Mühazirələr bakalavr pilləsi üçün Pedaqogika elminin obyekti və predmeti Pedaqogikanın anlayışlar sistemi



Yüklə 0,91 Mb.
səhifə7/130
tarix13.05.2022
ölçüsü0,91 Mb.
#86927
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   130
M hazir l r bakalavr pill si n Pedaqogika elminin obyekti v

Tərbiyə anlayışı. Tərbiyə - davranışla əlaqədar olan mənəvi keyfiyyətlərin məqsədyönlü, planlı və mütəşəkkil şəkildə formalaşdı-rılması prosesidir.
Yaşlı nəslin əldə etdiyi bilk, bacarıq və təcrübənin yetişən nəslə məqsədyönlü, planlı, mütəşəkkil şəkildə verilməsi, öyrədilmə-sidir. Demək, tərbiyə etmək həm də öyrətmək deməkdir. Tərbiyə prosesində həm təlim prosesi, təlim prosesində də tərbiyə prosesi mövcuddur.
Tərbiyə - təlim, məlumat verməklə hər hansı bir adət, ədəb və davranış qaydalarını aşılamaqla yetişdirib böyütmə, ərsəyə çatdırma deməkdir. İnsanın ümumi mədəni inkişafı, sistematik təsir və təlim nəticəsində biliyə, əxlaqi vərdişlərə yiyələnməsi həm də gözəl əxlaqa sahib olması deməkdir.
Tərbiyə ( ər. ﺔﻴﺑﺭﺗ ) rəbb kökündən əmələ gəlmiş və aşağıdakı mənaları ifadə edir: 1) rəba ﺎﺑﺮ artmaq, çoxalmaq; 2) rabbə ﯽﺑﺭ bö-yütmək, ərsəyə çatdırmaq ; 3) rəbb ﱠﺏﺮtərbiyə etmək, doğru yol göstərmək, islah etmək. Göstərilən hər üç məna “tərbiyə” sözünün etimologiyasına aiddir. Müqəddəs Qurani-Kərimdə ən çox xatır-lanan "bbRR" sözü Allahın 99 adından biri olub “tərbiyə edən, ne-mət verən, insanları mənəvi yüksəlişə aparan” deməkdir. Mürəbbiyə (ər. ﺔﻴﱢﺑﺭﻤ ) sözü də “rəbb” kəlməsindən əmələ gəlib “tərbiyəçi” mənasını verir.
Dilimizdə tərbiyə anlayışı ədəb, əxlaq sözü ilə də yaxın mə-nalarda işlənir. Ədəb sözü ərəb dilində “nəzakətli, tərbiyəli, ədəbli olmaq” mənalarını verən ﺏﺪﺃ “ədəbə” kökündən əmələ gəlmişdir.
Əxlaq ﻖﻻﺨﺃ sözü isə ərəbcə ﻖﻟﺨ “xəlq” (mənası “yaratma, sə-ciyyə, xarakter”) sözünün cəmi olub, insanın təbiətində olan xasiy-yətləri və davranışları, eləcə də həyatı boyu qazandığı keyfiyyətləri və xasiyyətləri yaratmaq, səciyyələndirmək tərbiyə etmək deməkdir.
“Məxluq” sözü də “xəlq” sözündən əmələ gəlmişdir. Azərbay-can xalqının milli xüsusiyyətləri, özünəməxsus səciyyəsi, adət və ənənələri vardır. Məsələn, qonaqpərvərlik, böyüyə hörmət, qadına

hörmət, ağsaqqal, ağbirçək sözünün eşidilməsi, xalqın səciyyəvi, xarakterik xüsusiyyəti olmaqla, həm də əxlaqi keyfiyyətdir. Xalq misalında deyilir: “Qonağın ruzusunu Allah yetirir”. M. Kaşqarlı hələ XI əsrdə deyirdi: “Paltarın yaxşısını özünə götür, yeməyin yaxşısını qonağa ötür. ”


Pedaqogika öyrədir ki, insan yaşadığı cəmiyyətin üzvləri ilə rəftarında əxalqi normalara, etik prinsiplərə əməl etməlidir.
Demək, tərbiyə məqsədyönlü, planlı təsir nəricəsində şəxsiy-yətin formalaşması prosesidir. Hazırda bəzi tədris ədəbiyyatında tər-biyə hələ də həm geniş və dar sosial mənada, həm də geniş və dar pedaqoji mənada işlədilir. Bəzi tədqiqatçılar haqlı olaraq belə çox-mənalılığın əleyhinə çıxır, elmi anlayışların, bir məna kəsb etməsi fikrini müdafiə edirlər. Tərbiyə anlayışının ən azı dörd mənada işlədilməsi uzun illər tərbiyənin pedaqogika elminin predmeti hesab edilməsi ilə bağlı olmuşdur.
Tərbiyə şəxsiyyətə mütəşəkkil, məqsədyönlü, planlı təsirlərin bütün növlərini, o cümlədən təlimin tərbiyələndirici cəhətini özündə ehtiva edir.

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə