Muhəmməd ibn Əhməd əz-Zəhəbi Böyük günahlar



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə5/31
tarix26.09.2017
ölçüsü3,25 Kb.
#2242
1   2   3   4   5   6   7   8   9   ...   31

Böyük günahlar.
23
Beşinci böyük günah.
Zəkatın ödənilməməsi.
Uca Allah buyurur:
Y
[Z
\
]
^
_
“Vay müşriklərin halına! O kəslərin ki, zəkat ver-
mir...” [Fussilət surəsi, 6-7-ci ayələr].
  \  [  Z  Y  X     W  V  U  T  S  R
^  ]
   h  g  f  e  d  c  b  a   `  _
r     q  p  o  n  m  l  k  ji
“Qızıl-gümüş yığıb onları Allah yolunda sərf etmə-
yənləri ağrılı-acılı bir əzabla müjdələ. O gün bu yığdıq-
ları sərvətlər Cəhənnəm odunda qızdırılacaq və bununla
onların alınlarına, böyürlərinə və kürəklərinə damğa vu-
rulacaq və onlara: “Budur özünüz üçün yığdıqlarınız. Elə
isə dadın yığdıqlarınızı!”– deyiləcəkdir [ət-Tövbə surəsi,
34-35-ci ayələr].
Peyğəmbər r demişdir: “Haqqını ödəməyən elə bir
dəvə, inək və ya qoyun sahibi yoxdur ki, qiyamət günündə
düz və geniş bir yerdə bu heyvanların altına yatırılaraq, onu
ayaqları ilə  əzib, dişləri ilə dişləməsin. Sürünün baş tərəfi
üzərindən keçdikdən sonra son tərəfi yenidən onun üzə-
rindən keçər. Bu miqdarı  əlli min il olan bir gündə qullar


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
24
arasında veriləcək hökm bitənə qədər davam edəcək. Nəha-
yət, ya Cənnətə, ya da Cəhənnəmə gedən yolu ona göstə-
rilər. Xəzinəsinin haqqını ödəməyən elə bir xəzinə sahibi
yoxdur ki, qiyamət günü xəzinəsi çılpaq bir ilan şəklində
gəlmiş olmasın.
1
Əbu Bəkr L zəkat verməyənlərə qarşı vuruşaraq
demişdir: “Allaha and olsun ki, əgər onlar Peyğəmbərə r
ödədikləri ipləri belə mənə verməzlərsə, buna görə onlarla
vuruşaram”.
2
 Uca Allah buyurur:
  Ò  Ñ  ÐÏ     Î  Í  Ì  Ë  Ê  É    È  Ç  Æ  Å   Ä
  Ù  Ø  ×  Ö  ÕÔ   Ó
  ß  Þ  Ý   ÜÛ  Ú
å  ä   ã  â  áà
“Allahın Öz lütfündən bəxş etdiyini xərcləməyə
xəsislik edənlər elə güman etməsinlər ki, bu, onların
xeyrinədir. Əksinə, bu, onlar üçün pisdir. Onların xəsis-
lik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır.
Göylərin və yerin mirası Allaha məxsusdur. Allah nə et-
diklərinizdən xəbərdardır”. [Ali İmran surəsi, 180-cı ayə]
Zəkatlarını ödəməyənlər barəsində Peyğəmbər r de-
mişdir: “Kim (zəkatı) verməkdən qaçarsa, mən ondan həm
zəkatı, həm də malının yarısını alaram. Bu Rəbbimin haq-
larından bir haqdır”.
3
1
 (Səhih) əl-Buxari (1460), Muslim (987).
2
 (Səhih) əl-Buxari (1400), Muslim /20/.
3
 (Həsən) ən-Nəsai 5/15-16, Əbu Davud /1575/.


Böyük günahlar.
25
Əbu Hureyrə L Peyğəmbərin r belə dediyini
rəvayət etmişdir: “Cəhənnəm oduna girəcək üç ilk şəxs
zalım sultan, var-dövləti olub Allahın haqqını ödəməyən
və qürurlu kasıb olan şəxs olacaqdır”.
1
Abdullahın L belə dediyi rəvayət olunur: “Siz
namaz qılıb, zəkat verməyə əmr olunmusunuz. Zəkatı ödə-
məyənin namazı yoxdur”.
2
1
 (Çox zəif) Əhməd 2/425, əl-Həkim 1/387.
2
 (Səhih) ibn Əbi Şeybə 3/114, ət-Tabərani /10095/.


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
26
Altıncı böyük günah.
Valideynin üzünə ağ olmaq.
Uca Allah buyurur:
  s  r  q      p  on  m    l  k  j  i  h  g
}  |  {  z   y  x  w  v   u  t
¢  ¡   •  ~
¨  §  ¦  ¥  ¤   £
“Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə
yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya
hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!"
belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!
Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının
altına al...” [əl-İsra surəsi, 23-24-cü ayələr.]
21   0     /  .
“Biz insana valideynləri ilə gözəl davranmağı bu-
yurduq...” [əl-Ənkəbüt surəsi, 8-ci ayə].
Peyğəmbər r demişdir: “Sizə  ən böyük günahların
hansı olduğunu xəbər verimmi?” Onlardan birinin də vali-
deynlərə qarşı çıxmaq olduğunu qeyd etmişdir.
1
Peyğəmbər r demişdir: “Allahın razılığı valideynin
razılığında, Allahın qəzəbi valideynin qəzəbindədir”.
1
1
 (Səhih) əl-Buxari /2654/, Muslim /87/ Hədis Əbu Bəkradan L  –
dan rəvayət olunmuşdur.


Böyük günahlar.
27
Həmçinin demişdir: “Ata Cənnətin orta qapısıdır.
Əgər istəyirsən onu qoru, istəyirsən itir (özün bilərsən)”.
2
Peyğəmbərin r belə dediyi rəvayət olunur: “Cənnət
anaların ayaqları altındadır”.
3
Bir nəfər Peyğəmbərin r yanına gəlib onunla cihada
getməyə izn istədiyi zaman Peyğəmbər r: “valideynlərin
sağdırmı?”– deyə soruşdu. O: Bəli– dediyi zaman
Peyğəmbər r “get, onlarla qayğılarına qalaraq cihad
apar”– söyləmişdir.
4
Həmçinin səhabələr: kimlərə yaxşılıq edək – deyə
soruşduqda, demişdir: “Anana, atana, bacına, qardaşına,
sonra da daha yaxın olanlarına”.
5
Peyğəmbərin r belə dediyi rəvayət olunur: “Vali-
deynə qarşı çıxan, söz gəzdirən, içki içən, sehrə inanan şəxs
Cənnətə girməz”.
6
Abdullah ibn Ömər L demişdir: Bir nəfər bədəvi
gəlib dedi ki, Ey Allahın elçisi böyük günahlar hansılardır?
(Peyğəmbər r dedi: “Allaha şərik qoşmaq”. Dedi: Sonra
hansı? Dedi: “Valideynə qarşı çıxmaq”. Dedi: Sonra hansı?
Dedi: Sahibini oda salan yalan and”.
7
1
 (Səhih) ət-Tirmizi /1900/.
2
 (Səhih) ət-Tirmizi /1901/, Əhməd 5/196.
3
 (Uydurma hədisdir) əl-Qadai /119/, əd-Dəvləbi 2/138.
4
 (Səhih) əl-Buxari /3004/, Muslim /2549/.
5
(Səhih) Muslim /2548/.
6
 (Səhih) ən-Nəsai 8/318, Əhməd 2/201-203.
7
 (Səhih) əl-Buxari /6675/.


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə