Muhəmməd ibn Əhməd əz-Zəhəbi Böyük günahlar



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə14/31
tarix26.09.2017
ölçüsü3,25 Kb.
#2242
1   ...   10   11   12   13   14   15   16   17   ...   31

Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
72
İyirmi dördüncü böyük günah.
Danışdığının çoxunda yalançı olmaq.
Uca Allah buyurur:
l  k  j  i  h  g  f  e
“Həqiqətən, Allah həddi aşanı, yalançını doğru yola
yönəltməz” [əl-Ğafir surəsi, 28-ci ayə].
0  /
“Məhv olsun yalançılar!” [əz-Zariyat surəsi, 10-cu ayə].
Ê  É  È  Ç  Æ  Å   Ä
“...sonra isə dua edib yalançılara Allahın lənət et-
məsini diləyək” [Ali-İmran surəsi, 61-ci ayə].
Peyğəmbər r demişdir: “Şübhəsiz ki, yalan insanı əxlaq-
sızlığa, əxlaqsızlıq isə Cəhənnəmə aparır. İnsan çoxlu yalan
danışarsa, Allah qatında onun adı “yalançı” yazılar”.
1
Peyğəmbər r demişdir: “Münafiqin üç əlaməti var:
danışdığı zaman yalan danışar, vəd verdiyi zaman vədinə
xilaf çıxar və əmanətə xəyanət edər”.
2
1
 (Səhih) əl-Buxari /6094/, Muslim /2607/.
2
 (Səhih) əl-Buxari /33/, Muslim /59/.


Böyük günahlar.
73
Həmçinin demişdir: “Dörd xisləti özündə cəm edən
şəxs xalis münafiqdir. Kimdə bu dörd xislətdən biri olarsa,
onu tərk edənədək onda nifaq xislətlərindən biri olar: Əma-
nətə xəyanət etmək, danışdığı zaman aldatmaq, əhdi poz-
maq və münaqişə etdiyi zaman haqqı danmaq”.
1
Peyğəmbər r demişdir: “Kim özündən bir yuxu
uydursa, (Qiyamət günü) ona iki arpa dənəsini bir-birinə
calaşdırmaq buyrular, ancaq o, bu dənələri heç vaxt
calaşdıra bilməz.
2
Peyğəmbər r demişdir: “Şübhəsiz ki, ən böyük iftira,
insanın görmədiyi bir şeyi gördüyünü iddia edərək gözlə-
rinə yaxdığı iftiradır”.
3
Səmura ibn Cundubun L Peyğəmbərin r yuxusu
haqqında rəvayət etdiyi hədisdə deyilir: “Ağzı, burnu və
gözünün qafasına qədər, cırıldığını gördüyüm şəxs isə,
evindən çıxıb, böyüklüyü üfüqlərə çatacaq dərəcədə yalan
danışan kəs idi”.
4
Peyğəmbərdən r rəvayət olunur ki, “Xəyanətlə yalan-
dan başqa hər şey möminin təbiətində ola bilər”.
5
Peyğəmbər r demişdir: “Həqiqətən də göstərilən yer-
lərdə (sərgilərdə) yalan danışmaq qaçılmazdır”.
6
Həmçinin r demişdir: “İnsanın hər eşitdiyi şeyi danış-
mağı ilə əldə etdiyi günah onun üçün yetər”.
1
1
 (Səhih) əl-Buxari /34/, Muslim /58/.
2
 (Səhih) əl-Buxari /7042/.
3
 (Səhih) əl-Buxari /3509/.
4
 (Səhih) əl-Buxari /845/.
5
 (Zəif) Əhməd 5/252, ibn əbi Asim /114/.
6
 (Zəif) əl-Beyhəqi 10/199.


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
74
Həmçinin r demişdir: “Verilməyən bir şeylə qarnını
doyduran şəxs iki saxta libas geyinmiş kimidir”.
2
Eləcə də r demişdir: “Zənn etməkdən həzər edin,
şübhəsiz ki, zənn ən yalan xürafatdır”.
3
“Üç nəfəri Allah danışdırmaz...” hədisində isə
Peyğəmbər r onlardan birinin yalançı olduğunu bəyan
etmişdir”.
4
1
 (Səhih) Muslim /5/.
2
 (Səhih) əl-Buxari /5219/, Muslim /2130/.
3
 (Səhih) əl-Buxari /5143/, Muslim /2563/.
4
 (Səhih) Muslim /107/.


Böyük günahlar.
75
İyirmi beşinci böyük günah.
Özünü qətlə yetirərək intihar etmək,
bu da ən böyük günahlardandır.
Uca Allah buyurur:
   V  U    T  SRQPONM LKJI
  ^  ]  \  [Z  Y  X  W
  b  a  `   _
  j  i       h  g  f  e  d  c
m  l  k
“...bir-birinizi məhv etməyin. Həqiqətən, Allah
sizə qarşı rəhmlidir. Kim bu əməlləri düşmənçilik və
zülm etməklə yerinə yetirərsə, Biz onu odda yandıracağıq
– bu da Allah üçün asandır. Sizə qadağan olunmuş bö-
yük günahlardan çəkinsəniz, Biz sizin təqsirlərinizdən
keçər və sizi şərəfli bir keçidə – Cənnətə daxil edərik” [ən-
Nisa  surəsi, 29-31-ci ayələr].
  ,    +     *  )      (  '   &  %  $  #   "  !
21   0  /     .  -
“Onlar Allahla yanaşı başqa məbuda yalvarmaz,
Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina
etməzlər” [əl-Furqan surəsi, 68-ci ayə].


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
76
Cundub ibn Abdullah L Peyğəmbərin r belə dedi-
yini rəvayət etmişdir: “Sizdən öncəki qövmlərin birində,
bir kişinin əli yaralı olduğundan, bu onu çox üzmüşdü.
Axırda dözməyib bıçaqla əlini kəsir. Xeyli qan itirdikdən
sonra o ölür. Uca Allah da deyir ki: “Qulum məni qabaqla-
dığına görə mən də Cənnəti ona haram etdim”.
1
Əbu Hüreyrə L rəvayət edir ki, Peyğəmbər r
demişdir: “Kim bir dəmir parçası ilə özünü öldürərsə,
Cəhənnəmdə həmin dəmiri əlində tutub qarnına soxan
vəziyyətdə  əbədi olaraq qalar; kim zəhər içərək özünü
öldürərsə, Cəhənnəmdə  əlində zəhəri tutub onu udum-
udum içən vəziyyətdə orada əbədi qalar”.
2
Başqa səhih bir hədisdə isə yaralı bir şəxsin ağrılarına
dözməyərək qılıncının ucu ilə özünü öldürən şəxsə
Peyğəmbər r: “O Cəhənnəm əhlindəndir”– demişdir.
3
Sabit ibn Dahhək L Peyğəmbərin r belə dediyini
rəvayət etmişdir: “Müsəlmana lənət etmək onu öldürmək
kimidir və kim bir mömini küfrdə ittiham edərsə, onu
öldürmüş kimi olur və kim özünü bir şeylə öldürərsə,
Qiyamət günü Allah ona həmin şeylə əzab verər”.
4
1
 (Səhih) əl-Buxari /3463/, Muslim /113/.
2
 (Səhih) əl-Buxari /5778/, Muslim /109/.
3
 (Səhih) əl-Buxari /2898/, Muslim /111/.
4
 (Səhih) əl-Buxari /1363/, Muslim /110/.


Böyük günahlar.
77
İyirmi altıncı böyük günah.
Pis qazilik etmək.
Uca Allah buyurur:
|  {  z  y  x  w   v  u  t
“Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz
onlar kafirlərdir” [əl-Maidə surəsi, 44-cü ayə].
ÓÒ  Ñ   Ð
“Onlar cahiliyyə dövrünün hökmünümü istəyirlər?”
[əl-Maidə surəsi, 50-ci ayə].
   {  z  y  x  w  v  u  t  s  r   q  p
¥  ¤  £  ¢  ¡  •~  }  |
“Kitabda insanlara bəyan etdiyimiz açıq-aydın dəlil-
ləri və doğru yol göstərən ayələri nazil etdikdən sonra
onları gizli saxlayanlara həm Allah lənət edir, həm də lənət
edə bilənlər lənət oxuyurlar!” [əl-Bəqərə surəsi, 159-cu ayə].
Talhə ibn Ubeydullahdan L rəvayət olunur ki, Pey-
ğəmbər r demişdir: “Allah, Onun nazil etdiyi ilə hökm et-
məyən başçının namazını qəbul etməz”.
1
1
 (Zəif) əl-Hakim 4-89.


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə