Muhəmməd ibn Əhməd əz-Zəhəbi Böyük günahlar



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə7/31
tarix26.09.2017
ölçüsü3,25 Kb.
#2242
1   2   3   4   5   6   7   8   9   10   ...   31

Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
34
Onuncu böyük günah.
Üzr və rüxsət olmadan Ramazanda
orucu pozmaq.
Peyğəmbər r demişdir: “Üzr və rüxsət olmadan
Ramazan orucunun bir gününü pozan şəxs, bütün ömrünü
oruc tutsa belə onun qəzasını edə bilməz”.
1
Peyğəmbər r demişdir: “Beş vaxt namaz, cümədən
növbəti cüməyə və Ramazandan növbəti Ramazana qədər
edilən günahlar, böyük günahlar istisna olmaqla kəffa-
rədir”.
2
Həmçinin r demişdir: “İslam beş  şey üzərində bina
edilmişdir: Allahdan başqa ibadətə layiq məbudun olma-
ması və Muhəmmədin Onun elçisi olmasına şəhadət
etmək, namaz qılmaq, zəkat vermək, Ramazan orucunu
tutmaq və Həcc ziyarəti etmək”.
3
İbn Abbasın L belə dediyi rəvayət olunur: “İslamın
əsasları və dinin qaydaları üçdür: Allahdan başqa ibadətə
layiq məbud yoxdur şəhadəti, namaz və Ramazan orucu.
Bunlardan birini tərk edən kafirdir”.
4
Möminlərə gəldikdə isə, onlar üçün məlumdur ki,
Ramazan orucunu xəstəlik olmadan, səbəbsiz yerə tərk
edən şəxs, zinakardan, insanların mallarının bir hissəsini
1
 (Zəif) ət-Tirmizi /723/, Əbu Davud /2396/.
2
 (Səhih) Muslim /233/ Hədis Əbu Hureyrədən L rəvayət olunub.
3
 (Səhih) əl-Buxari /8/, Muslim /16/.
4
 (Zəif) Əbu Yələ /2349/.


Böyük günahlar.
35
zorla alandan, sərxoşluq edən şəxsdən daha pisdir. Hətta
həmin şəxsin islam dini üzərində olmasında belə  şübhə
edərək, o şəxsi yolunu azmış münafiqlərdən sayırlar.
Peyğəmbər r demişdir: “Yalan danışmağı və cahilliyi
tərk etməyən şəxsin ac və susuz qalmasına Allahın ehtiyacı
yoxdur”.
1
Həmçinin r demişdir: “Ramazan ayına yetişib bağış-
lanmamış olanın burnu sürtülsün”.
2
1
 (Səhih) əl-Buxari /1903/.
2
 (Səhih) ət-Tirmizi /3539/.


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
36
On birinci böyük günah.
Döyüş meydanından qaçmaq.
Uca Allah buyurur:
   Ã  Â   Á  À  ¿  ¾  ½  ¼  »  º   ¹  ¸  ¶
 Ë  Ê  ÉÈ  Ç  Æ  Å  Ä
“Daha bir döyüş əməliyyatı keçirmək üçün bir tərəfə
çəkilən və ya başqa bir dəstəyə qoşulanlar istisna olmaqla,
kim belə bir gündə onlara arxa çevirərsə, Allahın qəzəbinə
düçar olar. Onun sığınacağı yer Cəhənnəmdir. Ora necə də
pis dönüş yeridir” [əl-Ənfal surəsi, 16-cı ayə].
Peyğəmbər r demişdir: “(Sahibini) həlak edən yeddi
böyük günahdan çəkinin”. Onlardan birinin də döyüşdən
qaçmaq olduğunu qeyd etmişdir.
1
1
 (Səhih) əl-Buxari /2766/, Muslim /89/ Hədis Əbu Hureyrədən L
rəvayət olunub.


Böyük günahlar.
37
On ikinci böyük günah.
Zina. Onun bəzi növləri,
digərlərindən daha böyük günahdır.
Uca Allah buyurur:
 b   a  `      _     ^  ]\  [  Z
“Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl
və murdar bir yoldur!” [əl-İsra surəsi, 32-ci ayə].
   0  /     .  -  ,    +     *  )      (  '   &  %  $  #   "  !
8  7    6  5    4  3  21
9
:
;
<
=
>
?
A@
H  G  F  E  D  C  B
“Onlar Allahla yanaşı başqa məbuda yalvarmaz,
Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina et-
məzlər. Bunu edən kimsə cəzalandırılar. Qiyamət günü
onun əzabı qat-qat artırılar və onun içində zəlil olub əbədi
qalar. Ancaq tövbə edib iman gətirən və saleh əməllər
edənlərdən başqa...” [əl-Furqan surəsi, 68-70-ci ayələr].
     <   ;  :  9  8   7  6   5   4  32    1  0    /       .  -  ,  +
A@  ?  >  =


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
38
“Zinakar qadının və zinakar kişinin hər birinə yüz
çubuq vurun. Əgər Allaha və axirət gününə inanırsınızsa,
Allahın dininə görə onlara yazığınız gəlməsin...” [ən-Nur
surəsi, 2-ci ayə].
   T  S   R  Q    P  O  N   M  L  K  J  I   H
  Z   Y  X  W  VU
“Zinakar kişi ancaq zinakar və ya müşrik bir qa-
dınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar və ya
müşrik bir kişiyə ərə gedə bilər. Möminlərə isə bu, haram
edilmişdir” [ən-Nur surəsi, 3-cü ayə].
Peyğəmbərdən r: ən böyük günah hansıdır? – deyə
soruşulduqda o demişdir: “Səni yaradanın Allah olmasına
baxmayaraq, Ona şərik qoşmaq”. Sonra hansıdır? – deyə
soruşulduqda dedi ki, “sənin yeməyindən yeyəcəyindən
(sənin ruzinə ortaq olacağından) qorxub uşağını öldür-
mək”. Sonra hansıdır? – deyə soruşulduqda dedi ki, “Qon-
şunun xanımı ilə zina etmək”.
1
Peyğəmbər r demişdir: “Zina edən şəxs zina etdiyi
müddətdə mömin deyil, oğurluq edən şəxs də bunu etdiyi
müddətdə mömin deyil və içki içən də bunu etdiyi müd-
dətdə mömin deyildir”.
2
1
 (Səhih) əl-Buxari /4477/, Muslim /86/. Hədis Abdullah ibn Məsud-
dan rəvayət edilmişdir.
2
 (Səhih) əl-Buxari /2475/, Muslim /57/.


Böyük günahlar.
39
Peyğəmbər r demişdir: “İnsan zina etdiyi zaman
imanı onu tərk edərək kölgə kimi onun üzərində olur.
Bunu bitirdikdən sonra imanı yenidən qayıdır”.
1
Peyğəmbərin r belə dediyi rəvayət olunur ki, “Allah
zina edən və ya içki içən şəxsdən onun imanını, köynəyini
başından çıxarıb soyunduğu kimi alıb çıxarar”.
2
Həmçinin r demişdir: “Allah Qiyamət günü üç şəxsi
danışdırmaz, onları təmizə çıxarmaz, onlara nəzər salmaz
və onlara ağrıdıcı əzab verər: zinakarlıq edən yaşlı, yalançı
hökmdar və təkəbbürlü kasıb”.
3
Peyğəmbər r demişdir: “Döyüşdə olmayanlar üçün
mücahidlərin xanımlarının toxunulmazlığı onların anaları-
nın toxunulmazlığı kimidir. Mücahidlərdən kimsə öz ailə-
sinə himayə duracaq birini tərk etdikdən sonra, o şəxs
onun ailəsinə xəyanət edərsə. Qiyamət günü onunla qarşı-
qarşıya durar və onun əməllərindən istədiyi qədər götürər.
Bəs nə bilmişdiniz?”.
4
Həmçinin r demişdir: “Dörd nəfərə Allah nifrət edər:
Çox and-aman edən satıcı, lovğalıq edən kasıb, zinakarlıq
edən yaşlı və zalım başçı”.
5
Zinanın ən dəhşətlisi isə insanın öz anası, bacısı, ata-
sının xanımı və öz məhrəmləri ilə etdiyi zinadır.
əl-Hakim aşağıdakı hədisə səhih dediyinə görə məsu-
liyyəti də onun boynundadır:
1
 (Səhih) ət-Tirmizi /2627/, Əbu Davud /4690/, əl-Hakim 1/22.
2
 (Zəif) əl-Hakim 1/22.
3
 (Səhih) Muslim /107/.
4
 (Səhih) Muslim /1797/.
5
 (Səhih) ən-Nəsai 5/86, ibn Hibban /5558/.


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə