Mülki hüquq” kursunun TƏDRİs proqrami baki 2012



Yüklə 80,53 Kb.
tarix23.11.2017
ölçüsü80,53 Kb.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi

Azərbaycan Dövlət İqtisad Universiteti


“Ümumi iqtisadiyyat”fakultəsi


MÜLKI HÜQUQ” kursunun


TƏDRİS PROQRAMI

BAKI - 2012
Tərtib edən: “İqtisadi hüquq” kafedrasının baş müəllimi

Nizami Əhmədalı oglu Əhmədov


Elmi redaktor: “Odlar Yurdu” Universitetinin professoru S.S. Allahverdiyev
Rəyçilər: 1. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarə Akademiyası “Dövlət idarəçiliyinin hüquqi təminatı” kafedrasının müdiri fəlsəfə üzrə h.e.d. dos. O.C.Məmmədov

2. Azərbaycan Dövlət Iqtisad Universitetinin “İqtisadi hüquq”

kafedrasının dosenti L.H.Mirzəzadə

ÜMUMİ HİSSƏ

ÜMUMİ MÜDDƏALAR
MÖVZU I

Mülki hüquq hüququn bir sahəsi kimi
Hüquq sistemində mülki hüququn yeri, mülki hüququn xüsusi hüquq kimi anlayışı. Xüsusi hüququn sistemi. Kontinental Avropa hüquq sistemində xüsusi hüququn dualizmi.

Mülki hüququn tənzimetmə predmeti. Mülki hüquqla tənzim olunan əmlak münasibətləri. Mülki hüquqla tənzim olunan şəxsi qeyri-əmlak münasibətləri.

Mülki hüququn tənzimetmə metodu. Mülki hüququn funksiyaları. Mülki hüququn prinsipləri.

Mülki hüququn sistemi. Mülki hüququn yarımsahələri. Mülki hüququn institutları.

Mülki hüquq və əlaqəli hüquq sahələri. Mülki hüququn hüquq sahələri sistemində yeri.
MÖVZU II
Mülki hüquq mənbələri
Mülki hüququn mənbəyinin anlayışı. Mülki qanunvericiliyin konstitusiya əsası. Mülki Məcəllənin və mülki hüququn digər mənbələrinin anlayışı. Mülki qanunvericiliyin tərkibi. Mülki-hüquqi qanunvericilik aktlarının anlayışı və növləri. Mülki Məcəllə mülki hüququn ən mühüm mənbəyi kimi. Qanundan aşağı qüvvəli normativ aktlar mülki hüququn mənbəyi kimi. Mərkəzi idarəetmə orqanları və yerli özünüidarə orqanlarının normativ hüquqi aktları. Hüququn prinsipləri mülki hüququn mənbəyi kimi. Yuxarı məhkəmə orqanları aktlarının əhəmiyyəti.

Mülki qanunvericilik və beynəlxalq hüquqi aktlar. Mülki qanunvericiliyin tətbiqi. Mülki qanunların zamana, məkana və şəxslərə görə qüvvəsi. Mülki qanunvericiliyin ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər qanunvericiliklə qarşılıqlı tətbiqi. Mülki hüquq normalarının kollizizyası zamanı mülki qanunvericiliyin tətbiqi. Mülki qanunvericiliyin analogiya üzrə tətbiqi. (qanunun və hüququn analogiyası)

Mülki qanunvericiliyin işgüzar dövriyyə adətləri və əxlaq normaları ilə qrşılıqlı əlaqəsi və onların qanunvericiliyin tətbiqində rolu. Mülki hüquq normalarının təfsiri.


MÖVZU III
Mülki hüquq münasibətləri
Mülki hüquq münasibətlərinin anlayışı və xüsusiyyətləri. Mülki hüquq münasibətlərinin məzmunu və növləri. Subyektiv mülki hüquqların və vəzifələrin anlayışı, məzmunu və növləri. Mülki hüquq subyektliyinin anlayışı və məzmunu.

Mülki hüquq münasibətlərinin subyekyləri (iştirakçıları) haqqında ümumi anlayış və onların tərkibi. Mülki hüquq münasibətlərinin obyektlərinin anlayışı, hüquqi təsnifi və əsas xüsusiyyətləri.



MÖVZU IV
Fiziki şəxslər mülki hüququn subyekti kimi

Fiziki şəxs anlayışı.

Fiziki şəxsin mülki hüquq qabiliyyəti. Mülki hüquq qabiliyyətinin əsas xüsusiyyəyləri. Mülki hüquq qabiliyyəti və subyektiv mülki hüququn qarşılıqlı əlaqəsi. Mülki hüquq qabiliyyətinin məzmunu. Fiziki şəxslərin mülki hüquq qabiliyyətinin əmələ gəlməsi və xitam edilməsi. Hüquq qabiliyyətinin özgəninkiləşdirilməsinin və məhdudlaşdırılmasının yolverilməzliyi.

Fiziki şəxslərin ad hüququ.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq qabiliyyəti.

Fiziki şəxslərin mülki hüquq fəaliyyət qabiliyyəti. Fəaliyyət qabiliyyətinin əmələ fəlməsi. Fəaliyyət qabiliyyətinin özgəninkiləşdirilməsinin yolverilməzliyi. Fəaliyyət qabiliyyətinin məzmunu və növləri. Yetkinlik yaşına çatmayanların fəaliyyət qabiliyyətinin məzmunu və növləri. Emansipasiya. Fiziki şəxslərin mülki fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasının əsasları. Şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılmasının əsasları və qaydası.

Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti.

Qəyyumluq və himayəçilik.

Fiziki şəxsin xəbərsiz itkin düşmüş elan edilməsinin əsasları, qaydası və hüquqi nəticələri. Fiziki şəxsin ölmüş elan edilməsinin əsasları, qaydası və hüquqi nəticələri.
MÖVZU V
Hüquqi şəxslər
Hüquqi şəxsin mahiyyəti. Hüquqi şəxsin mahiyyəti haqqında əsas nəzəriyyələr. Hüquqi şəxsin anlayışı və əlamətləri. Hüquqi şəxsin fərdiləşdirilməsi.

Hüquqi şəxsin hüquq subyektliyi. Hüquqi şəxsin mülki hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti. Hüquqi şəxsin orqanları. Hüquqi şəxsin nümayəndəliyi və filialı. İdarə, onun həyata keçirdiyi funksiyalar. Hüquqi şəxsin məsuliyyəti.

Hüquqi şəxsin yaradılması qaydası və üsulları. Hüquqi şəxsin təsis sənədləri. Hüquqi şəxslərin dövlət qeydiyyatı.

Hüquqi şəxslərin yenidən təşkili, onun növləri və hüquq varisliyi. Hüquqi şəxsin ləğvi. Hüquqi şəxsin ləğvi qaydası. Təhvil aktı və bölünmə balansı. Hüquqi şəxsin müflis olması.

Hüquqi şəxslərin növləri, onların təsnifatı. Kommersiya və qeyri-kommersiya təşkilatları.

Təsərrüfat ortaqlıqları və cəmiyyətləri. Müxtəlif növlü ortaqlıqların və cəmiyyətlərin hüquqi şəxslərinin xüsusiyyətləri. Törəmə və asılı təsərrüfat cəmiyyətlərinin mülki-hüquqi stasunun anlayışı və xüsusiyyətləri. Dövlət və bələdiyyə unitar müəssisələri - hüquqi şəxslər kimi.

Qeyri-kommersiya təşkilatlarının mülki hüquq subyektliyi. İstehlak kooperativləri. İctimai və dini qurumlar. xeyriyyə fondları.

MÖVZU VI
Dövlət və bələdiyyə qurumları mülki hüquq münasibətlərinin subyektləri kimi
Azərbaycan Respublikası və bələdiyyə qurumları Mülki hüququn müstəqil subyektləri kimi. Dövlətin və bələdiyyələrin mülki hüquq subyektliyinin anlayışı, məzmunu və əsas cəhətləri. Dövlətin və bələdiyyələrin mülki hüquq subyektliyini həyata keçirən orqanlar. Dövlət və bələdiyyə orqanlarının əşya, öhdəlik və sair mülki hüquq münasibətlərində iştirakı. Dövlətin və bələdiyyə qurumlarının əmlak məsuliyyətinin xüsusiyyətləri. Dövlət immuniteti.

MÖVZU VII
Əqdlər
Əqdlərin anlayışı və əlamətləri. Əqdlərin əhəmiyyəti və növləri. Əqdlərin etibarlılıq şərtləri. Əqdlərin subyekiv tərkibi. Əqddə iradə və iradə ifadəsi. Əqdin forması və ona riayət edilməməsinin nəticələri. Dövlət qeydiyyatına alınmalı əqdlər və bunun mülki hüquqi əhəmiyyəti.

Əqdlərin etibarsızlığı. Əqdlərin etibarsızlığının əsasları. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər. Əqdin bir hissəsinin etibarsızlığı.Əqdin konversiyası. Etibarsız əqdlər üzrə iddia müddətləri. Əqdlərdə razılıq, icazə və bəyənmə. Əqdlərin etibarsızlığının hüquqi nəticələri.

Əqdlərdə təmsilçilik. Əqdlərdə təmsilçilik anlayışı. Səlahiyyət verilməyən şəxsin əqd bağlanması. Kommersiya təmsilçiliyi.

Etibarnamənin anlayışı, növləri və formaları. Etibarnamənin müddəti. Etibar ediləsi etibaretmə. Etibarnaməyə xitam verilməsi. Etibarnamənin xitam edilməsinin nəticələri.


MÖVZU VIII
Mülki hüquqların həyata keçirilməsi və müdafiəsi müddətləri
Müddətlərin anlayışı və onların mülki hüquqi əhəmiyyəti. Mülki hüquqda müddətlərin növləri və təsnifatı. Mülki hüquqların əmələ gəlməsi və həyata keçirilməsi müddətləri. Mülki- hüquqi vəzifələrin icrası müddətləri. Mülki hüquqların müdafiəsi müddətləri. Əldə etmə, təminat və pretenziya müddətləri.

Müddətlərin hesablanması. Müddətlərin başlandığı vaxtın müəyyən edilməsi qaydası.

İddia müddətinin anlayışı, növləri və əhəmiyyəti. İddia müddətlərinin hesablanması və tətbiq edilməsi. İddia müddəti axımının dayandırılması və kəsilməsi. İddia müddətinin bərpası. İddia müddətinin keçməsinin nəticələri. İddia müddətinin şamil edilmədiyi tələblər.
MÖVZU IX
Mülkiyyət hüququ
Mülkiyyət və mülkiyyət hüququ. Mülkiyyət iqtisadi və hüquqi kateqoriya kimi. Mülkiyyətin formaları. Mülkiyyət hüququ əşya hüququ kimi. Əşya hüquqları mülki hüquqlar siatemində. Əşya hüquqlarının növləri.

Mülkiyyət hüququnun anlayışı. Mülkiyyət hüququ mülki hüququn başlıca sahələrindən biri kimi. Mülkiyyət hüququnun məzmunu. Mülkiyyətçinin səlahiyyətləri. Sahiblik, istifadə və sərəncam vermək səlahiyyətləri.

Mülkiyyətçinin müxtəlif hüquq sistemlərində səlahiyyətləri. Mülkiyyət hüququ subyektiv mülki hüquq kimi.

Sahiblik hüququ. Sahiblik hüququnun anlayışı, yaranması, müdafiəsi və xitamı. Vasitəli və vasitəsiz sahiblik.

Mülkiyyət hüququnun əldə edilməsi. Mülkiyyətin hüquqi əsasları.

Daşınar və daşınmaz əşyalara mülkiyyət hüququ əldə edilməsinin xüsusiyyətləri. Əldə etmə müddəti.

Sahibsiz əmlaka mülkiyyət hüququnun əldə edilməsi.

Mülkiyyət hüququnun itirilməsi. Mülkiyyət hüququnun mülkiyyətçinin iradəsinə əsasən itirilməsi. Əmlakın mülkiyyətçidən məcburi olaraq alınması halları və əsasları.

Özəlləşdirmə, rekvizisiya, müsadirə və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda mülkiyyət hüququnun itirilməsi. Mülkiyyət hüququnun qanun üzrə xitam verilməsinin nəticələri.

Mülkiyyət hüququnun subyektləri. Dövlət mülkiyyət hüququ. Bələdiyyə mülkiyyət hüququ. Xüsusi mülkiyyət hüququ.

Ümumi mülkiyyət hüququ. Ümumi mülkiyyət hüququnun yaranması əsasları və növləri. Ümumi paylı mülkiyyət. Ər-arvadın birgə mülkiyyəti.

MÖVZU X
Mülkiyyət hüququnun və digər əşya hüquqlarının müdafiəsi
Mülkiyyət hüququnun müdafiəsi mülki qanunvericiliyin prinsiplərindən biri kimi. Əşya hüquqlarının müdafiəsinin anlayışı. Mülkiyyət hüququnun müdafiəsinin mülki-hüquqi üsullarının növləri. Əşya hüquqlarının müdafiəsinin əşya-hüquq və öhdəlik-hüquq üsullarının tətbiqinin şərtləri və fərqləri.

Mülkiyyət hüququnun və digər əşya hüquqlarının tanınması qaydaları. Əmlakın siyahıdan çıxarılması. Dövlət orqanlarına əşya hüquqları subyektlərinin maraqlarının müdafiəsi üçün verilmlş iddialar.

Əşya-hüquqi iddialar. Mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi.(vindikasiya iddiası). Mülkiyyətçinin sahiblikdən məhrumedilməklə əlaqədar olmayan pozuntuların aradan qaldırılmasını tələb etməsi.(neqator iddiası).

Sahibliyin əşya-hüquqi müdafiəsi. Əşyaya vicdanlı və vicdansız sahibliyin mülki hüquqi anlayışı və əhəmiyyəti. Vindikasiya və neqator iddiaçılarından məhdud əşya hüquqlarının müdafiəsində istifadə edilməsi.



MÖVZU XI
Öhdəliklər haqqinda ümumi müddəalar
Öhdəlik hüququ mülki hüququn yarımsahəsi kimi. Öhdəlik hüququnun anlayışı və sistemi. Öhdəlik hüququ ilə tənzim olunan münasibətlər. Öhdəlik hüququnun əsas inkişaf meylləri.

Öhdəliklərin anlayışı. Sahibkarlıq fəaliyyətində öhdəliklərin xüsusiyyətləri. Öhdəliklərin sistemi.və növləri. Öhdəliklərin əmələ gəlmə əsasları. Müqavilə və müqavilədənkənar öhdəliklər. Öhdəlikdə şəxslər çoxluğu. üçüncü şəxslərin iştirakı ilə olan öhdəliklər. Öhdəlikdə şəxsin dəyişməsi.



MÖVZU XII
Müqavilə hüququ
Mülki hüquqi müqavilələrin anlayışı. Müqavilə hüquqi fakt və öhdəliklərin yaranmasında başlıca əsas kimi. Müqavilə - iştirakçıların qarşılıqlı münasibətlərini nizamlayan bir vasitə kimi. Bazar iqtisadiyyatı şəraitində müqavilənin əhəmiyyəti və müqavilə intizamı. Müqavilə azadlığı və onun mülki-hüquqi tənzimlənməsi.

Mülki hüquqda müqavilələrin təsnifatı. Müqavilənin növləri. Ümumi müqavilə, ilkin müqavilə, üçüncü şəxsin xeyrinə müqavilələrin xüsusiyyətləri.

Mülki hüquqi müqavilələrin sistemi və onun inkişafi.

Müqavilənin məzmunu. Müqavilənin şərtləri. Mühüm şərtlər, standart şərtlər və dıgər şərtlər. Şərtlərin müqavilənin etibarlılığına təsiri. Müqavilənin forması və qüvvəsi, müqavilənin bağlanma qaydası və bağlanma anı. Tərəflərin iradə ifadəsi. Oferta. Aksept. Müqavilə bağlamağın üsulları. Müqavilə bağlanmazdan əvvəl baş verən mübahisələr və onların həlli qaydaları. Müqavilənin təfsiri. Müqavilənin dəyişdirilməsi. və ləğvi edilməsinin əsasları və qaydaları.

Müqavilənin dəyişdirilməsi. və ləğv edilməsinin nəticələri.

Müqavilənin birtərəfli pozulması halları.



MÖVZU XIII
Öhdəliklərin icrası və icranın təmin edilməsi.
Öhdəliklərin icrası. Öhdəliklərin icrasının prinsipləri və üsulları. Öhdəliyin icra edilməməsinin və ya lazımınca icra edilməməsinin anlayışı. Öhdəliyin icra edilməməsinin və ya lazımınca icra edilməməsinin anlayışı nəticələri və yaranan məsuliyyət.

Öhdəliyin icrasının təmin edilməsi üsulları. Girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh, qanunda və müqavilədə nəzərdə tutulmuş digər üsullar.

Öhdəliyin xitamının anlayışı və əsasları.

MÖVZU XIV
Mülki hüquq məsuliyyəti
Mülki hüquq məsuliyyəti mülki hüquqların müdafiəsi kimi. Mülki hüquq məsuliyyətinin anlayışı. Mülki hüquq məsuliyyətinin xüsusiyyətləri, prinsipləri və funksiyaları. Mülki hüquq məsuliyyətinin növləri. Müqavilə məsuliyyəti və müqavilədənkənar məsuliyyəti, birgə və subsidiar məsuliyyət. Məsuliyyətin digər növləri.

Mülki hüquq məsuliyyətinin şərtləri. və əsasları. Mülki hüquq pozuntusunun anlayışı və tərkibi. Hüquqazidd hərəkət mülki hüquq məsuliyyətinin şərti kimi. Mülki hüquqda ziyanın (zərərin) anlayışı və məzmunu. Maddi və mənəvi ziyan, hüquqazidd hərərkətlə nəticə arasında səbəbli əlaqə. Hüquqpozanın təqsiri mülki hüquq məsuliyyətinin şərti kimi. Mülki hüquqda təqsirin anlayışı, formaları və onların əhəmiyyəti. Hüquqpozanın təqsirindən asılı olmayan məsuliyyət. Təsadüf və qarşısı alına bilinməyən qüvvə anlayışı və onların mülki-hüquqi əhəmiyyəti. Üçüncü şəxslərin hərəkətlərinə görə məsuliyyət.

Mülki hüquq məsuliyyətinin həcmi. Mülki hüquqi məsuliyyətin tamlığı prinsipi. Pul öhdəliklərinin pozulmasına görə məsuliyyətin xüsusiyyətləri. Dəbbə pulu və onun növləri. Dəbbə pulu və zərər. Mülki hüquq məsuliyyətinin hədləri, onun həcminin artırılması və azaldılması əsasları. Mülki hüquq məsuliyyətinin həcmi müəyyən edilərkən hüquq münasibəti subyektlərinin təqsirinin nəzərə alınması. Qarışıq məsuliyyət.
XÜSUSİ HİSSƏ

MÜQAVILƏLƏRDƏN ƏMƏLƏ GƏLƏN ÖHDƏLIKLƏR
MÖVZU XV

Alqı-satqı müqaviləsi

Alqı-satqı müqaviləsinin anlayışı və əhəmiyyəti. Alqı-satqı üzrə müqavilə öhdəliyinin əsas ünsürləri. Alqı-satqı müqaviləsinin məzmunu. Müqavilənin predmeti.

Alqı-satqı müqaviləsi üzrə əmlak əldə edənin mülkiyyət hüququnun əmələ gəlmə anı. Əmlakın üçüncü şəxslərin hüquqlarından azad edilməsi. Alıcıya lazımi keyfiyyətdə olmayan əmlak satıldıqda onun hüquqları və satıcının məsuliyyəti. Alqı-satqı müqaviləsi üzrə tərəflərin digər məsuliyyət halları.

Pərakəndə alqı-satqı müqaviləsinin anlayışı, əhəmiyyəti, tətbiq sferası və əsas xüsusiyyətləri. Pərakəndə alqı-satqı müqaviləsinin ünsürləri. Pərakəndə alqı-satqı müqaviləsinin məzmunu. İstehlakçıların hüquqlarının müdafiəsi.

Heyvanların, quşların və balıqların alqı-satqısı. Daşınmaz əmlakların alqı-satqısı. Torpaq sahələrinin və müəssisələrin alqı-satqısı. Tələblərin və digər hüquqların alqı-satqısı.

Mal göndərmə müqaviləsinin əhəmiyyəti və tətbiq sferası. Mal göndərmə müqaviləsinin anlayışı və xüsusiyyətləri.

Mal göndərmə müqaviləsinin məzmunu. Mal göndərmə müqaviləsinin mühüm və digər şərtləri.

Mal göndərmə müqaviləsinin icrası. İcranın predmeti, yeri və müddətləri.

Mal göndərmə müqaviləsinin dəyişdirilməsi və pozulması. İcradan birtərəfli imtina edilməsi və mal göndərmə müqaviləsinin şərtlərinin birtərəfli dəyişdirilməsi. Mal göndərmə öhdəliyinin pozulmasına görə məsuliyyət.

Faktorinq müqaviləsi alqı-satqı müqaviləsinin bir növü kimi. Faktorinq müqaviləsinin anlayışı və xüsusiyyətləri. Faktorinq müqaviləsinin ünsürləri. Faktorinq müqaviləsinin məzmunu.


MÖVZU XVI

Əmlak kirayəsi və icarə müqavilələri

Əmlak kirayəsi müqaviləsinin anlayışı və hüquqi məqsədi. Əmlak kirayəsi müqaviləsinin əhəmiyyəti, tətbiq sferası və hüquqi tənzimlənməsi. Əmlak kirayəsi müqaviləsinin ünsürləri və məzmunu.

İcarə müqaviləsinin anlayışı, xüsusiyyətləri və məqsədi. İcarə müqaviləsinin ünsürləri və məzmunu. İcarəyə verənin vəzifələri. İcarəçinin vəzifələri.

Torpaq icarəsi müqaviləsinin anlayışı və hüquqi tənzimlənməsi. Torpaq icarəsi müqaviləsinin ünsürləri. Torpaq icarəsi müqaviləsinin məzmunu. İcarəyə verənin vəzifələri və hüquqları. İcarəçinin hüquq və vəzifələri.




MÖVZU XVII

Françayzinq müqaviləsi

Françayzinqin anlayışı, məqsədi, əhəmiyyəti və növləri. Françayzinq müqaviləsinin anlayışı. Françayzinq müqaviləsində iştirak edən tərəflər.hüquqi Müqavilənin predmeti və digər ünsürləri.

Françayzinq müqaviləsinin məzmunu. Françayz verənin vəzifələri.Françayz alanın vəzifələri.

Françayzinq müqaviləsi tərəflərinin məsuliyyəti.


MÖVZU XVIII

Lizinq müqaviləsi

Lizinqin anlayışı və tarixi. Lizinq müqaviləsinin anlayışı. Lizinqin hüquqi tənzimetmə mənbələri. Lizinq müqaviləsinin subyektləri. Müqavilənin predmeti və digər ünsürləri. Lizinq müqaviləsinin məzmunu. Lizinq verənin vəzifələri və hüquqları. Lizinq alanın hüquq və vəzifələri. Əmlakın satıcısının hüquq və vəzifələri.

Lizinq müqaviləsinin xitamı. Müqaviləyə xitam verilməsinin əsaslari. Müqaviləyə xitam verilməsinin nəticələri.

Lizinqin növləri.



MÖVZU XIX

Podrat müqaviləsi

Podrat müqaviləsinin anlayışı. Podrat müqaviləsinin ona yaxın olan müqavilə növlərindən fərqləndirilməsi. Podrat müqaviləsinin əvəzli xidmət göstərilməsi müqavilələrindən fərqli cəhətləri. Podrat müqaviləsinin ünsürləri. Podrat müqaviləsinin məzmunu. Podratçının vəzifələri və hüquqları. Podratçının riski. Sifarişçinin hüquq və vəzifələri Podrat müqaviləsi üzrə iddia müddəti.



MÖVZU XX

Tapşırıq, broker və ticarət nümayəndəsi (agent) haqqında müqavilələr

Tapşırıq müqaviləsi və xidmət göstərilməsi üzrə öhdəliklər. Tapşırıq müqaviləsi anlayışı və hüquqi təbiəti. Tapşırıq müqaviləsinin əhəmiyyəti və xüsusiyyətləri.

Tapşırıq müqaviləsinin ünsürləri. Tapşırıq müqaviləsinin məzmunu. Vəkalət verənin vəzifələri. Vəkalət alanın vəzifələri. Tapşırıq müqaviləsi və etibarnamə. Tapşırıq müqaviləsinin xitam olunması.

Broker müqaviləsinin anlayışı. Broker müqaviləsinin mülki-hüquqi tənzimlənməsi. Broker müqaviləsinin ünsürləri. Broker müqaviləsinin məzmunu. Brokerin vəzifələri. Sifarişçinin vəzifələri.

Ticarət nümayəndəsi (agent) haqqında müqavilənin anlayışı. Ticarət nümayəndəsi (agent) haqqında müqavilənin digər xidmət göstərilməsi müqavilələrindən fərqli cəhətləri.

Ticarət nümayəndəsi (agent) haqqında müqavilənin ünsürləri.

Müqavilənin məzmunu. Ticarət agentinin vəzifələri. Tapşıranın vəzifələri.

Ticarət nümayəndəsi (agent) haqqında müqavilənin xitam olunması. Müqaviləyə xitam verilməsinin əsaslari. Müqaviləyə xitam verilməsinin nəticələri.



MÖVZU XXI

Renta müqaviləsi

Renta iqtisadi kateqoriya kimi. Renta müqaviləsinin anlayışı və hüquqi təbiəti. . Renta müqaviləsinin ona yaxın olan müqavilə növlərindən fərqləndirilməsi. Renta müqaviləsinin növləri.

Renta müqaviləsinin ünsürləri. Renta müqaviləsinin məzmunu. Renta alanın hüquqları. Renta ödəyicisinin vəzifələri.

Daimi renta müqaviləsi. Daimi renta müqaviləsinin əsas xüsusiyyətləri. Müqavilənin ünsürləri. Müqavilənin məzmunu Daimi renta müqaviləsinin xitam olunması

Ömürlük renta müqaviləsi. Ömürlük renta müqaviləsinin əsas xüsusiyyətləri. Müqavilənin ünsürləri. Ömürlük renta müqaviləsinin ləğv olunması.
MÖVZU XXII

Sığorta öhdəliyi

Sığortanın anlayışı və əhəmiyyəti. Sığorta iqtisadi kateqoriya kimi. Sığorta spesifik hüquq institutu kimi. Sığorta hüququnun mənbələri.

Sığorta öhdəliyinin anlayışı. Sığorta öhdəliyinin növləri və formaları. Sığorta öhdəliyinin əmələ gəlmə əsasları.

Sığorta müqaviləsinin anlayışı və hüquqi təbiəti. Sığorta müqaviləsinin əsas xüsusiyyətləri.

Sığorta müqaviləsinin ünsürləri. Sığorta müqaviləsinin tərəfləri və sağorta münasibətlərinin digər iştirakçıları. Müqavilənin forması və bağlanma qaydası. Sığorta müqaviləsinin məzmunu. Sığortaçının vəzifələri. Sığortalının vəzifələri.

Sığorta müqaviləsinin növləri. Zərərdən sığorta müqaviləsi. Həyat sığortası. Fərdi qəza sığortası. Tibbi sığorta.


MÖVZU XXIII

Bank xidməti sahəsində müqavilələr

Bank əmanəti müqaviləsi. Bank əmanəti müqaviləsinin anlayışı və hüquqi təbiəti. Bank əmanəti (depozit) müqaviləsinin tənzimlənməsi. Bank əmanəti müqaviləsinin tərəfləri və predmeti. Bank əmanətlərinin növləri və onların rəsmiləşdirilməsi. Əmanət sertifikatı. Əmanət kitabçası. Üçüncü şəxslər tərəfindən əmanətçinin hesabına qoyulan əmanətlər. Üçüncü şəxslərin xeyrinə əmanətlər.

Bankın əsas vəzifələri. Əmanətin qaytarılmasının təmin edilməsi. Əmanətçinin hüquqları.

Bank hesabı müqaviləsi. Bank əmanəti müqaviləsi və bank hesabı müqaviləsinin qarşılıqlı əlaqəsi. Bank hesabı müqaviləsinin bağlanılması və qeyd olunması qaydası. Bank hesabı müqaviləsinin icrası. Bank hesabları ilə əməliyyatlar. pul vəsaitlərinin bank hesabından silinməsi. Hesablar üzrə əməliyyatların dayandırılması və hesablar üzərində həbs qoyulması.

Bank hesabı müqaviləsinin ayrı-ayrı növləri. Müxbir hesabı və digər bank hesablarının hüquqi rejimi.

Bank sirri. Bank xidməti sahəsində əmanətçilərin və müştərilərin hüquqlarının mülki hüquqi müdafiəsi.


MÖVZU XXIV

Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər

Delikt öhdəliyinin anlayışı, əsas cəhətləri, xüsusiyyətləri və funksiyaları. Xəbərdarlıq və bərpa funksiyaları. Zərər vurulmasının qarşısının alınması.

Delikt öhdəliyinin əmələ gəlmə əsasları. Delikt öhdəliklərinin ünsürləri və məzmunu. Zərərin ödənilməsinin həcmi və miqdarı.

Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə oranlarının qanunsuz hərərkətləri ilə vurulmuş zərər üçün məsuliyyət.

Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərər görə məsuliyyət.

Yetkinlik yaşına çatmayan və fəaliyyət qabiliyyəti olmayanların vurduğu zərər görə məsuliyyət.

Fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmyş zərər görə məsuliyyət.

Malın, işin və ya xidmətin qüsurları nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi.

Birlikdə törədilmiş mülki hüquq pozuntuları üçün məsuliyyət.
MÖVZU XXV

Vərəsəlik hüququ

Vərəsəliyin anlayışı və əhəmiyyəti. Vərəsəliyin əsasları. Mirasın açılması.Vərəsəlik hüquq varisliyinin obyektləri. Miras əmlak.

Qanun üzrə vərəsəlik. Qanun üzrə vərəsələr.Onların vərəsəliyə çağırılma qaydası. Miras əmlakında qanun üzrə vərəsələrin payı.

Vəsiyyət üzrə vərəsəlik. Vəsiyyətin anlayışı. Vəsiyyətnamənin forması və məzmunu. Vəsiyyət üzrə vərəsələr.

Mirasda məcburi pay hüququnun anlayışı, məzmunu və xüsusiyyətləri.

Vəsiyyət tapşırığı (leqat)

Vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğvi. Vəsiyyətnamənin icrası.

Mirasın qəbulu. Mirasın nümayəndə vasitəsilə qəbul edilməsi. Mirasın qəbul edilməsinin üsulları və müddəti. Vərəsəlik hüququnun rəsmiləşdirilməsi. Mirası qəbul etmənin hüquqi nəticələri. Miras qoyanın borcları üçün vərəsənin məsuliyyəti. Miras əmlakının bölünməsi. Mirasdan imtina. Mirasdan imtinanın rəsmiləşdirilməsi və onun hüquqi nəticələri.



ƏDƏBİYYAT SİYAHISI



  1. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Bakı., 2012

  2. S.S. Allahverdiyev Azərbaycan Respublikasının Mülki hüququ. 3 cilddə. Bakı., 2008-2009.

  3. Q.Əsgərov Azərbaycan Respublikasının Mülki Məcəlləsinin kommentariyası. 1 cilddə. Bakı., 2010-2011.

  4. Комментарий Гражданского Кодекса 1 часть. Под. редак. В.Д.Кормовуча. М., 1996

  5. Комментарий к Гражданского Кодексу РФ. 1 часть. Под. редак. О.Н.Сединова М., 1996

  6. Гражданское право. Под. редак. Ю.К. То А.А.Сергеева М., 1998. 1 и 2 томах

  7. Гражданское право. Под. редак. Е.А.Суханова М., 1998. 1 и 2 томах

  8. Гражданское право. Под. редак. С.П.Гришаева М., 1999. 1 и 2 томах

: images -> tedrisprogramlari -> iqhuq
tedrisprogramlari -> Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikasının Təhsil Problemləri
tedrisprogramlari -> «İnnovasiya menecmenti» fənni üzrə tədris proqrami bakı 2015 FƏSİl I. İnnovasiya nəZƏRİYYƏSİNİn və metodologiyasinin əsaslari
tedrisprogramlari -> Kursu üZRƏ Tədrİs proqramı
tedrisprogramlari -> Tədris proqramı Fənnin kodu: 050407 Tərtib etdi
tedrisprogramlari -> Beynəlxalq biznes” FƏNNİNİn təDRİs proqram I baki – 2008 azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
iqhuq -> TəDRİs proqrami baki 2012 Tərtib edən: “İqtisadi hüquq” kafedrasının baş müəllimi Nizami Əhmədalı oglu Əhmədov Elmi redaktor
iqhuq -> Baki 2010 Tяrtib edяn: и е. н., б/м С. З. Исайев Елми редактор
iqhuq -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İqtisad universiteti «İQTİsadi HÜquq»
iqhuq -> İNZİbati HÜquq” kursunun TƏDRİs proqrami
iqhuq -> «İQTİsadi HÜquq» kafedrası Bakalavr təhsil pilləsi üzrə «ƏMƏk hüququ» kursunun təDRİs proqram I baki 2012


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə