Mühazirənin planı K/t bitkilərinin zərərverici və xəstəliklərdən mühavizənin inkişaf tarixi



Yüklə 0,86 Mb.
səhifə1/12
tarix27.10.2017
ölçüsü0,86 Mb.
#6988
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   12

Mövzu 1. K/t bitkikərinin zərərverici və xəstəliklərdən mühafizədə kimyəvi

vasitələrin tətbigi və mübarizə üsulları daxilində əhəmiyyəti.

Mühazirənin planı

1. K/t bitkilərinin zərərverici və xəstəliklərdən mühavizənin inkişaf tarixi.

2. Mübarizə üsullarının ümumi səciyyəsi.

3. Kimyavi mübarizə üsulunun inkişafı və kimyavi vasitələrin tətbigi.

4. Bitkilərin kimyəvi mühafizəsinin əsas problemləri.

Ədəbiyyat

1. Г.С. Груздев – «Химическая защита растений», Москва - 1987

2. İ. H. Cəfərov – Fitoterapiya. Bakı – 2002, 566 s.

3. Н. Н. Мельников – Пестициды, Москва, 1987

4. С. Я. Попов и др. – Основы химической защиты растений, Москва,

2004.


K/t bitkikərinin zərərverici və xəstəliklərdən mühavizədə kimyəvi

vasitələrin tətbigi və mübarizə üsulları daxilində əhəmiyyəti.
Azərbaycan ənənəvi kənd təsərrüfatı ölkəsidir. Keçmiş SSRİ – nin tərkibində olarkən yerli əhali və böyük ittifaq şəhərlərinin faraş tərəvəz, təzə meyvə və s. məhsullarla təmin edirdi. Ölkədə 1993 – cü ildən başlayaraq aqrar islahatlar gedir, kəndli – fermer təsərrüfatları yaranır.

2016 – ci ildə ölkəmizdə 3 mln. ton taxil istehsal edilmişdir.

Müasir bitkiçilik sisteminin ən əsas sahələrindən biri kənd təsarrüfatı bitkilərinin zərərverici və xəstəliklərdən Birləşmiş Millətlər Təşkilatının ekspertlərinin verdikləri məlumatlara görə dünyanın inkişaf etmiş ölkələrində də belə, istehsal olunan məhsulun 30-32%-i zərərverən orqanizmlərin təsirindən itkiyə gedir. 10-12% hazır məhsul isə saxlanma dövrü bu və ya digər səbəblərdən məhv olur. Bu itkilərin təqribən üçdə bir hissəsi xəstəliklərin payına düşür.

Bitkiçilik məhsulları istehsalının quruluşunda kəskin dəyişikliklər baş vermişdir. Umumi istehsalda taxılın xüsusi çəkisi 8,0%-dən 43%-ə, kartofun 2,0% - dən 20% - ə, tərəvəzin 10,0% - dən 16,0% - dək yüksəlmişdir. Əksinə ümumi məhsulda pambığın payı demək olar ki, 3,0 dəfə üzümün payı 5,0 dəfə, meyvənin 2,0 dəfə, tütünün xüsusi çəkisi isə 7,0 dəfə azalmışdır.

Kənd təsərrüfatı məhsullarının istehsalının artmasında və ya azalmasında müxtəlif amillər iştirak edir. Belə ki, xüsusilə mineral kübrənin və pestisidlərin çatışmazlığı, zərərverici və xəstəliklər, aqrotexniki tədbirlərin düzgün aparılmaması. Ölkədə bitki mühavizəsi sahəsində 27 özəl şirkət müəssəsi və firmalar yaradılmışdır. Belə şirkətlərdən respublikanın rayonlarında EMA şirkətinin 33, Tovuz – Baltiya şirkətinin 16 obyekti fəaliyyət göstərir.

Ümumi tədbirlər sistemində dənli taxıl, texniki və digər bitkilərdən yüksək məhsul əldə etmək üçün k/t bitkilərinin zərərverici, xəstəlik törədiciləri və alaqotları ilə düzgün mübarizə tədbirlərinin aparılmasının çox böyük əhəmiyyəti var. K/t bitkilərinin zərərvericilərinə daxildir: həşaratlar, gənələr, ilbizlər, və gəmricilər. Bitkilərdə xəstəliklərin törədicisi əsasən bitki mikroorqanizmləridir – göbələk, bakteriyalar, viruslar. Zərərli orqanizmlərin vurduğu zərər müxtəlif xassəlidir. Həşaratlar bitkinin toxumasını gəmirərək, onların şirəsini sorur. Göbələk və bakteriyalar bitkilərdə tüfeyli həyat geçirərək toxumaları məhv edir.

Zərərli orqanizmlərin həyat fəaliyyəti nəticəsində bitkilərdə fizioloji proseslər pozulur – assimilyasiya, tənəfüs və s. Bitkilərdə gedən belə patoloji dəyişiriklik məhsulun aşağı düşməsinə və keyfiyyətinin pisləşməsinə səbəb olur. Qeyd etmək lazımdır ki, yıgılmış məhsulu saxladıqda da xarab olur. Zərərverici və xəstəliklər geniş yayıldıqda və kütləvi çoxaldıqda k/t – na böyük ziyan vurur. Qeyd edilən zərərin qarşısını almaq üçün zərərverici, xəstəliklər və alaq otlarına qarşı mübarizə aparmaq lazımdır. Zərərverən orqanizmlərə qarşı mübarizə aparmaq məqsədilə xeyli vəsait ayrılır.

Sənaye kimyəvi preparatlar və xüsusi maşınlar istehsal edir. Bitkilərin mübarizə sistemi entomoloqiya və fitopatoloqiya elmlərin inkişafı ilə bağlıdır. Ümumiyyətlə entomoloqiya və fitopatoloqiya K/t bitkilərinin zərərverən orqanizmlərdən mühavizəsi ilə məşğul olur və əsas məqsədi məhsul itkisinin qarşısını almaqdır. Aparılan tədbirlər nəticəsində çəyirtgələr, dənli – taxıl bitkilərində sürmə xəstəliklərinin və bir çox digər zərərverici və xəstəliklər hal – hazırda K/t üçün təhlükə yaratmır. Meyvə və üzüm bağları bir çox zərərverici və xəstəliklərdən təmizlənmişdir. Yuxarıda qeyd edilənlərə elmin inkişafına görə nail olmaq mümkün olmuşdur. Alimlər tərəfindən kimyəvi preparatlar hazırlanmış – qranazan, heksaxloran və s. maşınlar, təyyarələr xüsusi aparatura ilə təhciz edilmişdir. Bioloji mübarizə tədbirləri genişlənmiş və təkminləşmiş, nəticədə həmin üsuldan istifadə edərək cənub bölgələrdə, bağlarda zərərvericilərin mənbəyni ləğv etmək mümkün olmuşdur. İ.V.Miçurin bilogiyasına əsaslanaraq bir çox müxəlif bitkilərin xəstəliyə qarşı davamlı sortları alınmışdır. İ.V.Miçurin seleksiyanı “ zərərverici və xəstəliklərə qarşı bitkilərin davamlığını əsas vasitə” hesab edirdi.

Bitkilərin mühavizəsi sahəsində bir çox alimlərin xidmətləri böyükdür – N.M.Kulagin, N.A.Naumov və s.

Görkəmli alimlərin işləri nəticəsində (N.M. Kulagin, Q.M. Bey – Beinko, V.N. Şeqolin, A.A.Yacevki, N.A. Naumov və s.) zərərverici və xəstəliklərin növ tərkibi haqqında məlumat genişlənmiş onların biologiyası, zərərvericilərin inkişaf dinamikasına təsir eliyən faktorlar və xəstəliklərin inkişafı, zərərverməsi öyrənilmişdir. Bir çox xəstəlik və zərərvericilərə qarşı dənli bitkilərdə, şəkər çuğundurunda, pambıqda, günəbaxanda, tərəvəzdə, meyvə və giləmeyvədə mübarizə tədbirləri işlənib hazırlanmışdı.

Beləliklə bitkilərin mühavizəsində sistem tədbirlərin həyata keçirilməsi daha yaxşı nəticə verir.

Sistem mühavizə tədbirləri kənd təsərrüfatı bitkilərini hər tərəfli mühavizə etməyə imkan verir, yəni vegetasiya müddətində bitkilərin bütün inkişaf mərhələsində - səpindən başlayaraq məhsul yığımına və saxlama müddətində aparılır. Kompleks mühafizə sistemindən isifadə etdikdə müxtəlif üsullardan – aqrotexniki, bioloji, fiziki, mexaniki və kimyavi tədbirləri ayrılıqda qarşıya qoyulan məsələdən, şəraitdən, asılı olaraq birgə tətbiq edilir. Müəyyən edilmişdir ki, hər il dünya miqyasında zərərli orqanizmlərin təsirindən məhsul itkisi 35% təşkil edir. Əlavə olaraq məhsulu saxladıqda itki 20% təşkil edir. Qeyd edilənə əsaslanaraq məhsulu saxlamaq məqsədilə müxtəlif növ mübarizə tədbirlərindən ibarət mühavizə sisitemi tədbiq edilir.

Kənd təsərrüfatının dünya miqyasında inkişaf tarixi göstərir ki, əkinçilərin bitkilərin zərər verən orqanizmlərindən mühafizə edilməməsi istehsalın kəskin aşağı düşməsinə və kənd təsərrüfatı məhsullarının keyfiyyətinin pisləşməsinə səbəb olur. Kənd təsərrüfatında sivilizasiyanın ilkin addımları göstərirdi ki, monokultura zərərvericilərin bir çox populyasiyasının qida mənbəinə çevrilir. Hökmdar Ramzes dövründə qədim məişət məlumatlarında (1400 il eramızdan əvvəl) qeyd edilirdi ki, qurdlar buğdanın məhsulunun yarısını, su ayqırı isə qalan hissəni məhv edir, sahələr siçovullar və çəyirtkələrlə doludur. Bir sıra hallarda zərərli orqanizmlər ayrı-ayrı xalqların rifahına və dövlətlərin inkişafına bir başa təsir edirdilər. Bibliyada zərərvericilərdən çəyitkələr, xəstəliklərdən sürmə, unlu şeh və s.qeyd edilmişdi.

Qədim yunanlara, romalılara dənli taxıl bitkilərinin pas, “müqəddəs Antonionun alovu” adı kimi mahmız xəstəlikləri məlum idi hansı ki, çörəyə düşdükdə zəhərlənməyə səbəb olurdu.

Hələ ən qədim zamanlarda XIX əsrin ortalarında kartof çürüməsi (fitoftoroz) Avropada geniş yayilaraq epifitoti əmələ gətirdiyindən İrlandiyadan 1,5 milyon irlandiyalının aclıqdan ölməməsi üçün, okeanın digər tərəfinə, yeni işıq adlanan sahəyə köçməyə məcbur olmuşdurlar.

Hesablamalar görə hazır ki, şəraitdə planetdə 30000 növə yaxın alaq bitkisi, 10000 növ zərərvirici həşarat və digər buğum ayaqlılar, 3000 növ nematod, 120000 növ göbələk, 100 növə yaxın fitopatogen bakteriya, təxminən 600 fitopatogen virus məlumdur.

Onların bir çoxu müxtəlif qrup mədəni bitkilərlə davamlı qida zənciri yaradaraq əsas sahib bitkinin olmaması şərtilə uyğunlaşaraq və onun əmələ gəlməsi zamanı sürətlə özünün miqdarını artırır.

Kifayətdir ki, bir-iki il səpinlərdə, əkinlərdə lazım bitki mühafizə tədbirləri tətbiq edilməzsə dərhal güclü zərərli amilə çevirirlər: alaq bitkiləri mədəniləri sıxışdırır, onların istehsal gücünü kəskin aşağı salır; xəstəliklər bitkilərin müxtəliflik orqanlarını yoluxduraraq yararsız hala salır; zərərvericilər-fitofaklar bitkilərlə qidalanaraq onları tamamilə məhv edir.

Bir çoxları tərəfindən kənd təsərrüfatının inkişafının strategiyası, onun davamlı inkişafı əkinçiliyə təkmilləşdirilmiş inteqrir sisteminin daxil edilməsi tövsiyyə edilir. Bu sistem mineral gübrələrin və pestisidlərin tətbiqini inkar etmir.

Bütünlükdə qeyd edilən strategiyaya dövlətin bütün dövlətdə tərəfdardırlar, özlərinin ərzaq istehsalının asılılığını mühafizə etmək məqsədilə və eyni zamanda dövlətlər arası ümumi təşkilatların dünyasının demoqrafik problemlərini və inkişaf edən dövlətlərdə aclığı nəzərə alaraq.

Hesablamalar göstərir ki, planetin əhalisi təxminən bir gündə 250 min insan artıq və belə qaydada artmasına görə 2020-ci ildə sayı 8 milyonlarda çatacaq.

Digər tərəfdən dünyada bitkilərin mühafizəsi orta hesabla 50% dən aşağıdır. Baxmayaraq ki, bitkilərin mühafizə tədbirləri təkminləşir, onların mühafizəsinə durmadan xərclər artır, son üç il müddətində zərərverən orqanizmlər tərəfindən itkilərin dəyəri eyni səviyyədə qalaraq, bitkiçiliyin həmin şəraitdə istehsal olduğu dövrdə dəyərinin 1/3-nə bərabərdir.

Əhalinin artmasını nəzərə alaraq, hər il əkin sahələrinin azalması fonunda və zərərli orqanizmlər tərəfindən vurulan itkiləri, bir çox siyasətçilər və mütəxəssislər hesab edirlər ki, indiki zamanda pestisidlərə qarşı mükəmməl alternativ yoxdur.

Ancaq bu o demək deyil ki, göstərilən strategiya uzun müddət hökm sürəcək. İnkişaf edən ölkələrdən alternativ əkinçilik sistemini sınaq edərək mineral gübrələrin tətbiqini azaldırlar. Ənənəvi tətbiq edilən pestisidləri bioloji vasitələrlə əvəz edərək bitkiçilər mühafizə üsullarından istifadə edirlər.

Bu tendensiya insanların həyatının təhlükəsizliyini və sağlamlığını qorumaq, gigiyenik və ekoloji təhlükəsizliyinə əsasən ciddiləşən tələbatların güclənməsini tələb edir. Bu məqsədlə pestisidlərin tətbiqini əsalandıraraq tətbiq etmək tələb edilir. Bir çox səmərəlilərinin içindən nisbətən təhlükəsiz təsir edici maddələri təkmilləşmiş preparat formaları seçmək lazımdır. Belə şəraitdə mütəxəssislər pestisidlərin istehsalı və tətbiqi ilə əlaqəli olaraq onların müsbət və mənfi xassələrini bilməlidirlər. Qeyd edilən məsələlərin hərtərəfli öyrənilməsi müəyyən səviyyədə bitkilərin kimyəvi mühafizəsi sahəsində bilikləri artırır.

Hesablamalara görə bir ildə zərərverən orqanizmlərə qarşı tətbiq edilən tədbirlər nəticəsində 8 milyard manat dəyərində əlavə kənd təsərrüfatı məhsulu əldə edilmişdir. Ona görə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını artıtmaq üçün mühavizə tədbirləri tədbiq etmək əsas məsələdir, aqronomluq tədbirlərini kənd təsərrüfatında və onun məhsuliyyətini bitkilərin mühafizəsində, kimyəvi vasitələrdən səmərəli istifadə edilməsində artırmaq lazımdır.

Hal-hazırda əsas məqsəd əhalini ərzaqla təmin etməkdir. Yüksək məhsul almağın və ətraf mühitin pestisid qalıqlarından qorunmasını təmin etmək məqsədilə, əkin sahələrinin zərərverici, xəstəlik və alaq otlarından mühafizə etmək üçün inteqrir mühafizə üsulundan istifadə etmək məqsədə uyğundur. Belə mühafizə üsuluna daxildir: təsərrüfat – təşkili, aqronomluq tədbirləri və kimyəvi vasitələrin tətbiqi, eyni vaxta mühafizə və məhvedici tədbirlər tətbiq edilməlidir. Bitkilərin mühafizə tədbirlərinin daxilində əsas yeri kimyəvi üsul tutur.

Zərərli orqanizmlərlə mübarizə apardıqda kimyavi vasitələri geniş tətbiq etdikdə, həmin mühafizə üsulunun mənfi təsiri müşahidə edilir. Davamlı preparatlar və onların metabolit məhsulları əhatə edən mühitdə toplanır – su hövzələrində, torpaqda və beləliklə onların fauna və florasına mənfi təsir edərək təbiyyətin bioloji tarazlığını pozur. Məsələn: məlumdur ki, bir çox bitkilərin kimyəvi mühafizəsində tətbiq edilən kimyəvi vasitələr insanlara və istiqanlı heyvanlara, tozlayıcı həşaratlara, quşlara və balıqlara qarşı təhlükəlidir. Eyni preparatları ardıcıl olaraq tətbiq etdikdə zərərverən orqanizimlərdə onlara qarşı davamlılıq yaranır.

Bitkilərin zərər verən orqanizmlərlə inteqrir mühafizənin əsas hissəsini kimyəvi mübarizə təşkil edir.

Yuxarıda qeyd edilənlərə görə müntəzəm olaraq kimyavi vasitələri təkminləşdirmək, onların çeşidlərini artırmaq və tətbiq reqlamentlərini müəyyən etmək lazımdır. Güclü təsirli və yüksək töksiki olan preparatları daha səmərəli, ancaq zəif töksiki preparatlarla əvəz etmək lazımdır. Ona görə bitkilərin zərərverici, xəstəlik və alaq bitkilərindən mühafizə taktikasını dəyişdirmək, eyni vaxta ətraf mühitin pestisidlərdən qorunması kompleks formada həll etmək lazımdır. Ona görə zərərverici, xəstəlik və alaq otlarından mühafizə təhlükəsini dəyişdirmək, eyni vaxta ətraf mühitin pestisidlərdən qorunmasını kompleks formada həll etmək lazımdır. Bitkilərin mühafizəsində kimyəvi vasitələrdən səmərəli istifadə etmək və digər mübarizə tədbirləri ilə birgə tətbiq etmək lazımdır. Elmin nailiyyətlərinə əsaslənaraq əkin sahələrinin fitosanitar vəziyyətini idarə etmək üçün, elm və təsərrüfatda işləyənlər ayrı-ayrı mühafizə üsülundan istifadə etməlidir. Ardıcıl olaraq hər il yüksək məhsul götürmək üçün bioloji mühafizə üsulunu daha da genişləndirməli və bu zaman təbiətdə olan xeyirli həşaratlardan və daha fəal bioloji vasitələrdən bitkiləri zərərli orqanizimlərdən mühafizəsində istifadə edilməlidir.

Kənd təsərrüfatında aqrotexniki tədbirləri və kimyavi vasitələrin tətbiqinin səmərəliyini bitki mühafizəsində artırmaq lazımdır. Aqrotexniki mühafizə üsulu ondan ibarətdir ki, bitkilərin inkişafı üçün əlverişli şərait yaratmaq və zərərverən orqanizimlərə qarşı davamiyyətini artırmaq. Bu tədbirlər aşağıdakılardan ibarətdir: torpağın vaxtında şumlanması, toxumların səpinə hazırlanması, kübrənin verilməsi, səpinin vaxtı və əkin üsulu.

Elmi naliyyətlərə əsaslanan bitki mühafizəsi sistemi, kənd təsərrüfatı sisteminin əsas hissəsini təşkil edir; əkinçilik sisteminin əsasını, zərərverici, xəstəlik və alaq otları ilə mübarizədə kompleks mühafizə tədbirləri təşkil edir. Həmin kompleks tədbirlərə aşağıdakılar daxildir:



  • zərərverici və xəstəliklərə qarşı rayonlaşmış davamlı kənd təsərrüfatı bitkilərinin sortlarının alınması;

  • toxumçuluq və şitillikdə əkin, səpin materialının sağlamlaşdırılması;

  • ən qabaqcıl aqrotexniki tədbirlərin, bitkiləri becərdikdə tətbiqi;

  • zərərverici, xəstəlik və alaq otlarının mənbəini zəiflətmək üçün fiziki – mexaniki mübarizə tədbirlərinin tətbiqi;

  • bioloji vasitələrin tətbiqi nəticədə xeyirli entomofaqların saxlanmasına şərait yaradır və beləliklə zərərli orqanizmlərin inkişafı zəifləyir;

  • kimyəvi vasitələrin tətbiqi;

  • karantin tədbirlərinin tətbiqi .

Hal-hazırda bitkilırin mühafizə sistemi əsasən aşağıda qeyd edilən üsullara əsaslanır: aqrotexniki, fiziki – mexaniki, bioloji və kimyəvi.

Kənd təsərrüfatı bitkilırinin məhsulunun artırılmasında zərərverici və xəstəliklərə qarşı davamlı sortların alınmasının böyük əhəmiyyəti var.

Məsələn: Pustoylov B.C günəbaxan bitkisinin xəstəlik və zərərvericilərə qarşı davamlı sortlarını seleksiya yolu ilə alınmışdı: Proqress, Rassvet və Novinka. Həmin sortlar unlu – şeh, boz çürümə və soluxma xəstəliklərinə qarşı davamlıdırlar.

Qarğıdalının gövdə kəpənəyinə qarşı davamlı hibridinin alınması üsulu, tütünün yalançı unlu şeh, kök çürüməsi, tütün mozaikası və tütün tripsinə qarşı davamlı sortların alınması lazımdır.

Növbəli əkin sisteminin düzgün tədbiq edilməsinin, fosfor – kalium kübrələrinin və azotun müəyyən edilmiş miqdarda verilməsi pambıqda homoz, dənli bitkilərdə və kənafda pas, fuzarioz və digər xəstəliklərin azalmasına səbəb olur.

Mikroelementlərin bor, sink, mis, molibden, manqan və s. verilməsi şəkər çuğundurununda çürümə, kənafta – bakterioz və bəzi virus xəstəliklərin əmələ gəlməsinin qarşısını alır. Torpağa əhənk verdikdə kələmdə kila xəstəliyinin qarşısını almaq olur.

Zərərverən orqanizmlərlə mübarizədə torpağın şumlanma vaxtının və üsulunun böyük əhəmiyyəti var. İ.F.Pavlov və K.P.Qrivanov qeyd edirlər ki, torpağın erkəm şumlanması sümürtkən böcəyinin sürfələrinin 2 dəfə azalmasına səbəb olur.

Səpin qabağı 2 dəfə kultivasiya apardıqda puplaşma dövründə onların miqdarı 4 dəfə azalır. Payızlıq sovkanın yumurta qoyma dövründə əkin sahələrində kultivasiya apardıqda cücərtilərin tır – tırlarla zədələnməsi müşahidə edilmir. Pup və tır-tıl halında qışlayan zərərvericilərin miqdarı cərgə arası becərmə işləri apardıqda xeyli azalır. Dərin qış sumu hessen milçəyinin 69% azalmasına, sovkanın 88%, məftil qurdlarının, pas xəstəliklərinin törədicilərinin məhv olmasına səbəb olur.



Fiziki mübarizə üsulu.

Bu mübarizə üsulu ilə mübarizə apardıda yüksək və aşağı temperaturdan, vakumdan, ultrasəs, yüksək temperaturdan, rentgen şualarından və qamma – şualarından istifadə edilir.

Dənli – taxıl məhsullarının və meyvənin dezinfeksiyası üçün onları soyudurlar, 00C gənələrinin məhv olması müşahidə edilir. Ambar böcəklərinin məhv olması 50C başlayaraq – 150C temperaturda bir sutka müddətində məhv olur. Karantin zərərvericilərinin sürfələrini məhv etmək üçün, məsələn, apelsin meyvə milçəyini 21 gün 0,50C – 1,50C temperaturda saxlamaq yada 16 gün 00C – 10C-dər. Bəzi ərzaqlar məsələn qurudulmuş meyvələri, zərərsizləşdirmək üçün yüksək temperarurdan istifadə edilir. Gecə uçan həşaratları məhv etmək üçün, məsələn sovkaların kəpənəklərini, yada onların hesabatını müəyyən etmək üçün işıq tutucularından istifadə edilir.

Mexaniki mübarizə üsulu.

Mexaniki mübarizə üsulu çox zəhmətvericidi və ona görə onun tətbigi məhtuddur. Bu üsul əsasən bitkiçiliyin meyvəçilik sahəsində tətbiq edilir. Müəyyən havalarda digər üsulları tətbiq etmək mümkün olmadıqda da həmin üsuldan istifadə edilir. Hazırda mexaniki mübarizə üsulunun qeyd edilən formaları var:

1) müxtəlif mexaniki qurğulardan istifadə etməklə, beləliklə həşaratların yayılmasının qarçısı alınır və bitkilər mühafizə edilir.

2) zərərvericinin toplanması və məhv edilməsi. Bu üsulla əsasən meyvə uzunburunlarını və cırcıramaları tucuların cətrində toplayırlar.

3) Aldadıcı yemdən istifadə edilir.

4) Tutucu qurşaqlarla zərərvericiləri məhv edirlər.

Bioloji mübarizə.

Bu mübarizə üsulu ilə zərərverən orqanizimlərə qarşı onların təbii düşmənlərininin istifadə edilməsinə əsaslanır. Bu məqsədlə müxtəlif bakterialar və antoqonist göbələklərdən istifadə edilir. Bioloji mübarizə üsulu perspektivlidir, insan və heyvanlar üçün zərərsizdir. Məsələn, sovkaları məhv etmək üçün trixoqrammalardan istifadə edilir, fitoseylius gənəsini tor gənəsinə qarşı, geniş istifadə edilir.

Xiyarda unlu çeh xəstəliyinə qarşı başqa kompleks tədbirlərlə yanaşı bioloji preparat trixotesindən istifadə edilir. İpək komstok qurduna qarşı psevdofikus həşaratını tətbiq edirlər. Üzümdə qurda qarşı lindrorus, mənənə və yastıcaya qarşı qızılgöz kəpənək istifadə edilir.

Karantin mübarizə.

Dövlət tərəfindən qadağan edilmiş zərərvericilərin yayılmasının qarşısını alan tədbirlərdən ibbaratdir.

Bitkilərin mühafizəsində kimyavi vasitələrdən istifadə etmək ən qədimdən məlum idi, ancaq XIX əsrə qədər kimyavi mübarizə üsulunun təcrübi əhəmiyyəti yox idi. Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını artırmaq məqsədilə müxtəlif mühafizə vasitələrindən geniş istifadə edilməyə başlandı.

Mühafizə işlərinin şürətlə genişlənməsi kimyavi vasitələrdən istifadə etməyə şərait yaratdı. 1922-ci ildən başlayaraq zərərvericilərlə mübarizədə təyyarədən istifadə edilməyə başlandı. 1929 –cu il isə bitkiləri mühafizə institutu yaranmışdır (VİZR).

1931 ci ildə kübrə və insekto – fungisid elmi tədqiqat institutu, sonra isə kimyavi vasitələr elmi tədqiqat institutu yaradılmışdır.

XIX əsrdə bu üsulun təcrübəvi əhəmiyyət yox idi. Kimya, biologiya və digər elmlərin inkişafı və k/t intensif inkişafı zərərli orqanizmlərə qarşı kimyavi üsuldan geniş istifadə etməyə imkan yartdı. Həmin dövrdə zəhərlər haqqında məlumatlar verilir və onların təcrübi tətbiqinə başlanır.

1807 ci ildə Prevo elmə əsaslanaraq subut etmişdi ki, mis qabda qaynadılan su zəhərlidir, və həmin su sürmə xəstəliyinin törədicilərinə təsir edir. XIX əsrin 20-ci illərində oduncağı mühavizə etmək üçün mərgümüşdən istifadə etmək məsləhət görülmüşdür.

1848 ci ildən üzümdə unlu şeh xəstəliyinə qarşı kükürtdən istifadə edilirdi. Həmin il ağ arsenit birləşmələrindən istifadə etməyə başlanmışdır. 60 – cı illərdə isə paris yaşılını kartofda kolorada böcəyinə qarşı tətbiq edilmişdir.

Fransada 1879-cu ildə mis kuporosunun və əhəngin qarışığını mildyu xəstəliyinə qarşı tətbiq etmişlər. Mis kuporosu birləşməsinin pas xəsyəliyinə qarşı tətbiqi də məlum idi. 1887 ci ildən zərərvericilərə qarşı fumiqasiya üsulundan istifadə etməyə - başlanmışdır.

Kimyavi mühafizə ümumi mübarizə tədbirlərinin daxilində ən geniş yer tutur. Bütün ölkələrdə məhsulu saxlamaq və yüksək keyfiyyətli ərzaq məhsulları almaq üçün xəstəlik və zərərvericilərə qarşı kimyavi mühafizə üsulundan geniş istifadə edilir. Kimyavi mühavizə vasitələrinin kənd təsərrüfatında tətbiqi 1882- ci il hesab edilir.

Həmin il fransız təbiyyətşünası Pyer Millyarde bordo məhsulunu aşkar etmiş və tətbiqinə başlamışdır. Bu hadisə kimyavi muhavizə üsulunun başlanğıcını müəyyən etmişdi.

Ancaq geyd etmək lazımdır ki, ayrı – ayrı məlumatlara görə müxtəlif kimyavi maddələr bitkilərinin mühavizəsində bordo mayesinin tətbiqindən xeyli əvvəl məlum idi. Məsələn, Homer təxminən yeni eradan 1000 il əvvəl qeyd etmişdir ki, bitkilərin sirayətlənməsini kükürd buxarı ilə təmizləmək olar. Dənli taxıl bitkilərində pas xəstəliyinə qarşı mübarizə məqsədi ilə kükürtdən istifadə edirdilər. Demoktit bitkiləri zeytun məhlulu ilə çilənməsini məsləhət görmüşdü, çünki bu maddə fugisid və insektisid təsirə malikdir.

Pliney dənli taxıl bitkilərinin xəstəliklərini şərabla müalicə etmək məqsədilə toxumları səpin qabağı dərmanqlamağı məsləhət görmüşdür. Bu sahədə son illər geniş axtarışlar aparılır və yeni kimyəvi maddələr istehsal edilir.

Ancaq qeyd etmək lazımdır ki, tətbiq edilən pestisidlərində müəyyən çatışmamazlığı var. Əsasən onların istiqanlılara və insanlara mənfi təsiridir. Bəzi xlorüzvü birləşmələrdən hazırlanmış preparatlar davamlı birləşmələr əmələ gətirərək bioloji mühitdə toplanır və başqa orqanizimlərə ziyan vurur. Eyni preparatların uzun müddət tətbiq edilməsi müəyyən həşaratlara təsir etmir. Bitkilərin kimyavi mühafizəsində tətbiq edilən preparatlar aşağıda qeyd edilən tələblərə uyğun olmalıdır, insanlara və heyvanlara qarşı zəif, kəskin və xroniki toksiki, xarici mühitdə vegetasiya müddətində parçalanmalı və davamsız olmalıdır, yüksək bioloji və iqtisadi səmərəli, tətbiqi, saxlanması və daşınması asan, xeyirli orqanizmələrə qarşı seçici olmalıdır.

Zərərverən orqanizmlərə qarşı mübarizə sistemi işlədikdə, tətbiq edilən insektisidlər vaxtaşırı dəyişdirməlidir və ayrı-ayrı siniflərdən olan kimyavi birləşmələrdən ibarət olaraq müxtəlif toksiki təsir mexanizminə malik olmalıdır, torpaq zərərvericilərinə qarşı daha səmərəli insektisidlərin, sistem təsirli yeni fungisidlərin və 2,4-D herbisidinə qarşı davamlı olan alaq otları ilə mübarizədə yeni herbisidlərin tətbiqi qarşıda duran mühüm məsələlərdən ibarətdir.

Qarşıda duran problerdən biridə insektisidlərlə attraktantların zərərvericilərə qarşı birgə tətbigidir, çünki belə halda bütün sahə dərmanlanmır. Pestisidlərin tətbiq üsulunu daha da təkminləşdirmək və beləliklə məsarif normasını azaldmaq məqsədəuyğundur. Çox mühüm və həyatılıq əhəmiyyəti olan məsələlərdən biridə pestisidlərin ərzaqda, yemdə, torpaqda, suda, atmosferdə, hvada qalıq miqdarının kimyavi analiz üsulinin təkminləşdirilməsidir.

Hazırda bütün dünyada istifadə edilən pestisidlərin miqdarı 1000 yaxın kimyavi birləşmələrdən ibarəttir. Pestisidlərin ümumi istehsalı 2 milyon tona yaxındır. Kimyavi qoruyucu maddələrin miqdarı hər il artır. Təzə preparatların sınaqdan keşirilməsi Dövlət komisiyası tərəfidən kordinasiya edilir. Tətbiq edilən preparatlar dəqiq öyrənilir- onların fiziki-kimyavi, xassəsi tətbiq obyekti, toksikliyinin aşağı düşməsində dəyişiriklər edilmişdir.

İnteqrilləşmiş mübarizə tədbirlərində əsas yeri bitkilərin kimyavi və bioloji mühafizə üsulu tutur. Son illər herbisidlərin, bioloji və mikrobioloji preparatların tətbigi, toxumların dərmanlanma texnologiyası təkminləşmişdir, pestisidlərlə gübrələrin birgə tətbiginə də diqqət yetirilir.

Bioloji mübarizə üsulu

Bitkilərin bioloji mühafizəsi-canlıların və onların həyat fəaliyyəti nəticəsində əmələ gələn maddələrin istifadəsində,zərər verici həşəratların populyasiyasında,alaq otlarına,kənd təsərrüfatı bitkilərində xəstəlik törədən göbələklərə nəzarət etmək üçün imkan verir. XIX əsrin 80-ci illərində ilk dəfə bioloji mübarizə üsulu ilə zərərvericilərin sayının tənzimlənməsi məqsədi ilə İ.İ.Meçnikov taxıl böcəyinə qarşı kif göbələyinin sporlarını təklif etmişdi.

1872-ci ildə ABŞ-ın Koliforniya bölgəsində təsadüfən avstraliya kisəli yastıca növü gətirilmiş və o sitrus bitkilərinin ən təhlükəli zərərvericisinə çevrilmişdir.1889-cu ildə onunla mübarizə məqsədi ilə Avstraliyadan onun təbii düşməni olan yırtıcı rodoliya gətirilmişdir.Bu üsul müvəffəqiyətlə 50-ə qədər sitrus bitkiləri becərilən ölkələrdə tətbiq olunmuşdur.

Bioloji mühafizənin əsas istiqaməti zərərverən orqanizmlərdən bitkilərin mühafizəsində onların təbii düşmənlərindən,yırtıcılardan,parazitlərdən,antoqonistlərdən,herbifaqlardan istifadə etməkdir.

Kənd təsərrüfatında tətbiq edilən pestisidlərin çeşidləri vaxtaşırı dəyişir və tətbiq edilən preparatların tərkibi zənginləşir. Hər il yeni preparatlar istehsal edilir. Onlar Dövlət komisiyası tərəfindən yoxlanılır, reqlamentləşir və tətbiginə icazə verilir. 1960-cı ildə 26 insektisid tətbiq edilirdi, bunların 70% yüksək toksiki birləşmələrdən ibarət idi. 1982-ci ildə orta hesabla OD50 1126 mq/kq, preparatların çeşidi 151-rə çatmışdır. Pestisidlərin tərkibinə bir neçə daha səmərəli preparatlar əlavə edilmişdir: qardon, bromofos, volaton, aktellik, simbus, tork. Güclü təsirli preparatlar istifadədən çıxarılmışdır: kalsium arsenit və arsenat, teofos və s.

Spesifik akarisidlərin tətbigi tövsiyyə edilir: keltan, akreks, tiodan, neoran və s. 1977-ci ildən insektisidlərin yeni sinifi sınaq edilir- peretroidlər (məsarif norması 20-200q/ha e.m. görə).

Bitkilərin kimyavi mühafizəsi pestisidlər haqqında elimdir, onların fiziki-kimyəvi, toksiki xassələrini, ziyan verən orqanizimlərə və əhatə edən mühitə qarşı təsirini öyrənir, inteqrilləşdirilmiş mübarizə tədbirlərində düzgün tətbiq edilməsini müəyyənləşdirir.

Bitkilərin kimyavi mühafizəsinin əsas məqsədi kimyavi maddələrin düzgün tətbiq etməyi öyrənməkdən ibarətdir. Kimyavi mühafizənin nəzəri əsasını aqronomluq toksikologiyası təşkil edir, o zəhər haqqında elimdir və k/t tətbiq edilən kimyəvi preparatları öyrənir.


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə