Mühazirələr Orta Ixtisas Təhsil müəssisələrində fənnin tədrisi üçün nəzərdə tutulub



Yüklə 409,43 Kb.
səhifə9/34
tarix31.12.2021
ölçüsü409,43 Kb.
#81828
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   34
SRTFM-1-MÜHAZİRƏ

Tərif 1. A və B mülahizələrin “və ya” bağlayıcısı ilə birləşdirilməsindən alınan mürəkkəb mülahizəyə A və B mülahizələrinin dizyunksiyası deyilir və “ A B ” kimi işarə edilir.

Tərif 2. A və B mülahizələri yalnız eyni zamanda yalan olan, qalan bütün hallarda doğru olan mürəkkəb mülahizəyə A və B mülahizələrinin dizyunksiyası deyilir.

Bu tərif A və B mülahizələrinin doğruluq qiymətləri verildikdə onların dizyunksiyasının nəticəsinin doğruluq qiymətlərini təyin etməyə imkan verir.



Misal 1. Tutaq ki, mülahizələr riyazi şəkildə verilmişdir.

A- “ 9  15 ”

B- “ 9  15 ”

Bu mülahizələrin dizyunksiyası “ 9  15” kimi olar. Bu belə “A və ya B” olur.

“ 9  15 və ya 9  15 ”  “ 9  15”

Tərifdən aydın olur ki, bu mülahizələrin hər ikisi yalandır. Onda onların dizyunksiyası da yalandır.

Mülahizələrin dizyunksiyasının doğruluq qiymətləri cədvəlli aşağıdakı kimidir:


A

B

A B

B A

D

D

D

D

Y

D

D

D

D

Y

D

D

Y

Y

Y

Y

Dizyunksiya əməli üçün aşağıdakı məntiq qanunları doğrudur:



    1. Kommutativlik qanunu

    2. Assosiativlik

A B B A

A  B C  A B C

    1. A A A

    1. A i i i- ixtiyari doğru mülahizədir.

    2. A    A  - ixtiyari yalan mülahizədir.

  1. Bəzən sadə mülahizələrdən “əgər,...onda...” bağlayıcısı vasitəsilə mürəkkəb mülahizələr düzəldilir. Məsələn, “Əgər 44 ədədi 8-ə bölünürsə, onda o 4-ə bölünür”, “əgər 15 ədədi 5-ə bölünürsə, onda onun sonuncu rəqəmi 5-ə bölünür”, “əgər xəstə olaramsa, onda dərsə getməyəcəm”. Belə mürəkkəb mülahizələrin sadə mülahizələrini A və B ilə göstərsək, onda qısa olaraq “əgər A varsa, onda B- də var” olur.

Mürəkkəb mülahizənin “əgər A varsa, onda B- də var” forması mürəkkəb mülahizənin implikasiyası adlanır. Qeyd edək ki, implikasiyası termini latınca “implikoto” sözündən götürülmüşdür və “sıx əlaqələndirmək” mənasını veririr.


Yüklə 409,43 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə