Muhəmməd ibn Əhməd əz-Zəhəbi Böyük günahlar



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə8/31
tarix26.09.2017
ölçüsü3,25 Kb.
#2242
1   ...   4   5   6   7   8   9   10   11   ...   31

Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
40
“Öz məhrəmiylə zina edən kəsi öldürün”.
1
Bu fəsildə başqa hədislər də vardır. Onlardan biri də:
Bəranın L hədisidir ki, “Peyğəmbər r onun dayı-
sını, öz atasının xanımına yaxınlıq edən bir nəfəri öldürüb,
onun malını beş yerə bölmək üçün göndərmişdi”.
2
1
 (Zəif) ət-Tirmizi /1462/, ibn Məcə /2564/.
2
 (Səhih) ət-Tirmizi /1362/, ən-Nəsai 6/109-110. Əbu Davud /4456-
4457/.


Böyük günahlar.
41
On üçüncü böyük günah.
Öz camaatını aldadan,
zülmkarlıq edən hökmdar (diktator)
Uca Allah buyurur:
  ÅÄ      Ã  Â  Á  À  ¿  ¾  ½  ¼  »  º
É  È   Ç  Æ
“Məzəmmət olunmağa ancaq insanlara zülm edənlər
və yer üzündə haqsız yerə azğınlıq edənlər layiqdirlər.
Məhz onlar üçün ağrılı-acılı əzab vardır” [əş-Şura surəsi,
42-ci ayə].
V  U  T   S  RQ  P  O  N  M  L
“Onlar bir-birlərini etdikləri pis əməllərdən çəkin-
dirmirdilər. Onların etdikləri necə də pisdir!” [əl-Maidə
surəsi, 79-cu ayə].
Peyğəmbər r demişdir: “Hər biriniz məsulsunuz və
hər biriniz himayəniz altında olan şəxslər barəsində məsu-
liyyət daşıyırsınız”.
1
Peyğəmbər r demişdir: “Bizə hiylə gəlib, bizi alda-
dan şəxs bizdən deyildir”.
2
1
 (Səhih əl-Buxari /893/, Muslim /1829/.
2
 (Səhih) Muslim /101/.


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
42
Peyğəmbər r demişdir: “(Bu dünyada edilən) zülm
(haqsızlıq) Qiyamət günü zülümətlərə çevriləcəkdir”.
1
Həmçinin r demişdir: “Hər bir məsuliyyət sahibi öz
məsuliyyəti altında olanlara hiylə gələrək onları aldadarsa,
Cəhənnəmlikdir”.
2
Həmçinin r demişdir: “Kim, Allah onu məsuliyyət
sahibi etdikdən sonra məsuliyyəti altında olan şəxslərə nə-
sihət etməzsə, Allah Cənnəti ona haram edər”.
3
Başqa ləfzdə isə: “Kim məsuliyyəti altında olan şəxs-
lərə hiylə gəlib, onları aldadaraq, ölərsə, Allah Cənnəti ona
haram edər”. Digər ləfzdə: “Həmin şəxs Cənnətin qorxu-
sunu belə duymaz” – deyə buyurmuşdur.
Həmçinin r demişdir: “Onca nəfərə əmirlik (başçılıq)
edən hər bir kəs əlləri boynunda bağlı halda gətiriləcəkdir.
Ya onun adilliyi onu azad edəcək, ya da onun zülmkarlığı
onu o vəziyyətdə saxlayacaqdır”.
4
Peyğəmbər r demişdir: “Allahım bu ümmətin hər
hansı bir işində əmir sahibi olub, rəiyyəti altında olanlarla
nəzakətlə davranan şəxslə Sən də nəzakətlə davran. Onları
narahat edəni isə Sən də narahat et”.
5
Peyğəmbər r demişdir: “Fasiq və zülmkar əmirlər
olacaq. Onların yalanlarını təsdiqləyən və onların etdikləri
haqsızlığa yardım edən şəxs məndən deyil, mən də ondan
1
 (Səhih) əl-Buxari /2447/, Muslim /2579/.
2
 (Səhih) əl-Buxari /7151/, Muslim /142/.
3
 (Səhih) əl-Buxari /7150/, Muslim /142/.
4
 (Səhih) Əhməd 5/267.
5
 (Səhih) Muslim /1828/.


Böyük günahlar.
43
deyiləm və həmin şəxs mənim yanıma hovuza gəlməyə-
cəklər”.
1
Həmçinin r demişdir: “Özləri güclü və sayca çox
olduqları halda aralarında günahlar edilərkən, onların bu
əməllərinə mane olmayan qövmə Allah ümumi bəla verər.
2
Abdullah ibn Məsud L rəvayət edir ki,
Peyğəmbər r demişdir: “Canım Əlində olan Allaha and
olsun ki, siz ya yaxşı işlərə dəvət edəcək, pis əməllərdən
çəkindirəcək, səhv edənin əlindən tutub, onunla şəfqətlə
davranaraq onu haqqa yönəldəcəksiniz, ya da Allah
bəzilərinizin qəlblərini digər qism insanlara çevirib, sonra
da İsrail oğullarının lənətləndiyi kimi Məryəm oğlu İsa və
Davudun dili ilə lənətlənmiş olacaqısnız”.
3
Məqal ibn Yəsər L Peyğəmbərin r belə dediyini
rəvayət etmişdir: “Ümmətimdən iki qrup insan mənim
şəfaətimə nail ola bilməyəcəkdir: zülmkar və  ədalətsiz
hökmdar və dində həddini aşan şəxs. O, onlar əleyhinə
şahidlik edib, onlardan uzaqlaşacaqdır”.
4
Əbu Səid əl-Xudri L rəvayət edir ki, Peyğəmbər r
demişdir: “Qiyamət günü ən şiddətli əzab çəkən, zülmkar
imam olacaqdır.
5
Peyğəmbər r demişdir: “Ey insanlar! Allaha dua edib,
Ondan bağışlanma dilədiyiniz zaman, cavab verməyib sizi
bağışlamayacağı vaxt gəlməmiş, yaxşı işlərə dəvət edib, pis
1
 (Həsən) ət-Tirmizi /614/, ən-Nəsai 7/160.
2
 (Səhih) Əbu Davud /4339/, ibn Məcə /4009/, Əhməd 4/361.
3
 (Zəif) ət-Tirmizi /3050/, Əbu Davud /4336/.
4
 (Həsən) ibn əbi Asimin “Sünnə” əsəri /35/.
5
 (Zəif) ət-Tirmizi /1329/, Əhməd 3/22.


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
44
işlərdən çəkindirin. Həqiqətən yəhudi alimləri və nəsrani
rahibləri yaxşı işlərə dəvət edib, pis işlərdən çəkindirməyi
tərk etdikləri zaman, Allah onlara Peyğəmbərlərinin dili ilə
lənət etmiş və onlara ümumi bəla göndərmişdir”.
1
Peyğəmbər r demişdir: “Kim bizim dinimizdən ol-
mayan bir şeyi dinimizə əlavə edərsə, onun bu əməli rədd
olunar”.
2
Həmçinin r demişdir: “Kim yenilik edər və ya yeni-
lik edənə sığınarsa, onun üzərinə Allahın, mələklərin və
insanların hamısının lənəti olar və həmin şəxsdən nə fərz,
nə də nafilə qəbul edilməz”.
3
Peyğəmbər r demişdir: “Rəhm etməyən şəxsə rəhm
olunmaz”.
4
Həmçinin demişdir: “İnsanlara rəhm etməyənə Allah
da rəhm etməz”.
5
Peyğəmbər r demişdir: “Müsəlmanlara əmir təyin
edildikdən sonra onlar üçün çalışıb, onlara nəsihət etməyən,
onlarla Cənnətə girməz”.
6
Həmçinin r belə demişdir: “Kim, Allah onu müsəl-
manlara hakim təyin etdikdən sonra müsəlmanların ehti-
yac, kasıblıq və yoxsulluqlarına göz yumarsa, Qiyamət
1
 (Həsən) Əbu Nueymin “əl-Huliyyə” əsəri 8/287, ət-Təbərani /1389/
“Mucəm əl-Əvsat”.
2
 (Səhih) əl-Buxari 5/60, Muslim /1718/.
3
 (Səhih) əl-Buxari /1876/, Muslim /1370/.
4
 (Səhih) əl-Buxari /6013/, Muslim /2318/.
5
 (Səhih) əl-Buxari /6031/, Muslim /2319/.
6
 (Səhih) əl-Buxari /7150/, Muslim /142/.


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə