Mühazirələr bakalavr pilləsi üçün Pedaqogika elminin obyekti və predmeti Pedaqogikanın anlayışlar sistemi



Yüklə 0,91 Mb.
səhifə9/130
tarix13.05.2022
ölçüsü0,91 Mb.
#86927
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   130
M hazir l r bakalavr pill si n Pedaqogika elminin obyekti v

Təhsil anlayışı. Pedaqogika elminin başlıca analyışlarından olan ﻞﻴﺼﺤﺘ “təhsil” sözü ərəb dilində “hasil”, “məhsul” mənalarını verən ﻞﺼﺤ “həsələ” kökündən əmələ gəlmişdir. Təhsil haqqında Azərbaycan Respublikasının Qanunda yazılmışdır: “Təhsil – sistem-ləşdirilmiş bilik, bacarıq, təcrübə və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir”. Hər bir dövlətin və millətin inkişafında onun təhsilinin müstəsna rolu var. Təsadüfi deyil ki, Ulu Öndərimiz Heydər Əliyev təhsili “Millətin gələcəyi, müstəqil dövlətin təməli” adlandırmış və demişdir ki, cəmiyyət təhsilsiz yaşaya bilməz.
Təhsilin məqsədi: hərtərəfli inkişaf etmiş şəxsiyyətin forma-laşdırılması; özünün maraqlarına və cəmiyyətin tələbinə uyğun olaraq yaradıcı potensialından istifadə etmək bacarığının inkişaf et-dirilməsi; mütərəqqi adət və ənənələrin davam etdirilməsi; elmin, texnikanın, mədəniyyətin inkişaf etdirilməsi, tarixi varisliyin təmin edilməsi; dünyanın elmi surətdə anlaşılması; millətlər arası mədə-niyyətlərin inkişaf etdirilməsi; təhsilin bütün istiqamətlərinin yeni-ləşdirilməsi; insanın bütün həyatı boyu fasiləsiz təhsili; təhsilin müyəssərliyi; distant təlimin inkişaf etdirilməsi; informasiya texno-logiyalarından geniş surətdə istifadə olunması; təhsilalanların aka-demik mobilliyi; vətəndaş tərbiyəsi; pedaqoji kadrların elmi tədqi-qatçılıqda fəal iştirakı; yüksək ixtisaslı mütəxəssis kadrlarının hazırlığının təmin edilməsi; peşə mobilliyi və s.
Təhsil müəyyən tədris müəssisələrində və ya müstəqil yolla həyata kеçirilir.

Təhsil gеniş anlayışdır. Оnun bütün növləri və fоrmaları bu anlayışda cəmləşir. Məktəbəqədər təhsil, ibtidai təhsil, natamam оr-ta təhsil, ümumi orta təhsil, оrta iхtisas təhsili, ali təhsil, tехniki pе-şə təhsili, pedaqoji təhsil, tibbi təhsil, hərbi təhsil, bakalavr təhsili, magistr təhsili, doktorantura təhsili, fasiləsiz təhsil, əlavə təhsil, dini təhsil, özünütəhsil və s. təhsil anlayışına aiddir.


Təhsil intellektual potensialın reallaşdırılmasına, mütəxəssis-lərin, peşəkar kadrların yetişdirilməsinə xidmət edir. Bu kadrlar ilk növbədə çağdaş sosial-iqtisadi həyatın tələblərini ödəmək üçündür. Bu barədə Heydər Əliyev belə demişdir: “Həyat böyük bir proses-dir. Bu prosesdə uğurla inkişaf etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır.”
Həm elmin inkişafında iştirak edən, həm müasir texnologi-yalara yiyələnə bilən, istehsalı günbəgün modernləşdirə bilən kadr-ların yetişdirilməsi isə təhsilin inkişafından asılıdır. Ona görə də, təhsil bir tərəfdən dövlətin, digər tərəfdən ictimai-iqtisadi prosesin diqqət mərkəzində olmalıdır.
Fikrimizcə, təhsil anlayışının aşağıdakı kimi interpretasiya olunması daha məqbuldur:
Təhsil cəmiyyətin və dövlətin mənafeyi naminə şəxsiyyətin intellektual və emosional sferalarını inkişaf etdirmək, onun həyata hazırlanması məqsədi ilə sistemləşdirilmiş bilik, bacarıq və vər-dişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir.

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə