Multikulturalizm və tolerantlığın dünyada ən mükəmməl nümunəsi



Yüklə 45,78 Kb.
Pdf görüntüsü
tarix04.11.2017
ölçüsü45,78 Kb.
#8266


Multikulturalizm və tolerantlığın dünyada ən mükəmməl nümunəsi

Azərbaycan  dünyaya  multikultural  dəyərlərin  qorunması,  təbliği  və  inkişaf  etdirilməsi 

nümunəsi  ilə  tanınıb.  Və  bu  nümunəsi  ilə  ölkəmiz  dünyaya  sülhü  təbliğ  edir.  Bu  da 

təbiidir.  Çünki  cəmiyyətimizdə  bütün  din  sahibləri,  müxtəlif  mədəniyyətlərə  sahib 

insanlar rahat şəkildə yaşayır və fəaliyyət göstərirlər.

Ölkəmizdə  bütün  xalqların,  toplumların  ürəyi  eyni  ritmdə  vurur,  fərqli  dil  və  din 

mənsubları  ortaq  məxrəcə  gələ  bilirlər.  Azərbaycan  minilliklər  boyu  müxtəlif  xalqların 

azad,  sərbəst  və  heç  bir  maneə  ilə  rastlaşmadan  yaşadığı  bir  məmləkətdir. 

Bu,  tarixin  bütün  dönəmlərində,  mərhələlərində  eyni  xətt  üzrə  inkişaf  edib.  Ölkəmizdə 

tarixi ənənəyə söykənən və uzun əsrlik tolerantlıq mühiti formalaşıb. Bunun nəticəsidir 

ki, Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi özünü azad və firavan hiss edir. 

Xalqımız  qonaqpərvər,  sülhsevər  və  humanist  olduğu  üçün  respublikamızda  yaşayan 

digər  xalqlar  özlərini  hərtərəfli  ifadə  edə  bilirlər.  Azsaylı  xalqların  hüquqları  hər  zaman 

qorunub və onlara ana dilini, mədəniyyətini, dinini yaşatmaq üçün şərait yaradılıb. Ona 

görə  də  Azərbaycan  ədəbiyyatının,  mədəniyyətinin,  ictimai  fikrinin  formalaşmasında, 

eləcə də ölkəmizin ərazi bütövlüyünün qorunmasında qeyri-azərbaycanlılar da örnək ola 

biləcək  vətənpərvərlik  nümayiş  etdirə  bilirlər.  Başqa  xalqların,  dinlərin  nümayəndələri 

Azərbaycanı öz vətəni hesab etməsəydi və burada özünü azad, sərbəst hiss etməsəydi, 

respublikamızın 

müdafiəsinə 

qalxmazdılar. 

Multikulturalizm həm Azərbaycanda, həmçinin bütövlükdə dünyada müxtəlif millətlərə və 

məzhəblərə  məxsus  insanların  mədəni  müxtəlifliklərinin  qorunmasına,  inkişafına  və 

harmonizasiyasına,  azsaylı  xalqların  dövlətlərin  milli  mədəniyyətinə  inteqrasiyasına 

yönəldilmişdir.  Humanist  və  demokratik  nəzəriyyə,  yaxud  ideologiya  olaraq 

multikulturalizm  tolerantlığın  təcəssümüdür.  Onsuz  humanizm,  yüksək  fərdi  və 

beynəlxalq  münasibətlər  mədəniyyəti,  insanlar  arasında  qarşılıqlı  anlaşma,  qarşılıqlı 

zənginləşmə, 

dostluq 

və 


əməkdaşlıq 

mümkün 


deyil. 

Çoxəsrlik  multikulturalizm  və  tolerantlıq  ənənələrinə  malik  Azərbaycan  xalqı  bu 

fenomeni  öz  həyat  tərzinə  çevirməyi  bacarıb.  Multikulturalizm  həm  də  Azərbaycanın 

dövlət  siyasətində  prioritet  istiqamətlərdən  biri  kimi  çoxdan  öz  təsdiqini  tapıb. 

Multikulturalizm bir siyasət kimi öz mahiyyəti baxımından tolerantlıqla da sıx bağlıdır. O, 

müxtəlif  mədəniyyətlərin  paralel  şəkildə  yaşamasını  qəbul  edən  tolerant  cəmiyyətin 

başlıca xüsusiyyətlərindən biridir. Tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin 

qarşılıqlı  surətdə  zənginləşməsinə,  xalqları  birləşdirən  mədəniyyətin  formalaşmasına 

səbəb  olur.  Bu  da  insanların  gələcək  mədəni  birliyi  məqsədilə  bir  mədəniyyətin  digər 

mədəniyyətə 

inteqrasiya 

prosesi 


ilə 

əlaqədardır. 

Multikulturalizm elə bir siyasətdir ki, o, mədəni plüralizmi qəbul edir və onun inkişafına 

şərait  yaradır.  Bu,  ölkə  əhalisinin  etnik  irqi  və  dini  müxtəlifliyindən  asılı  olmayaraq, 

onların hamısının hüquq və azadlıqlarına hörmətlə əlaqədardır. Multikultural cəmiyyətdə 

hər  bir  vətəndaş  öz  mədəniyyətini,  dilini,  ənənəsini,  etnik  və  dini  dəyərlərini  inkişaf 

etdirmək, ana dilində məktəb açmaq, qəzet və jurnal dərc etdirmək sahələrində bərabər 

hüquqlara  malikdir.  Multikulturalizm  siyasəti  assimilyasiyanı  inkar  edən  inteqrasiyaya 

aparır.  Məhz  buna  görə  də  bu  siyasəti  təkcə  siyasi  elita  deyil,  eyni  zamanda  millətin 

yüksək  vəzifə  tutmayan  digər  nümayəndələri  ilə  yanaşı,  milli  və  dini  azlıqlar  da 

dəstəkləyirlər.

Tolerantlıq  və  multikulturalizm,  eyni  zamanda,  demokratiyanın  təməl  prinsiplərindən 

olan  vicdan  azadlığının  təmin  edilməsi  və  qanunun  aliliyidir.  Vicdan  azadlığı,  təhsil  və 

elmə  əlçatanlığın  olması,  insanların  sosial  və  iqtisadi  rifahının  yüksəlməsi,  qanunun 

aliliyi  demokratiyanın  əsas  göstəricilərindəndir.  Bir  sözlə,  sosial  bir  hadisə  olan 

multikulturalizm və tolerantlıq həm də cəhalətin, irqçiliyin, ksenofobiyanın süqutu, nəticə 

etibarilə  cəmiyyətdə  əmin-amanlıq,  bəşəriyyətdə  sülh  deməkdir.  Beləliklə,  müxtəlif 

siyasi,  iqtisadi  və  coğrafi  şəraitlərdə  yaşayan  xalqların  ədalətə  çıxışı  məhz 




çoxmədəniyyətliliyin  təmin  edilməsindən  asılıdır.  Çünki  multikulturalizmin  olması 

cəmiyyətdə bərabərliyin, demokratiyanın, tərəqqinin, sosial rifahın, başqa sözlə, ədalətin 

bərqərarı  deməkdir.  Multikulturalizm  haqqında  diskursun  təşkil  edilməsi  isə  dünyada 

ədalətə 


və 

sülhə 


çağırışdır.

Azərbaycanın  tolerant  dövlət  kimi  formalaşması,  multikultural  dəyərlərə  böyük  önəm 

verməsi və bu sahədə apardığı uğurlu siyasət nəticəsində dünya birliyinə bir nümunədir. 

Bu  baxımdan  qlobal  səviyyədə  baş  verən  antisemitizm,  dözümsüzlük  halların  aradan 

qaldırılmasına  Azərbaycan  modeli  tətbiq  edilə  bilər.  Azərbaycan  xalqının  fərqləndirdiyi 

əsas məqamlardan biri də multikultural dəyərlərin yüksək səviyyədə olmasıdır. Belə ki, 

xalqımız  əsrlər  boyu  bütün  dinlərə,  mədəniyyətlərə  hörmətlə  yanaşmışdır. 

Müasir  Azərbaycanın  banisi  ulu  öndər  Heydər  Əliyev  olduğu  üçün  əsrlər  boyu 

ölkəmizdə  formalaşan  multikultural  dəyərlər  məhz  onun  hakimiyyəti  dövründə  yeni 

inkişaf  mərhələsinə  qədəm  qoyaraq  geniş  vüsət  almışdır.  Azərbaycanda  kultural 

mədəniyyətin  müasir  tələblər  səviyyəsində  formalaşmasının,  ölkədə  sabitliyin  və 

tərəqqinin  əsas  amil  olduğunu  nəzərə  alan  ümummilli  lider  Heydər  Əliyev 

multikulturalizmin siyasi və hüquqi müstəvidə yerini müəyyən etmişdir. O, Azərbaycanın 

gələcək  uğurlu  inkişafı  üçün  dəqiq  ideoloji  hədəf  seçmiş  və  öz  uzaqgörən,  müdrik 

siyasəti  ilə  əsrlər  boyu  formalaşmış  çoxmədəniyyətlilik  ənənəsini  inkişaf  etdirərək  onu 

keyfiyyətcə yeni mərhələyə qaldırmışdır. Azərbaycan çoxmillətli dövlət olduğu üçün hər 

bir  milli  qrupun  ölkədə  rahat  yaşaması  üçün  və  vahid  vətən  Azərbaycan  uğrunda 

çalışmaq  üçün  güclü  hakimiyyət  və  siyasi  iradə  tələb  olunurdu.  Məhz  ümummilli  lider 

Heydər  Əliyevin  siyasi  müdrikliyi  sayəsində  bu  gün  Azərbaycanda  yaşayan  bütün 

millətlər və bütün din mənsubları rahat şəkildə yaşayır və öz adət-ənənələrinə, dinlərinə 

sadiqdirlər.

Ümummilli  lider  Heydər  Əliyevin  siyasi  iradəsi  sayəsində  Azərbaycan,  tarixən,  sahib 

olduğu  tolerantlıq  və  multikulturalizm  ənənələrini  hüquqi  və  siyasi  müstəvidə  yenidən 

bərpa  etdi.  Ulu  öndər  Azərbaycanın  gələcək  uğurlu  inkişafı  üçün  dəqiq  ideoloji  hədəf 

seçdi və müdrik siyasəti ilə əsrlər boyu formalaşan çoxmədəniyyətlilik ənənəsini inkişaf 

etdirərək  onu  keyfiyyətcə  yeni  mərhələyə  qaldırdı.  Onun  rəhbərliyi  ilə  Azərbaycan 

xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi istiqamət 

hazırda 


Prezident 

İlham 


Əliyev 

tərəfindən 

uğurla 

davam 


etdirilir. 

Bu  gün  isə  Azərbaycan  dünyaya  tolerantlıq  nümunəsi  ilə  təqdim  olunur.  Ölkəmizdə 

mövcud  olan  yüksək  multikultural  dəyərlər,  tolerantlıq,  bütün  dünyəvi  dinlərin  sərbəst 

şəkildə fəaliyyət göstərməsi Azərbaycanın xarici imicini formalaşdırır və eyni zamanda 

bir vizit kart rolunu oynayır. Cənab Prezident İlham Əliyevin bu sahədə apardığı uğurlu 

siyasət nəticəsində Azərbaycan yüksək mədəniyyətə malik olan və tolerant dövlət kimi 

dünyada  tanınır.  Azərbaycanın  müxtəlif  humanitar  sahələrdə  təşkil  etdiyi  mütəmadi 

beynəlxalq 

toplantılar, 

konfranslar, 

tədbirlər 

buna 


sübutdur.

Dünyada 5000-ə qədər xalq, millət və etnik qrup yaşayır. Bu o deməkdir ki, dünyada bir 

o  qədər  də  etnomədəniyyət,  mentalitet,  həyat  və  davranış  tərzi  var.  Azərbaycan 

multikulturalizmi yalnız ölkə daxilində deyil, beynəlxalq aləmdə öz səmərəli nəticələri ilə 

insanlara  sülh,  əmin-amanlıq,  qarşılıqlı  hörmət  bəxş  etməyə  yönəldilmişdir.  Biz  bu 

dəyərimizi 

hər 

zaman 


qoruyub 

inkişaf 


etdirməliyik.

Multikulturalizm və tolerantlıq həm də cəhalətin, irqçiliyin, ksenofobiyanın süqutu, nəticə 

etibarilə cəmiyyətdə əmin-amanlıq, bəşəriyyətdə sülh deməkdir. Müxtəlif siyasi, iqtisadi 

və  coğrafi  şəraitlərdə  yaşayan  xalqların  ədalətə  çıxışı  da  çoxmədəniyyətliliyin  təmin 

edilməsindən  asılıdır.  Çünki  multikulturalizmin  olması  cəmiyyətdə  bərabərliyin, 

demokratiyanın,  tərəqqinin,  sosial  rifahın,  başqa  sözlə,  ədalətin  bərqərarı  deməkdir. 

Multikulturalizmi bir dəyər sisteminə çevirmiş Azərbaycanda çoxmədəniyyətliliyin inkişafı 

istiqamətində  aparılmış  məqsədyönlü  siyasətin  nəticəsində  bu  gün  müxtəlif 

mədəniyyətlərin  təmsilçiləri  siyasi,  iqtisadi  və  mədəni  elitada  təmsil  olunur,  ölkənin 

inkişaf prosesində yaxından iştirak edirlər. Azərbaycan bu sahədə dünyaya örnək dövlət 




kimi özünü təsdiqləyə bilib. Azərbaycan burada yaşayan bütün xalqların, bütün səmavi 

dinlərə  tapınanların  azad  yaşadığı  bir  ölkədir.  Qürur  hissi  ilə  deyə  bilərik  ki,  bəli, 

Azərbaycan  dünyanın  multikulturalizm,  tolerantlıq,  dözümlülük,  humanitar  əməkdaşlıq 

mərkəzinə 

çevrilib.

Azərbaycan  Respublikası  millətlərarası,  multikulturalizm  və  dini  məsələlər  üzrə 

yaradılmış dövlət müşavirlik institutu, həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi 

bu  sahənin  dövlət  siyasətinin  tərkib  hissəsinin  olması  da  bunu  sübut  edir.  Bir  sözlə, 

ölkəmizdə  multikultural  dəyərlərin  təbliği,  təşviqi  və  inkişaf  etdirilməsi  üzrə  böyük  işlər 

görülür.  Bu  ilin  Azərbaycanda  “Multikulturalizm  ili”  elan  edilməsi  də  bu  baxımdan 

təsadüfi 

deyil.


Ulu  öndər  hər  zaman  qeyd  edirdi  ki,  gənclər  bizim  gələcəyimizdir.  Bizim  milli-mənəvi 

dəyərlərin  qorunub,  gələcək  nəslə  çatdırılması  çox  vacibdir.  Axı,  gənclər  hər  zaman 

müasir  innovativ  enerji  dolu  bir  toplumdur,  onların  düzgün  tərbiyələnməsi,  milli-mənəvi 

dəyərlərə sadiqliyi həm onların gələcəyi üçün, həmçinin cəmiyyətin ümumilikdə inkişafı 

üçün 

böyük 


əhəmiyyət 

kəsb 


edir.

Çox  sevindirici  haldır  ki,  bu  gün  Azərbaycan  gəncliyi  öz  milli-mənəvi  dəyərlərinə, 

vətəninə, dövlətinə bağlı bir toplum kimi formalaşıb. Bu sahəyə dövlətin böyük qayğısı 

əsas rol oynayır. Dəyərlərimizin təbliği sahəsində gənclərimiz bir sıra tədbirlər, layihələr 

həyata  keçirir  və  ya  onlara  təşəbbüs  göstərirlər.  Əlbəttə,  gələcək  nəslin  düzgün 

formalaşması,  dünyada  qloballaşma  prosesi  getdiyi  bir  zamanda,  hərdən  çətinləşir. 

Çünki  müxtəlif  maraqlara  xidmət  edən  cərəyanlar  hər  zaman  gənclərdən  başlayırlar. 

Ancaq  xüsusi  vurğulamaq  istərdik  ki,  bu  gün  Azərbaycan  gəncliyi  öz  milli-mənəvi 

dəyərlərinə,  vətəninə,  millətinə  sadiqdirlər,  dövlətçilik  naminə  cənab  Prezident  İlham 

Əliyevin 

ətrafında 

sıx 


birləşiblər. 

Yeni  Azərbaycan  Partiyasının  Gənclər  Birliyi  də  hər  zaman  milli-  mənəvi  dəyərlərin 

təbliğində  öz  töhfəsini  verməyə  çalışır.  Müxtəlif  bölgələrdə  Dini  Qurumlarla  İş  üzrə 

Dövlət  Komitəsinin  dəstəyi  ilə  gənclərlə  görüşlər  keçirilir,  müxtəlif  müzakirələr  aparılır. 

Bu  tədbirlərin  özəyində  həm  gənclərimizin  düzgün  tərbiyələnməsi,  maariflənməsi 

dayanır, həm də Azərbaycanda mövcud olan multikultural dəyərlərin, tolerantlığın təbliğ 

edilməsi durur. Gənclərə həm dini, həm mədəni sahələrdə aparılan işlər haqqında geniş 

məlumatlar verilir. Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və Dini Qurumlarla İş üzrə 

Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 2015-ci ildə Qusar rayonunda “Ənənəvi islam 

dəyərləri  və  müasirlik”  mövzusunda  konfrans  keçirilmiş,  region  gəncləri  ilə  müxtəlif 

mövzular ətrafında fikir mübadiləsi aparılmışdır. Multikultural dəyərlərin təbliği ilə yanaşı, 

gəncliyimiz 

vətənpərvərlik 

ruhunda 


da 

tərbiyə 


olunur. 

Azərbaycanda  gənclər  cəmiyyətin  fəal  üzvüdürlər  və  onlar  ictimai  proseslərdə  fəal 

iştirak  edir,  tolerantlıq  ruhunda  böyüyürlər.  Təkcə  ölkəmizdə  deyil,  həmçinin  bir  sıra 

beynəlxalq tədbirlərdə də gənclərimiz uğurla təmsil olunaraq tolerantlıq və multikultural 

dəyərlərin 

təbliğ 


edilməsində 

böyük 


rola 

malikdirlər. 

Onu  da  qeyd  edək  ki,  multikulturalizm  biliklərinin  gənclərə  ötürülməsi,  onlarda 

multikultural  mədəniyyətin  formalaşdırılması  üçün  bu  işə  kompleks  pedaqoji  təsirlərlə 

yanaşılmalıdır. Bu proses uşaqların yaş səviyyəsinə, anlama imkanlarına uyğun olaraq 

uşaq  bağçasından  başlayaraq  ümumtəhsil  məktəbində  və  peşə-ixtisas  təhsili 

ocaqlarında sistemli olaraq davam etdirilməlidir. Eyni zamanda, multikulturalizm bilgiləri 

və  təcrübi  reallığı  tərbiyəvi  amilləri  ilə  də  mədəni-intellektual  insanın  formalaşmasına 

təsir 

edər. 


Ümumiyyətlə  desək,  çoxmillətli  Azərbaycan  artıq  dünyanın  nəzərində  nümunəvi  bir 

dövlətdir.  Ölkəmiz  dünyanın  multikulturalizm,  tolerantlıq,  dözümlülük,  humanitar 

əməkdaşlıq  mərkəzinə  çevrilib  və  bundan  xalqımız  da,  dövlətimiz  də  qürur  duyur.

Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham  Əliyevin  Azərbaycanda 

multikulturalizmlə bağlı fikirləri bunu deməyə əsas verir: “Multikulturalizm Azərbaycanda 

dövlət  siyasətidir.  Qeyd  etməliyəm  ki,  artıq  tarixi  keçmişimiz  də  bunu  diktə  edir.  Eyni 




zamanda  multikulturalizm  Azərbaycanda  həyat  tərzidir.  Biz  gündəlik  həyatımızda  bu 

prinsiplər  əsasında  fəaliyyət  göstəririk.  Bu  prinsiplər  cəmiyyətin  mütləq  əksəriyyəti 

tərəfindən dəstəklənir, müdafiə edilir”.

Seymur ORUCOV,



Yüklə 45,78 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə