Mühazirələr konspekti Ümumi kurs (Elektron variantı 127 s.) Baki 2010 Ön söZ


Aqreqatların sökülmə texnologiyası



Yüklə 190,69 Kb.
səhifə60/112
tarix11.05.2022
ölçüsü190,69 Kb.
#86687
növüMühazirə
1   ...   56   57   58   59   60   61   62   63   ...   112
Avtomobillerin-istehsali-ve-temirinin-esaslari

Aqreqatların sökülmə texnologiyası

Avtomobil aqreqatlarının təmirinin əsas texnoloji proseslərindən biri sökmə prosesidir. Sökmə prosesinin keyfiyyətli yerinə yetirilməsindən təkrar istifadə olunan hissələrin sayı, hissələrin bərpasının iş həcmi və təmir keyfiyyəti çox asılıdır. Bu da, öz növbəsində, təmirin iqtisadi səmərəliliyinə böyük təsir göstərir.

Sökmə prosesinə aşağıdakı işlər daxildir: yuma-təmizləmə işləri, bilavasitə sökmə işləri, təmir obyektəlrinin hərəkət etdirilməsi üçün qaldırma-nəql etmə işləri və nəzarət çeşidləmə işləri.

Təmir obyektinin təmizlənməsi soyuq və ya isti su ilə yaxud, yuyucu maddələr qatılmış məhlullarla aparılpa bilər.

Avtotəmir müəssisəsinin istehsal proqramından asılı olaraq sökmə işləri stasionar post (stend üzərində) və axın xətti metodları üzrə təşkil edilə bilər.

Post üsulu ilə təşkil zamanı sökmə işləri universal və ixtisaslaşdırılmış postlarda aparıla bilər. Axın üsulu ilə təşkil zamanı sökmə işlər estakadalarda və konveyerlərdə aparıla bilər.

Sökmə işlərinin əmək tutumu böyük olduğundan axın xəttində mexanikləşdirmə vasitələrindən istifadə edilməlidir.

Sökmə işlərində tətbiq olunan mexanikləşdirmə vasitələrindən qaldırıcı-nəqletmə qurğularını, sökmə stendələrini, mexanikləşdirilmiş alətləri (qaykabüranları), sökmə üçün tərtibatları –çıxarıcıları və s. göstərmək olar.

Bəzi qovşaqların hissələrini sökmə prosesində bir-birindən ayırmaq (simasızlaşdırmaq) olmaz. Belə hissələrə: silindrlər bloku və ilişmə muftasının karteri; silindrlər bloku və ona boyun yastıqlarının qapaqları; şatunlar və qapaqları, baş ötürücünün aparan və aparılan dişli çarxları; pluncer cütləri və s. aiddir.

Bir-birindən ayrılmayan hissələr sökmə zamanı müvəqqəti olaraq bir-birinə boltla bərkidilir və ya məftillə bağlanır.

Aqreqatların hissələrə sökülməsi iki mərhələdə aparılır. Əvvəlcə aqreqat yarımçıq sökülür (yuma və təmizləmə işlərini asanlaşdırmaq üçün).


Yüklə 190,69 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə