Mühazirəçi: T. E. N., Prof. İ. M.Əliyev FƏNN: avtomatikanin əsaslari mühazirə 9



Yüklə 30,39 Kb.
tarix05.02.2018
ölçüsü30,39 Kb.
#25142
növüMühazirə


AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

MÜHƏNDİSLİK fakültəsi

ELEKTRİK MÜHƏNDİSLİYİ kafedrası


Mühazirəçi: T.E.N., PROF. İ.M.Əliyev


FƏNN: AVTOMATİKANIN ƏSASLARI


Mühazirə 9
MÖVZU: AVTOMATİKANIN TAPŞIRICI VƏ MÜQAYİSƏEDİCİ

ELEMENTLƏRİ


P L A N


  1. Avtomatikanın tapşırıcı elementləri.

  2. Avtomatikanın müqayisəedici elementləri.


ƏDƏBİYYAT
1. A.Ə.Əfəndizadə. Avtomatik idarəetmə nəzəriyyəsi Bakı 1981.

2. В.И. Зачинайлов, Л.Н.Шеповалова Основы автоматики М. 2001.

3. И.И.Мартыненко и др. Автоматика и автоматизации производственных процессов М. 1985.

GƏNCƏ 2010

AVTOMATİKANIN TAPŞIRIQÇI VƏ MÜQAYİSƏEDİCİ

ELEMENTLƏRİ
Tapşırıcı və müqayisə qurğuları

Texnoloji prosesləri avtomatlaşdırarkən avtomatik idarəetmə sistemlərindən ya nəzarət edilən parametrləri verilmiş həddə saxlamaq (sabitləşdirici sistemlər), yaxud parametrləri əvvəlcədən verilmiş funksiyaya görə dəyişdirmək (proqram sistemləri) və yaxud da parametrləri girişdəki əvvəlcə verilmiş naməlum dəyişənin dəyişməsin­dən asılı olaraq idarə etmək tələb olunur. (İzləyici sistemlər).

Göstərilən sistemlərdə idarəetmə əmrlərini hasil etmək üçün tapşırıqçı və müqayisə qurğularından istifadə edirlər.

Müqayisə qurğuları yaxud elementləri hər cür avtomatik idarəetmə sisteminin ayrılmaz hissəsidir. Müqayisə qurğusunun girişlərindən birinə qayda üzrə verici, (qoşulur) digər girişinə isə tapşırıqçı (tapşırıcı) qurğu qoşulur.

Stabil, proqram və izləyici sistemlərdə idarə əmrlərini hasil etmək üçün tapşırıqçı və müqayisə qurğularından istifadə edirlər.



1. Tapşırıqçı elementlər

İdarə olunan kəmiyyətin tələb olunan dəyişmə qanununu müəyyən edən elementə tapşırıqçı element deyilir.

Tapşırıqçı vasitəsilə tənzimlənən kəmiyyətin qiyməti verilir. Tapşırıqçı qurğu (tapşırıcı) idarə olunan qanuna uyğun olaraq idarə olunan kəmiyyətin dəyişməsini tələb olunan qanunauyğun olaraq idarə olunan kəmiyyətin verilmiş qiymətini qoymağa (verməyə) xidmət edir.

Tənzimləmə sistemində tapşırıqçı elementlər kimi yay, etalon, müqavimət, etalon gərginlik mənbəyi, yük, səviyyə və s. ola bilər. İdarəetmə sistemlərində (o cümlədən izləyici sistemlərdə) tapşırıqçı, element kimi mühərrik, insan əli və s. istifadə olunur. Hasil olunan siqnalların növünə görə tapşırıqçı qurğular analoq (kəsilməz və impuls) və rəqəm növlü olurlar. Konstruktiv olaraq tapşırıqçı qurğular tənzimləyici (requlyator) ilə birləşirlər.

Elektrik fasiləsiz təsirli analoq

Analoq tapşırıqçı qurğular kəsilməz dəyişən fiziki kəmiyyətləri hasil edir. Tapşırıcı qurğuları dəyişən müqavimətli potenbsiometrlərdən, tərpənən nüvəli induktivlik yaxud dəyişən tutumlu hava kondensatorlarından ibarətdir.

İdarə olunan kəmiyyətin verilmiş qiymətini əl ilə yerdəyişməklə yaxud proqram qurğuları ilə potensiometrin sürüncəyini, sarğacın nüvəsini yaxud kondensatorun lövhələrini dəyişməklə qoyurlar. Tapşırıqçı qurğu tez-tez körpü müqayisə orqanlarının çiyinlərindən birinə qoşulur (məs.:dənqurudanda istilik daşıyıcısının temperaturunun ATS-də Rz (Rtap) potensiometri. Ondan əsasən stabil AİS-lərdə istifadə edirlər.



Diskret təsirli elektromexanik tapşırıqçı qurğuya misal olaraq proqram AİS-lərdə istifadə olunan MBB-1; E-512; MBB- ; E-513; MPB-6; BC-2; PBT-1200 proqram releləriniaddım axtarıcılarını göstərmək olar. (ШИ-11; ШИ-17; ДШИ).

Hidravlik və pnevmatik tapşırıcı qurğularda verilən kəmiyyəti əks təsir yaylarının gərilməsini, cəftələrin və siyirtmələrin vəziyyətini, idarəedici ucluqların (soplo) zolotniklərin vəziyyətini dəyişməklə qoyurlar.



2. Müqayisə orqanı (sıfır orqan) – tənzimlənən kəmiyyətin ölçülən və verilən qiymətlərini müqayisə edən və alınmış fərqi tənzimləyicidə istifadə edilmək üçün rahat (əlverişli) olan müəyyən fiziki kəmiyyətə çevirən quruluşa deyilir.

Müqayisə qurğusu idarə olunan kəmiyyətin faktiki qiymətini verilmiş qiyməti ilə müqayisə edir və onların fərqi olduqda yaranmış fərqi ləğv etmək üçün idarəetmə sisteminə ilk siqnalı göndərir.

Verilən kəmiyyətin siqnalı ilə idarə olunan kəmiyyətin həqiqi qiymətinin siqnalı arasındakı fərqin qiymətini və işarəsini təyin edən elementə müqayisə elementi deyilir.

Müqayisə qurğusu kimi körpü sxemləri, sıfır göstəricilər, difmanometrlər və s. tətbiq olunurlar.

Funksional və alqoritmik-struktur sxemlərdə tapşırıqçı və müqayisə qurğuları adətən birgə təsvir olunurlar və müqayisə orqanı adlanırlar. (Dənqurudanda istilikda­şı­­yıcısının temperaturunun ATS-i).

Tapşırıqçı və müqayisə qurğuları vericinin siqnalının və idarəetmənin tapşırıqçı siqnalının fiziki təbiətindən asılı olaraq mexaniki, elektrik, hidravlik və pnevmatik növlərə bölünürlər.

Analoq və rəqəm tapşırıcı və müqayisə vasitələri kimi həmçinin avtomatikanın hesablama qurğularından istifadə edirlər.

Müqayisə qurğularında vericinin nəzarət etdiyi y idarə olunan kəmiyyət, tapşırıcı ilə formalaşan, verilən g siqnalı ilə müqayisə olunur. Müqayisə qurğusunun çıxışında E fərq siqnalından asılı olaraq icra mexanizminin (İM) işə salma qurğusu qoşulur.

E fərq siqnalı aşağıdakı ifadə ilə təyin olunur.

(1)

İşəsalma qurğusu müvazinət (E=0 olduqda) yaxud işçi vəziyyətdə (E≠0 olduqda) ola bilər. İşəsalma qurğusu fərq siqnalını ləğv etmək məqsədilə icra mexa­nizmini qoşur.



Elektrik müqayisə qurğularına körpü, potensiometr, transformator, diferensial transformator sxemləri, elektromexaniki qurğular, sıfır orqanları aiddir.

Sabit cərəyan körpü sxemi Rtap tapşırıq rezistorundan, müqaviməti idarə olunan kəmiyyətin dəyişməsindən asılı olan Rx vericisindən və R1; R2 iki nümunəvi müqavimətlərdən ibarətdir. Sxemin diaqonallarından birinə Uqid qidalanma gərginliyi verilir, o biri diaqanaldan isə işə salma qurğusunu qidalandıran Uçıx çıxış gərginliyi alınır. (məs. gücləndirici-elektrik mühərriki).

Körpü sxeminin müvazinət şərti qarşı-qarşıya duran qolların müqavimətlərinin hasilinə bərabərdir, yəni

(2)

Fərq siqnalına müvafiq olaraq



(3)

qəbul etsək ilk ifadəni (1) alarıq .

Aşağıdakı şəkillərdə daha çox istifadə olunan müqayisə elementləri göstərilmişdir:



Elektrik müqayisə elementləri:

Transformator elektrik sxemi (dövrəsi)
Elektromexaniki müqayisə orqanları



Selsin sxemi


Diferensial sxem Körpü sxemi



Körpü sxemi


Bucağı yerdəyişmələri məsafəyə ötürmək üçün selsinli özü sinxronlaşan sistemlər tətbiq olunurlar. Bu sistemlərin əsas elementləri selsin adlanan induksion elektrik maşınlarıdır.

Mexaniki müqayisə orqanları


Potensiometr sxemi Mexaniki diferensial





Rıçaq (qol) Rıçaq (qol)




Operasion gücləndiricili müqayisə qurğusu.
Yüklə 30,39 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə