Muhəmməd ibn Əhməd əz-Zəhəbi Böyük günahlar



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə3/31
tarix26.09.2017
ölçüsü3,25 Kb.
#2242
1   2   3   4   5   6   7   8   9   ...   31

Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
14
Peyğəmbər r demişdir: “Haqsızlıq edilərək öldürü-
lən hər bir kəsin qanından ilk əvvəl Adəm oğlunun payına
da günah yazılar. Çünki ilk qətli törədən o olmuşdur”.
1
İbn Ömər L Peyğəmbərin r belə dediyini rəvayət
etmişdir: “Kim (müsəlmanlarla) sülh əhdi bağlamış bir kəsi
qətlə yetirərsə, Cənnətin qoxusunu belə duymaz. Halbuki
onun qoxusu qırx illik məsafədən duyulur”.
2
Əbu Hureyrə L Peyğəmbərin r belə dediyini rəva-
yət etmişdir: “Kim üzərində Allahın və rəsulunun əhdi və
hifzi olan, sülh əhdi bağlanmış bir kəsi qətlə yetirərsə,
Allahın əhdinə saymamazlıq etmiş olar. Buna görə də o
Cənnətin qoxusunu belə duymaz. Halbuki onun qoxusu
qırx illik məsafədən duyulur”.
3
Əbu Hureyrə L rəvayət edir ki, Peyğəmbər r de-
mişdir: “Mömin bir kəsin qətlə yetirilməsinə yarımçıq bir
sözlə belə səbəb olan şəxs, Allahla görüşdükdə alnının
ortasında: “Allahın rəhmətindən ümüdünü üzmüş” sözləri
yazılmış halda görüşər”.
4
Müaviyə L demişdir: Peyğəmbərin r belə dediyini
eşitdim: “Kafir olaraq ölən və qəsdən bir mömini qətlə
yetirən kəsdən başqa Allah hamının günahlarını bağışlaya
bilər”.
5
1
 (Səhih) əl-Buxari /3335/, Muslim /1677/. İbn Məsudun L rəvayəti.
2
 (Səhih) əl-Buxari /3166/, ən-Nəsai 8/35. Abdulla ibn Amrın L
rəvayəti.
3
 (Həsən) ət-Tirmizi /1403/, ibn Məcə /2687/.
4
 (Zəif) ibn Məcə /2620/, əl-Beyhəqi 8/22.
5
 (Səhih) ən-Nəsai 7/81, Əhməd 4/99, əl-Hakim 4/351.


Böyük günahlar.
15
Üçüncü böyük günah.
Sehrbazlıq.
Sehrbazlıqla məşğul olanın küfr etmiş olması labüd-
dür. Uca Allah buyurur:
  5  4  3  2  1   0  /  .      -  ,
98  7  6
“Lakin şeytanlar sehri və Babildə Harut və Marut
adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir
oldular.” [əl-Bəqərə surəsi, 102-ci ayə].
Şeytanın insana sehri öyrətməkdə yeganə məqsədi
onun Allaha şərik qoşmasıdır.
Uca Allah Harut və Marut mələkləri haqqında buyurur:
 A  @  ?  >  =  <  ;  :
  H  G  F   ED  C  B
  V  U  T  S  R  Q  P  O   NM  L  K  J  I
  e  d  c   b  a  `  _  ^]  \  [  Z   Y  XW
ih  g  f
Mələklər:  “Biz  ancaq  bir  sınağıq,  sən  gəl  kafir
olma!”– deməmiş onu heç kəsə öyrətmirdilər. Yəhudilər
ərlə arvadı bir-birindən ayıracaq işləri onlardan öyrənir-
dilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
16
verə bilməzlər. Onlar özlərinə zərər verən, faydası olma-
yan şeyləri öyrənirdilər. Onlar bilirdilər ki, onu əldə
edən kimsə üçün axirətdə heç bir pay yoxdur...”. [əl-
Bəqərə surəsi, 102-ci ayə].
Hal-hazırda bir çoxları sehrin küfr deyil, yalnız
haram olduğunu zənn edərək, açıq-aydın sehr olan semi-
yanı
*
 öyrənir, əksəriyyəti şirk və zəlalətdən ibarət olan
məchul ifadələrlə kişini qadınla birləşdirmək, qadını ərinə
sevdirmək və ya onlar arasında qarşılıqlı nifrət yaratmaq
və başqa bu kimi əməllər edirlər. Sehrbaz Allaha qarşı
küfr və ya ona bənzər əməl etdiyinə görə ölümlə cəzalan-
dırılır.
Peyğəmbər r demişdir: “(Sahibini) həlak edən yeddi
əməldən çəkinin”. Onlardan birinin də sehr olduğunu qeyd
etmişdir. Ona görə də insan Allahdan qorxub, onu həm bu
dünyada, həm də axirətdə xəsarət çəkənlərdən edəcək
əməllərə yaxın durmamalıdır.
1
Peyğəmbərin r belə dediyi rəvayət olunur: “Sehrba-
zın cəzası qılıncla boynunun vurulmasıdır”. Əslində bu
Cundubun L sözüdür.
2
Bicalə ibn Əbdə L demişdir: “Ömərin ölümündən
bir il öncə bizə ondan bir məktub gəldi ki, bütün sehrbaz
kişi və qadınları öldürün”.
3
* Semiya – gerçəkdə olmayan xəyalları gerçəkləşdirməklə olan sehr
növüdür.
1
 (Səhih) əl-Buxari /2766/, Muslim /89/ Hədis Əbu Hureyrədən L
rəvayət olunub.
2
 (Zəif) ət-Tirmizi /1460/, əl-Hakim 4/360.
3
 (Səhih) əl-Buxari /3156/, Əbu Davud /3043/, Əhməd 1/190-191.


Böyük günahlar.
17
Əbu Musa (əl-Əşari) L Peyğəmbərin r belə dedi-
yini rəvayət etmişdir: “Üç nəfər Cənnətə girməz: İçki düş-
günü, qohumluq əlaqələrini kəsən və sehrə inanan”.
1
İbn Məsud L Peyğəmbərin r belə dediyini rəvayət
etmişdir: “Bütün əfsunlar (sehr) və tilsimlər (tivalə və
təmimə) şirkdir”.
2
Tivalə: Qadını ərinə sevdirmək üçün istifadə olunan
sehrin bir növüdür.
Təmimə: Gözdəymədən qorunmaq üçün istifadə
olunan talisman (boyunbağı)
İnsanların çoxu, çox az bir qismi istisna olmaqla bu
böyük günahlardan və onların haram olmasından xəbərsiz-
dir. Çünki onları bu əməllərdən çəkindirən və bu haram-
ların cəzasını xəbər verən olmayıb. Bu cür insanlara verilən
hökmdə isə təfsilata ehtiyac var. Elmi olan kəs gərək cahilə
hökm verməkdə tələsməsin, onunla yumşaq rəftar edərək
Allahın ona bəxş etdiyi elmdən ona çatdırsın. Xüsusilə də
əgər o cahillikdən yenicə yaxa qurtarmış, uzaq küfr ölkələ-
rində yaşamış və  əsir alınaraq islam torpağına gətirilmiş-
dirsə. Təsəvvür edin ki, əvvəlcə bilməyən, müsəlman olma-
yan bir türkü və ya müşrik bir gürcünü elmsiz və incə
zəkalı olan, şəhadətini güclə təlləffüz edən, namaz qılıb
qılmadığı bəlli olmayan bir türk əmiri almışdır. Əgər o hələ
şəhadətinin mənasını anlayırsa bu özü böyük işdir. Bəlkə
də uzun müddət sonra Fatihə surəsini ona çətinliklə də
olsa öyrədə bildi. Yox əgər o da özü kimi savadsızdırsa, o
1
 (Həsən) Əhməd 4/399, əl-Hakim 4/146.
2
 (Həsən) Əbu Davud /3883/, ibn Məcə /3530/, Əhməd 1/381.


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə