Mülkiyyət hüququ anlayışı öz mənbəyini Roma hüququndan götürmüşdür



Yüklə 23,47 Kb.

tarix08.09.2018
ölçüsü23,47 Kb.


 

 



GİRİŞ 

Mülkiyyət  hüququ  anlayışı  öz  mənbəyini  Roma  hüququndan  götürmüşdür. 

Torpaq  üzərində  mülkiyyət  hüququ  xüsusilə  bu  hüququn  inkişafına  böyük  təsir 

göstərmişdir.  

Roma  hüquqşünasları  mülkiyyət  hüququnun  dəqiq  tərifini  verməmişdilər. 

Mülkiyyətə sadəcə olaraq, şəxs (mülkiyyətçi) olmayan və ya dövriyyə qabiliyyətli hər 

cür  əşya  kimi  baxılırdı.  Onlar  yalnz  mülkiyyət  hüququnun  məzmununu 

(elementlərini), 

yəni 

mülkiyyətçinin  səlahiyyətlərini  müəyyən  etmişdilər. 



Mülkiyyətçinin özünə məxsus əşya barəsində aşağıdakı hüquqlara malikdir: əşyadan 

istifadə hüququ; əşyadan gəlir, bəhər almaq hüququ; sərəncam hüququ. 

Roma hüququ mülkiyyət hüququnun, elementlərinin, yəni mülkiyyətçinin ayrı-

ayrı səlahiyyətlərinin siyahısını qəti olaraq müəyyən etmirdi. Bu onunla əlaqədar idi 

ki,  Roma  hüququna  görə,  mülkiyyətçi  ona  məxsus  olan  əşya  barəsində  qanunla 

birbaşa qadaan olunmayan hər şey edə bilərdi.  

Belə  təsəvvür  yaranır  ki,  Roma  hüquqşünasları  vahid  mülkiyyət  anlayışı, 

mülkiyyət  hüququ  sahəsində  dəqiq  hüquqi  termin  işləyib  hazırlamasalarda,  onların 

mülkiyyət  hüququnun  elementləri  barəsində  müəyyən  etdikləri  qayda  müasir 

qanunvericiliyin prinsipial əsasını təşkil edir. 

Dünya  hüquq  mədəniyyətinin  ilkin  mənbələrindən  olan  Roma  hüququnda 

mülkiyyət  barədə    hazırlanan  müddəalar    bütün  hüquq  sistemləri,  o  cümlədən 

Azərbaycan Respublikasınin mülki hüququ tərəfindən qəbul ediulmişdir. 

Bütün hüquq sistemlərində biz mülkiyyət hüququna anlayış verməsinə rast gələ 

bilərik.  Bu  anlayışlar  bir-birini  istisna  etmir.  Əksinə  onlar  bir-birini  tamamlayaraq, 

mülkiyyət  hüququ  kimi  vacib  hüququ  fenomenin  mahiyyətinin  aydınlaşdırmasına 

imkan verir. Həmin fenomenə bizdə doktrinal (elmi) anlayış veririk. 

Beləliklə,  mülkiyyət  hüququ  dedikdə  elə  bir  subyektiv  hüquq  başa  düşülür  ki, 

bu  hüquq  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada  və  şərtlərlə  yaranır, 

mülkiyyətçinin  özünə  məxsus  əmlaka  öz  mülahizəsinə  görə  sahiblik,  əmlakdan 

istifadə və onun barəsində sərəncam səlahiyyətini ifadə edir, bu səlahiyyətlərin başqa 

şəxsə verilə bilməsini, əmlakdan girov kimi və ya başqa üsulla ifadə edilə bilməsini, 

əmlakı  mülkiyyət  kimi  və  ya  idarə  etmək  üçün başqa şəxsə  verilə bilməsini, habelə 

əmlak  barəsində  qanuna  zidd  olmayan  istənilən  hərəkətlər  edilməsini  təmin  edir. 




 

 



Mülkiyyətçi  bu hüquq  əsasında  əmlakdan  hər hansı sahibkarlıq,  təsərrüfat  fəaliyyəti 

və ya qanunla qadağan edilməmiş başqa fəaliyyət üçün istifadə edə bilər. 

                     1. Mülkiyyət və mülkiyyət hüququ 

               1.1  Mülkiyyət hüququnun hüquqi anlayışı. 

İqtisadi  kateqoriya  olan  mülkiyyət  və  mülkiyyət  hüququ  kimi  anlayışlar  bir 

birindən  fərqlənir.  Bunlar  üst-üstə  düşməyən  və  bir-birinə  tam  uyun  gəlməyən 

anlayışlardır. İqtisadi kateqoriya olan mülkiyyətin mülkiyyət hüququna nisbətən tarixi 

daha əzəldir. 

İqtisadi  kateqoriya  kimi  mülkiyyət  insan  cəmiyyəti  ilə  bərabər  yaranmışdır. 

Mülkiyyət  iqtisadi  münasibətləri  hələ  ibtidai  icma  qurluşunda  dövlət  və  hüququn 

olmadığı  bir  zamanda  mövcud  olmuşdur.  Dövlət  və  hüququn  meydana  gəlməsi  ilə 

cəmiyyətdəki mülkiyyət iqtisadi münasibətlərin hüquqi cəhətdən ifadə edilməsinə və 

möhkəmləndirilməsinə,  mülkiyyətçinin  mənafeyinin  hüquqi  mühafizəsinə  zərurət 

yaranmışdır. 

Mülkiyyət  iqtisadi  münasibətləri  mülkiyyət  hüququ  ilə  hüquqi  cəhətdən 

qorunur  və  möhkəmləndirilir.  Bu  münasibətlər  hüquq  normaları  ilə  tənzimlənməklə 

mülkiyyət  hüququ  forması  alır.  Daha  dorusu,  mülkiyyət  hüququ  iqtisadi  kateqoriya 

olan mülkiyyəti hüquqi cəhətdən rəsmiləşdirir və ifadə edir. 

1.2 Obyektiv mənada mülkiyyət hüququ. 

Mülkiyyət  hüququ  anlayışı  iki  mənada  işlədilir:  obyektiv  mənada  mülkiyyət 

hüququ; subyektiv mənada mülkiyyət hüququ;  

          Obyektiv mənada mülkiyyət hüququ dedikdə, mülkiyyət münasibətlərini tən-

zimləyən hüquq normalarının məcmusu başa düşülür. Obyektiv mənada mülkiyyət 

hüququ mülkiyyət hüququ institutu ilə əhatə olunur. Məhz bu baxımdan mülkiyyət 

hüququ mülki hüquqa tərkib hissəsi kimi daxil olan hüquq institutu rolunda çıxış edir. 

Mülkiyyət hüququ hər hansı hüquq sistemində əsas və mərkəzi hüquq institutu hesab 

edilir. Bu institutu xüsusi hüququn özək institutu saymaq olar. Belə ki, mülkiyyət hü-

ququ institutu xüsusi hüququn bütün digər institutlarının xarakterini şərtləndirir. Mül-

kiyyət hüququnun normaları bu və ya digər dərəcədə ailə, öhdəlik, vərəsəlik hüqu-

quna və digər sahələrə təsir göstərir. Xüsusən bu normaların öhdəlik hüquq norma-



 

 



ları ilə əlaqəsi daha sıxdır. Belə ki, mülkiyyət iqtisadi münasibətlərinin obyekti olan 

əşyaya sərənjam verilməsi yalnız dinamik xarakterli münasibətlərə, ilk növbədə öhdə-

lik münasibətlərinə (məsələn, kirayə, icarə, borc, kredit və digər münasibətlərə) gir-

məklə gerçəkləşdirilir ki, bu münasibətlər öhdəlik hüquq normaları ilə nizamlanır. 

Söhbət əşyaya sərənjam verilməsi formasında edilən iradəvi hərəkətlərdən, yəni alqı-

satqıdan, bağışlamadan və digər aktlardan gedir. Vəsiyyət yolu ilə mülkiyyətçi əmlaka 

sərənjam verərsə, həmin əmlakın vərəsələrə keçməsi prosesi vərəsəlik hüquq normala-

rı ilə qaydaya salınır.  

Mülkiyyət münasibətlərini nizama salan mülki hüquq normalarının birləşməsi mül-

kiyyət hüququ institutunu yaradır. Bu institutun əsasını şəxslərin mülkiyyət hüququnu 

təsbit edən, mülkiyyətin heç bir növünə üstünlük verilməməsini təmin edən, mülkiy-

yət hüququnun qanunla qorunmasını müəyyənləşdirən Konstitusiyanın 29-cu maddə-

sində ifadə olunmuş prinsipial müddəa təşkil edir. Mülkiyyət hüququ institutunda 

jəmləşən normalar MM-in mülkiyyət hüququnun ümumi müddəaları adlı 6-cı fəslin-

də, habelə 7-ci, 8-ci, 9-cu, 10-cu fəsillərində (152-ci-249-cu maddələr) qruplaşdırıl-

mışdır. 


Mülkiyyət hüququ obyektiv mənada kompleks (çoxsahəvi) xarakterə malik olan 

hüquq institutudur. Daha doğrusu, o, qarışıq, mürəkkəb və ya sahələrarası institut 

kimi çıxış edir. Bu instituta mülki hüquq normaları ilə bərabər, həm də konstitusiya, 

inzibati və cinayət hüququnun müəyyən etdiyi qaydalar daxildir. Həmin normalar içə-

risində mülki hüquq normaları daha mühüm rol oynamaqla nisbətən üstünlüyə malik-

dir. Əgər mülkiyyət münasibətlərinə toxunan normalar mülki-hüquqi xarakter daşıyar-

sa, belə halda söhbət yalnız mülki hüquq institutu olan mülkiyyət hüququndan gedə 

bilər. 

Mülkiyyət münasibətlərini nizama salan mülkiyyət hüquq institutuna daxil olan nor-



maların xarakter və məzmunu cəmiyyətdə hakim olan iqtisadi və istehsal münasibətlə-

ri ilə müəyyən edilir. Başqa sözlə desək, əsasını müəyyən mülkiyyət tipi təşkil edən 

istehsal üsulları mülkiyyət hüququ institutunun xarakterini şərtləndirir. 

Beləliklə, obyektiv mənada mülkiyyət hüququ dedikdə, maddi nemətlərə yiyələn-



məklə əlaqədar yaranan münasibətləri tənzimləyən və qoruyan, habelə mülkiy-

yətçinin əmlaka sahiblik, əmlakdan istifadə və onun üzərində sərənjam vermək 

hüququnu təmin edən hüquq normalarının sistemi başa düşülür

 

: kurs-isleri -> huquq
huquq -> Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək
kurs-isleri -> İqtisadiyyat insanlar arasında məlumat mübadiləsinə, öz iqtisadi fəaliyyətində
kurs-isleri -> Bank Əməliyyatlarının hüquqi əsasları Maddə Bank sistemi və onun hüquqi əsasları
kurs-isleri -> Qeyd etdiyimiz kimi bu mövzuda bizim əsas məqsədimiz məcmu tələb və məcmu
kurs-isleri -> Биожоьрафийа-организм групларынын вя онларын айры-айры компонентляринин жоьрафи йайылмасы вя мяскунлашмасы щаггында елмдир
kurs-isleri -> Magistr I kurs (Qədim Misir mədəniyyəti)
kurs-isleri -> Mövzu : Bağdad xilafəti və Səlcuq türkləri
kurs-isleri -> \\ddfalınma sözlər: Müasir Azərbaycan ədəbi dilində işlənən sözlərin bir
kurs-isleri -> Səyahət və turizm kimi bir-birinə bağlı bu iki anlayış müəyyən həyat


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə