Muhəmməd ibn Əhməd əz-Zəhəbi Böyük günahlar



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə2/31
tarix26.09.2017
ölçüsü3,25 Kb.
#2242
1   2   3   4   5   6   7   8   9   ...   31

Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
8
Peyğəmbər r demişdir: “Sizə  ən böyük günahların
hansı olduğunu xəbər verimmi?” Dedilər: Bəli ey Allahın
rəsulu. Dedi: “Allaha şərik qoşmaq, valideynə asi olmaq”.
Bunları dediyi zaman Peyğəmbər r söykənmiş vəziyyətdə
idi, sonra isə o oturub dedi: “Bir də yalan yerə  şahidlik
etmək.” O bu sözü o qədər çox təkrar etdi ki, biz özü-
özümüzdə: kaş ki, o susaydı – dedik.
1
Bu hədisdə Peyğəmbər r yalan yerə şahidlik etməyin
böyük günahlardan olduğunu bildirməkdədir. Az öncə
qeyd olunan hədisdəki yeddi günahın arasında isə bu
yoxdur.
1
 (Səhih) əl-Buxari /2654/, Muslim /87/ Hədis Əbu Bəkradan L  –
dan rəvayət olunmuşdur.


Böyük günahlar.
9
Birinci böyük günah.
Allaha şərik qoşmaq.
Şirk Allah təalanın səni yaratmasına baxmayaraq,
Ona ibadətin hər hansı bir növündə başqasını, daşı, insanı,
günəşi, ayı, Peyğəmbəri, şeyxi, cinlərlə  əlaqəsi olan şəxsi,
ulduzu, hökmdarı və başqa şeyləri şərik qoşmaq deməkdir.
Allah təala buyurur:
•~  }  |   {  z  y    x  w  v   u  t  s  r
“Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağış-
lamaz, bundan başqa daha kiçik günahları isə istədiyi kim-
səyə bağışlayar...”. [ən-Nisa surəsi, 48-116-cı ayələr]
Başqa bir ayədə buyurur:
  P  O  N  M  L  K    J
UT  S  R   Q
“Həqiqətən də, Allaha şərik qoşan kimsəyə, Allah
Cənnəti haram etmiş və onun sığınacağı yer Oddur...” [əl-
Maidə surəsi, 72-ci ayə]
Həmçinin buyurur:
D  C    B  A
“Həqiqətən, Allaha şərik qoşmaq böyük zülmdür!”
[Loğman surəsi, 13-cü ayə].


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
10
Bu barədə bir çox ayələr vardır. Allaha şərik qoşub,
sonra bu halda ölən şəxs kəsinliklə Cəhənnəm əhlindəndir.
Necə ki, Allaha iman gətirib, mömin olaraq ölən şəxs əzab
olunsa belə Cənnət əhlindən olacaqdır.
Peyğəmbər r demişdir: “Sizə  ən böyük günahın
hansı olduğunu xəbər verimmi?.. Allaha şərik qoşmaq...”
1
Həmçinin demişdir: “(Sahibini) həlak edən yeddi
əməldən çəkinin.” Onlardan da birinin şirk olduğunu qeyd
etmişdir.
2
Həmçinin r demişdir: “Dinini dəyişdirən kəsi öldü-
rün”.
3
1
  (Səhih) əl-Buxari /2654/, Muslim /87/. Hədis Əbu Bəkradan L –
dan rəvayət olunmuşdur.
2
  (Səhih) əl-Buxari /2654/, Muslim /87/ Hədis Əbu Bəkradan L  –
dan rəvayət olunmuşdur.
3
  (Səhih) əl-Buxari /6922/. Hədis Abdullah ibn Abbasdan L rəva-
yət edilmişdir.


Böyük günahlar.
11
İkinci böyük günah.
Adam öldürmək.
Uca Allah buyurur:
   k  j  i  h  g  f   e  d  c
r  q     p  o  n  m  l
“Hər kəs qəsdən bir mömini öldürərsə, onun cəzası
içərisində  əbədi qalacağı Cəhənnəm olar. Allah ona qə-
zəblənər, onu lənətləyər və onun üçün böyük bir əzab ha-
zırlayar.” [ən-Nisa surəsi, 93-cü ayə]
Başqa bir ayədə buyurur:
    (  '   &  %  $  #   "  !
   0  /     .  -  ,    +     *  )
8 7 6 5 4  3  21
9
:
;
<
=
>
?
A@
H  G  F  E  D  C  B
“Onlar Allahla yanaşı başqa məbuda yalvarmaz,
Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina et-
məzlər. Bunu edən kimsə cəzalandırılar. Qiyamət günü
onun əzabı qat-qat artırılar və onun içində zəlil olub
əbədi qalar. Ancaq tövbə edib iman gətirən və saleh
əməllər edənlərdən başqa...” [əl-Furqan surəsi, 68-70-ci
ayələr]
Həmçinin buyurur:


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
12
@  ?   >   =
D  C  B  A
“diri-diri torpağa basdırılmış qız uşağı soruşulacağı
zaman – hansı günaha görə öldürülmüşdür...” [ət-Təkvir
surəsi, 8-9-cu ayələr]
Peyğəmbər r demişdir: “(Sahibini) həlak edən yeddi
əməldən çəkinin”. Onlardan birinin də Allahın haram bu-
yurduğu cana qəsd edib onu öldürmək olduğunu qeyd
etmişdir.
1
Peyğəmbərdən r: “Ən böyük günah hansıdır?”– deyə
soruşulduqda, o: “Allahın səni yaratmasına baxmayaraq,
Ona şərik qoşmağın”– dedi. “Sonra hansıdır?”– deyə soru-
şulduqda dedi ki: “Sənin yeməyini yeyəcəyindən qorxub
(paxıllıq üzündən) övladını öldürməyin”. “Sonra hansı-
dır?”– deyə soruşulduqda o: “Qonşunun xanımı ilə zina
etməyin”– deyə buyurdu.
2
Peyğəmbər r demişdir: “İki müsəlman (bir-birini öl-
dürmək üçün) qılınclarıyla qarşılaşarlarsa öldürən də, ölən
də Cəhənnəmlikdir”. Dedilər ki, Ey Allahın rəsulu öldürəni
anladıq, bəs ölənin günahı nədir? Dedi ki: “Çünki o da dos-
tunu öldürməyə həris idi”.
3
1
  (Səhih) əl-Buxari /2766/, Muslim /89/ Hədis Əbu Hureyrədən L
rəvayət olunub.
2
  (Səhih) əl-Buxari /4477/, Muslim /86/. Hədis Abdullah ibn Məsud-
dan rəvayət edilmişdir.
3
 (Səhih) əl-Buxari /31/, Muslim /2888/ Hədis Nəfi ibn Hərisdən rəva-
yət olunmuşdur.


Böyük günahlar.
13
Peyğəmbər r demişdir: “İnsan haram qan tökmək-
dən çəkindiyi müddətdə, dinində firavanlıq içində olar”.
1
Peyğəmbər r demişdir: “Məndən sonra biri-birinizin
boynunu vurmaqla kafir olaraq dönməyin”.
2
Peyğəmbər r demişdir: “İnsan haram qan tökmədiyi
müddətdə, dinində firavanlıq içində olar”. Buxarinin ləfzi.
3
Peyğəmbərr demişdir: “İnsanlar arasında hər şeydən
öncə axıdılan qanlara görə mühakimə olunacaq”.
4
İbn Bureydə atasından Peyğəmbərin r belə dediyini
rəvayət etmişdir: “Mömin bir kəsin qətlə yetirilməsi Allah
yanında dünyanın məhvindən daha böyükdür”.
5
Abdullah ibn Amr L rəvayət edir ki, Allahın
rəsulu r demişdir: “Ən böyük günahlar: Allaha şərik qoş-
maq, insan qətlə yetirmək və valideynə qarşı itaətsiz-
likdir”.
6
Uqbə ibn Məlik Peyğəmbərin r belə dediyini rəvayət
etmişdir: “Allah, Ondan bir mömini qətlə yetirən şəxsin
bağışlanmasını dilədiyim zaman mənə cavab vermədi”. –
və o, bu sözləri üç dəfə təkrar etdi.
7
1
 (Səhih) əl-Buxari /6862/, Abdullah ibn Ömərin rəvayəti.
2
 (Səhih) əl-Buxari /121/, Muslim /66/ Cabir ibn Abdullahın rəvayəti.
3
 (Səhih) əl-Buxari /6862.
4
 (Səhih) əl-Buxari /6533/, Muslim /1678/ Abdullah ibn Məsudun rəvayəti.
5
 (Həsən) ən-Nəsai 7/83.
6
 (Səhih) əl-Buxari /6675/.
7
 (Səhih) ən-Nəsai /8592/, Əhməd 4/10 və 5/289.


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə