Mühazirələr konspekti Ümumi kurs (Elektron variantı 127 s.) Baki 2010 Ön söZ



Yüklə 190,69 Kb.
səhifə77/112
tarix11.05.2022
ölçüsü190,69 Kb.
#86687
növüMühazirə
1   ...   73   74   75   76   77   78   79   80   ...   112
Avtomobillerin-istehsali-ve-temirinin-esaslari

Sərbəst təmir ölçüləri hissələrin işçi səthlərinin düzgün həndəsi forma və təmizliyə çatdırılmasına qədər emalını nəzərdə tutur. Yeyilmənin xarakterindən və qiymətindən asılı olaraq hissələr müxtəlif ölçülərə çatdırıla bilər. Qovşağın digər hissəsinin ölçüləri də birinci detala uyğun olaraq təmin edilir.

Təmir ölçülərinə çatdırmaqla bərpa üsulunun bir neçə üstün cəhətləri vardır. Texnoloji proses və istifadə olunan avadanlıq sadə, iqtisadi səmərəlilik yüksək olur. Verilən təmir ölçüsü həddində qovşaqda olan hissələrin qarşılıqlı əvəz olunması saxlanılır. Verilmiş standart təmir ölçülərində dəyişilən hissələrin zavod şəraitində hazırlanmasını təşkil etmək mümkün olur.

Bu üsulun mənfi cəhətlərinə aşağıdakıları aid etmək olar. Standart təmir ölçülü hissələrin olması, ehtiyat hissələrinin nomenklaturasını artırır. Hissələrin komplektləşdirilməsi və düyünlərin yığılması çətinləşir. Ehtiyat hissələrin anbarlarda saxlanması mürəkkəbləşir.

Yeyilmənin qiyməti uyğun ölçü aləti ilə təyin edilir. Emal payı isə emalın xarakterindən, avadanlığın tipindən, hissənin ölçü və materialından asılı olaraq təyin edillir. Emal payı təyin edilərkən hissənin bərpa olunacaq səthinin həndəsi formasının pozulması, ovallığı və konusluluğu da nəzərə alınmalıdır.

Təmir ölçülərinin sayının təyin edilməsində isə göstərilən parametrlərlə yanaşı hissənin möhkəmlik ehtiyatı nəzərə alınır.

Metal sərfinə qənaət və hissənin ömüruzunluğunu artırmaq məqsədilə emal payını minimum götürmək lazımdır. Təmiz iç və üst (üz) yonuş üçün 0,05-0,10 mm, cilalamaq üçün 0,03-0,05 mm (bir tərəfdə) götürülür.

Hissənin birinci təmir ölçüsünün qiyməti onun başlanğıc qiymətindən bir tərəfli maksimum yeyilmə qiymətinin və mexaniki emal payının cəminin iki misli qədər fərqləndiyini nəzərə alaraq val və oymaq tipli hissələr üçün birinci təmir ölçülərini təyin etmək olar.

Val tipli hissələr üçün birinci təmir ölçüsü



Oymaq tipli hissələr üçün birinci təmir ölçüsü



burada dn - valın başlanğıc (nominal) ölçüsü, mm; Dn - oymağın başlanğıc ölçüsü, mm; - hissənin bir tərəfində maksimum yeyilmənin qiyməti, mm; Z - bir tərəfə verilən mexaniki emal payı, mm.

Hissədə yeyilmiş səthi ölçərkən hansı tərəfdə daha çox yeyilmənin olduğunu müəyyən etmək çətin olur. Ona görə yeyilmənin qeyrimüntəzəmlik əmsalından istifadə edilir.

Qeyrimüntəzəmlik əmsalı bir tərəfdə ən böyük yeyilmənin diametr boyunca (simmetrik hissələrdə) ümumi yeyilməyə olan nisbətinə deyilir.

Əgər ən kiçik yeyilməni işarə etsək, onda ümumi yeyilməni kimi təyin etmək olar.

Burada yeyilmənin qeyrimüntəzəmlik əmsalı



Bu ifadədən ən böyük yeyilməni təyin edib yuxarıda yerinə yazsaq,



Əgər yeyilmə simmetrik (bərabər) olarsa , onda yeyilmənin qeyrimüntəzəmlik əmsalı



Birtərəfli yeyilmədə isə , onda olur

Yəni, əmsalı 0,5-1,0 arasında dəyişir. Hər hansı hissə üçün yeyilmənin qeyrimüntəzəmlik əmsalı təcrübə ilə təyin edilir.

ifadəsi ilə işarə edilir və təmir intervalı adlanır.

Beləliklə, təmir ölçülərini təyin etmək üçün ifadə aşağıdakı kimi yazıla bilər:

Val tipli hissələr üçün

Oymaq tipli hissələr üçün



burala n - təmir ölçülərini sayıdır.

Təmir ölçülərini sayı aşağıdakı ifadə ilə təyin edilir:

Val tipli hissələr üçün



Oymaq tipli hissələr üçün



burada dmin-valın ən kiçik diametri, mm; Dmax - oymağın ən böyük diametri, mm.

Valın ən kiçik diametri və oymağın ən böyük diametri hissənin konstruksiyasından asılı olaraq möhkəmlik şərtinə görə təyin edilir. Eyni zamanda, emal olunan səthdə kimyəvi-termiki emal olunmuş təbəqənin ən kiçik buraxıla bilən qiyməti də nəzərə alınmalıdır.

Avtomobil hissələrinin bərpasında bu üsul geniş tətbiq olunur. Dirsəkli valların əsas və şatün boyunları, paylayıcı valların boyunları, silindr gilizləri və bir çox başqa hissələr təmir ölçülərinə çatdırmaqla bərpa olunur.

Hissələrin təmir ölçüsündə bərpası zamanı mexaniki emalı texnoloji prosesin sonunda (yəni digər bərpa əməliyyatlarından məsələn, düzəltmə, yivlərin bərpası, çatların qaynaq edilməsi və s. sonra) aparmaq lazımdır. Texnoloji prosesin sonunda yonma əməliyyatının aparılması hissədə olan bəzi deformasiyaları məsələn, kiçik əyinti və s. aradan qaldırmaq və təmiz emal olunmuş səthləri müxtəlif zədələnmələrdən qorumağa imkan verir.

Avtotraktor mühərriklərinin dirsəkli vallarının təmir ölçüsündə bərpasında cilalama əməliyyatı xüsusi dəzgahlarda aparılır.

Dirsəkli valın cilalanması onun əsas boyunlarından başlanır. Bu zaman val mərkəzlərdə yerləşdirilir və tarazlaşdırıcı yüklər şatun boyunlarına quraşdırılmır. Şatun boyunlarının cilalanmasında isə baza səthləri kimi əsas boyunlar götürülür.

Bu zaman val xüsusi tərtibatda yerləşdirilir. Qabaq və arxa aşıqlarda tarazlığı təmin etmək üçün əks yüklər yerləşdirilir.

Valın emal olunan boyununun simmetriya oxu dəz­gahın mərkəzlərinin oxu ilə düz gəlməlidir. Soyuducu maye kimi 2-3%-li kalsium sodası məhlulu istifadə olunur.

Cilalayıcı dairənin fırlanma sürəti 25-30 m/san, valın fırlanma sürəti şatun boyunları üçün 10-12 m/dəq, əsas boyunlar üçün 18-20 m/dəq. Cilalayıcı dairənin eninə veriş hərəkəti valın hər dövrünə 0,006 mm təşkil edir.

Boyunları cilalayarkən qaltel radiusları saxlanmalı və şatun boyunlarının uzunluğunun artmasına imkan verilməməlidir. Son əməliyyatda valın boyunları pardaxlanır. Cilalama və pardaxlama əməliyyatlarından sonra valın yağ kanalları və çirk- tutucuları sıxılmış hava ilə təmizlənir və diqqətlə yuyulur.

Təmir olunmuş vallarda ovallıq və konusluluq 0,01-0,02 mm-dən, orta boyunda vurma 0,03-0,05 mm-dən çox olmamalıdır.




Yüklə 190,69 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə