Muhəmməd ibn Əhməd əz-Zəhəbi Böyük günahlar



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə4/31
tarix26.09.2017
ölçüsü3,25 Kb.
#2242
1   2   3   4   5   6   7   8   9   ...   31

Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
18
zaman bu yazıq İslam dininin qanunlarını, böyük günah-
ları və onlardan uzaqlaşmağı, vacib əməlləri və onları
yerinə yetirməyin təhərini haradan bilsin? Əgər bunları
ona öyrədən olubsa belə, bu cür xoşbəxt insanlara çox
nadir hallarda rast gəlmək olur. Ona görə gərək insan
Allahın ona bəxş etdiyi nemətlərə görə Ona şükürlər etsin.
Birdən deyilsə ki, “günah onun özündədir, nə üçün
gedib ona cavab verə biləcək kimsədən soruşmurdu?”
Deyərik ki, bu heç onun ağlına belə gəlməyib ki, onun
bilmədiyi şeyi gedib biləndən soruşması vacibdir. Allah bir
kəsə nur bəxş etməsə, onun nuru olmaz. Elmi olmayan
müddətdə əgər hüccət qalxmayıbsa insan günah qazanmır,
Allah öz qullarına qarşı lütfkar və rəhmlidir. Uca Allah
buyurur:
¿     ¾  ½  ¼ »  º
“Biz elçi göndərməmiş heç kəsə əzab vermirdik.” [əl-
İsra surəsi, 15-ci ayə]
Peyğəmbərin r vaxtında ona vəhy gəldiyi zaman
Həbəşistanda olan səhabələrə nazil olan vaciblər və haram-
lar bir neçə ay sonra gedib çatırdı və onlar vəhy onlara
gedib çatmadığı müddətdə cahillikdə üzrlü sayılırdılar.
Eləcə də haqqı eşitməyən hər bir şəxs üzürlü sayılır.


Böyük günahlar.
19
Dördüncü böyük günah.
Namazı tərk etmək.
Uca Allah buyurur:
£  ¢  ¡  •~  }  |  {  z     y  x  w
“Onların arxasınca namazı buraxıb şəhvətə uyan bir
nəsil gəldi. Onlar ziyana uğrayacaqlar”. [Məryəm surəsi,
59-cu ayə.]
HG  F
M  L  K  J  I
“Vay halına namaz qılanların – o şəxslərin ki, onlar
namazlarında səhlənkardırlar”. [əl-Məun surəsi, 4-5-ci
ayələr.]
ì       ë  ê    é  è
   ñ   ð    ï     î  í
“Sizi Səqərə salan nədir? Onlar deyəcəklər: “Biz
namaz qılanlardan deyildik”. [əl-Mudəssir surəsi, 42-43-
cü ayələr]
Peyğəmbər r demişdir: “Bizimlə onların (kafirlərin)
arasında olan əhd namazdır, kim onu tərk etsə, artıq küfr
etmiş olur”.
1
1
 (Səhih) ət-Tirmizi /2623/, ən-Nəsai 1/231-232, ibn Məcə /1079/.


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
20
Həmçinin Peyğəmbər r demişdir: “Əsr namazını
vaxtından keçirənin əməlləri puç olar”.
1
Yenə də demişdir: “İnsanla şirk arasında namazı tərk
etmək durur”.
2
Həmçinin demişdir: “Kim namazı bilə-bilə tərk
edərsə Allahın zimmətindən (hifzindən) uzaqlaşar”.
3
Ömər L demişdir: “Şübhəsiz ki, namazı tərk edənin
İslamda payı yoxdur”.
4
İbrahim ən-Nəxai L demişdir: “Namazı tərk edən
küfr etmişdir”. Bunu Əyyub əs-Səxtiyani də demişdir.
5
Əbu Hureyrə L demişdir: “Peyğəmbərin r səhabə-
ləri namazdan başqa heç bir əməlin tərk olunmasını küfr
saymırdılar”.
6
İbn Həzm S demişdir: Şirkdən sonra vaxtı çıxana
qədər namazın tərk olunması və haqsız olaraq bir möminin
öldürülməsindən böyük günah yoxdur.
Əbu Hureyrə L Peyğəmbərin r belə dediyini
rəvayət etmişdir: “Qiyamət günü insanın ilk soruşulacağı
əməl namazdır, əgər namazları öz qaydasında olarsa, qalib
gəlib nicata çatar, yox əgər öz qaydasında olmazsa, uduzub
xəsarətə uğrayar”.
7
1
 (Səhih) əl-Buxari /553 və 594/.
2
 (Səhih) Muslim /82/ Cabirin L rəvayəti.
3
 (Həsən) ibn Məcə /4034/, Əhməd 6/421.
4
 (Səhih) Abdurrazzaqın “Musannaf” əsəri 3/125, Muvatta 1/39 və 51.
5
 (Səhih) ibn Abdul Bərin “ət-Təmhid” əsəri 5-343 /7136/.
6
 (Həsən) ət-Tirmizi /2624/, əl-Hakim 1/7.
7
 (Səhih) ət-Tirmizi /413/, ən-Nəsai 1/232, Əbu Davud /864/.


Böyük günahlar.
21
Peyğəmbər r demişdir: “İnsanlarla Allahdan başqa
ibadətə layiq haqq məbud yoxdur və Muhəmməd onun
elçisidir” – deyib, namaz qılıb, zəkat verənə qədər vuruş-
mağa əmr olundum. Əgər bunları etsələr islamın haqla-
rının ödənilməsi şərtilə qanlarını və mallarını məndən
qorumuş olarlar. (Əgər küfrü gizlədərlərsə) hesabları uca
Allaha aiddir”.
1
Əbu Səid L rəvayət edir ki, bir nəfər dedi ki, Ey
Allahın elçisi Allahdan qorx! (Peyğəmbər r dedi: “Vay
olsun sənə! Yer üzərində Allahdan ən çox qorxmağa haqlı
olan mən deyiləmmi?” Bu vaxt Xalid ibn Vəlid L dedi:
Onun boynunu vurummu ey Allahın elçisi? (Peyğəmbər r
dedi: “Yox, ola bilsin ki, o namaz qılandır”.
2
Abdullah ibn Amr L rəvayət edir ki, Peyğəmbər r
demişdir: “Kim namazlarını mühafizə etməzsə nurdan,
dəlildən və nicata çatmaqdan məhrum olar və o Qiyamət
günü Qarun, Firon, Haman və Ubey ibn Xaləflə birgə olar”.
Bütün bu dəlillər namazın tərk olunmasının küfr olduğunu
bildirməkdədir.
3
Peyğəmbər r Müaza L demişdir: “Allahdan başqa
ibadətə layiq haqq məbud yoxdur və Muhəmməd Onun
qulu və elçisidir şəhadətini deyən kimsəyə Allah Cəhən-
nəmi haram edər”.
4
1
 (Səhih) əl-Buxari /25/, Muslim /22/.
2
 (Səhih) əl-Buxari /4351/, Muslim /1064/.
3
 (Zəif) Əhməd 2/169, əd-Dərimi /2721/.
4
 (Səhih) əl-Buxari /128-129/, Muslim /32/.


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
22
Bununla bərabər namazı vaxtından gecikdirən kəs
böyük günah etmiş olur. Bircə namazı tərk edən kimsə isə
zina edib oğurluq edənlə eynidir, çünki hər hansı bir
namazı tərk edib buraxmaq böyük günahdır. Əgər o bu
əməli dəfələrlə edərsə, tövbə edənə qədər böyük günah
sahiblərindən sayılar. Yox əgər namazı yerli-dibli tərk
edərsə, o zaman o bədbəxt, günahkar və xəsarət çəkənlər-
dəndir.


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə