Mühazirələr konspekti Ümumi kurs (Elektron variantı 127 s.) Baki 2010 Ön söZ



Yüklə 190,69 Kb.
səhifə69/112
tarix11.05.2022
ölçüsü190,69 Kb.
#86687
növüMühazirə
1   ...   65   66   67   68   69   70   71   72   ...   112
Avtomobillerin-istehsali-ve-temirinin-esaslari

İş keyfiyyəti meyarı avtomobillərdə hərəkət təhlükəsizliyi ilə əlaqədar olan mexanizm və sistemlərin (sükan mexanizmi, tormoz sistemi) həddi yeyilmələrinin qiymətləri təyin edilərkən istifadə edilir.

İqtisadi meyar əsasında yeyilmənin həddi qiyməti təyin edilərkən müəyyən iş müddəti ərzində məhsuldarlıq və ya xərclərin dəyişməsi nəzərə alınır.

Qüsurların təsnifatı:

Qüsurların əmələ gəlmə səbəblərinin ümumi şəkildə aşağıdakı qruplara bölmək olar:

- konstruksiyanın çatışmazlığı;

- istehsal və bərpa texnologiyalarının pozulması;

- istismar prosesində əmələ gələn təbii və qəza yeyilmələri.

Konstruksiyanın çatışmazlığına hissələrin ölçülərinin və oturtmaların düzgün təyin edilməməsini, materialın, termiki emalın və örtük təbəqələrinin düzgün seçilməməsini aid etmək olar. Bu səbəblər yeyilmənin artmasına və qüsurların əmələ gəlməsinə şərait yaradır.

Texnologiyanın pozulmasına materialın uyğun gəlməyən markadan seçilməsi, qovşaqlarda oturtmaların pozulmasını, mexaniki və termiki emalların keyfiyyətlərinin aşağı olmasını göstərmək olar.

Təbii yeyilmə prosesi istismar şəraitindən asılıdır. Yeyilmə nəticəsində qovşaq hissələrinin səthlərinin başlanğıc ölçüləri, yeyilmə qeyri-bərağər ollduqda isə həndəsi forması da dəyişir.

Qəza qüsurlarına isə dişli çarxların dişlərinin, ressor vərəqlərinin, yayların, dartqıların və s. sınmasını aid etmək olar.

Avtotəmir istehsalında qüsuları müxltəlif əlamət-lərinə görə təsnif edirlər. Məsələn, baş vermə yerinə görə, əmələ gəlmə səbəblərinə görə, aradan qaldırılma (bərpa) imkanına görə, təsir dərəcəsinə görə, aşkar olunmasına görə və s.

Avtomobil hissələrində əmələ gələn qüsurları bərpa imkanına görə üç qrupa bölmək olar: təbii yeyilmə nəticəsində əmələ gələn qüsurlar, mexaniki zədələr nəticəsində əmələ gələn qüsurlar, antikorroziya örtüklərinin zədələnməsi nəticəsində əmələ gələn qüsurlar.


Yüklə 190,69 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə