Mühazirələr konspekti Ümumi kurs (Elektron variantı 127 s.) Baki 2010 Ön söZ



Yüklə 190,69 Kb.
səhifə71/112
tarix11.05.2022
ölçüsü190,69 Kb.
#86687
növüMühazirə
1   ...   67   68   69   70   71   72   73   74   ...   112
Avtomobillerin-istehsali-ve-temirinin-esaslari

Hidravlik üsulla silindrlər blokunun və blok başlığının su köynəklərində, kollektorların sorucu və xaricedici borularında və s. hissələrdə çatların olması aşkar edilir. Bu məqsədlə xüsusi stend və qurğulardan istifadə olunur.

Yoxlama zamanı hissə stend üzərində yerləşdirilir və bərkidilir. Bütün xarici deşiklər tıxaclar vasitəsilə kip bağlanır. Daxili boşluğa 0,3-0,5 MPa təzyiqdə su doldurulur. Suyun sızması nəticəsində yoxlanılan hissədə çatların yeri müəyyən edilir.



Maqnit üsulu. Bu üsuldan ferromaqnit metallardan (polad və çuqundan) hazırlanan hissələrdə çatların aşkar edilməsində istfiadə edilir. Maqnit üsulu yüksək dəqiqliyi ilə fərqləndiyi, az vaxt və sadə avadanlıq tələb etdiyi üçün avtotəmir istehsalı şəraitində daha geniş tətbiq edilir. Üsulun mahiyyəti aşağıdakılardan ibarətdir.

Əgər nəzarət olunan hissədən maqnit seli keçirdikdə hissədə çat olarsa, onda hissədən keçirilən maqnit seli səpələnir və keçən maqnit selinin qiyməti və istiqaməti dəyişir. Maqnit defektoskopiya üsülu məhz hissədən çıxan maqnit selinin müəyyən edilməsinə əsaslanır.

Bəzən hissələrin texniki vəziyyətinin yoxlanmasında maqnit defektoskopiyası zamanı ferromaqnit tozundan istifadə edilir. Bu zaman yoxlanılan hissə maqnitləşdirilir və onun üzərinə ferromaqnit tozu (Fe3O4) çəkilir. Hissə üzərinə metal toz quru halda və ya transformator yağı 50%-li ağ neft məhlulu ilə qarışdırılaraq, suspenziya şəklində çəkilir. Yaxud hissə əvvəlcədən transformator və ya maşın yağı ilə yağlanır.

Metal tozunun hissəcikləri çatın uclarında maqnit qütbündə olduğu kimi toplanıb onun yerini və konfiqurasiyasını göstərəcəkdir. Qüsur ( çat) aşkar edildikdən sonra, hissə təmir olunacaqsa, o maqnitsizləşdirilməlidir.

Tələb olunan maqnit sahəsini yaratmaq üçün yoxlanan hissənin en kəsiyindən asılı olaraq 2000-3000 A cərəyan şiddəti, 4-12 V gərginlik tələb olunur.

Ultrasəs üsulu. Ultrasəs defektoskopiyası ultrasəs rəqslərinin metalda yayılması və metalın bütövlüyünü pozan (çat, koğuş və s.) qüsurlardan akustik müqavimət nəticəsində əks olunması qabiliyyətinə əsaslanır. Bu üsulda ultrarsəs rəqslərinin tezliyi 20000 Hs-dən çox, şüalanma gücü isə kiçik olduğundan pyezoelektik effektindən istifadə edilir. Hissələrin ultarsəs metodu ilə nəzarəti zamanı iki kölgə və impulslu əks-səda (başqa sözlə, səsin əks-sədası) üsullarından istifadə edilir.

Kölgə üsulunda qüsur şüalandırıcı və qəbuledici arasında yerləşdirilən hissədən ultrasəsin keçirilməsi nəticəsində aşkar edilir. Kölgə üsulu ilə işləyən ultrasəs defektoskopunun iş sxesi şəkil 15.5.-də göstərilmişdir.




Yüklə 190,69 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə