Mühazirənin planı: Maddələrin qruluşu və xassəsi Süni və təbii radioaktivlik


AZƏRBƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ



Yüklə 0,8 Mb.
səhifə4/9
tarix08.10.2017
ölçüsü0,8 Mb.
#3658
növüMühazirə
1   2   3   4   5   6   7   8   9

AZƏRBƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ
BAYTARLIQ TƏBABƏTİ VƏ ZOOMÜHƏNDİSLİK FAKULTƏSİ
"YOLUXMAYAN XƏSTƏLİKLƏR" KAFEDRASI
MÜHAZİRƏNİN MÖVZUSU:
İONLAŞDIRICI ŞÜALARIN BİOLOJİ TƏSİRİ.

MÜHAZİRƏÇİ:
DOSENT CƏFƏROV XANZADƏ XƏLİL OĞLU.


GƏNCƏ-2017
Mövzu 6
İONLAŞDIRICI ŞÜALARIN BİOLOJİ TƏSİRİ.

Mühazirənin planı:


  1. İonlaşdırıcı şüaların hüceyrəyə təsiri

  2. Şüalanmanın birbaşa və dolayı yolla təsiri

  3. İonlaşdırıcı şüaların toxumaya tısiri

  4. İonlaşdırıcı şüaların gözə təsiri


Mühazirə mətninə müvafiq ədəbiyyat siyahısı.
1. Cəfərov X. X. Baytarlıq radiobiologiyası 2012
2. Cəfərov X. X. Radiobiologiya 1987
İonlaşdırıcı şüalar çox yüksək bioloji təsir etmə xassəsinə malikdirlər, bu şüalarla canlı orqanizmin atom və molekulları arasındakı qarşılıqlı təsir, yəni bu şüaların təsirindən insan və heyvan orqanizmi hüceyrələrində, orqanlarında baş verən mürəkkəb biokimyəvi, fiziki kimyəvi və s. proseslər nəzərdə tutulur. Bu məsələ son illərə qədər rentgenoloq və radioloqları bir o qədər də maraqlandırmırdı. Lakin son 20-30 il ərzində bəzi ölkələrdə atom sənayesinin sürətlə inkişafı ilə əlaqədar olaraq, tibb, kənd təsərrüfatı və baytarlıq elmlərinin böyük bir qrup alimləri şüaların bioloji təsir mexanizmini öyrənməyə başlamışdır.

Şüa zədələnmələrinin əsas profilaktik və müalicə məsələlərini düzgün həll etmək üçün bu şüaların bioloji təsir mexanizmini öyrənmək dərin bilik tələb edir.

Şüa zədələnmələrinin biokimyəvi mexanizmini bilmək bu prosesin və patogenizmin və maddələr mübadiləsi pozğunluğu ilə baş verən bəzi xəstəliklərdə yaranan biokimyəvi dəyişikliklərin öyrənilməsinə çox kömək göstərir. Bu məsələnin əsaslı həlli toxumalarda baş verən morfoloji dəyişikliklər düzgün öyrənildikdən sonra mümkün ola bilər.

Heyvan orqanizmi çox mürəkkəbdir və demək olar ki, o hələ axıra qədər öyrənilməmişdir. Uzun müddət aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, müxtəlif növ şüaların, bu şüaları əmələ gətirən izotopların toplanması və enerjinin əmələ gətirməsi əsasən ilk əvvəl heyvanın biokimyəvi xüsusiyyətlərdən çox asılıdır.

Radioaktiv şüaların bioloji təsir xüsusiyyəti ilk əvvəl heyvanda şüalanmanı qəbul edən analizatorun olmaması, ikincisi isə toxumanın enerji ötürmə forması ilə əlaqədardır. Məsələn. bütün növ xırda heyvanlar üçün 1000 R ölüm dozasıdır. lakin buna baxmayaraq toxumaya çox az miqdarda (2 kkalori) enerji toplanır.

İonlaşdırıcı şüaların bioloji təsir mexanizmini təxmini olaraq iki əsas mərhələyə bölmək olar, ilk olaraq şüalanmanın bioloji təsiri ilə təyin olunur, yəni orqan və toxumaların biokimyəvi proseslərinə təsir etmək. İkinci mərhələ orqanizmə şüalanmanın təsiri zamanı neyrogen və humoroloji dəyişkənlik vasitəsilə əmələ gələn prosesdir.

İonlaşdırıcı şüaların bioloji təsiri bir çox amillərdən asılı olaraq özlərini müxtəlif cür büruzə verə bilir. Bu amillərdən şüaların növünü, enerjisini, təsir etmə müddətini, cisimlərdən keçmə qabiliyyətini, ionlaşdırma xassələrini və s. göstərmək olar. İonlaşdırıcı şüalar o şüalardır ki, onların enerjisinin təsirindən udulduqları mühitdə, eləcə də canlı orqanizmdə ion-lar əmələ gəlir. Bu şüalara a şüaları, mənfi yüklü - zər-rəciklər (elektronlar), müsbət yüklənmiş e+~hissəciklər və xas-sələrinə görə Rentgen şüalarına oxşar kvantlar və ya elektro-maqnit şüalanma fotonları aiddir.

1905-ci ildə Berqon və Trobondo belə bir nəzəriyyə irəli sürdülər ki, şüa xəstəliyinin əmələ gəlməsində maddələr mübadiləsinin pozulması əsas amillərdən biridir. Bir qədər keçdikdən sonra şüalanmanın birbaşa və dolayı yolla təsir üsulları müəyyənləşdirildi.




Şüalanmanın birbaşa və dolayı yolla təsiri.
Şüalanmanın birbaşa təsiri molekulaların radioaktiv kimyəvi cevrilmələri, həyat əhəmiyyətli hüceyrə nüvələrinin radiasiya enerjisinin təsirindən dağılması kimi qeyd etmək olar. Li və Pak bu nəzəriyyəyə hədəf nəzəriyyəsi adını vermişlər.

İonlaşdırıcı şüaların dolayı yolla təsiri dedikdə molekulların və toxumaların radiokimyəvi dəyişilməsi suyun radiolizinin əmələ gəlməsinə şərait yaratmaq kimi başa düşülür.

Bir misal kimi şüalanmanın su molekuluna təsirinə nəzər yetirək. Qamma şüası və yaxud yüklənmiş hüceyrələr su molekulları ilə qarşılıqlı təsirə girərək onu ionlaşdırır və nəticədə iki ion əmələ gəlir:


-
Bu zaman ionlaşmış su malekullarının fiziki kimyəvi tərkibi elektroneytral su malekullarından fərqlənəcəkdir.

Su malekullarının yaşama müddəti və orada əmələ gələn molekulların yaşama müddəti çox qısadır. 10-10 saniyə müd-dətində onlar müxtəlif çevrilmələrə məruz qalaraq ən nəhayət sərbəst radikallar yaranır.




Müsbət yüklü su ionu dissosasiya edərək, hidrogen ionuna və sərbəst ion radikallarına çevrilir.

Mənfi yüklü su ionu isə dissosasiya edərək hidrogen ato-muna və mənfi yüklü hidroksil ionuna (OH-) çevrilir.



OH- radikalı qüvvətli oksidləşdirici xassəyə malikdir, atomşəkilli hidrogen isə çox qüvvətli reduksiyaedicidir.

H+ və OH- ionları, eləcə də sərbəst H və OH radikalları dərhal qarşılıqlı təsir nəticəsində H2O – ya çevrilir:



Qeyd etmək lazımdır ki, bəzən başqa zəhərləyici birləş-mələr də meydana çıxır, bunlar öz növbəsində orqanizmə zəhərləyici təsir göstərir. Bu zəhərləyici maddələrdən hidrogen peroksidi, oksigen atomlarını göstərmək olar:
OH + OHH202

O+OH->O + ()

H + HH2
Beləliklə, radikalların yenidən birləşməsi nəticəsində və hidrogen-peroksidin əmələ gəlməsi ilə orqanizmin su mühitində çox yüksək oksidləşmə - reduksiya qabiliyyətinə malik olan birləşmələr yaranmış olur.

Deməli, ionlaşdırıcı şüaların təsirindən orqanizmin su mühitində oksidləşmə - reduksiya reaksiyaları üçün əlverişli şərait yaranmış olur. Əgər orqanizmin su mühitində həll olunmuş şəkildə sərbəst oksigen varsa, onda şüalanmalanın təsirindən ayrılmış elektron O2 molekulu ilə birləşərək O2-O2-ionlarını əmələ gətirir.

Bu oksigen ionları öz növbəsində protonla (H+) birləşərək sərbəst hidrooksid (-HO2) və hidrogen peroksid (H2O2) kimi radikallar əmələ gətirə bilər.

HO2 radikalı bir-birinə təsir edərək yüksək peroksid radikalı əmələ gətirir.



H0 + HO -> H202
Beləliklə, sərbəst oksigenin tştirakı ilə yeni aerob mühitdə ionlaşdırıcı şüaların təsirindən oksidləşmə prosesi üçün daha əlverişli şərait yaranır.

İonlaşdırıcı şüaların təsirindən orqanizmdə üzvi proseslər də əmələ gələ bilər. Bu reaksiya aşağıdakı qaydada gedir:

H

-

R-C-H + H20-R-C-COOH + H

-

H


və ya

R —C—H+H2O—R—C-COOH+H

O o
İonlaşdırıcı şüaların təsirindən orqanizmin toxumalarının çox hissəsini təşkil edən su mühitində əmələ gələn dəyişiklikləri hərtərəfli nəzərdən keçirdikdən sonra belə nəticəyə gəlmək olar ki, hidroperoksid və hidrogen peroksid kimi güclü zəhərli birləşmələrin təsirindən, hüceyrənin tərkibinə daxil olan digər üzvi və qeyri üzvi birləşmələrdə (z

ülallar, yağlar, karbohidratlar, fermentlər və s.) müxtəlif cür fıziki kimyəvi dəyişikliklər gedə bilər.

Deməli, peroksid maddələri toxuma və hüceyrələrdə oksidləşmə törətdiyindən orqanizmə toksiki təsir göstərir. Bununla yanaşı, bəzən sərbəst hidrogenperoksid HO2 radikalları da əmələ gəlir. Düzdür bu birləşmələr davamsızdır, bir an içərisində parçalanır, lakin çox güclü oksidləşmə törətdiyindən toxumaları zəiflədir və məhv edir.

Qeyd edilən amillərlə yanaşı digər zərərli amilləri də göstərmək olar.

Rentgen və qamma şualanmalar zamanı cismin malekulları onların bir qismini özündə tutub saxlayır və nəticədə həmin əşyalar «həyəcanlı» vəziyyətə düşür. Bu isə böyük enerji ehtiyatının alınmasına səbəb olur. Beləliklə, şüalanan zonalarda kimyəvi reaksiyaların getməsi üçün şərait yaranır, lakin normal halda hüceyrələrdə bu növ reaksiyalar getmir, əgər gedərsə çox zəif davam edir. Buradan belə anlaşılır ki, şüalanan sahədə gedən güclü kimyəvi reaksiyalar nəticəsində hüceyrə daxilində mühüm dəyişikliklər əmələ gəlir.
İonlaşdırıcı şüaların gözə təsiri
Rentgen şüasının ixtirasından bir il sonra şüalanmaya qarşı göz toxumasının həssas olduğu müəyyən olunmuşdu. Bundan bir qədər sonra müəyyən olunmuşdur ki, iti şüa xəstəliyi zamanı ola bilsin ki, patoloji proseslər əmələ gəlsin. Məsələn, göz almasının hər hansı bir damarında baş verən zədələnmələr orqanizmdə ümumi dəyişikliyin əmələ gəlməsinə səbəb olur. Yerli şüalanma zamanı damarlarda reaksiyanın əmələ gəlməsi, konyuktivit və digər çatışmamazlıqların baş verməsi müşahidə olunur. Bu halda gözün işığa qarşı görmə qabiliyyəti refleksinin zəyifləməsi, görmənin aşağı düşməsi və ya daima itməsi müşahidə edilir. Şüalanmadan sonra gözün buynuz təbəqəsində epiteli hüceyrəsinin bölünmə aktının zəifləməsi özünü bürüzə verir. 2-20 R-lə şüalandıran zaman gözün buynuz qatında müvəqqəti dəyişiklik, 250 R-n və bundan yüksək doza ilə şüalandırılan zaman bir qədər qeydə alınmayan morfoloji dəyişiklik, zəifləmə və hissiyatın itməsi qeydə olunur.

Gözün şüalanması zamanı ən ağır hallardan biri gözün büllur hissəsinin zədələnməsidir, hansı ki, şüa kataraktı ilə qurtarır. Belə bir proses gözün, qamma şüası, neytronla, alfa və betta şüası ilə şüalanan zaman, həmçinin radioaktiv izotopların daxilə düşməsi nəticəsində əmələ gəlir.

Şüalanmanın təsiri zamanı göz toxumasında və xüsusi ilə büllurun bərpa olunma prosesi çox da aydın özünü büruzə vermir.Heyvanın yaşının çox olması və şüalanma dozasının yüksəlməsi nəticəsində zədələnmiş sahənin bərpası ola bilsin ki, zəyifləsin.
Heyvanların radiohəssaslığı
Heyvanların keçmə qabiliyyətinə malik olan şüalara qarşı cavab reaksiyası müxtəlif formadadır, bu da şüalanmanın səviyyəsindən və orqanizmin xüsusiyyətindən asılı olaraq dəyişilə bilər. Buna görə də müxtəlif növ heyvanların, hətta eyni qrupa və cinsə malik olanların radiasiyaya qarşı həssaslığı müxtəlif olur. Bu da heyvanın yaşından, cinsindən, köklüyündən və digər faktorlarla əlaqədar olması ilə izah olunur.

Heyvanların radiasiyaya qarşı həssaslığını müəyyənləşdirmək üçün latent anlayışından istifadə olunub: LTD 50/30 və LTD 100/30. Yəni bir ay müddətində şüalanmış heyvanların 50 və yaxud 100%-i ölür. Heyvanın növündən asılı olaraq radiohəssaslıq nöqsanının hələ də geniş formada izahı verilməmişdir. Hətta bu sahədə hər hansı fərziyyə də yoxdur ki, bunu çox və az formada izah etsin. Onu da qeyd etmək lazımdır ki, xırda heyvanlar və insanlar, quşlara, balıqlara, sualtında yaşayanlara nisbətən bir qədər yüksək olmayan şüalanmaya qarşı daha həssasdı.

Orqanizmi bütövlükdə əhatə edən hər hansı bir orqanın radiohəssaslıq fərqi vardır. Bir orqanın toxumaları şüalanmanın təsirinə eyni dərəcədə həssas deyil və şüalanma zədələnməsindən sonra eyni inkişaf fazasına malik deyillər.

Toxumanın radiohəssaslıq dərəcəsi biokimyəvi və morfoloji əlamətinə görə müəyyənləşdirilir.

Şüalanmadan sonra orqanlarda baş verən morfoloji dəyişiklik əlamətlərinə görə orqanları aşağıdakı qruplara bölmək olar:

1.Radiasiyaya həssas orqanlar: limfa düyünləri. mədə-bağırsağın follikulaları, qırmızı sümük iliyi, dalaq, cinsiyyət vəziləri, bu orqanları 25 R-lə şüalandırdıqdan sonra morfoloji dəyişikliklər qeydə alınır.

2.Şüalanmaya bir qədər az həssas olanlar: dəri, gözlər və s.

3.Şüalanmaya qarşı bir qədər yüksək həssas olan orqanlar: qaraciyər, ağciyər, böyrəklər, beyin, ürək, sümük, əzələlər, sinir sistemi və digərləri: ilk morfoloji dəyişikliklər bu orqanlarda 100 R-nin təsirindən əmələ gəlir.

Orqanların həssaslığının müxtəlifliyi orqanizm üçün heç də əhəmiyyətsiz deyil, orqanizma bütövlükdə şüalanarkən ola bilsin ki, onun bir hissəsi və yaxud orqanizm bütövlükdə, şüa-lanma alsın. Eyni bərabərliyində şüalanan zaman radiobioloji effekt demək olar ki, eynidir.

Şüalanma zamanı bədənin bir qədər böyük olmayan nahiyyəsi örtülən zaman, dozanın yüksək olmasına baxmayaraq heyvanın orqan və toxumalarında davamlılıq öz səviyyəsində qalır. Əgər çəkisi 200-250 qram olan siçanın, 20-25 mq olan böyrəyini örtərək onu ölüm dozası ilə şüalandırırıqsa yaşayır: lakin nəzarətdə olanlar isə ölür. Qeyd olunan əlamətlər qırmızı sümük iliyinin üstünü örtüb digər sümükləri şüalandıran zaman qeydə alınır.



AZƏRBƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ
BAYTARLIQ TƏBABƏTİ VƏ ZOOMÜHƏNDİSLİK FAKULTƏSİ
"YOLUXMAYAN XƏSTƏLİKLƏR" KAFEDRASI
MÜHAZİRƏNİN MÖVZUSU:
İonlaşdırıcı şüaların dəriyə və birləşdirici toxumaya təsiri

MÜHAZİRƏÇİ:
DOSENT CƏFƏROV XANZADƏ XƏLİL OĞLU.
GƏNCƏ-2017

Mövzu 7
İonlaşdırıcı şüaların dəriyə və birləşdirici toxumaya təsiri
Mühazirənin mövzusu:


  1. İonlaşdırıcı şüaların təziqə təsiri

  2. İonlaşdırıcı şüaların dərialtı toxumaya təsiri

  3. Şüaların brləşdirici toxumaya təsiri

  4. K/h növündən asılı olaraq radiasyaya qarşı cavab reaksiyası


Mühazirə mətninə müvafiq ədəbiyyat siyahısı.
1. Cəfərov X. X. Baytarlıq radiobiologiyası 2012
2. Cəfərov X. X. Radiobiologiya 1987

Orqanizmdə olan kletkalar radiasiyanın təsirinə müxtəlif formada həssasdırlar, bu da onların inkişafından, yaşından və funksional vəziyyətdən asılıdır.

Toxumanın tərkibində olan qarışıqlar müxtəlif hissiyyata malikdir. Ən həssas hissiyata malik olan nüvədir. Amöblər üzərində aparılan təcrübələr nəticəsində məlum olmuşdur ki, (150 KA dozada) şüalanmış hüceyrəni şüalanmamış hüceyrəyə köçürən zaman ölüm baş verir, şüalanmamış nüvəni şüalanmışa köçürən zaman ölüm baş vermir.

İonlaşdırıcı şüaların təsirindən toxumada hansı dəyişikliklər baş verir? 100 R-tgenlə ionlaşdırıcı şua ilə şüalandırdıqdan sonra qısa müddətdə dəyişiklik qeydə alınmır. Dozanın səviyyəsindən asılı olaraq bu dəyişiklik 2-3 gündən sonra özünü bürüzə verir. Şualandırdıqdan sonra sitoplazmada aşağıdakı dəyişikliklər baş verir:

a) yumşaqlığın dəyişməsi: aşağı dozada o aşağıya düşür, yüksək dozada isə artır; sitoplazmanın vakuolizasiyası qırmızı sümük iliyində qan hüceyrələri aydın görünür.

b) membranın su və enerji keçirməsinin yüksəlməsi xüsusi ilə bu proses kalium və natrium üçün daha aydın görsənir. Belə ki, kalium toxumadan xaric olur, onun yerinə natrium toplanır;

v) şüalandırmanın artması zülalın plazmasının dağılmaya məruz qalması ilə izah olunur.

Şüalanmış toxumada nüvənin həcmcə böyüməsi və şişməsi qeydə alınır. Bunun ardınca nüvənin formasının dəyişməsi, hüceyrənin məhfı, nekrozlaşmanın baş verməsi, nüvənin lizisə uğraması qeydə alınır. İnkişafda olan hüceyrə şüalanmadan sonra adətən dairəvi forma alır. B.L.Astanrobun apardığı tədqiqatlara görə nüvənin ən yüksək həssaslığı şüalanmış erkəyin, şüalanmamış dişini mayalandıran zaman baş verməsidir. Dişiləri 50 K\R-a şüalandıran zaman yumurtalığın nüvəsinin bölünməsinin dayandırılmasına səbəb olur.

İonlaşdırıcı şüaların təsirindən çoxalmanın dəyişməsi və toxumanın böyüməsi düzgün getmir. Hüceyrənin həcminin böyüməsi, artması, az dəyişilir nəinki, çoxalması, qabiliyyətinə görə. Bu onunla izah olunur ki, toxumada fasiləsiz olaraq hüceyrələr əmələ gəlir ki, hansı ki, bu da radioakativ şüa-lanmaya çox həssasdırlar.

Hüceyrə bölünməsinə şüalanmanın təsiri mürəkkəb bir prosesdir, onun təsir dərəcəsi mitoz dövrü ilə təyin olunur. Hüceyrə mitozunda əsas iki faza ayrılır: interfaza və xüsusi mitoz.

İnterfaza toxuma bölünməsində ən uzun fazadır. Bu müd-dətdə hüceyrənin böyüməsi, sintezin yaranması və nüklein turşularının, zülal və digər üzvi birləşmələrin əmələ gəlməsidir.

Fransa alimləri Bergens və Tribon hüceyrənin hissiyyatının müxtəlif radiohəssaslığına görə yaratmışlar, bu da toxumanın radiohəssaslığı, şüalanmaya qarşı düzgün münasibət səviyyəsinin yaranmasıdı. Qan doyuran orqanların toxuması (qırmızı sümük iliyi, dalaq limfa vəziləri), cinsiyyət vəziləri, mədənin və bağırsağın epiteliləri bir qədər yüksək mənimsəmə xassəsinə malikdirlər.

Radioaktiv izotop 32P, 3H, l4C və digərləri ilə işləyən zaman hüceyrə nüvəsinin və onun inkişaf etməsi sübut olunmuşdu və bu inkişaf hüceyrə nüvəsinin bölünmə aktı zamanı da özünü göstərir. Subletal dozada (25-100 Rad) təsir edən zaman hüceyrənin bölünmə müddəti 1/2-2 dəfə uzanır.

İonlaşdırıcı şüaların hiss üzvlərinə təsiri
Kənd təsərrüfatı heyvanlarının dadbilmə, eşitmə, iybilmə və.s. analizatorların reaksiyası eyni qanun əsasında özünü büruzə verir və başlanğıc forması, ilk reaksiya müddətindən asılıdır.

Aşağı dozada bunlar yüksəlir, yüksək dozada isə aşağı düşür. Bundan əlavə aşağı dozada yalnız funksional dəyişiklik, yüksək dozada isə reseptor aparatın fızioloji dəyişiklikliyi qeydə alınır.




İonlaşdırıcı şüaların gözə təsiri
Rentgen şüasının ixtirasından bir il sonra şüalanmaya qarşı göz toxumasının həssas olduğu müəyyən olunmuşdu. Bundan bir qədər sonra müəyyən olunmuşdur ki, iti şüa xəstəliyi zamanı ola bilsin ki, patoloji proseslər əmələ gəlsin. Məsələn, göz almasının hər hansı bir damarında baş verən zədələnmələr orqanizmdə ümumi dəyişikliyin əmələ gəlməsinə səbəb olur. Yerli şüalanma zamanı damarlarda reaksiyanın əmələ gəlməsi, konyuktivit və digər çatışmamazlıqların baş verməsi müşahidə olunur. Bu halda gözün işığa qarşı görmə qabiliyyəti refleksinin zəyifləməsi, görmənin aşağı düşməsi və ya daima itməsi müşahidə edilir. Şüalanmadan sonra gözün buynuz təbəqəsində epiteli hüceyrəsinin bölünmə aktının zəifləməsi özünü bürüzə verir. 2-20 R-lə şüalandıran zaman gözün buynuz qatında müvəqqəti dəyişiklik, 250 R-n və bundan yüksək doza ilə şüalandırılan zaman bir qədər qeydə alınmayan morfoloji dəyişiklik, zəifləmə və hissiyatın itməsi qeydə olunur.

Gözün şüalanması zamanı ən ağır hallardan biri gözün büllur hissəsinin zədələnməsidir, hansı ki, şüa kataraktı ilə qurtarır. Belə bir proses gözün, qamma şüası, neytronla, alfa və betta şüası ilə şüalanan zaman, həmçinin radioaktiv izotopların daxilə düşməsi nəticəsində əmələ gəlir.

Şüalanmanın təsiri zamanı göz toxumasında və xüsusi ilə büllurun bərpa olunma prosesi çox da aydın özünü büruzə vermir.Heyvanın yaşının çox olması və şüalanma dozasının yüksəlməsi nəticəsində zədələnmiş sahənin bərpası ola bilsin ki, zəyifləsin.
Heyvanların radiohəssaslığı
Heyvanların keçmə qabiliyyətinə malik olan şüalara qarşı cavab reaksiyası müxtəlif formadadır, bu da şüalanmanın səviyyəsindən və orqanizmin xüsusiyyətindən asılı olaraq dəyişilə bilər. Buna görə də müxtəlif növ heyvanların, hətta eyni qrupa və cinsə malik olanların radiasiyaya qarşı həssaslığı müxtəlif olur. Bu da heyvanın yaşından, cinsindən, köklüyündən və digər faktorlarla əlaqədar olması ilə izah olunur.

Heyvanların radiasiyaya qarşı həssaslığını müəyyənləşdirmək üçün latent anlayışından istifadə olunub: LTD 50/30 və LTD 100/30. Yəni bir ay müddətində şüalanmış heyvanların 50 və yaxud 100%-i ölür. Heyvanın növündən asılı olaraq radiohəssaslıq nöqsanının hələ də geniş formada izahı verilməmişdir. Hətta bu sahədə hər hansı fərziyyə də yoxdur ki, bunu çox və az formada izah etsin. Onu da qeyd etmək lazımdır ki, xırda heyvanlar və insanlar, quşlara, balıqlara, sualtında yaşayanlara nisbətən bir qədər yüksək olmayan şüalanmaya qarşı daha həssasdı.

Orqanizmi bütövlükdə əhatə edən hər hansı bir orqanın radiohəssaslıq fərqi vardır. Bir orqanın toxumaları şüalanmanın təsirinə eyni dərəcədə həssas deyil və şüalanma zədələnməsindən sonra eyni inkişaf fazasına malik deyillər.

Toxumanın radiohəssaslıq dərəcəsi biokimyəvi və morfoloji əlamətinə görə müəyyənləşdirilir.

Şüalanmadan sonra orqanlarda baş verən morfoloji dəyişiklik əlamətlərinə görə orqanları aşağıdakı qruplara bölmək olar:

1.Radiasiyaya həssas orqanlar: limfa düyünləri. mədə-bağırsağın follikulaları, qırmızı sümük iliyi, dalaq, cinsiyyət vəziləri, bu orqanları 25 R-lə şüalandırdıqdan sonra morfoloji dəyişikliklər qeydə alınır.

2.Şüalanmaya bir qədər az həssas olanlar: dəri, gözlər və s.

3.Şüalanmaya qarşı bir qədər yüksək həssas olan orqanlar: qaraciyər, ağciyər, böyrəklər, beyin, ürək, sümük, əzələlər, sinir sistemi və digərləri: ilk morfoloji dəyişikliklər bu orqanlarda 100 R-nin təsirindən əmələ gəlir.

Orqanların həssaslığının müxtəlifliyi orqanizm üçün heç də əhəmiyyətsiz deyil, orqanizma bütövlükdə şüalanarkən ola bilsin ki, onun bir hissəsi və yaxud orqanizm bütövlükdə, şüa-lanma alsın. Eyni bərabərliyində şüalanan zaman radiobioloji effekt demək olar ki, eynidir.

Şüalanma zamanı bədənin bir qədər böyük olmayan nahiyyəsi örtülən zaman, dozanın yüksək olmasına baxmayaraq heyvanın orqan və toxumalarında davamlılıq öz səviyyəsində qalır. Əgər çəkisi 200-250 qram olan siçanın, 20-25 mq olan böyrəyini örtərək onu ölüm dozası ilə şüalandırırıqsa yaşayır: lakin nəzarətdə olanlar isə ölür. Qeyd olunan əlamətlər qırmızı sümük iliyinin üstünü örtüb digər sümükləri şüalandıran zaman qeydə alınır.



İonlaşdırıcı şüanın mərkəzi sinir sisteminə təsiri.
İ.R.Tarakanov(1896), E.S.London (1903,1904), M.O.Jukovski (1903) və başqaları müəyyən etmişlər ki, mərkəzi sinir sistemi ionlaşdırıcı şüanın təsirinə həssasdır. İ.R.Tarakanov rentgen şüasının qurbağanın hərəkət üzvünə təsiri zamanı müvəqqəti refleksin uzanmasını müəyyənləşdirmişdir. Heyvanın bədən səthini örtərək qurbağanın bir ayağını şüalandırılmış, lakin müvəqqəti refleksin uzanması qeyd olunmamışdı. Buna əsasən, o belə nəticəyə gəlmişdir ki, hərəkət refleksinin müvəqqəti uzanması, Rentgen şüasının mərkəzi sinir sisteminə təsir etməsi nəticəsində yaranır.

E.S.London siçanlarda apardığı tədqiqatlardan müəyyən etmişdir ki, baş nahiyəsini radium elementi ilə şüalandıran zaman beynin boyun yarım kürəsinin funksional və morfoloji dəyişiklikləri yaranır.

Bədənin müxtəlif nahiyələrini ekranlaşdıran zaman şüalanmanın siçanların yaşamasına təsiri 2 saylı cədvəldə verilmişdir.

M.O.Jukovski müəyyən etmişdir ki, radium şüası mərkəzi beyində ilk əvvəl reaksiyanı artırır, sonra isə zəiflədir.

Yüksək doza (5000 R və yüksək) ümumi şüalandırldıqda və yaxud yerli təsir etdikdə heyvanlarda mərkəzi beyin pozğun-luqları əmələ eəlir. Bəzi hallarda onu beyin sindromu da adlandırırlar. Bununla sinir zədələnməsi nəticəsində miningit ensefalit, beyin pozğunluğu qeydə alınır və heyvan şüa-lanmanın ilk saatlarında və ya 2-3 gündən sonra ölür.

Cədvəl.2

Bədənin müxtəlif nahiyələrini ekranlaşdıran zaman şüalanmanın siçanların yaşamasına təsiri.


Ekranlaşdırılmış sahələr

Şüalanma sahəsi,R

30 gün müddətində yaşayanlar, % -lə

Dalaq

1025

77,7

Qaraciyər

1025

33,0

Baş

1025

27,7

Bağırsaq







Arxa hissə

1025

26,6

Kontrol

800

33,4

Dalaq

1025

0

Arxa hissə

800

0

Kontrol

700

30,4

Arxa nahiyyə

700

0

Hər iki tərəf

600

88,2

Biri

600

70,6

Nəzarət

60

17,6


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə