Mühazirənin planı: Maddələrin qruluşu və xassəsi Süni və təbii radioaktivlik


Radioaktiv maddələrin orqanizmdə paylanması



Yüklə 0,8 Mb.
səhifə6/9
tarix08.10.2017
ölçüsü0,8 Mb.
#3658
növüMühazirə
1   2   3   4   5   6   7   8   9

Radioaktiv maddələrin orqanizmdə paylanması.
Qana sorulmuş radioaktiv izotopların orqanizmdə özünü aparması aşağıdakı qaydada təyin olunur.

1. Stabil elementlərin dövriyyədə özlərini radioaktiv elementlər kimi aparması onların orqan və toxumalar tərəfindən qısa müddətdə mənimsənilməsinə imkan yaradır. Məsələn, kalsiumun spesifık əhəmiyyətliliyi yerinə yetirməklə daima toxumanın tərkibinə daxil olaraq sümük toxuması üçün yüksək tropluğa malikdir, qalxanvari vəzi üçün yod yüksək tropluq daşımaqla bərabər qısa müddətdə qeyd olunan nahiyəyə toplanır.

2. Radioaktiv izotopların fiziki-kimyəvi xassisəsi D.İ.Mendeleyevin dövri sistem cədvəlinə görə elementlərin yerləşməsi, izotopların valentlik forması, kimyəvi birləşmədə həll olması, qanda kolloid qarışıqların əmələ gətirməsi xüsusiyyətindən asılıdır.

3. Radioaktiv izotopların orqanizmdə paylanması növlərinə görə onları dörd əsas qrupa bölürlər, xüsusi qrupa əsasən yod daxil edilir.

Bütün növ heyvanlarda radioaktiv elementlərin paylanma forması demək olar ki, eynidir, bu proses heyvanların yaşından asılı olaraq az dəyişə bilər.

Boğaz heyvanlarda radioaktiv izotoplar plasentadan keçərək embrionun orqanizminə toplanır. Cavan heyvanlarda sovrulma ardıcıl olaraq gedir və toxumanın tərkibinə daxil olur. Bununla bərabər bir sıra radioaktiv elementlər orqanlara eyni səviyyədə toplanmır. Məsələn, inkişafda olan heyvanlarda stronsium -90 qığırdaq toxumasına, sonra isə sümüyün tərkibinə toplanır. Radioaktiv elementlərin eyni bərabərdə toxumaya toplanması izotopun xassəsindən və toxumanın tərkibindən asılıdır.



Cədvəl 7.

Radioaktiv elementlərin orqanizmdə paylanma qanununa uyğunluqları



Paylanması

Elementlər

Eyni bərabərdə



Birinci dövri sistemə daxil olanlar - hidrogen, litium, natrium, kalium, sezium,civə, xlor, brom və sair.

Skelet (sümük tərkibli)


Qələvi-torpaq elementləri - berillium, kalsium, sirkonium, itrium, ftor və başqaları.

Qaraciyər tərkibli


Lantanium, serium, platonium, torium, manqan və digərləri

Böyrək təkibli


Bismut, sürmə, arsen, uran,selen, və digərləri.

Tiriotropluq

Yod, astanium, brom.

Orqanizmə düşmüş radioaktiv elementlər, necə stabil elementlər kimi sidik, süd, kal, yumurta və digər məhsullarla xaric olur. Orqanizmə daxil olmuş radioaktiv elementlərin müəyyən vaxt ərzində orqanizmdən xaric olması bioloji azalma kimi adlanır. Radioaktiv elementlərin orqanizmadə azalmasının tezləşməsi aşağıdakı qaydada gedir.

A qrupu. Radiotoksiki qruplar. Xüsusilə yüksək toksiki xassəyə malik olan radioaktiv elementlərdən qurğuşun-210 radium- 226, torium-230, uran-232, plotonium-238 və sairlərini qeyd etmək olur. Bunların suda orta illik icazə verilmiş dozası X() ki\l-dir.

B qrupu. Yüksək toksiki xassəyə malik olan radioizotoplar bunların suda icazə verilmiş illik dozası x(10-7-10-9) ki/1 bərabərdir. Bu qrupa plutonium-l06, yod -131 sezium-144, bismut-210, torium-234, uran-235, protonium-241 və digərləri daxildir.Bu qrupa stronsium-90 da aiddir, hansı ki, bunun suda qeyd olunan qatılığı ki\l-dir.

C qrupu. Orta toksiki xassəyə malik olan radioaktiv izotoplar. Qeyd olunan qrupa daxil olan izotopların suyun orta illik dozası X.(10-7-10-8) ki/1 müəyyən olunmuşdur. Bu qrupa natrium-22, fosfor-32, kükürd-35, xlor-36, kalsium-45, dəmir -59, kobalt-60, stronsium-89, ittrium-90, molibden-99, sezium-137, barium-140, qızıl-196 və digərləri daxildir.

D qrupu. Bir qədər zəif toksiki xassəyə malik olan izotoplardır. Suda orta illik dozası X.(10-7-10-6) ki/litrə bərabərdi. Bu qrupa aşağıdakı izotoplar daxildirlər: berium-7, karbon qazı-14, ftor-18, xrom -51, dəmir-55, tellur-129, platin-197, civə-197 və digərləri

E qrupu. Bu qrupa su H3 və onun kimyəvi birləşmələri daxildir. Suda icazə verilmiş dozası 3,2 .10-6 ki\l qəbul olunmuşdur.
Radioaktiv izotopların toksiklik səviyyəsini təyin edən faktorlar
Radioaktiv elementlərin toksiki effektliyi onların fiziki xassəsi, izotopun enerji miqdarı və onun parçalanma müddəti, orqanizmdən xaric olma sürəti, radioaktiv elementin xassəsi, heyvanların növü və radiohəssaslığı ilə təyin olunur.

Ağır element nüvələrinin parçalanması nəticəsində əmələ gələn izotoplardan yod-131, stronsium-90, sezium-137 heyvan və insan orqanizmi üçün ən lazımlı əhəmiyyət daşıyır.



Cavan parçalanma məhsullarının toksikologiyası. Cavan parçalanma məhsulları əsasən qısamüddətli yaşayan radioaktiv qarışıqlardır. Ona görə ki, onların aktivliyinin azalması tez baş verir. Demək olar ki, hər 7 saatdan bir aktivliyin səviyyəsi 10-dan aşağı düşür, sonrakı 7 saatda isə aktvlik 1%, bir həftədən sonra isə 0,01% qalır. Yuxarıda göstərildiyi kimi ən çox bioloji əhəmiyyət daşıyan yod (yod-131, 132, 133, 135) həmçinin qısa müddət yaşayan stronsium-89-91, molibden-99, tellur-132, barium-140, tez bir vaxtda orqnizmdən xaric olurlar və heyvan orqanizmində bir o qədər kəskin dəyişiklik əmələ gətirmir.

Orqanizmə daxil olmuş qısa müddətli yaşayan radioaktiv elementlərin bioloji təsiri əsasən betta şüasının hesabına əmələ gəlir. Orqanizmə yemlə daxil olan lakin nəql olunmayan qarışıq ən yüksək təsir mədə-bağırsaq sisteminə, nəql olunma yolu ilə qarışıqlar düşərsə ən çox təsiri qalxanvari vəziyə, mədə-bağırsaq sisteminə və sair sahələrə göstərir.

Qısa müddətli yaşanma xüsusiyyətinə malik olan qarışıq izotopların orqanizmə düşmə miqdarından asılı olaraq xəstəlik kəskin və xroniki formada yarana bilər. Belə bir şüa xəstəliyinin əlamətləri, qamma şüası ilə yaranan şua xəstəliyinin əlamətlərinə uyğun gəlir və bəzi hallarda diaqnozun qoyulmasını çətinləşdirir. Kəskin şüa xəstəliyi zamanı heyvanlar yemdən imtina edir, ürək-damar sistemində çatışmamazlıq əmələ gəlir.

Yod-131 izotopunun toksikologiyası. Məlum olduğu kimi atom çəkisi 117-126 və 128-139 qədər olan 24 yod izotopu mövcuddur. Bunlar hamısı nüvə reaksiyası zamanı yaranan süni izotoplardır. İlk dəfə olaraq 1934-cü ildə E.Fermi stabil yod 127-yə neytronla təsir edərək almışdı; digər üsulla izotop yodun alınması tellurun neytronla bombardman edilməsi nəticəsində mümkün olmuşdur.

Radioaktiv yod kənd təsərrüfatı heyvanlarının orqanizminə ola bilsin ki, həzm üzvləri, tənəffüs, dəridə olan yaralardan və sair yollarla daxil ola bilər.

Yod orqanizmə düşdükdən sonra ən fəal biogen element sayılır, bu izotop tamamilə qana sorularaq 60%-i qalxanvari vəziyə toplanır. Nüvə silahlarının partlayışı zamanı ilk həftədə yer səthinə enən bütün radioaktiv elementlər 19% təşkil edir. Bunların içərisində ən əhəmiyyət daşıyan parçalanma müddəti 7 gün olan radioaktiv elementlərdir. Radioaktiv izotop orqanizmə düşdükdən sonra toxumalarda digər elementlərə nisbətən aşağıdakı qaydada paylanır: qan, əzələ, dalaq, mədəaltı vəzi, böyrək, qaraciyər, yumurtalıq; selikli qişa; nəcis, süd; qalxanvari vəzi və sidik.

Orqanizmə daxil olan radiaktiv yod-131 sağlam heyvanların 1 litr südündə sütka ərzində 1% xaric olur. Radioaktiv yodunuzun müddət toyuq orqanizminə düşməsi nəticəsində 16% yumurtanın sarısı və 1% isə yumurtanın ağı ilə xaric olur.

Radioaktiv yodun toksiklik xassəsi ilk əvvəl qalxanvari və-zini zədələməsiilə əmələ gəlir. Tiroid toxumada az dozada radioaktiv izotop yod elə bir nəzərə çarpan dəyişiklik əmələ gətirmir. Radiaktiv izotop 131yüksək dozası bütün növ heyvanların qalxanabənzər vəzisində və onun birləşdirici toxumasında dəyişiklik əmələ gətirir. Radioaktiv yod verildikdən sonra qalxanabənzər vəzidə DNT və RNT saxlanılması azalır, fosfataza fermentinin və DNT-nın eyni bərabərdə paylanmaması, həmçinin bir sıra fermentlərin aktivliyinin azalması ilə müşahidə olunur. Rus alimlərinin məlumatına görə yemlə 240 mk/kü yod -131 alan qoyun 450 gün yaşayaraq bala vermişdir, lakin quzu doğulduqdan bir həftə sonra ölmüşdü. Yaşlı qoyunlarda qalxanvari vəzinin tam dağılması ilk anlarda özünü normal göstərir, lakin sonra isə tez bir vaxtda vəzidə çatışmamazlıq qeydə alınır, iştahın pozulması, zəifləmə, ishalın əmələ gəlməsi, dərinin ağrıması, ətrafın quruması müşahidə edilir.

Sezium-137 izotopunun toksikologiyası. Radioaktiv izotop sezium qrupuna daxil olanlardan ən yüksək bioloji təhlükə yaradan sezium-137 izotopudur.

Bu izotop betta və qamma şüası əmələ gətirir. Təsirini itirmə müddəti 30 ildir. Bu izotop ağır metalların məhsuludur və toksiklik dərəcəsinə görə B qrupuna daxildir.

Sezium-137-nin əmələ gəlməsi və onun radioaktiv çevrilməsini aşağıdakı qaydada yazmaq olar:
(dayanıqlı)
Radioaktiv sezium-137 heyvan və digər canlıların orqanizminə yemlə düşdükdən sonra tamamilə qana sorulur və sonra isə eyni bərabərdə toxuma və orqanlara paylanır. Ayrı-ayrı heyvan orqnizminə izotopun daxil olmasından asılı olmayaraq paylanma qaydası demək olar ki, eynidir. L.A.Buldakova və G.T.Moskalevə görə izotopun orqanizmdən xaric olması birbaşa heyvanın çəkisindən asılıdır.

Bir sutka ərzində iri buynuzlu heyvanların və qoyunların orqanizminə daxil olan seziumun -1,25%-i südlə xaric olur. Heyvanların boğazlıq dövründə radioaktiv sezium asanlıqla ana orqanizmindən embrionun orqanizminə keçə bilir. İlk aylarda körpələri südlə yedizdirilən zaman radioaktiv sezium-137-izotopu daha ardıcıllıqla ana bətnindən xaric olur.

Qoyun orqanizminə bir dəfədə 5 mkm/kq dozada radioaktiv sezium daxil olarsa xəstəliyin klinik sindromu qamma şüasının xaricdən təsir etməsi nəticəsində yaranan əlamətlərlə demək olar ki, uyğundur.

Stronsium-90 izotopunun toksikologiyası. Nüvə reaksiyaları nəticəsində əmələ gələn Sr-90 izotopu digər elementlərə nisbətən bir qədər yüksək bioloji təsir etmək xüsusiyyətinə malikdir. Reaksiyalar zamanı yeni nüvə qəlpələrinin çökməsi təsadüf edilərsə bu qəlpələr sırasına bioloji təsir etmə xüsusiyyətinə malik olan stronsium 89 izotopunu da qeyd etmək olar.

Radioaktiv stronsium uzun müddət yaşama qabiliyyətinə malik olan izotopdu. Onun parçalanma müddəti 28 ildir. Radioaktiv parçalanmaya məruz qalan stronsium-90 yeni nəsil məhsulu olan itrium-90-na çevrilir. Stronsium-90-nın əmələ gətirdiyi orta enerji miqdarı 0,21-ə bərabərdi, itrium-90-da 0,87 MEV enerji verir.Stronsium-90, ittrium-90 betta şüalanmasının orta enerji miqdarı 0,545 MEV-ə bərabərdi. Stronsium -90 çəki miqdarı atmosferdə həddindən az olması və güclü təsir etmə xassəsinə malik olması nəticəsində 1 ay müddətində kənd təsərrüfat heyvanlarında 50% ölümün baş verməsilə nəticələnir. Bir qramda bu izotop cəmi % təşkil edir. (Qusev).

Stronsium 90 -hissəciklərinin heyvan toxumasında orta uçuş məsafəsi 0,5 mm, ittrium -90 üçün isə 4 mm-dir.

Sümük toxumasının yumşaq toxumaya nisbətən sıxlığının yüksək olması ilə əlaqədar olaraq - hissəciklərinin yayılması azlıq təşkil edir. Bununla əlaqədar olaraq - hissəciklərinin enerjisinin böyük hissəsi skeletdə cəmləşir, sonra isə onurğa beyində və sümük toxumasında toplanır.

Stronsium 90 təsir etmə xüsusiyyəti bununla izah olunur ki, skeletə toplanır və uzun müddət orada qalır və yavaş-yavaş toxumaları şüalandırır, buna görə də sümük toxumasında və qan doğuran onurğa beyində dəyişiklik digər orqanlara nisbətən daha yüksək səviyyədə qeyd olur. Hansı ki, daxili və digər orqanlarda patoloji dəyişikliklər yalnız birbaşa şüalanmanın təsiri ilə deyil təkrar olunan reaksiyaların hesabına əmələ gəlir.

Radioaktiv stronsium orqanizmə düşdükdən sonra onun patanatomik intensivliyi əsasən dozadan və daxil olduğu vaxtdan asılıdır.

L.A.Buldakov və V.A.Nəzərovun məlumatına görə stronsium 903,910-6 ki dozada hər gün qoyun orqanizminə daxil olduqda dəyişiklik yalnız 3-5 aydan sonra qeydə alınır.

Stronsium 90-nın yüksək dozası nəticəsində yaranan xəstəlik kəskin formada gedir.

Stronsium-90 az dozada uzun müddət orqanizmə daxil olması nəticəsində olsun ki, şüa xəstəliyi yaransın və yaxud boy inkişafının dayanması baş versin, heyvanın yaşama müddəti aşağı düşsün, məhsuldarlıq azalsın.

Stronsium 90-la xroniki zədələnmələr zamanı bərpa olunma çox zəif gedir. Bu izotop 0,4-0,6 mki/kq dozada bir dəfəyə itlərin daxilinə verilən zaman kəskin şüa xəstəliyi əmələ gəlməsinə səbəb olur.

Dovşanlar, siçanlar və siçovullar üçün 0,8-1,2 mki/kq, meymunlar üçün 0,2mki/kq kəskin toksiki doza sayılır. Əgər bir dəfədə verilən dozanı 2-3 dəfə azaltmış olarıqsa heyvanlarda xroniki şüa xəstəliyi əmələ gəlir (Kroevski, Litvinov, Solovey).

Xarici şüalanma zamanı əmələ gələn kəskin şüa xəstəliyinin kliniki və patanatomik dəyişiklikləri daxili şüalanmadan əmələ gələn xəstəliyilə çox oxşardır. Bununla əlaqədar olaraq heyvanlar zəifləyir,və cavab reaksiyası aşağı düşür.Tez bir zamanda heyvanın çəkisi azalır, bu da əksər hallarda mədə-bağırsaq sisteminin pozulması ilə uyğun gəlir. Xəstəliyin əmələ gəlməsi nəticəsində dəri və dərialtı toxumada dəyişikliklər yaranır. Heyvanda dəri öz parıltısını itirir, tük tökülür və bəzi hallar da bu daima davam edir. Selikli qişalarında qansızma halları, ağız boşluğunda isə yaralar əmələ gəlir.

Radioaktiv stronsium 90-nın təsiri zamanı sinir sistemində də dəyişikliklər qeydə alınır. Kəskin və yarımkəskin doza ilə təsir zamanı ilk əvvəl heyvanda ətraf mühitə qarşı oyanma, sonralar isə bu zəifləməklə əvəz olunur. Xroniki şüa xəstəliyi zamanı heyvanlarda trofık pozulmalar, yəni, tükün tökülməsi, ağarması, sümükdə və selikli qişada dəyişikliklər qeydə alınır.

Stronsium 90-ın kəskin və yarımkəskin toksiki təsiri zamanı ürək-damar sistemində baş verən dəyişikliklər daxili şüalanmanın təsirindən əmələ gələn xəstəliklərdən çox az fərqlənir. Kəskin və yarımkəskin şüa xəstəliyi zamanı qan təzyiqinin yüksəlməsi, sonra isə bunun kəskin aşağı düşməsi qeydə alınır.

İzotopun toksiklik təsiri nəticəsində mədə-bağırsaq sistemində morfoloji və funksional əlamətlər daşıyan orqanlarda kəskin dəyişiklik əmələ gəlir. Kəskin zəhərlənmə zamanı heyvanlarda seliyin axması, ardıcıl qusma halları, qəbizlik qeydə alınır. Bəzi hallarda bağırsaqlarda perestaltkanin zəifləməsi əmələ gəlməsi qeyd olunur. Yarımkəskin şüa xəstəlikləri zamanı təxmini olaraq həmin əlamətlər baş verir, lakin bu bir o qədər nəzərə çarpmır.

Kəskin zəhərlənmələr zamanı selikli qişada qansızmalar və bağırsağın selik altı toxumasında, limfoid follikullarınn kiçilməsi və mədə-bağırsağın bütün toxumalarında dəyişikliklər qeydə alınır. Xroniki şüa xəstəliyi zamanı bağırsaq epitelisində kəskin dəyişikliklər, toxumanın piknozluğu nazik bağırsağın büzüşməsinin zəifləməsi, epiteli toxumasının quruma halları qeydə alınır. Bakalvari hüceyrələrin yoğun bağırsaqda azalması qeydə alınır. Plazmatik hüceyrələrin mədə-bağırsaqda artması, sinir sistemində oyanmanın zəyifləməsi qeydə alınır. Müəyyən olunmuşdur ki, mədə-bağırsaq sistemində ilthabi prosesin bərpası zəifləyir.

Stronsium 90 izotopu ilə zəhərlənən zaman qan doğuran orqanlarda dəyişikliklərin baş verməsi əsas yerlərdən birini tutur. V.A.Kirşin, N.K.Petrov və başqalarının verdiyi məlumata görə kəskin və orta kəskin şüa xəstəliyi zamanı qanda dəyişikliyin baş verməsi, ilk andan özünü birüzə verir. Bu proses izotop daxil olunduğu müddətdən 3-5 il keçənə qədər davam edir.

İzotop veriləndən iki həftə sonra eritrositlərin azalması müşahidə olunur və 4-7 ay müddətində onların səviyyəsi aşağı düşür. Qanın rəngi artır və ən yüksək səviyyəyə çatır. Sonrakı vaxtlarda sağ qalmış heyvanların qanında eritrositlərin miqdarı artır və 2-3 ildən sonra bir qədər normaya yaxınlaşması qeydə alınır.

Radioaktiv stronsium orqanizmə verildiyi ilk gündən ağ qan hüceyrələrinin zəifləməsi qeydə alınır. Bir həftədən sonra leykositlərin miqdarı kəskin aşağıya düşür, 4-5 həftədən sonra onların miqdarı 40-70% təşkil edir. Sonrakı günlərdə sağ qalan heyvanlarda leykositlərin miqdarı artır, lakin əvvəlki səviyyəyə çatmır. Neytrofıllərin miqdarı 50-60% azaldığına görə leykopeniya əmələ gəlir.

Cavanların sümük və skeletinə stronsium 90- təsir etməsi çox təhlükəlidir. Radioaktiv stronsium sümük toxumasında eyni olmadığı üçün skeletin ayrı-ayrı hissəciklərində orqanlarında onun paylanması eyni qaydada müşahidə olunur.

İnkişafda olan heyvanlarda ən kəskin dəyişiklik sümüyün inkişaf edən nahiyələrində, yaşlılarda isə uzunsov beyində boruvari dəyişmə qeydə alanır. İlk əvvəl onların özünəməxsus formada zəifləməsi, sümüyün osteoid toxumasında və regenerasiyasında dəyişiklərin əmələ gəlməsi qeydə alınır.

Heyvan orqanizminin daxilinə stronsiumun təsiri zamanı, xarici şüalanmada olduğu kimi orqanizmin immunobioloji reaksiyasında və müdafıə qabilyyətində özünəməxsus zəifləmələr gedir, vaksin vurulduqda antitelin hazırlanması, eyni zamanda immunitetin zəifləməsi, sümük toxumasında faqositoz aktivliyin aşağı düşməsi qeydə alınır.

Stronsiumun toksiki təsiri zamanı bütün növ mübadilələrdə, sekresiya vəzilərində, hipofizdə, böyrəküstu vəzidə, qalxanvari vəzidə dəyişikliklər qeydə alınır.

Tez-tez hallarda gözdə bir sıra dəyişikliklər qeydə alınır, bəzi hallarda gözün kataral ilthabı müşahidə olunur.

Radioaktiv izotopların orqanizmdən xaric olmasını və onun orqanizm tərəfindən mənimsənilməsini tezləşdirmək məqsədi üçün bir sıra kimyəvi maddələr işlənib hazırlanmışdır. Bu qrupa daxil olan izotop stronsium, litiumun, kükürdün və başqalarının xaric olmasını tezləşdirən kimyəvi preparatlar ta-pılmışdır. Bunlardan etilengiamin otetransksusmeya turşusu, etilendiaminotetranksuskuyu turşusu və sairlərini qeyd etmək olar.

Radioaktiv izotopların orqanizmdə qalma müddəti bioloji yarımçıxarılma dövrü (Tbioloji) ilə xarakterizə olunur. Radioaktiv izotopların bioloji yolla orqanizmdən çıxması zamanı, onun aktivliyinin iki dəfə azalması üçün lazım olan vaxtda yarımçıxarılmanın bioloji dövrü deyilir. Əslində radioaktiv izotopların ümumi aktivliyi həm izotopun bioloji çıxarılması yolu ilə, həmdə onun radioaktiv parçalanma yolu ilə azalır. Bioloji çıxarılma və radioaktiv parçalanma yolu ilə ümumi aktivliyin iki dəfə azalması üçün lazım olan vaxta yarımparçalanmanın effektiv dövrü (Teff) deyilir və aşağıdaki dusturla təyin olunur.


Teff=
AZƏRBƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ
BAYTARLIQ TƏBABƏTİ VƏ ZOOMÜHƏNDİSLİK FAKULTƏSİ
"YOLUXMAYAN XƏSTƏLİKLƏR" KAFEDRASI
MÜHAZİRƏNİN MÖVZUSU:

KƏND TƏSƏRRÜFAT HEYVANLARININ ŞÜA XƏSTƏLİYİ

MÜHAZİRƏÇİ:
DOSENT CƏFƏROV XANZADƏ XƏLİL OĞLU.

GƏNCƏ-2017

Mövzu 10
KƏND TƏSƏRRÜFAT HEYVANLARININ ŞÜA XƏSTƏLİYİ.
Mühazirənin planı:


  1. İti şüa xəstəliyinin yaranması və dərəcələri

  2. İti şüa xəstəliyinin gedişi

  3. İti şüa xəstəliyinin qandoğuran orqanlara təsiri

  4. Xroniki şüa xəstəliyi

  5. Diaqnozun qoyulması, proflaktika və müalicəsi


Mühazirə mətninə müvafiq ədəbiyyat siyahısı.
1. Cəfərov X. X. Baytarlıq radiobiologiyası 2012
2. Cəfərov X. X. Radiobiologiya 1987

Heyvanlarda şüa xəstəliyi əsasən üç yerə ayrılır:

1. Kəskin və xroniki formada gedən şüa xəstəliyi;

2. Şüa yanıqları və ümumiləşmiş şüa xəstəliyi;

3. Şüalanmanın irsiyyətə təsiri.

Şüa xəstəliyi. Kəskin şüa xəstəliyi ümumi şüa xəstəliyi olub, bir dəfə və ya təkrar olaraq yüksək dozanın dörd gün müddətində təsirindən əmələ gəlir. Nüvə silahlarının tətbiqi zamanı fasiləsiz olaraq heyvanların dörd gün müddətində yüksək dozaya məruz qalmasından da yarana bilir.

Kəskin şüa xəstəliyi gedişatına görə dörd dərəcəyə bölünür: birinci yüngül forma 150-200 R-nin təsirindən əmələ gəlir, ikinci orta ağır 200-400 R dozadan; üçüncü ağır forması 400-600 R; dördüncü ən ağır forma 600 R-dən və bundan yüksək dozanın təsirindən inkişaf edir.



Cədvəl 8.
Müxtəlif növ heyvanlar üçün ağır və orta ağır dozalar (rentgenlə)


Heyvanın növü


LD 50\30

LD 100\30

Heyvanın

növü


LD

50\30


LD

100\30


İtlər


350

400

Siçovullar

600

900

Qoyun və keçilər

550

750

Siçanlar

600

800

İri buynuzlu

heyvanlar



550

650

Atlar

650

-

Donuzlar


600

800

Dovşanlar

800

1200

Eşşəklər


600

800

Toyuqlar

900

1200

Kəskin şüa xəstəliyinin inkişafı dörd dövrə bölünür:

1. Başlanğıc və yaxud şüalanmaya qarşı ilk reaksiya dövrü;

2. Latent və ya gizli dövr, bu dövrdə xəstə heyvan sağlam heyvanlardan fərqlənmir.

3. Şüa xəstəliyinin klinki əlamətlərinin müşahidə olunması dövrü

4. Heyvanların tam və ya bir qismən sağalması dövrü

İti şüa xəstəliyinin birinci dövründə ilk reaksiya 2-3 gün davam edir. Bu dövr üçün xarakterik əlamətlər sinir sistemində səthi dəyişikliyin yaranması, özünəməxsus oyanmaların əmələ gəlməsi, heyvanın bir qədər zəifləməsi, iştihanın azalması və ya tamamilə yox olması, ürəyin işinin dəyişməsi, ürək vurğularının pozulması, təngənəfəsliyin yaranması baş verir. Bir sıra hallarda birinci sutkada temperatur qısa müddətli qalxaraq, 0,1-1 dərəcə səviyyəsində olur. Qanın müayinəsi zamanı leykositoz, limfopeniya və leykeniya, hüceyrələrin morfoloji dəyişikliyə uğraması, retikulasitlərin, makrositozun miqdarının yüksəlməsi, bunların rezistentliyinin azalması qeydə alınır. İlk reaksiya bir qədər bərpa olunduqdan sonra, şüalanmış heyvanların vəziyyətinin yaxşılaşması müşahidə olunur. Bundan sonra ikinci dövr başlayır.

İkinci dövr gizli dövr bu dövr 2-3 həftəyə qədər davam edir. Xəstəliyin ağır formasında bu dövr çox qısa olur və bəzi hallarda qeydə alınmır; belə halda ilk reaksiyanın ardınca, üçüncü dövrün əlamətləri əmələ gəlir.

Xəstəliyin ikinci dövründə heyvanların klinik əlamətləri kafi qeydə alınır, bu dövrdə bir sıra patoloji dəyişikliklər əmələ gəlir, qanda eritrositlərin miqdarı 3-5% aşağı düşür, trombopeniya qeydə alınır.

İkinci dövrün axırında mədə bağırsağın funksiyasında dəyişikliklər qeydə alınır, qəbizlik baş verir, selik qişasında qan sızma əlamətləri qeyd olunur. Bir sıra heyvanlarda tük tökülməsi müşahidə edilir. Heyvanlarda ölüm 2-3% təşkil edir, tam sağalma xəstəliyin 10-15 günündə baş verir.

Üçüncü dövrdə dozanın səviyyəsindən asılı olaraq şüa xəstəliyinin klinik əlamətləri 1 -3 həftədən sonra əmələ gəlir, dozanın səviyyəsi nə qədər çox olarsa xəstəliyin əmələ gəlməsi bir o qədər tez başlayır. Ən xarakterik nəzərə çarpan əlamətlərdən biri hemoroji əlamətlər baş verir ki, bu da qandoğuran orqanlarda pozğunluğun əmələ gəlməsinə səbəb olur, qan sistemində dəyişikliklər, həzm üzvlərinin funksiyasında zəifləmə və ürək-damar sistemində çatışmamazlıqlar qeydə alınır.

Bədən temperaturu qalxır (bəzi heyvanlarda 1-2 gün ərzində ölüm baş verir). Ümumi vəziyyət zəifləyir, iştaha aşağı düşür. Dəri öz elastikliyini itirir, quru vəziyyətini alır. Selikli qişada qan sızma əlamətləri qeyd olunur.

Şüa xəstəliyinin ən əhəmiyyətli proqnozlarından biri qan sistemində yaranan dəyişikliklərdir: leykositlərin miqdarının azalması və bəzi hallarda onun 1000 və ondan aşağı düşməsi qeyd olunur. Qanda eritrosidin miqdarının azalması zəif gedir.

Qanın faqositoz aktivliyi aşağı düşür və ona görə də kəskin şüa xəstəliyinin gedişi güclənir, yoluxdurucu infeksiyaların miqdarı artır və ümumilikdə orqanizmin tonusu aşağı düşür.

İti şüa xəstəliyinin klinik əlamətlərinin kəskinləşməsi və onun müddəti şüalanma dozasından asılıdır. Yarımletal doza ilə şüalanmış heyvanlardan salamat qalanlarda bərpa dövrü bir ay yarımdan sonra başlayır.

Yüngül şüa xəstəliyində bərpa dövrü çox tez baş verir və heyvanlar tam sağalır.

Xəstəliyin orta ağırlaşma dövründə sağalma 3-6 ay çəkir, bəzi hallarda xroniki formaya keçir. Xəstəliyin ağır formasında sağalma 8-9 ay çəkir və onu da qeyd etmək lazımdır ki, tam sağalma baş vermir. Belə heyvanların yoluxan və yoluxmayan xəstəliyə qarşı həssaslığı həddindən artıq yüksək olur və yaşama müddəti azalır.

İri buynuzlu heyvanların kəskin şüa xəstəliyinin ağır formasında yaşaması 10-20 gün çəkir.

Bir sıra hallarda ölüm iki dövrdə xəstəliyin ağır formasının birinci və ikinci dövrlərində baş verir. Ən tez ölüm bəzi hallarda yüksək doza verilən zaman şüa altında da əmələ gəlir, bir sıra hallarda şüalanmadan 2-3 gün sonra baş verir. Tez ölmüş heyvanlarda patanatomik dəyişikliklər adi halda çox da kəskin qeydə alınmır. Mikroskopik müayinə zamanı sümük iliyində dəyişikliklər qeydə alınır, dalaqda, limfa düyünlərində, birləşdirici toxumanın qan kapilyarlarında dəyişiklik yaranır. Limfa düyünlərində limfositlərin dağılması qeyd olunur. Yağ distrofıyası baş verir və qaraciyərin nekrozu, böyrəkdə dəyişikliklər müşahidə edilir.

Xəstəliyin yüksək fazasında ağciyərin iltihabı, kuprozlu və yaxud hemoroji pnevmoniya, miokardın yağ distrofıyası əmələ gəlir. Mikroskopik müayinə zamanı sperma əmələ gətirən epitelilərin ölməsi, yumurtalığm atrofıyaya uğraması follikulaların məhv olması qeydə alınır.



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə