Mühazirələr konspekti Ümumi kurs (Elektron variantı 127 s.) Baki 2010 Ön söZ


Hissələrin materialının mexaniki xüsusiyyətlərinin bərpası



Yüklə 190,69 Kb.
səhifə84/112
tarix11.05.2022
ölçüsü190,69 Kb.
#86687
növüMühazirə
1   ...   80   81   82   83   84   85   86   87   ...   112
Avtomobillerin-istehsali-ve-temirinin-esaslari

Hissələrin materialının mexaniki xüsusiyyətlərinin bərpası
İstismar prosesində və bərpa olunduqdan sonra avtomobilin bir çox hissələri öz yorulma möhkəmliyini, yeyilməyə qarşı davamlığını və sərtliyini itirir. Bu xüsusiyyətlər metalın səthinin plastik deformasiyası hesabına (üzdöyəclənməsi nəticəsində) bərpa edilir.

Üzdöyəcləmə metalın səthi təbəqəsinin bərkliyini artırır və onda faydalı qalıq gərginliyi əmələ gətirir. Belə emal nəticəsində hissələrin yorulma möhkəmliyi və yeyilmə davamlığı artır.

Səthi plastik deformasiya uğratmaqla hissələrin səthi möhkəmliyinin artırılması aşağıdakı üsullarla yerinə yetirilir: hissələrin işçi səthlərini diyircək və kürəciklərlə üzdiyirləməklə, pnevmatik çəkiclə döyəcləməklə, qırmaaxını ilə emal etməklə, almaz elementi ilə sığallamaqla, seperatorda quraş­dırılmış kürəciklərlə zərbə vurmaqla (döyəcləməklə) və s.

Şəkil 18.9-da diyircəklə üzdiyirləmə nəticəsində yayın sərtliyinin bərpa edilməsi üçün tərtibat göstərilmişdir. Bərpa olunan yayı xarici diametri yayın daxili diametrinə bərabər olan sağanağa (oxa) geydirərək uclarını diametri 5 mm olan sancaqla sağanağa bərkidirlər. Sağanaq ŞX-15 poladından hazırlanır. HRC 60-62 qədər tablanır, bir ucu dəz­gahın patronunda, digər ucu isə dəzgahın arxa aşığının mərkəzində yerləşdirilir və mərkəz ilə sıxılaraq bərkidilir.

Sıxıcı qurğu dəzgahın supportunda yerləşdirilir. Sıxıcı diyircək ŞX-15 poladından hazırlanır və HRC 40-42 qədər tablanır. Sıxıcı qurğunun yayının tarımlığı xüsusi mexanizmlə nizamlanır.

Üzdiyirləmə zamanı diyircək bərpa olunacaq yaya yaxınlaşdırılır və tarımlayıcı yay vasitəsilə tələb olunan qüvvəyə qədər bərpa olunan yaya sıxılır. Sonra dəzgah işə salınır: şpindelin dövrələr sayı – 90-100 dövr/dəq uzununa veriş hərəkəti 14-16 mm/dövr, gedişlərin sayı 1-2, diyircəyin yaya sıxılma qüvvəsi 20-40 N olur.Göstərilən nəticələri üzdöyəcləmə nəticəsində də almaq olar. Üzdöyəcləmə diyircəklərlə, qırma zərbələri ilə və kürəciklərlə aparıla bilər.

Kürəciklər xüsusi seperatorlu dairədə quraşdırılır və hissənin səthinə zərbələr endirmək üçün radial istiqamətdə sərbəst yerdəyişməyə malik olur.

Səthin möhkəmləndirilməsi ona kürəciklərlə çoxsayda zərbələrin vurulması nəticəsində əldə edilir.

Kürəciklərin zərbə qüvvəsi aşağıdakı ifadə ilə təyin edilir.

P=1,1210-5 QRn2

burada Q – kürəciyin kütləsi, kq; R – kürəciyin mərkəzindən alət yerləşən başlığın fırlanma mərkəzinə qədər olan məsafə, m; n – başlığın dövrlər sayı, dövr/dəq.




Yüklə 190,69 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə