrə mərkəzi rolunu oynadığı əksər tədqiqatçılar tərəfindən qəbul olunur.

Şək. 1.17



Orqanizmin fəaliyyəti üçün vacib olan enerji qida məhsullarının oksidləşməsi zamanı meydana çıxır. Bu proses eukariot hüceyrələrdə xüsusi ixtisaslaşmış orqanellərdən olan mitoxondrilər tərəfındən həyata keçirilir. Mitoxondrilərdə oksidləşmə ilə yanaşı fosforlaşma prosesinin getməsi nəticəsində qida məhsullarının tərkibində olan enerji adenozintrifosfat (ATF) molekullarının makroergik rabitələrində toplanan kimyəvi enerjiyə çevrilir. Mitoxondri termini yunanca "mitos" və "chondros" sözlərindən götürülüb, hərfı mənası sapşəkilli dənəcik deməkdir. İşıq mikroskopu altında mitoxondrilər, əsasən çöpəbənzər quruluşa malik olub, diametri 0,4-1 mkm, uzunluğu isə 2-7 mkm arasında tərəddüd edir; bəzən uzunluğu 10 mkm-ə çatır. Mitoxondrilərin sayında və hüceyrədaxili topoqrafik vəziyyətində nəzərə çarpacaq fərq vardır. Belə ki, az enerji istifadə edən hüceyrələrdə, məsələn qeyri-aktiv limfositlərdə cəmi bir neçə mitoxondri olduğu halda, qaraciyər hüceyrələrində onlarm sayı minlərlədir. Hüceyrələrin hansı hissəsində ATF-ə ehtiyac çoxdursa, orada mitoxondrilərin toplantısma rast gəlinir. Misal olaraq, böyrəyin proksimal qıvrım borucuqlarmm divarmda yerləşən epitel hüceyrələrinin bazal səthinə yaxm mitoxondrilərin toplanaraq sütun şəklində yerləşməsini göstərmək olar. Hər bir mitoxondridə örtük rolunu oynayan hamar xarici mitoxondri zarı və müxtəlif formaya və ölçülərə malik büküşlər əmələ gətirən daxili mitoxondri zarı vardır (şək. 1.18). Bu zarlar arasmda 10-20 nm ölçülərdə nazik yarıqşəkilli zararası sahə qalır. Mitoxondrilərin daxilində daxili zarla əhatə olunmuş, ayrı-ayrı dənəciklər şəklində olan amorf quruluşa malik mitoxondri matriksi yerləşir . Daxili mitoxondri zarınm ölçüləri əmələ gətirdiyi büküşlərin hesabına artaraq, orada gedən proseslərin təmin olunması üçün mübadilə səthinin çoxalmasma şərait yaradır. Büküşlər əmələ gələn zaman daxili zarm mitoxondrinin kənarlarma yaxın yerlərdən başlayaraq mərkəzə doğru getməsi və yenidən başlandığı yerə qayıtması nəticəsində çöpşəkilli hündürlüklər yaranır. Belə hündürlüklərin çoxlu miqdarda olması daraq dişlərini xatırlatdığmdan, onları mitoxondri daraqlan adlandırırlar.

Şək. 1.18
Mitoxondri daraqlannın sayı və hündürlüyü ilə hüceyrənin aktivlik dərəcələri arasında düz mütənasib asılılıq mövcuddur. Ən çox və hündür daraqlara ürək əzələsi hüceyrələrində, bunun əksinə isə sümük hüceyrələrində (osteositlərdə) rast gəlinir. Qeyd etmək lazımdır ki, bəzi hüceyrələrdə olan mitoxondrilərdə daxili zarın əmələ gətirdiyi büküşlər daraq şəklində yox, boruyabənzər formada olurlar. Belə mitoxondrilərin ultranazik kəsiklərində daraqlar mikroborucuq kəsiklərini xatırladırlar . Bu mitoxondrilərə, əsasən steroid hormonlar sintez olunan böyrəküstü vəzin qabıq maddəsində və cinsi vəzilərdə təsadüf edilir. Mitoxondrilərdə ATF sintezi müxtəlif nasosların, daşıyıcıların, elektron nəqledici zülalların və fermentlərin birlikdə fəaliyyəti nəticəsində mümkün olur. Bu zaman baş verən çoxsaylı proseslərin ardıcıl və lazımi istiqamətdə getməsinə, əsasən mitoxondrilərin xarici və daxili zarlarının tərkibində bir-birindən fərqli keçiricilik qabiliyyətinə malik zülalların olması şərait yaradır. Bunun nəticəsində mitoxondrilərin xarici və daxili zarları nahiyəsində və matriksdə birbirindən fərqli proseslər baş verir. Mitoxondrilərin xarici zarı tərkibində, mikroblarda olduğu kimi, müxtəlif növ inteqral zülalların və porinlərin (şək.1.19) olması nəticəsində sitozolda yerləşən və molekul çəkisi 10 kD-ya qədər olan maddələr, həmçinin ATF sintezi üçün lazım olan maddələr sərbəst olaraq zararası sahəyə daxil ola bilirlər. Bundan başqa, xarici zarın tərkibində mitoxondrial lipidlərin sintezində iştirak edən zülallar da vardır. Xarici zarla müqayisədə təxminən 75% zülallardan təşkil olunmuş daxili zardan qazlar və sudan başqa, nəinki enerji sintezinin aralıq məhsulları (piruvat, asetil KoA), hətta çox kiçik ölçüyə malik olan ionlar da (H+,Na+) sərbəst keçə bilmirlər. Nəticədə zararsı sahə ilə matriks arasında ATF sintezi üçün vacib olan proton qradiyentinin meydana çıxmasına şərait yaranır . Göstərilənlərin əsas səbəblərindən biri daxili zarın tərkibində çoxlu miqdarda, adətən iki yox, dörd yağ turşusu zənciri olan kardiolipin adlı fosfolipid molekullarının olmasıdır. Bununla birlikdə, daxili zarın tərkibində xüsusi daşıyıcıların (uniport, simport və antiport) olması nəticəsində lazım olan maddələrin matriksə və ya əksinə keçirilməsi mümkün olur. Uniport daşıyıcılara Ca2+ ionlarını, simport daşıyıcılara isə H+-lə piruvat və H+-lə fosfat qrupunu birlikdə zararası sahədən matriksə keçirən inteqral zülalları misal göstərmək olar. Antiport daşıyıcılara zararası sahədəki H2PO-4 və piruvatı ayrılıqda matriksdə olan hidroksil qrupu (OH-) ilə, matriksdə sintez olunmuş ATF molekullarını isə zararası sahədə yerləşən ADF molekulları ilə dəyişdirən inteqral zülallar aiddirlər (şək. 1.19). Fosfat qrupunun və piruvat molekullarının matriksə daxil olmaları proton qradiyentinin yaratdığı enerjinin hesabına baş verirsə, Ca2+ matriksdən xaric edilməsi və ATF-in ADF-lə dəyişdirilməsi mitoxondrilərin daxili zarlarının ətrafında yaranan potensial fərqinin enerjisi hesabına həyata keçirilir. Yuxarıda sadalanan daşıyıcılarla yanaşı, mitoxondrilərin daxili zarlarının tərkibində ancaq onlar üçün xarakterik olan beş zülal kompleksi fəaliyyət göstərir (şək. 1.19). Bu komplekslərdən I, II, III, IV tənəffüs zəncirinin tərkibinə daxildirlər. Yüksək enerjili elektronun bir kompleksdən digər kompleksə keçirilməsində iştirak etdikləri üçün onlara elektron nəqli zənciri deyilir. Tənəffüs zəncirinə, əsasən I, III, IV zülal kompleksləri və onlarla əlaqədə olan iki ədəd hərəkətli elektronkeçirici molekullar - ubixinon (koferment Q) və sitoxrom c aiddirlər. İkinci kompleksə isə, əsasən Krebs tsiklində iştirak edən suksinatdehidrogenaza fermenti aid olub, elektronların FADH^-dən ubixinona ötürülməsini təmin edir. Lakin bu ferment H+ protonunun zararası sahəyə keçirilməsində iştirak etmir. V kompleksə isə protonları ancaq zararası sahədən matriksə keçirən ATFsintetaza fermenti aiddir.

Mitoxondrinin tərkibində olan zülalların böyük əksəriyyətinin (95%) genləri isə hüceyrələrin nüvələrindəki DNT-nin tərkibində yerləşir. Bu zülallar sitozolda yerləşən poliribosomlarda sintez olunduqdan sonra xüsusi qrup zülalların (şaperonlar və translokasiya zülalları) köməkliyi ilə mitoxondrilərin lazım olan strukturlarına çatdırılırlar. Hüceyrələrin böyük əksəriyyətində mitoxondri matriksi daxilində kiçik ölçülərə malik olan (30-50 nm) mitoxondri dənəciklərinə təsadüf edilir. Bu dənəciklərin funksiyası tam məlum olmasa da, onların Ca2+ və Mg2+ kationları ilə sıx əlaqədə olduqları qeyd olunur. Sitozolda Ca2+ miqdarının artması ilə müşahidə olunan pozğunluqlar zamanı Ca2+ ion nasoslarının köməkliyi ilə matriks daxilinə daşınırlar. Beləliklə, mitoxondrilər endoplazmatik şəbəkələr kimi Ca2+ üçün anbar rolunu oynayırlar. Qlükoza və yağ turşularının oksidləşdirici-fosforlaşma prosesi nəticəsində ATF molekullarının yaranma mexanizmi barəsində olan müasir təsəvvürlərin nəzərə çatdırılması vacibdir. Qlükozanın parçalanaraq enerji əmələ gətirmə prosesi sitozolda oksigensiz (anaerob) şəraitdə başlayır və qlikoliz adlanır. Bu zaman 2 molekul ATF, 2 molekul piroüzüm turşusu (piruvat) əmələ gəlir və 2 molekul nikotinamidadenidinukleotid (NAD+) NADH-a qədər reduksiya olunur. Hər iki piroüzüm turşusu molekulu xüsusi nasosların köməkliyi ilə matriksə daşınır (bax yuxarıya) və orada onların hər biri ayrılıqda oksidləşdirici karboksilsizləşmə prosesinə uğrayaraq CO^, asetil-KoA və bir molekul NADH əmələ gətirirlər (katabolizmin I ümumi yolu). Asetil-KoA matriksdə Krebsin limon turşusu tsiklinə (katabolizmin II ümumi yolu) daxil olaraq (bu haqda ətraflı məlumat biokimya dərsliklərində verilmişdir) oksaloasetata çevrilir. Krebs tsiklinin gedişi zamanı digər ara məhsullarla yanaşı 2 molekul CO^, 1 molekul QTF, 3 molekul NADH yaranır və 1 molekul flavinadenindinukleotid (FAD+) FADH^yə qədər reduksiya olunur. Yaranan QTF dərhal ATF-ə çevrilir.

Krebs tsiklinə iki piroüzüm turşusu molekulunun girdiyini nəzərə alsaq, 1 molekul qlükozanın oksidləşməsindən 4 molekul ATF, 10 molekul NADH və 2 molekul FADH2 əmələ gəlir. Qlükozadan fərqli olaraq, yağ turşularının oksidləşmə yolu ilə parçalanması sitozolda yox, bilavasitə mitoxondri matriksinin daxilində başlayır və ^-oksidləşmə adlanır. Bu prosesin başlanğıcında yağ turşuları ATF-in tərkibində olan enerji hesabına KoA ilə birləşərək asil-KoA-ya (aktivləşmiş yağ turşusu) çevrilirlər. Sonrakı oksidləşmə prosesləri hesabına, ardıcıl olaraq aktivləşmiş yağ turşusundan iki karbon atomunun ayrılması nəticəsində asetil-KoA və tərkibində iki karbon atomu az olan asilKoA molekulu yaranır.

Yağ turşularından iki karbon atomunun ayrıldığı mərhələlərin hər birində asetil-KoA (aktivləşmiş sirkə turşusu) ilə yanaşı, bir molekul NADH və bir molekul FADH^ də əmələ gəlir. Yaranan asetil-KoA molekulları isə öz növbəsində, aerob qlikolizdə olduğu kimi, limon turşusu tsiklinə (bax yuxarıya) daxil olurlar. Beləliklə, tərkibində 16 karbon atomu olan palmitin turşusunun oksidləşməsi zamanı hər birindən 7 molekul olmaqla NADH və FADH^ və 8 molekul asetil-KoA əmələ gəlir. Hər molekul asetil-KoA-dan Krebs tsikli zamanı əmələ gələn törəmələrin sayını nəzərə alsaq, onda tərkibində 16 karbon olan bir molekul yağ turşusunun oksidləşməsi zamanı 31 molekul NADH, 15 molekul FADH2 və 8 molekul QTF sintez olunduğu görünür (cəmi 131 molekul ATF). Mitoxondrilərdə ATF molekullarının böyük əksəriyyətinin sintezi üçün vacib olan oksidləşdirici-fosforlaşma prosesinin baş verməsi NAD+ və FAD+ kofermentlərinin reduksiya olunmuş formalarının - NADH-ın və FADH^-nin əmələ gəlmələri ilə sıx bağlıdır. Belə ki, sonuncular tənəffüs zənciri fermentlərinin təsirindən yenidən oksidləşərək tərkibində yüksək enerjili elektron cütlüyü (2e') olan hidrit ionunu (H-) əmələ gətirirlər. Elektron cütlüyünün tənəffüs (elektron) zənciri üzrə daşınması zamanı oksigen molekulları reduksiya olunaraq su molekulunu əmələ gətirdiyi halda, H- özü protona (H+) çevrilir. Hüceyrələrdə oksigenin ən çox istifadə olunduğu yer mitoxondrilərdir. Ona görə də müxtəlif səbəblər üzündən hüceyrəətrafı mühitdə oksigen azlığı baş verdikdə (hipoksiya) mitoxondrilərdə baş verən destruktiv dəyişikliklər bəzən hüceyrənin tamamilə məhvinə gətirib çıxarır. Hipoksiyanın ilkin əlamətləri içərisində mitoxondrilərin şişməsi və matriksin durulaşması üstünlük təşkil edir.

Mitoxondrilərin öz genomu olduğundan, orada baş verən mutasiyalar nəticəsində bəzi irsi xəstəliklər meydana çıxır. Misal olaraq, irsi Lebers optik nevropatiyasını göstərmək olar. 15-35 yaşlı şəxslərdə rast gəlinən bu xəstəlik zamanı görmə sinirinin atrofiyası və nəticədə görmənin tam itməsi baş verir.

Yaşla əlaqədar olaraq mitoxondrinin genomunda və daxili strukturunda baş verən dəyişikliklər bir çox xəstəliklərin (insult, görmə sinirinin atrofiyası, nevropatiyalar, miopatiyalar, Parkinson və Alsheymer xəstəlikləri və s.) meydana çıxma səbəbləri içərisində əsas yerlərdən birini tutur.



Mitoxondrilərin orta yaşama müddəti cəmi 10 gündür. Onlar bakteriyalar kimi bölünmə yolu ilə çoxalırlar. Bu zaman mərkəzi hissəsində əmələ gələn arakəsmə vasitəsilə ana mitoxondri iki hissəyə bölünür. Mitoxondrilərin daxilində DNT molekullarının bir neçə surəti olduğu üçün yeni əmələ gəlmiş mitoxondrilərin özlərinə məxsus DNT-ləri olur



Şək. 1.19.
Yüklə 170,69 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə