Muhəmməd ibn Əhməd əz-Zəhəbi Böyük günahlar



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə31/31
tarix26.09.2017
ölçüsü3,25 Kb.
#2242
1   ...   23   24   25   26   27   28   29   30   31

Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
174
vermişdir, ona görə də miras buraxan şəxs (malını
başqasına) vəsiyyət edə bilməz”.
1
Peyğəmbər r demişdir: “Qiyamət günü Allah ya-
nında ən pis mövqedə olanlar, yaxınlıq etdikdən sonra, bir-
birilərinin sirlərini yayan qadın və kişilərdir”.
2
Əbu Hüreyrə L rəvayət edir ki, Peyğəmbər r de-
mişdir: “Qadına arxadan yaxınlıq edən şəxs lənətlənmiş-
dir”. Başqa bir ləfzdə: “Allah qadına arxadan yaxınlıq edən
şəxsə nəzər salmaz”.
3
Peyğəmbər r demişdir: “Kim heyzli qadınla və ya
qadına arxadan yaxınlıq edərsə, eləcə də kahinin yanına
gəlib onun dediyini təsdiqləyərsə, Allahın Muhəmmədə r
nazil etdiyindən uzaqlaşar”.
4
Peyğəmbər r demişdir: “Əgər bir nəfər sənin iznin
olmadan gizlicə sənə (və ya sənin övrətinə) baxdığı zaman,
ona tərəf daş atsan, həmin daş da onun gözünü çıxarsa,
sənə günah yazılmaz”.
5
O r həmçinin demişdir: “Kim icazəsiz olaraq başqası-
nın evinə baxarsa, onların gəlib həmin şəxsin gözünü çıxar-
maları halaldır”.
6
İbn Abbasdan L rəvayət olunur ki, Peyğəmbər r
demişdir: “Dində həddinizi aşmaqdan həzər edin. Şübhəsiz
1
 (Səhih) ət-Tirmizi /2121/, ən-Nəsai 6/247, ibn Məcə /2712/.
2
 (Səhih) Muslim /1437/.
3
 (Səhih) Əhməd 2/444, Əbu Davud /2162/.
4
 (Səhih) ət-Tirmizi /135/, Əbu Davud /3904/, ibn Məcə /639/.
5
 (Səhih) əl-Buxari /6902/, Muslim /2158/.
6
 (Səhih) Muslim /2158/.


Böyük günahlar.
175
ki, sizdən əvvəlkiləri həlak edən onların hədlərini aşmaları
olmuşdu”.
1
Uca Allah buyurur:
  $  #  "  !
 )  (  '  &  %
  3   2  1  0  /.-,+*
7  6  5  4
“De: “Ey Kitab əhli! Dininizdə haqsız yerə ifrata
varmayın. Öncə azmış, bir çoxlarını da azdırmış və doğru
yoldan çıxmış bir dəstənin istəklərinə tabe olmayın” [əl-
Maidə surəsi, 77-ci ayə].
İbn Həzm S dində ifrata varıb həddi aşmağı böyük
günahlardan saymışdır.
İbn Ömər L rəvayət edir ki, Peyğəmbər r demişdir:
“Sizlərdən birinizin yanında (bir işdən ötrü) Allaha and
içildiyi zaman ona inansın, buna inanmayan şəxs Allaha
yaxın olanlardan olmaz”.
2
Əbu Bəkr əs-Siddiq L Peyğəmbərin r belə dediyini
rəvayət etmişdir: “Hiyləgər, söz gəzdirən və paxıl Cənnətə
girməz”.
3
Peyğəmbər r demişdir: “İnsanın öz ailəsinin ehtiyacı
olaraq, başqasına verməsiylə əldə etdiyi günah ona yetər”.
1
yetər”.
1
1
 (Səhih) ən-Nəsai 5/268, ibn Məcə /3029/, Əhməd 1/215.
2
 (Səhih) ibn Məcə /2101/.
3
 (Zəif) ət-Tirmizi /1964/, Əhməd ¼.


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
176
O r həmçinin demişdir: “İnsanın hər eşitdiyi şeyi
danışmasının günahı onun (Cəhənnəmə girməsi) üçün
kifayətdir”.
2
Uca Allah buyurur:
  Ô  Ó  Ò     Ñ  Ð  ÏÎ   Í    Ì  Ë  Ê
Ö  Õ
“O kəsləri ki, özləri xəsislik edir, insanlara da xəsis-
lik etməyi əmr edirlər. Kim haqdan üz çevirsə, bilsin ki,
Allah, həqiqətən də, Zəngindir, Tərifəlayiqdir” [əl-Hədid
surəsi, 24-cü ayə].
ÜÛ  Ú  Ù  Ø  ×  Ö
“Onların xəsislik etdikləri şey qiyamət günü bo-
yunlarına dolanacaqdır” [Ali İmran surəsi, 180-cı ayə].
  »º  ¹  ¸  ¶  µ  ´  ³   ²  ±  °
¾   ½  ¼
ÇÆ  Å  Ä  Ã  ÂÁ  À  ¿
“Budur, siz Allah yolunda malınızdan xərcləməyə
dəvət edilirsiniz. Aranızda isə simiclik edənlər də tapılır.
Kim simiclik etsə, ancaq öz əleyhinə etmiş olar. Allah
Zəngin, siz isə kasıbsınız” [Muhəmməd surəsi, 38-ci ayə].
1
 (Səhih) Muslim /996/.
2
 (Səhih) Muslim /5/.


Böyük günahlar.
177
  £
§  ¦  ¥  ¤
ª   ©  ¨
®    ¬  «
  ¯
µ  ´    ³  ²   ±    °
“Kim də xəsislik edərək Rəbbinə ehtiyacı olmadı-
ğını güman edirsə və  ən gözəl olan “lə ilahə illəllah”
kəlməsini yalan hesab edirsə, Biz onun üstünə  ən çətin
olanı yükləyəcəyik. Cəhənnəmə düşdükdə var-dövləti ona
fayda verməyəcək” [əl-Leyl surəsi, 8-11-ci ayələr].
ÈÇ  Æ   Å  Ä
“Var-dövlətim məni əzabdan qurtarmadı” [əl-Həqqa
surəsi, 28-ci ayə].
}    |  {   z  y  x  w  v
(Əraf əhlinə) Sizə nə yığdıqlarınız, nə də təkəbbür-
lük göstərməyiniz fayda vermədi” [əl-Əraf surəsi, 48-ci
ayə].
×  Ö  Õ  Ô  Ó  Ò  Ñ
“Nəfsinin tamahından qorunan kimsələr nicat tapan-
lardır” [əl-Həşr surəsi, 9-cu ayə].


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
178
Peyğəmbər r demişdir: “Zülm etməkdən çəkinin,
çünki (bu dünyada) edilən zülm Qiyamət günü zülmətlərə
çevriləcəkdir. Həmçinin paxıllıqdan da çəkinin, çünki
paxıllıq sizdən əvvəlkiləri həlak etmiş, onların bir-birinin
qanını tökməyə və haramlarını halal etmələrinə səbəb
olmuşdur”.
 1
O r həmçinin demişdir: “Məgər paxıllıqdan daha pis
xəstəlik nə ola bilər?”
2
Başqa bir hədisdə isə deyilir: “Üç şey (sahibini) həlak
edicidir: məhkum olunan paxıllıq, tabe olunan nəfsin
istəkləri və hər kəsin öz rəyini bəyənməsi”.
3
Ət-Tirmizi rəvayət etmişdi ki, Peyğəmbər r məclisin
ortasında oturan kəsi lənətləmişdir.
4
Əbu Hureyrə L rəvayət edir ki, Peyğəmbər r de-
mişdir: “Həsəd aparmaqdan çəkinin, çünki od odunu yan-
dırıb yediyi kimi, həsəd də savabları yeyir”.
5
Peyğəmbər r demişdir: “Namaz qılanın önündən
keçən şəxs nə qədər böyük günah qazandığının fərqində
olsaydı qırx (gün, ay və ya il) dayanmağı onun üçün daha
xeyirli olardı”.
6
Peyğəmbər r həmçinin demişdir: “Sizlərdən biriniz
sütrəyə tərəf namaz qıldığı zaman kimsə gəlib onun önün-
dən keçmək istərsə, onu dəf etsin, əgər yenə keçmək istəsə
1
 Əvvəlki mənbə.
2
 (Səhih) əl-Buxari /3137/.
3
 (Həsən) əl-Beyhəqi /745/, “Səhih hədislər silsiləsi” /1802/.
4
 (Zəif) ət-Tirmizi /2754/, Əbu Davud /4826/, Əhməd 5/384.
5
 (Zəif) Əbu Davud /4903/.
6
 (Səhih) əl-Buxari /510/, Muslim /507/.


Böyük günahlar.
179
onunla mübarizə aparsın, çünki o şeytandır”. Muslimin
rəvayət etdiyi ləfzdə isə: “Əgər yenə keçmək istəsə onunla
mübarizə aparsın, çünki onun həmkarı var”. (yəni şeytan
onunla birgədir)
1
Əbu Hureyrə L rəvayət edir ki, Peyğəmbər r de-
mişdir: “Canım Əlində olan Allaha and olsun ki, iman
gətirməyincə Cənnətə girməyəcəksiniz, bir-birinizi sev-
məyincə də iman gətirmiş olmazsınız. Sizə elə bir şey
deyimmi ki, onu etməklə bir-birinizi sevəsiniz? Salamı öz
aranızda yayın”.
2
1
 (Səhih) əl-Buxari /509/, Muslim /505/.
2
 (Səhih) Muslim /54/.


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
180
KİTABIN SONU
Həmd aləmlərin Rəbbi olan Allaha məxsus-
dur, Muhəmmədə onun ailəsinə və səhabələrinə
Allahın salavatı və salamı olsun.


Böyük günahlar.
181
Mündəricat
Tərcüməçidən .........................................................................................3
Müəllifin müqəddiməsi .........................................................................5
Birinci böyük günah. Şirk ......................................................................9
İkinci böyük günah. Adam öldürmək ................................................ 11
Üçüncü böyük günah. Sehrbazlıq ....................................................... 15
Dördüncü böyük günah. Namazı tərk etmək .................................... 19
Beşinci böyük günah. Zəkatın ödənilməməsi .................................... 23
Altıncı böyük günah. Valideynə qarşı çıxmaq ................................... 26
Yeddinci böyük günah. Faiz yemək.................................................... 30
Səkkizinci böyük günah. Yetimin malını haqsızlıqla yemək ............ 32
Doqquzuncu böyük günah. Peyğəmbərin r adından yalan söy-
ləmək .......................................................................................... 33
Onuncu böyük günah. Üzr və rüxsət olmadan Ramazanda
orucu pozmaq ............................................................................ 34
On birinci böyük günah. Döyüş meydanından qaçmaq.................... 36
On ikinci böyük günah.Zina. Onun bəzi növləri, digərlərin-
dən daha böyük günahdır ........................................................ 37
On üçüncü böyük günah. Öz camaatını aldadan, zülmkarlıq
edən hökmdar (diktator) ........................................................... 41
On dördüncü böyük günah. İçki içmək (sərxoş etməyəcək qədər
olsa belə) .................................................................................... 48
On beşinci böyük günah. Təkəbbürlük, iftixar, özünü bəyən-
mək, qürurlanma və lovğalıq ................................................... 51
On altıncı böyük günah. Yalan yerə şahidlik etmək .......................... 56
On yeddinci böyük günah. Homoseksuallıq ...................................... 58
On səkkizinci böyük günah. İsmətli qadınları zinada ittiham
etmək .......................................................................................... 60
On doqquzuncu böyük günah. Qənimətə, Beytul Mala və
zəkata xəyanət etmək ................................................................ 62


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
182
İyirminci böyük günah. İnsanların mallarını haqsızlıqla əldə
edərək, onlara zülm etmək ....................................................... 65
İyirmi birinci böyük günah. Oğurluq etmək ...................................... 68
İyirmi ikinci böyük günah. Yol kəsmək .............................................. 69
İyirmi üçüncü böyük günah. Sahibini günaha batıran əl-ğəmus
andı ............................................................................................. 70
İyirmi dördüncü böyük günah. Danışdığının çoxunda yalançı
olmaq .......................................................................................... 72
İyirmi beşinci böyük günah. Özünü qətlə yetirərək intihar
etmək – bu da ən böyük günahlardandır ................................ 75
İyirmi altıncı böyük günah. Pis qazilik etmək.................................... 77
İyirmi yeddinci böyük günah. Ailəsinə qarşı qayğıkeşsiz olmaq ....... 80
İyirmi səkkizinci böyük günah. Qadınların özlərini kişilərə,
kişilərin isə qadınlara bənzətməsi ............................................ 81
İyirmi doqquzuncu böyük günah. Muhəllil və muhəlləl ləhu .......... 83
Otuzuncu böyük günah. Ölü heyvan, axar qan və ya donuz
əti yemək .................................................................................... 84
Otuz birinci böyük günah. Sidikdən təmizlənməmək, bu da
nəsranilərin şüarlarından biridir .............................................. 86
Otuz ikinci böyük günah. İnsanların mallarının bir hissəsini
zorla almaq ................................................................................ 87
Otuz üçüncü böyük günah. Riyakarlıq, bu da nifaqdandır .............. 88
Otuz dördüncü böyük günah. Xəyanət .............................................. 41
Otuz beşinci böyük günah. Dünya üçün elm öyrənmək və elmi
gizlətmək .................................................................................... 92
Otuz altıncı böyük günah. Söz gəzdirmək ......................................... 96
Otuz yeddinci böyük günah. Qədəri yalanlamaq .............................. 97
Otuz səkkizinci böyük günah. İnsanların gizli söhbətlərinə qulaq
asmaq ....................................................................................... 101
Otuz doqquzuncu böyük günah. Çoxlu lənət etmək ....................... 102
Qırxıncı böyük günah. Öz əmirini tərk etmək və digərləri ............. 104
Qırx birinci böyük günah. Kahinə və ya münəccimə inanmaq ....... 107
Qırx ikinci böyük günah. Qadının özbaşınalıq etməsi .................... 109


Böyük günahlar.
183
Qırx üçüncü böyük günah. Qohumluq əlaqələrini kəsmək ............ 111
Qırx dördüncü böyük günah. Libaslara və ya divarlara şəkil
çəkmək ..................................................................................... 114
Qırx beşinci böyük günah. Söz gəzdirmək ....................................... 116
Qırx altıncı böyük günah. Ölü üçün fəryad qoparıb özünü
vurmaq ..................................................................................... 118
Qırx  yeddinci  böyük  günah.  İnsanın  soyuna  (nəsəbinə)  tənə
etmək ........................................................................................ 119
Qırx səkkizinci böyük günah. Haqsızlıq və zülm etmək ................. 120
Qırx doqquzuncu böyük günah. Silahla qarşı çıxmaq və böyük
günaha görə təkfir etmək ........................................................ 123
Əllinci böyük günah. Müsəlmanlara əziyyət verib, onları söymək ........ 125
Əlli birinci böyük günah. Allahın dostlarına (övliyalarına) əziy-
yət vermək ............................................................................... 129
Əlli ikinci böyük günah. Qürurlanaraq paltarı isbal etmək və
başqaları ................................................................................... 130
Əlli üçüncü böyük günah. Kişinin ipək geyməsi və ya qızıl
taxması ..................................................................................... 133
Əlli dördüncü böyük günah. Qulun sahibindən qaçması və s........ 135
Əlli beşinci böyük günah. Allahdan başqasına qurban kəsmək.
Məsələn: Cənab şeyxin adına– deyib kəsmək ....................... 136
Əlli altıncı böyük günah. Ərazinin işarələrini dəyişmək ................ 137
Əlli yeddinci böyük günah. Böyük səhabələri söymək ................... 138
Əlli səkkizinci böyük günah. Ümumiyyətlə ənsarları söymək ....... 141
Əlli doqquzuncu böyük günah. Zəlalətə və ya pis yola çağırmaq .......142
Altmışıncı böyük günah. Başqasının saçını öz saçına birləşdir-
mək, orta dişlərinin ortasını aralamaq və dəri döydürmək .......143
Altmış birinci böyük günah. Qardaşına dəmir parçası ilə işarə
etmək  ....................................................................................... 144
Altmış ikinci böyük günah. Atasından qeyrisinin atalığını iddia
etmək ........................................................................................ 145
Altmış üçüncü böyük günah. Uğursuzluğu düşünmək .................. 147
Altmış dördüncü böyük günah. Qızıl və ya gümüş qabda içmək .......148


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
184
Altmış beşinci böyük günah. Şiddətli bir şəkildə mübahisə və
mücadilə etmək və Qazilərə vəkillik etmək .......................... 149
Altmış altıncı böyük günah. Köləsini xədim etmək, onun hər
hansı bir üzvünü kəsmək və ya ona zülm edərək işgəncə
vermək ..................................................................................... 152
Altmış yeddinci böyük günah. Çəkidə və ölçüdə aldatmaq ........... 154
Altmış səkkizinci böyük günah. Allahın məkrindən qorxma-
yaraq arxayınlaşmaq ............................................................... 155
Altmış doqquzuncu böyük günah. Allahın mərhəmətindən
ümidini üzmək və ümidsizliyə qapılmaq .............................. 156
Yetmişinci böyük günah. Yaxşılıq edənin nemətinə qarşı nan-
korluq etmək ............................................................................ 157
Yetmiş birinci böyük günah. Artıq suyu kəsmək ............................ 158
Yetmiş ikinci böyük günah. Bir canlının üzünə damğa basmaq ....... 160
Yetmiş üçüncü böyük günah. Qumar oynamaq .............................. 161
Yetmiş dördüncü böyük günah. “əl-Həram”da zülmə, haqsız-
lığa meyl etmək ....................................................................... 163
Yetmiş  beşinci  böyük  günah.  Tək  özü  namaz  qılmaq  üçün
cüməni tərk etmək ................................................................... 165
Yetmiş altıncı böyük günah. Müsəlmanların arasında casus-
luq edib onların sirlərini araşdırmaq ..................................... 166
Böyük günah olması ehtimal edilən günahların məcmusu............. 167
Kitabın sonu ....................................................................................... 179

Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə