Mühazirələr konspekti Bakı 2020 Dİaqnostik məlumatlarin əsas nöVLƏRİ



Yüklə 11,09 Mb.
səhifə1/68
tarix17.05.2022
ölçüsü11,09 Mb.
#87239
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   68
Müh


C.N. Aslanov


«Diaqnostika »

Mühazirələr konspekti

Bakı – 2020

DİAQNOSTİK MƏLUMATLARIN ƏSAS NÖVLƏRİ
Texniki sistemlərin işi zamanı istər hissə və düyünlərin, istərsə də bütövlükdə sistemin cari texniki vəziyyəti və texnoloji rejim parametrləri barədə əldə edilən məlumatların əksəriyyəti diaqnostik məlumat xarakteri daşıyır. Texniki obyektlə təmasda olan mühitin tərkibi və cari vəziyyəti (hava, su, yanacaq, yonma məhsulları və s.), proseslərin işçi parametrləri (fırlanma tezliyi, temperatur,təzyiq və s.), vibrasiya, akustik və istilik şüalanmaları və s.) özlrində diaqnostik məlumat daşıyırlar. Bir çox hallarda optik borular vasitəilə də (boroskoplar) obyektin elementlərinin vəziyyətini bilavasitə gözlə müşahidə edərək çatlar, əyilmələr və s. qüsurlar aşkar etmək mümkündür.

Beləliklə, əsas diaqnostik məlumatlara aşağıdakıları aid etmək olar:

-konstruksiya elementlərinin vibrasiya spektrləri;

-akustik rəqslərin spektrləri;

-texniki sistemin işini xarakterizə edən parametrlərin qiymətləri;

-texniki sistemlə təmasda olan mühitin tərkibi və vəziyyəti;

-vizual (görülən) müşahidələrin nəticələri;

-defektoskopik müayinələrin nəticələri.

Diaqnostik məlumatların hal-hazırkı kəmiyyətləri ilə bərabər onların zamandan asılı olaraq dəyişməsi də (diaqnostik məlumat parametrlərinin kinetikası) böyük diaqnostik əhəmiyyət kəsb edir.
Vibrasiyanın ölçülməsi
İş prosesi zamanı texniki obyektin elementləri zamandan asılı olaraq dəyişən titrəyiş xarakterli (vibrasiya) yerdəyişməsinə məruz qalırlar. Vibrasiya yerdıyişmələrinin yaranmasına səbəb dövrü (tsiklik) proseslər (maşınların işi zamanı rotorun fırlanması, dəyişən xarakterli yüklənmələr və s.) eləcə də obyektin elementlərinin məxsusi rəqsləri ola bilər.

Vibrasiya ölçülməsinin ümumi struktur sxemi aşağıdakı kimi göstərilə bilər:

V-verici; C-çevirici; G-gücləndirici; Q-qeydedici
Qeyri-elektrik siqnallar (mexaniki yerdəyişmə, vibrasiya, təzyiq və s.) ilkin çevrilmədən sonra verici vasitəsilə çeviriciyə (Ç) ötürülür və burada son çevriliş və filtrdən keçirilərək gücləndiriciyə (G) ötürülür və sonra gücləndirilmiş siqnallar qeydedicidə (Q) maqnit və ya kağız lentə yazılır. Müasir sistemlərdə bundan sonrakı mərhələdə siqnallar emal və analiz üçün elektron hesablayıcı maşınlara ötürülür.

Şək. 1.4


Yüklə 11,09 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə