Mühazirənin planı: Maddələrin qruluşu və xassəsi Süni və təbii radioaktivlik


Ətrafların sinirlərinə ionlasdırıcı süaların təsiri



Yüklə 0,8 Mb.
səhifə5/9
tarix08.10.2017
ölçüsü0,8 Mb.
#3658
növüMühazirə
1   2   3   4   5   6   7   8   9

Ətrafların sinirlərinə ionlasdırıcı süaların təsiri.
Morfoloji əlamətlərinə görə ətrafların sinirləri çox yüksək radiodavamlılıq xassəsinə malikdir. Dovşanların ön və arxa his-səsini 600-900 R-lə xarici şüalandırma zamanı bir, bir həftə yarımda damarlarda, enodotel və epenekeroz əlamətləri qeydə alınır.

Şüalanmanın uzun müddət birbaşa təsiri zamanı ayrı-ayrı hissələrində parabiolitik əlamətlər qeydə alınır. İlk dəfə olaraq P.O.Makarov (1934) qurbağaların parabioz fazasının oturaq sinirə təsirini müəyyən etmişdir. Şüalanmadan sonra ilk əvvəl oyanmanın və keçiriciliyin yüksəlməsi refleks dövrünün azalması, oyanmanın və keçiriciliyin zəifləməsi, sonra isə sinirin oyanmasının tamamilə itməsi qeydə alınır. Qurbağanı 300 KR-lə şüalandıran zaman sinirin keçiriciliyi tamamilə dayanır.

M.H.Livanov müəyyən etmişdir ki, iti şüa xəstəliyi əmələ gətirən doza ilə kənd təsərrüfat heyvanlarını şüalandıran zaman ətraf sinirlərdə enerjinin təsirindən pozulmalar qeydə alınır. Şüalanmadan sonra müxtəlif sinir kanallarında dəyişikliyin xüsusiyyəti orqanizmin reseptor sistemində dəyişikliklə demək olar ki, eynidir.

Heyvanları şüalandırdıqdan sonra impuların uzun müddətli güclənməsi qeyd olunur, sonra isə yenidən zəifləməsi baş verir. Şüalanma dozası bir neçə min dəfə artırılarsa, impulsun güclənməsi zəifləyir. Bunun ardınca reseptorda dərin dəyişiklik qeyd olunur. Bu da şüa xəstəliyinin əmələ gəlməsinə şərait yaradan faktorlardan biri sayılır.


Cədvəl 3.

Şüalanmadan sonra orqanizmdə gedən dəyişikliklər.

Şüalanma dozası. R



Dəyişiklik



Birinci faza



İkinci faza



1000

Dovşanlarda ağ qan hissəsinin dəyişməsi

Şüalanmadan sonra leykositoz

24saatdan sonra leykopeniya

1000

Dovşanın qanında və gözün iç

kamerasında adrenalinin saxlanılması




Artması

24saatdan sonra enməsi

800

Siçanların mədə-bağırsağında perstaltikanın

dəyişməsi



Bir saat müddətində çoxalması

3 gün müddətində zəifləməsi

1000

Siçovulların qalxanvari vəzisinə yodun birləşməsi

Yüksəlməsi

24saatdan sonra azalması



İonlaşdırıcı şüaların vegetativ sinir sisteminə təsiri.
Elektrofızioloji müşahidələrin aparılması nəticəsində müəyyən olunmuşdur ki, ionlaşdırıcı şüalar vegetativ sinir sistemində qan dövranının zəifləməsi nəticəsində bu sistemdə dəyişikliklərin əmələ gəlməsinə səbəb olur. Şüalanmanın təsirindən birinci faza əmələ gəlir və buna prosesin ilk fazası deyilir, sonra isə ikinci faza başlayır və prosesin yavaş-yavaş bərpa olunması qeydə alınır. Baş verən dəyişikliyin dərəcəsi, şüa xəstəliyinin səviyyəsindən asılıdır (cədvəl 3).

Maddələr mübadiləsi
Orqanizmdə baş verən bütün patoloji dəyişikliklərin mənbəyini maddələr mübadiləsi ilə əlaqələndirmək olar. Ona görə də şüalanma zamanı maddələr mübadiləsində nə kimi dəyişikliyin getməsi barədə aparılan elmi axtarışların böyük əhəmiyyəti vardır.

Lakin, hələ bu vaxta qədər bu dəyişikliyin nə formada və nə şəkildə getdiyi barədə tam təsəvvür yaranmamışdır.

Bu problemi aydınlaşdırmaq üçün külli miqdarda eksperimentlər aparılmışdır. Təcrübə göstərir ki, zülal maddəsini şüalandırdıqda onun yapışqanlılığı dəyişir, çökməsi sürətlənir, amin turşular parçalanır və hətta geriyə qayıtmayan zülal denaturasiyası müşahidə edilir.

Şüalanmanın təsirindən nukleoproteidlər ammonyaka qədər parçalanır, sitoxrom məhlulunda isə oksidləşmə gedir.

İonlaşdırıcı şüaların təsirindən fermentlərnin fəaliyyəti zəifləyir, (aminturşulu oksidaza) və ya tam fəaliyyətdən düşür.

Bütün qeyd edilən amillər, maddələr mübadiləsinin gedişində əsas rol oynayır. Orqanizmdə fermentlərin fəaliyyətinin zəyifləməsi və onların tərkibinin normadan kənara çıxması üçün yüksək doza ilə təsir etmək lazımdır.



BAYTARLIQ TƏBABƏTİ VƏ ZOOMÜHƏNDİSLİK FAKULTƏSİ
"YOLUXMAYAN XƏSTƏLİKLƏR" KAFEDRASI”
MÜHAZİRƏNİN MÖVZUSU:


Qan və qan doğuran orqanlara ionlaşdırıcı şüaların təsiri.
MÜHAZİRƏÇİ:
DOSENT CƏFƏROV XANZADƏ XƏLİL OĞLU.

GƏNCƏ-2017

Mövzu 8
Qan və qan doğuran orqanlara ionlaşdırıcı şüaların təsiri.

Mühazirənin planı:


  1. İonlaşdırıcı şüaların qan doğuran orqanlara təsiri

  2. Şüalanmadan sonra qan sxeminin dəyişməsi

  3. Limfasitlərin sayının dəyişməsi

  4. Neytrofillərin sayının dəyişməsi

  5. Şüalanma zamanı qan laxtalanmasının zəifləməsi


Mühazirə mətninə müvafiq ədəbiyyat siyahısı.
1. Cəfərov X. X. Baytarlıq radiobiologiyası 2012
2. Cəfərov X. X. Radiobiologiya 1987
Müxtəlif qan hüceyrələri şülanamaya qarşı eyni həssaslığa malik deyil, hansı ki, indiyə qədər qandoğuran hüceyrələrin şüalanmaya qarşı həssaslıq səviyyəsi barədə eyni fikir söylənilməmişdir. Bəzi müəlliflər eritroplastik hüceyrələrin şüalanmaya qarşı ən həssas olduğunu qeyd edirlər, bunun ardınca mielositlər, meqakariosidlər və başqaları göstərilir. Aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, eritrositlərin radiohəssaslığı müxtəlif növ heyvanlarda müəyyən dərəcədə eyni deyildir..

Quşlarda hemopoetik tərkib, morfoloji və funksional məlumatlara görə xırda heyvanlara nisbətən fərqlənir, belə ki, quşlarda eritrobastlar damar daxilində, mielopoez isə damardan kənarda yerləşir.

Quşların qan elementlərinin hamısında nüvə yerləşir. Quşlarda eritrositlərin həcmi böyük, lakin miqdarca azlıq təşkil edir.Quşların qanında neytrofıl olmadığı halda, psevdoeozinofıl vardır. Morfoloji tərkibə görə biokimyəvi tərkibdə bir sıra fərqlər vardır: məsələn, diastik qrupa daxil olan fermentlərin fəallığının yüksəlməsi, qanın oksigen saxlatma həcminin zəifləməsi və s.

Heyvanları LD50/30 və LDıoo/30 doza səviyyəsində ümumi şüalandırılan zaman, qanın yaranma sindromunun adı qaydada zəifləməsi (onurğa beyində) qanda normal elementlərin azalması və ən nəhayət qan yaradan toxumada aplaziyanın əmələ gəlməsi ilə müşahidə olunur.



Şüalanmadan sonra qan sxeminin dəyişilməsi. Şüalanmanın təsirindən leykositlərin miqdarının dəyişilməsi bu toxumanın şüalara daha həssas olmasını göstərir. Orta letal və bundan bir qədər yüksək rentgen şüası ilə heyvanın şüalandırılmasının ilk dəqiqələrində leykositlərin qısa müddət azalması müşahidə olunur. Leykositlərin miqdarının qısa müddətli azalmasının ardınca, 6-8 saatdan sonra əvvəlkinə nisbətən 10-15% artması qeyd olunur. Günün axırında leykositlərin miqdarı qəflətən azalır və aşağı səviyyədə saxlanılması uzun müddət davam edir.

Leykositlərin inkişafının davamlılığı şüalanma dozasından asılıdır: subletal dozada ola bilsin ki, 3-5 gün davam etsin, yüksək dozada isə inkişaf edə bilmir.

Yaşlı heyvanları yarımletal doza ilə şüalandıran zaman leykositlərin kəskin azalması şüalanmadan 2-3 həftə sonra qeydə alınır. Həmin vaxtı leykositlərin miqdarı normal vəziyyətə nisbətən 3 və bundan çox azalır. Leykositlərin miqdarının bərpa olunma müddəti 2-3 ay təşkil edir.

Şüalanmadan 1-2 saat sonra qan damarlarında leykositlərin ümumi miqdarının azalması, vegetativ qan damar sistemində dəyişikliyin getməsi, qanın ətraflara paylanmasının zəifləməsi ilə izah olunur. Sonrakı vaxtlarda leykositlərin miqdarının dəyişməsi qan doğuran onurğa beynində dəyişikliyin əmələ gəlməsi ilə izah olunur. Onu da qeyd etmək lazımdır ki, leykositin azalma və dəyişmə miqdarı əsasən şüalanmanın dozasının gücündən asılıdır. Leykositlərin cavan heyvanlarda azalması, yaşlı heyvanlara nisbətən daha tez qeydə alınır, bərpa olunma göstəricilərinin yaranması tez baş verir və tamam bərpa olunma qısa vaxtda müşahidə edilir.



Limfositlərin sayının dəyişməsi. Qan hüceyrələrindən radiasiyaya ən həssası limfositlərdir. Orqanizmdə limfositlərin miqdarının azalması şüalanma səviyyəsinə qarşı əhəmiyyətli göstərici kimi hesab olunur. Limfositlərin sağlam heyvanların qanında yaşama müddəti bir neçə saatdan 1-2 günə qədər davam edir.

Şüalanmanın təsirindən ilk növbədə limfositlər, nisbətən daha tez dəyişikliyə uğrayır, lakin leykositlərin ümumi say xüsusiyyətlərində elə bir xarakteriki əlamətlər qeyd olunmur. 100 R-lə şüalanan zaman limfositlərin sayının azalması özünü kəskin dərəcədə özünü bürüzə vermir. Latent doza (LD50/30) ilə şüalanma zamanı 2-3 gündən sonra limfositlərin bir qədər çox azalması müşahidə olunur. Bu vaxt limfosit hüceyrələrinin morfoloji dəyişməsi, orta və böyük formalar arasında dəyişikliyə uğraması qeydə alınır.


Neytrofillərin sayının dəyişməsi.
Bir sıra xırda heyvanlarda neytrofil, leykositə nisbətən bir qədər yüksək (60-70%) miqdar təşkil edir. Radioaktiv təsirə qarşı neytrofillərin cavab reaksiyası şüa zədələnməsinin ən xarakter əlamətlərindən biri hesab olunur. Şüalanmanın təsirindən sonra heyvanlarda neytrofil leykositlərinin dəyişməsini beş fazaya bölmək olar.

I. Faza - neytrofilez fazasının ilk başlanğıcı, toxumanın tezliklə onurğa beynindən xaric olması.

II. Faza - ilk başlanma fazası. Neytrofillərin sayı bu dövrdə ilk ana nisbətən 10%-dən 20% -ə qədər azalır, bəzi hallarda azalma heyvan ölənə qədər davam edir. Bu fazanın əmələ gəlməsi neytrofilin onurğa beynindən çıxmasının dayanması və kletka-ların damardan kənar məhv olması ilə izah olunur.

III. Faza - yenidən yüksəlmə fazası, bunun ən yüksəkliyi 7-17-ci gün qeydə alınır. Bu müddətdə neytrofillərin ilk ana nisbətən 70-80% səviyyəsinə çatması baş verə bilir. Bu müddətdə sağ qalmış onurğa beyin hüceyrələri bərpa olunur, lakin çoxunun zədələnmiş olması bunların dəfələrlə bölünməyə məruz qalmasına imkan vermir. Hüceyrələrin bölünməsi tam dayanır və təkrar boşluğun əmələ gəlməsi baş verir.

IV. Faza - ikinci boşalma fazası. Adətən bu çox kəskin qeyd olunur və uzun müdddət davam edir.

V. Faza - bərpa olunma fazası. Zəif inkişaf qeyd olunur və onurğa beyinin reproduksiyasının inkişafı müəyyən edilir.

Faza dəyişikliyi ilə eyni vaxtda neytrofillərin ümumi sayının cəmi formal hüceyrələrə nisbətən dəyişilir, inkişaf fazası dövründə cavan formal hüceyrlərin faiz artımı yüksəlir, cavan və çöpvari nüvələrin isə sola doğru inkişafı qeydə alınır.

Neytrofil (psevdoeizonofillərin) bərpa olunma prosesi, limfositlərlə müqayisədə ola bilsin ki, çox uzun müddət davam etsin.



Eozinofillərin miqdarının dəyişməsi. Subletal dozanın təsiri zamanı qanda eozinofillərin miqdarının böyük dönüşlə dəyişməsi qeyd olunur. Yarımletal doza ilə şüalandıran zamanı onların sayının azalması qeydə alınır və zəif bərpa olunur. Radioaktiv şüanın xroniki təsiri zamanı eozinoflllərin miqdarı artır.

Bazofillərin sayının dəyişməsi. Bazofıllər çox yüksək radiasiya qarşı həssasdırlar. 100R və bundan yüksək doza ilə şüalandıran zaman keçən bir sutka ərzində bazofılin miqdarı kəskin azalır; şüa reaksiyasının səviyyəsindən asılı olraq qanda qeyd olunan toxumalar bəzən yoxa çıxır.

Monosidlərin sayının dəyişməsi. Şüalanma zamanı digər qrup leykositlərə nisbətən monosidlərin miqdarı çox az dəyişir.Yarımletal doza ilə heyvanı şüalandıran zaman monositlərin sayının azalması üçüncü sutkada qeyd olunur,və bir həftə davam edir, sonra isə bərpa dövrü başlayır.

Eritrositlərin sayının dəyişməsi. Ədəbiyyat məlumatları eritrositlərin, leykositlərə nisbətən radiasiyaya həssaslığının çox az olmasını qeyd edirlər. Məsələn, itlərin və dovşanların eritrositlərini orqanizmdən kənar 40 və 60R doza ilə şüalandıran zaman funksional tərkib dəyişilmir, lakin onların yaşama müddətlərinin zəif artması qeyd olunur.

Heyvanları subletal doza ilə şüalandıran zaman qanda eritrositlərin miqdarı demək olar ki, dəyişilmir. Hemoqlobinin də miqdarında bir o qədər kəskin dəyişiklik qeydə alınmır. Retikulosidlərin şüalanmış orqanizmdə miqdarının artması zamanı eritropoezanın aktivləşməsi müşahidə olunur, eritrositlərin yaşama müddətinin azalması və morfoloji quruluşunun dəyişməsi, heyvanın həssaslığından asılı olması ilə izah edilir. Letal doza ilə şüalandıran zaman qanda leykositlərin miqdarının azalmasının güclənməsi nəticədə qan azlığının yaranması qeyd olunur.



Trombositlərin miqdarının dəyişməsi. Trombositlərin radiohəssaslığı leykosit və eritrositlərin arasında orta vəziyyəti tutur. Orta letal doza ilə şüalandıran zaman trombositlərin miqdarı beş sutkaya qədər eyni vəziyyətdə saxlanılır, sonra isə kəskin azalaraq 9-cu, 10-cu gün ən aşağı həddə çatır. Kəskin şua xəstəliyinə tutulmuş heyvanlarda bu vaxt hemorragiyanın əmələ gəlməsi, yüksək dozada isə hemorragiya sindromun inkişaf etməsi qeydə alınır.

Quşlarda trombositlər yekə olmaqla ellipsə oxşar formadadırlar, nüvə və sitoplazması yaxşı görünür. Subletal doza ilə şüalandıran zaman trombositlər zəif azalır. Şüalanmanın 7-8-ci günü ən yüksək depressiya vəziyyətini alır. Yarımletal doza ilə şüalandıran zaman onların enmə miqdarı ilk gündə qeyd olunur. Onu da qeyd etmək lazımdır ki, şüalanmış orqanizmdə trombosilərin miqdarının dəyişməsi, onların keyfiyyətcə də dəyişməsinə təsir göstərir.


Şüalanma zamanı qan laxtalanmasının zəifləməsi.
Heyvanların şüa zədələnmələri zamanı daima izlənilən əlamətlərdən biri qanda laxtalanma sistemində pozğunluqların yaranması bəzi hallarda hemorroji vəziyyətə gəlib çıxmasıdır.

Kəskin şüa xəstəliyi zamanı qanın laxtalanması dəyişir ki, bu da şüalanmanın qanın ümumi koaqulyasiya fəaliyyətinə təsir etməsi ilə əlaqədardır.

Kəskin şüa xəstəliyi zamanı qan laxtalanmasının birinci fazasında dəyişikliyin baş verməsi qeyd olunur, bununla bərabər əmələ gələn tromboplastinin miqdarı azalır. Göstərilən dəyişikliyin əmələ gəlməsinə əsas səbəb trombositlərin çatışmamazlığı və bunun digər səbəbi isə qanda antikoaqulyantlığının artmasıdır.

Qanın laxtalanmasının ikinci fazası fəal trombsahənin prortombinə təsir etməsi nəticəsində, trombinə keçməsidir, bu proses şüa xəstəliyi zamanı az dəyişir.

Qanın laxtalanması üçüncü fazada özünü əhəmiyyətli dərəcədə göstərir, bu zaman fibrinogendən fibrin əmələ gəlir. Şüa xəstəliyinin gedişində fibrrinogenin sayının artması qeyd olunur. Şüa xəstəliyi zamanı fibrinin ultraquruluşunda pozğunluq qeydə alınır. Bu zaman fibrin arasında olan məsafə qısalır və qeyri-səliqəlilik yaranır, fibrinə oxşar fizioloji xüsusiyyət itir.

Trombositin miqdarca və morfoloji xüsusiyyətinin dəyişilməsi nəticəsində onların funksional quruluşunda dəyişikliyin əmələ gəlməsi qeyd olunur.Trombositlərin aqresivlilik fəaliyyətin normadan kənara çıxması, trombositin degenerasiyanın qeyri normallığının yaranması, trombositlərin miqdarının azalmasına gətirib çıxarır.

Qan və qandoğuran orqanlarda ardıcıl kəskin dəyişikliklərin əmələ gəlməsi (trombositlər, qanın laxtalanmasının dəyişməsi) qan damar divarlarının quruluşunun normadan kənara çıxması ilə qeydə alınır.

AZƏRBƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ
BAYTARLIQ TƏBABƏTİ VƏ ZOOMÜHƏNDİSLİK FAKULTƏSİ
"YOLUXMAYAN XƏSTƏLİKLƏR" KAFEDRASI
MÜHAZİRƏNİN MÖVZUSU:
RADİOAKTİV ELEMENTLƏRİN TOKSİKOLOGİYASI

MÜHAZİRƏÇİ:
DOSENT CƏFƏROV XANZADƏ XƏLİL OĞLU.
GƏNCƏ-2017
Mövzu 9

RADİOAKTİV ELEMENTLƏRİN TOKSİKOLOGİYASI
Mühazirənin planı:


  1. Radioaktiv izotopların toksikologiyası qarşısında duran vəzifələr

  2. Radioaktiv izotopların toksikogenliyinə şərait yaradan faktorlar

  3. Radioaktiv maddələrin orqanizmdə paylanması

  4. Radioaktiv izotopların toksiklik səviyyəsini təyin edən faktorlar


Mühazirə mətninə müvafiq ədəbiyyat siyahısı.
1. Cəfərov X. X. Baytarlıq radiobiologiyası 2012
2. Cəfərov X. X. Radiobiologiya 1987
Radioaktiv elementlərin toksikologiyası günün ən vacib məsələlərindən biridir.

Bu sahə radioaktiv izotopların orqanizmə daxil olması qanunauyğunluqları, bunların orqanizmdə paylanması və ayrı-ayrı orqanlarda hansı səviyyədə toplanması, onların orqanizmdən necə xaric olmasını öyrədir. Radioaktiv izotopların orqanizm tərəfındən mənimsənilməsi və onların orqanizmdən xaric olmasını tezləşdirən üsullar işləyib hazırlayır.

D.İ.Mendeleyevin dövrü sistem cədvəlində olan kimyəvi elementlərin hər hansı izotopları orqanizmə düşdükdən sonra maddələr mübadiləsində, təbii elementlər iştirak etdiyi kimi özünü aparır.

Radioaktiv izotopların toksiki təsiri onların yaratdığı radioaktiv şüaların parametri ilə təyin olunur.

Orqanizmə düşmüş radionuklidlərin təsiri heç də bu izotopların yaratdığı şüaların təsirindən fərqlənmir. Bunların bir fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, izotoplar maddələr mübadiləsinə girərək uzun müddət orqanizmdə dövriyyədə iştrak edir. Radioaktiv izotopların aktivliyini kimyəvi və fıziki maddələrlə söndürmək mümkün deyil.
Radioaktiv izotopların toksikogenliyinə şərait yaradan faktorlar.
Radioaktiv izotopların toksikliyi aşağıdakılardan ibarətdir:

1. Növü və enerji şüalanması, parçalanma müddəti

2. Maddənin fıziki-kimyəvi xüsusiyyəti, radioaktiv izotopların hansı tərkibdə orqanizmə daxil olması.

3. Radioaktiv izotopun orqanizmdə və toxumada paylanma xüsusiyyəti

4. Orqanizmdən xaric olma sürəti.

Enerji saxlanması və növü. Radioaktiv izotopların təsir etmə xüsusiyyətləri onların enerji verməsindən asılıdır. O, nə qədər güclü olarsa, təsiri də bir o qədər çox olacaqdır.

Radioaktiv izotopların toksikliyinin təyin olunması şüalanmanın növü ilə izah olunur.

Müxtəlif növ şüaların bioloji təsiri, onların enerji vermə səviyyəsindən (EOX), enerjinin ötürülmə xəttindən asılıdır. Enerjinin ötürülmə xətti, səviyyəsi, kvantların və hissəciklərin möhkəmliyinin yaranmasına şərait yaradır. Ağır hissəciklərin sıxlığı həddindən yüksək, yüklülərin cəmi isə zəifdir, yəni enerji yüksək olarsa, hissəciyin getmə məsafəsi qısa, enerji ötürülmə xətti isə çox olacaqdır.

Güclü enerji ötürmə səviyyəsi olan şüalar yüksək bioloji effektliyə malikdirlər.


Cədvəl 6.

İonlaşdırıcı şüaların bioloji təsirini xarakterizə edən göstəricilər

Şüalar



Enerji MEV

Əzələ

toxumasına nüfuz etmə məsafəsi



1mkm yolda ionizasiyanın

orta qiyməti



Orta EOM KeV/mkm

Ümumi


bioloji

effektlik

əmsalı


Rentgen və qamma şüası

1

20sm və daha çox

15

0,49

1

-hissəcikləri

1

4,4 mm

8

0,23

1

a - hissəcikləri

5

35 mkm

4,500

143,0

10

Proton

1

22 mkm

-

45,0

10

Neytron

0,9

-

840

27,4

10

Şüalanmanın bioloji effektivlik fərqini müəyyən etmək üçün enerjinin ötürmə xəttini, bioloji effektlik münasibəti qəbul edilmişdir (ÜBE - ümumi bioloji effektlik). Məsələn, orqanizmi yüksək sürətli neytronla ümumi şüalandırılan zaman ümumi bioloji effektlik 10-a bərabərdir, cinsiyyət vəzisini yerli şüalanma zamanı bu effektlik 35-ə bərabərdir.

Radioaktivliklərin parçalanma müddəti onun bioloji effektliyinin əsas xassəsidir. Məsələn, quşlar və xırda buynuzlu heyvanlar üçün parçalanma müddəti bir neçə gündən bir neçə ilə qədər olan izotoplar ən qorxulu hesab olunur. Bu onunla izah olunur ki, parçalanma müddəti qısa müddətli, yəni dəqiqə və saniyə ilə ölçülən izotopların əsas kütləsi toxumaya çatmadan azalır və təhlükə yaratmır. Məsələn 212PƏ və ya 220Pa izotoplarının dağılma müddətləri 3107 saniyədir. İzotop yod 134, 136, 140 hansı ki, bunlar ağır nüvələrin məhsulları sayılırlar, parçalanma müddətləri bir neçə saniyədən bir neçə dəqiqəyə bərabərdir.

Yüksək parçalanma xassəsinə malik olan radioaktiv elementlər (10 il və bundan artıq) təbii halda əhəmiyyətli doza yarada bilmirlər, hansı ki, bu da şüa xəstəliyi əmələ gətirmə xassəsinə malik deyil. Məsələn, 238U-un parçalanma vaxtı 4,5109 ildir, əgər belə hesab etsək ki, yer səthində onun səviyyəsi 1/10000 %-dir, orqanizmdə demək olar ki, bu çox aşağıdı, burdan belə nəticəyə gəlmək olar ki, bu təbii halda heyvanlarda şüa xəstəliyi yarada bilməz, bir sıra hallarda toksiklik səviyyəsi də aşağıdır. Bunların toksiklik səviyyəsi nəsil məhsullarının hesabına arta bilər.




Fiziki-kimyəvi maddələrlə radioaktiv elementlərin orqanizmə daxil olması

Orqanizmə daxil olan radioaktiv elementlərin toksiki təsiri, onun hansı qarışıqda olmasından çox asılıdr. Ən yüksək təsir etmək xassəsinə tez bir zamanda qaz və suda həll olan izotoplar malikdir. Bunlar ardıcıl olaraq yüksək səviyyədə qanın tərkibinə sorulurlar, tez bir zamanda orqanizmə paylanır və yaxud hər hansı bir orqanda toplanır.

Çox zəif həll olan radioaktiv elementlər ağciyərə, seliklı qişaya, mədə-bağırsaq sisteminə, qida və su vasitəsi ilə düşərək toxuma tərəfındən sorulur və uzun müddət orqanlarda, mədə-bağırsaqda qalaraq, yerli radioaktiv zədələnmə yaradır. Bioloji təsir etmə xassəsinə malik radioaktiv elementlər ən yüksək toksiklik vəziyyəti yaradır və bunların analoqları olan, lakin radioaktivlik xassəsi daşımayan kimyəvi elementlər ilə birləşmələr əmələ gətirərək toxuma və hüceyrə tərəfindən mənimsənilirlər.

Radioaktiv elementlər qida, su, tənəffüs və zədələnmiş dəri vasitəsi ilə heyvan orqanizmasına düşərək, çox qısa bir vaxtda öz analoqları ilə birləşmə əmələ gətirir. Bu da maddələr mübadiləsində iştirak edərək daxili orqanların qurluşunda patanatomik dəyişikliklər və heyvanın ümumi vəziyyətində süstlük yaradır.

Radioaktiv aerozolların daxil olma dərəcəsi və onların ağciyərdə saxlanılması hüceyrələrin yükündən və ölçüsündən asılıdır. Qaz formalı radioaktiv elementlər ağ ciyərdən tezliklə qana və orqanizmin bütün nahiyələrinə aparılır. 0,5 mkm ölçüdə olan radioaktiv elementlər asanlıqla ağciyərə daxil olur və tezliklə, orada saxlanılmadan çıxır. Ölçüsü 0,5-1 mkm olan radioaktiv elementlərin 90%- 5 mkm olan radioaktiv tozların 20%-i ağciyərdə saxlanılır. Bir qədər iri həcmli radioaktiv elementlər yuxarı tənəffüs yollarından öskürəklər nəticəsində mədəyə düşür.

Radioaktiv elementlərin heyvan orqanizminə daxil olması əsasən həzm üzvləri ilə baş verir, yem və su ilə daxil olan radioaktiv elementlərin sorulma səviyyəsi əsasən kimyəvi birləşmənin xassəsindən və heyvanın fızioloji xüsusiyyətindən asılıdır.

Radioaktiv elementlər orqanizmə düşdükdən sonra sorulma vaxtı heyvanın yaşından və fizioloji xüsusiyyətindən asılıdır. Cavan heyvanlarda mənimsənilmə yaşlılara nisbətən çox sürətlə gedir.

Qana sorulmuş radioaktiv elementlərin maddələr mübadiləsində iştirakı özlərinin stabil elementləri kimi həyata keçir.



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə