Multikulturalizmə giriş” fənninin predmeti və əhəmiyyəti plan mədəniyyətin sosioloji anlayışı Mədəniyyətin Elementləri



Yüklə 1,13 Mb.
səhifə7/13
tarix17.09.2017
ölçüsü1,13 Mb.
#97
1   2   3   4   5   6   7   8   9   10   ...   13

Heydər Əliyev, “Müstəqillik yolu”, Seçilmiş fikirlər. Bakı, 1997,

  • Azərbaycan Respublikasının Konstitusiyası (Maddələr 21, 25, 44, 45), Bakı, 1995.

    http://president.az/azerbaijan/constitution/

    • “Azərbaycan Respublikasında yaşayan milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafına dövlət yardımı haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1992-ci il tarixli Fərmanı

    http://e-qanun.az/files/framework/data/7/f_7762.htm

    • Azərbaycan Respublikasının Cinayət, İnzibati Xətalar və Cinayət-Prosessual məcəlləsi (283 maddə “Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması”)

    • http://www.azhumanrights.az/az/normacts/1386-az399rbaycan-respubl304kasinin.html

    http://www.azhumanrights.az/az/normacts/1387-az399rbaycan-respubl304kasinin.html

    http://constcourt.gov.az/laws/36

    • Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası” (Azərbaycan hökuməti tərəfindən 1995-ci il fevralın 1-də imzalanmış və 2000-ci il 16 iyun tarixli Qanunla ratifikasiya edilmişdir)

    http://diaspora.gov.az/index.php?options=contentHYPERLINK "http://diaspora.gov.az/index.php?options=content&id=270"&HYPERLINK "http://diaspora.gov.az/index.php?options=content&id=270"id=270

    • Azərbaycan Respublikasının UNESKO-nun “Mədəni ozünüifadə müxtəlifliyinin qorunması və təşviqinə dair” Konvensiyasına qoşulmasına dair 26 noyabr 2009-cu il tarixli Qanunu

    http://www.e-qanun.az/files/framework/data/19/f_19041.htm

    • “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” (27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş)

    http://www.president.az/articles/4017

    • “Deportasiya olunmuş şəxslərin, milli azlıqların və xalqların hüquqlarının bərpası ilə bağlı məsələlərə dair Sazişin təsdiq edilməsi barədə” ,  Azərbaycan Respublikası Prezidentinin8 oktyabr 1996-cı il tarixli Qanunu

    • Dözümlülük prinsipləri haqqında Bəyannamə. UNESCO, 16 noyabr 1995-ci il, Tolerantlıq (sənədlər, konsepsiyalar) Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət komitəsi tərəfindən nəşr olunmuşdur. Bakı, 2014, s.10- 18.

    • “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyaya qoşulmaq barədə”,  Azərbaycan Respublikası Prezidentinin 31 may 1996-cı il tarixli Qanunu,

    http://www.justice.gov.az/view_hr.php?id=15

    • Fautre W. Azerbaijan. Ethnic diversity. Peaceful co-existence and state management. Brussels, 2014

    http://hrwf.eu/wp-content/uploads/2014/11/Azerbaijan-Ethnic-Diversity-Peaceful-Co-existence-State-Management.pdf

    • Куропятник А.И. Мультикультурализм. Проблемы социальной ста-бильности полиэтничных обществ. СПб., 2000.

    http://www.old.jourssa.ru/2000/2/2bKuropyatnik.pdf

    • Мамедова Ф. Кавказская Албания и албаны. Баку, 2005. С.571- 667

    • Najafov E.A. The Evolution of Azerbaijani Nationalism: Enlightenment, ADR, and Azerbaijanism- Vol., I, 2008- AZERBAIJAN IN THE WORLD (Articles. interviews, chronology)

    http://www.ada.edu.az/biweekly Azərbaycan Diplomatiya Akademiyası, 2009, p.101-10

    • Quliyeva N. Azərbaycan tatlarının ailə məişəti və mənəvi mədəniyyəti. Bakı, 2005.

    • Вердиева Х. Немцы в Северном Азербайджане. Баку, 2009.C.33-45.102-106.

    http://www.ebooks.az/book_orXjt0kT.html

    ВердиеваХ.Ю.Переселенческая политика Российской империи в Севером Азербайджане.Баку, 1999.С.42-43,226,235,245,250,258,259,264.

    Вердиева Хаджар, Гусейн-заде Рауф. “Родословная” армян и их миграция на Кавказ с Балкан.издание второе, исправленное. Баку, 2013.C.129-138

    Гусейн-заде Рауф. Кaвкaз и армяне. Баку, 2014.C.343-344,355-360.

    http://www.erevangala500.com/booke//kitab/1416596114_5743530.pdf



    Həsənli Cəmil. Tarixi şəxsiyyətin tarixi. Bakı, 2013.S.113-121.

    http://vhp.az/index.php?type=xebergoster&id=765

    Baykara Hüseyn.Azərbaycan İstiqlal mübarizəsi tarixi. Bakı, 1992.S.109- 119,130-144.

    Балаев Айдын. Азербайджанское национальное движение в 1917-1918 гг. Баку,1998. С32 -37,.41, 42, 45-47.

    Süleymanov Manaf. Eşitdiklərim, oxuduqlarım, gördüklərim. Bakı, 1987.85-90,151-156.63,64.



    • Воронков В. Мультикультурализм и деконструкция этнических границ // Мультикультурализм и трансформация постсоветских обществ / Под. ред. В. С. Малахова и В. А. Тишкова. М., 2002

    http://cisr.ru/files/publ/Voronkov/Voronkov_Multikulturalism_i_dekonstrukcia_etnicheskih_granic.pdf

    Azərbaycanda yaşayan azsaylı xalqların adət və ənənələrinin təbliğində kitabxanaların rolu. Respublikanın kütləvi və ixtisas-laşdırılmış kitabxanaları, Mərkəz-ləşdirilmiş KitabxanaSistemləri üçün metodik vəsai. t Bakı-2012

    Mövzu 4

    Çoxkonfessiyalılıq və Azərbaycan Respublikasınınin



    multikulturalizm siyasəti”

    Plan

    1. “Kitab-i Dədə Qorqud” obrazlarının həyatında multikulturalizm yaşantılarının

    izləri

    2.Nizami Gəncəvinin əsərlərində tolerantlıq

    3. İslamda tolerantlıq

    ƏDƏBIYYAT

    1. N.Gəncəvi . Yeddi gözəl, Azərnəşr 1991

    2.N.Gəncəvi .Sirlər xəzinəsi. Gəncə 2011

    3. N. Gəncəvi Sirler xəzinəsi (filoloji tərcümə, izahlar, şərhlər və lüğət professor Rüstəm Əliyevindir). - Bakı. 1981

    4.Əli Hümmət Bərki, Osman Kəskioğlu. Xatəmül-ənbiya Həzrəti Məhəmməd və həyatı. - Ankara, 1993.

    5.N.Gəncəvi.Leyli və Məcnun (filoloji tərcümə, izahlar və qeydlər professor Mübariz Əliyevindir). - Bakı, 1981

    6.Azərbaycan Multikulturalizminin ədəbi – bədii qaynaqları . Bakı 2016 . səh. 4

    7.”Gəncənin səsi” qəzeti,23 fevral 2016-cı il.

    Polietnik və çoxkonfessiyalı Azərbaycanda formalaşmış multikulturalizm dəyərlərinin dini müstəvidə əks-sədasının köklərini də araşdırmaq xeyli maraqlıdır və bunları milli-mədəni irsimizin məşhur nümunələrində aydın görürük.

    İlk olaraq Azərbaycanlıların qəhrəmanlıq dastanları sırasında yer alan ən qədim yazılı abidəsi “Kitab-i Dədə Qorqud” obrazlarının həyatında multikulturalizm yaşantılarının necə yer aldığına diqqət edək. Və öncə onu vurğulayaq ki, dastandakı qəhrəmanların müsəlman dindarlığı mühafizəkarlıqdan xeyli uzaq bir məzmundadır. Azərbaycanlıların əcdadları ilk müsəlmanların bu cür təqdimatında hətta din xadimləri zümrəsi də yer almır. Qorqud qəhrəmanlarının tapındığı din falçı, pir, molla, imam dini deyil, sözün birbaşa mənasında quran-da ifadəsini tapan xalis dindir, Allahın dinidir. Oğuz türkünün Tanrıyla təması mistik aləmə qapılanların, məbədlərdə gün keçirənlərin, guşənişinlərin ibadətinə əks məzmundadır. Bu məzmun sırf həyati müstəvidə və təktanrılığın insan üçün nəzərdə tutulan təyinatına tamamilə uyğun gəlir ki, Tanrıdan qəbul görür. BamsıBeyrək boyunda olduğu kimi: "Ol zamanda bəylərin alqışı alqış, qarğışı qarğış idi. Duaları müstəcəb olurdu".

    Kitabdakı boyların biri “Qanlı Qoca oğlu Qanturalı” boyudur. Burada əhvalat belə qurulur ki, gənc Qanturalı evlənmək üçün “kafir” qızının - sarı donlu Selcanxatunun, Trabzonun xristian başçısının qızını seçir. Oğuz bəyləri üçün bu dini mənsubiyyət heç bir mənada başqalıq ifadə etmir. Qanturalının gələcək həyat yoldaşında görmək istədiyi yalnız bu keyfiyyətlərdir: “Ata, məni evləndirməkistəyirsənsə, bilirsənmi mənə layiq qız necə olmalıdır?... Mən yerimdən durmadan o durmuş olsun! Mən Qaracıq atıma minmədən o minmiş olsun!...”.

    Selcanlaevlənməsinə qızın atasından icazə üçün Qanturalı onun üçün hazırlanmış ağır sınaqdan keçərək özü də təbii ki, bir igidlik nümunəsi sərgiləmli olur, bir buğa, ardınca da bir aslanla çarpışır. Sınağını qələbə ilə başa vurub Selcanxatunla öz yurduna yola düşür. Qızını müsəlman oğuz gəncinə verdiyindən peşmançılıq çəkən Trabzontəkuru onların ardınca qoşun göndərir. İki gəncin üstünə bu dəfə düşmən qismində qələntəkur döyüşçülərini Qanturalı ilə Selcanxatun, biri müsəlman, o bir xristian inanclısı olaraq birgə dəf edirlər.

    Dastan boyu Selcanxatuna dini baxımdan heç bir ögeylik sərgilənmir. Əksinə, onun qəhrəmanlığının təsvirində şəxsinə məhrəm bir münasibət ifadə olunur. Selcan obrazı qadına ailə namusu, qəbilənin şərəfi, mənəvi-əxlaqi təmizlik və qəhrəmanlıq nümunəsi kimi baxılan oğuz qadınlarının mühitində tam doğmalaşmış birisidir ki, bu keyfiyyətlərin hamısını Azərbaycanlı oxucu onda görür. Və buna görə də bu xristian Selcanxatunu müsəlman oğuz qızlarından fərqləndirə bilmir.

    Dastanda qadın obrazlarından başqa birisi müsəlman oğuz qızı Banuçiçəkdir. “Baybörənin oğlu BamsıBeyrəkboyu”nda yer alan bu obraz da Selcanxatun əlamətində bir qızdır. Onunla nışanlanmış BamsıBeyrək də öz atasına eyni xüsusiyyətlərə malik bir qızla evlənmək istədiyini bəyanlamışdı: “Baba, mana bir qız alı ver kim, mən yerimdən turmadan ol turğac gərək! Mən qaraqoç atıma binmədən ol binmək gərək!..” Bu gəlinlərdən biri müsəlman oğuz qızı Banuçiçək, o birisi xristian qızı Selcanxatundur. Hər ikisi Azərbaycan oxucusu üçün eyni dərəcədə doğmalıqla dastanda tərənnüm edilir.

    “Kitab-i Dədə Qorqud”da başqa bir qadın obrazı da var ki, dini mənsubiyyətcə o da xristiandır, ancaq oğuz qadınlarının içində deyil, düşmən tərəfdədir. “Baybörənin oğlu BamsıBeyrəkboyu”nda bu xristian qızı düşmən cəbhəsində olsa da Azərbaycanlı oxucunun rəğbətini qazanır. Bu, Bayburd hasarı bəyinin qızıdır. Beyrək onun atasının əsirliyində olarkən bu oğuz bəyinə aşiq olur. Dustaqxanada ona yaxınlaşıb deyir: “Əgər səni hasardan örkənlə aşağı sallasam, sağ-salamat ata-ananın yanına getsən, məni burda gəlib halallığa alarsanmı?” Beyrək bu xristian qızının şəxsiyyətini uca tutduğuna görə müqəddəs Oğuz andı içir: “Oğuz yurduna salamat çatsam, gəlib səni halallığa almasam, qılıncımla doğranım! Oxuma sancılım! Yer kimi çatlayım, torpaq kimi sovrulum!”. Xristian qızının əsirlikdən azad etdiyi Beyrək öz nişanlısı Banuçiçəyə qovuşur və təbii ki, xristian qızı ilə evlənmək andına xilaf çıxır. “İç Oğuza Dış Oğuz asi olub Beyrək öldüyü boy”daBeyrəyin həlak olması bu andına xilaf çıxmağının nəticəsi kimi də məntiqli görünür.

    Qədim Azərbaycanlıların cəmiyyətinə multikultural ovqat yaşantılarını gətirən obrazları dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıçılığında da mühüm yer tutur. Nizami 1141-ci ildə Gəncə şəhərində anadan olmuş, bütün ömrü boyu orada yaşamış 1209-cu ildə Gəncədə vəfat etmişdir. Nizami öz dövrününü elmlərini mükəmməl öyrənmiş, həmçinin qədim yunan tarix və fəlsəfəsini mükəmməl mənimsımişdir. Çoxmədəniyyətliliyə yüksək dəyər verilməsi intibah şairi Nizami dühasının mahiyyətindədir. Etiqadca müsəlman olan, beş poemadan ibarət “Xəmsə”si ilə dünya şöhrətli şair bütün bu əsərlərinə Allaha münacatlarla başlayır, Məhəmməd peyğəmbərin tərifini verir və bütün bunlarla bərabər başqa dinlərə elə bir məhəbbət sərgiləyir ki, bunun təyinatı böyük mənada oxucuya çoxmədəniyyətlilik şüuruna sahiblənməyi bir dəyər kimi təlqin edir.

    “Sirlər xəzinəsi” poemasında “Ədalətli və insaflı olmağa dair” söhbətdə şair hökmdarları nəzərdə tutaraq onlara ağıllı, tədbirli, ədalətli olmağın, xalqın gözündə ucalmağın yolunu dinlərdə ifadə olunan ilahi təlimatlara əməl etməkdə görür və deyir:

    Dini sevib qorumaq sənin borcundur hər gün,

    Bu yolda can qoyublar haqqsevərlər haqq üçün.

    Maraqlıdır ki, bu misraların ardınca şair peyğəmbərlər içində nümunə kimi İsa Məsihi xatırladır:

    Hər kəs ki, İsa kimi duyub, sevib insanı

    İnsafı sayəsində tutub cümlə cahanı.

    Poemada İsa Məsihin sevgi təliminin bir uzatısına həm də sevgili qadına münasibətin obrazlı ifadəsində rast gəlinir:

    Mənim eşq bayrağım bənd olunca bir yerə,

    Vəfa qoxusu gəldi başqa bir yandan yenə.

    Açıq deyim: bir yarın rayihəsi, nəsimi

    Mənə ürək, can verdi İsa nəfəsi kimi.

    Son sətirdə İsa Məsihmöcüzələrindən birinə - İsa nəfəsilə ölülərin dirilməsinə işarə kontekstində məşuqdan gələn sevgi impulslarının təsirilə aşiqin həyat qazanması obrazlı şəkildə vurğulanır.

    Poemada təbiət təsvirlərinə aid belə sətirlər var:

    İsa dilli, nisgilli ömrü bir günlük süsən

    Sübhə müjdə verməkdə Musanın pak əlindən.

    Burada bir günlük ömrü olan süsən çiçəyi çağa ikən dil açan İsa ilə müqayisə edilir. Bu çiçək həm də Tövratda və Quranda vəsfi keçən Musanın cibinə sallıb çıxarmağı ilə bəmbəyaz işıq saçan əli kimi nurludur, görünməyilə sübhün gəlişini müjdələyir.

    Nizami öz poeziyasının multikultural təyinatına da işarə vuraraq yazır:

    Hər hücrəyə köçürdüm şeiri, şeriyyəti mən,

    Çıxartdım meyxanədən, ucaltdım sənəti mən.

    Birdəfəlik tullayıb zünnar ilə xirqəni

    Zahidlər, rahiblər də gəlib tapdılar məni.

    Bu sətirlərdə Nizami öz poeziyasının dininindən asılı olamayaraq hamıya aid olduğunu vurğulayır və bildirir ki, onun yazıları təkcə xirqə geyinən müsəlman sufilər üçün deyil, bundan bellərinə qıldan toxunmuş kəmər – zünnar bağlayan məsihilər-xristianlar da faydalana bilərlər.

    Yeri gəlmişkən, onu da qeyd edək ki, Nizaminin din dünyasında İsa Məsihə verilən yüksək dəyər Quran mətni ilə də birbaşa əlaqəli görünür və oxucuda multikulturallıq ovqatını yaradan İsa Məsih və başqa obrazlara müraciətlər Nizaminin müsəlman etiqadının bir hissəsi kimi müəyyənləşir. Quran ayələrində Adəmdən Xatəmə qədər bütün Tanrı elçiləri, o cümlədən Nur, İbrahim, Musa, İsa və b. islam elçiləri, yəni Tanrıya təslimiyyətdə olmuş elçilər kimi təlqin edilir. Bu mənada ibrətamizdir ki, Nizami multikulturalizmi eyni zamanda bir dini etiqad ifadəsidir.

    Nizaminin “Yeddi Gözəl” poemasında isə çoxmədəniyyətli mühitin həyati bir mənzərəsi ilə rastlaşırıq. Müəllif yeddi iqlimdən olan fərqli inanc sahibləri qadın tiplərini – hind, rum, slavyan, Məqrib, Xarəzm, Çin, türk qadınlarını hökmdar Bəhramın ətrafında bir araya gətiriri və bu qadınlar ona dünyanın müxtəlif bölgələrində baş vermiş əhvalatları nəql edirlər. Əsəri tədqiq edən müasir araşdırmaçılar burada orta çağ dünyasının kosmik modelinə diqqət çəkir, bu modeldə məkanın yeddi iqlimə bölündüyü, hər iqlim və həmin iqlimdəki ölkənin göyün bir qatına uyğun sayıldığını, yeddi gözəlin də ayrı-ayrılıqda mənsub olduqları iqlimlərə uyğun simvollarlla bəzədilmiş saraylarda yerləşdirilməsini qeyd edərək maraqlı qənaətlərə gəlirlər. Qənaətlərdən biri budur ki, əsərin baş qəhrəmanı Bəhramın hər iqlimə aid bilinən ulduzun rəngində geyinərək həmin sarayları ziyarətini kosmik harmoniyaya qoşulmanın simvolu kimi qavramaq lazım gəlir. Əsərdə Bəhramın bir şəxsiyyət kimi kamilləşməsi prosesi də gedir. Və bu kamilləşmənin məhz multikultural mühitdən keçərək baş tutması oxucuda şüuraltı olaraq o fikri möhkəmləndirir ki, ümumın bəşərin real tərəqqisində multikulturalizmin alternativi yoxdur.

    Ümumiyyətlə, dahi Nizaminin bədii təfəkkürü multikulturalizm impulsları ilə yüklü bir məzmunda olduğundandır ki, onun milyonlarla müsəlman oxucusu, öz dillərinə tərcümələrdə onun əsərlərini oxuyan xristianlar, yəhudilər, buddistlər və b. zaman-zaman bu ovqatı yaşamalı olur. Onun son əsəri Makedoniyalı İskəndərə həsr etdiyi “İskəndərnamə” poeması olmuşdur. İskəndər, Nizaminin yazdığına görə, öz vətənində görmədiyi bir çox real hadisələrə həyatın möcüzələri kimi baxır. Əsərdə ən əhəmiyyətli mədəni hadisə İsgəndərin "başçısızlar" ölkəsinə gəlib çıxmasıdır. O, buradakı insanların həyatı, düşüncəsi, bərabərliyə əsaslanan ictimai idarə üsulunu gördükdə heyrət edir. Nəhayət İsgəndər şimal zülmətində dirilik suyunun olması xəbərini eşidir və oraya yol tapmaq istəyir, əbədi həyat axtarır. İsgəndər Xızır peyğəmbərlə zülmətə gedərkən yolu azır, Xızır isə əbədiyyət suyunu tapıb içir və bu haqda İsgəndərə xəbər verir. Beləliklə, İsgəndər Yunanıstanda deyil, şərqə səyahətləri dövründə görüb öyrəndiyi şərq mədəniyyətləri, şərq elmi-fəlsəfi dünyagörüşü nəticəsində əqli təkamülün zirvəsi olan peyğəmbərlik məqamına yüksəlir. Bu cəhətdən "İsgəndərnamə" Nizaminin bədii-fəlsəfi yaradıcılığında son kamil intibah əsəridir.

    Nizami bu əsərini qələmə alarkən o dövrdə müxtəlif dillərdə olan qaynaqları oxumuş və tarixilik kontekstində təsvir etdiyi hadisələrin məzmununda öz ideallarını səsləndirmişdir. Nizaminin mütaliə dairəsi heyrət doğurur. Təkcə elə dini mətnlərin mütaliəsinə gəlincə, müəyyən edirsən ki, etiqadca müsəlman olan şeyx Nizami təkcə Quran-da təktanlığın müqəddəs qaynaqları kimi təqdim olunan Tövrat və İncili oxumayıb. Bu mənada oxuduqları sırasında kilsə tərəfindən rəsmən qəbul edilməyən erkən xristianlığın apokrifik mətnləri də yer alır. Bunu əsərin girişində yazılması səbəblərindən danışarkən ifadə etdiyi bu sətirlərdir:

    Daxmada gecənin hörüklərindən,

    Yeddi rəng ipəklər toxuyuram mən.

    Bu lacivərd küpdən mən də İsatək

    İplər çıxarıram hər an rəngbərəng.

    İncilin əlimizdə olan 4 variantının heç birində İsa Məsihlə bağlı küpdən rəngli iplərin çıxarılması əhvalatına rast gəlinmir. Əhvalatın təsviri isə apokrifikincil mətnində gedir. Elə qəbildən olan dini qaynaqların birində ki, bu, rəsmi xristian dini dairələri tərəfindən etibarsız sayılır. Əhvalat İsanın uşaqlıq çağına aiddir. Həmin o apokrifik mətndə qeyd olunur ki, İsa Salem adlı bir boyaqçının dükanına gəlir. Dükanında olan bütün parçaları götürüb içində tünd mavi boya mayesi olan küpün içinə atır ki, onları rəngləsin. Boyaqçı görəndə və düşünəndə ki, bu oğlan ona iş açıb, bütün parçalar bir rəngə boyanıb korlanıb, hirslənib İsanı tənbeh edir. İsa isə sakit dayanır və arxayındır ki, küpün içindəki boya parçaların hər birini nəzərdə tutulduğu rəngə boyayacaq. Elə də olur. O parçaları bir-bir küpdən çıxaranda bunlar tünd mavi rəngini dəyişib möcüzəvi bir şəkildə boyaqçının nəzərdə tutduğu rəngləri alır.

    Nizami isə bu əhvalata istinadla yaratdığı obrazlı ifadə ilə bildirir ki, o ağır intellektual zəhmət bahasına seçdiyi sözlərin zəngin məna çalarları var. Nizami İsa Məsihə sevgisini İskəndərnamənin birinci hissəsi “İqbalnamə”nin başlanğıcında ifadəyə qoyduğu kimi sonunda da bundan bir obraz kimi istifadə edir:

    Dəryamdan iki dürr olubdur əyan,

    Onlardır üzümü mənim ağardan:

    Biri Məryəm kimi ismətli pəri,

    Isanın nuriləparlar o biri.

    Birinin çöhrəsi Aytəkmünəvvər,

    Birinin ürəyi güntək nur çilər.

    Müqbil, Iqbal adlı iki hindli qul

    Göndərdim hüzura, olaydı məqbul

    Gəldi hər ikisi şah xidmətinə,

    Məsəldir, yaqutu saxlar xəzinə.

    Qızını mehrlə köçürər ana,

    Qardaş duvaq salar onun başına.

    Hüzura göndərdim bu gəlini mən,

    Qardaşı tutmuşdur onun əlindən.

    Canımı yollayıb bir peşkəş kimi,

    Qoşmuşam mən ona ciyərparəmi.

    Əlbəttə, bu misralardakı obrazların anlaşılması indiki oxucular üçün çətin gələ bilər. Bu misralar əsərin ithaf edildiyi hökmdar Məlik İzzəddinə yazılan mədhiyyədə yer alır. Nizami İqbalnamənidəyərləndirmək üçün ona göndərdiyini yazır. Burada Məryəm kimi ismətli gəlin xüsusiyyətini saxlayan əsərin özüdür ki, müəllifin canı da oradadır. Əsəri hökmdara aparan isə Nizaminin oğludur. Və Nizami öz oğlunun üzündə isə İsa nurundan pay olduğunu da fəxarətlə yazır.

    İsa Məsihi Azərbaycanlılara doğmalaşdıran digər bir qaynaq da daihi şairimiz Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasıdır. Əsərin əvvəllərində Qeysindoğulmasının təsviri var. Təsvir belə verilir ki, yoxdan pak bir oğlan uşağı dünyaya gəlir. Və bu uşağın həm kamil gözəlliyi var, idarkıkörpəliyindən İsa kimi kamildir:

    Əlqissə, ədəmdən oldu peyda

    Bir tifli-müzəkkərümüzəkka.

    Xurşid kimi kəmalə qabil,

    İsa kimi tiflilikdə kamil.

    Sonra təsvir belə davam edir ki, elə doğulan andan öz halını anlayır. Gələck aqibətini elə o andan dərk edərək fəryad çəkir. Füzuli körpə Qeysi İsa Məsih kimi danışdırır və müəllifin bu ədəbi priyomu İsanın çağalıqdan dil açıb danışması möcüzəsilə assosiasiya yaradır. Körpə Qeysin dilindən səslənən sözlər İsa Məsihin xristian qaynaqlarında ifadə olunan missiyasına oxşar bir məzmunu obrazlı bir tərzdə ifadə edir. Xristian təliminə görə, Adəmin suç işlətməsilə bəşəriyyət əbədi bir günah içindədir. İnsanların günahlarının bağışlanması üçün, onun adıyla saleh əməllərdə bulunaraqəbədi xilasa nail olmaları üçün İsa Məsihçarmıxa çəkilmişdir. Körpə Qeys hal diliylə belə deyir:

    ....Ey, cəfaçı dünya!

    Bildim qəmini sənin ki, çoxdur,

    Qəm çəkməyə bir hərif yoxdur.

    Gəldim ki, olam qəmin hərifi,

    Gəl, təcrübə eylə mən zəifi!

    Hər qanda qəm ola, qılma ehmal,

    Cəm' eylə, dili-həzinimə sal!

    Həm ver mənə qəm yemək kəmali,

    Həm aləmi qəmdən eylə xali!

    Beləcə Füzuli İsa Məsihin bütün insanlığın günahlarını öz üzərinə götürməsiləQeysin dünyanın bütün qəmlərini öz üzərinə götürməsi arasında məhrəm bir parallel aparır.

    Füzulinin qəzəllərində də İsa Məsihlə bağlı təşbehlər var. Bunların biri onun “Ey mələksima ki, səndən özgə heyrandır sana” sözlərilə başlayan çox məşhur qəzəlindədir. Buradakı

    “Aşiqə şövqünlə can vermək ikən müşkül deyil,
    Çün Məsihi-vəqtsən, can vermək asandır sana”

    sözlərində aşıqin öz məşuquna can verməsi, onun yola fəda olması ona görə asandır ki, aşiq də çarmıxa çəkilməklə Müqəddəs Tanrı Ata-ya qovuşan İsa kimi sevgili bir ovqat yaşantıları içindədir.

    İsa Məsihin xatırladılmasına daha çox Nəsiminin şeirlərində rast gəlirik. Səbəb isə onun hürufilik əqidəsilə bağlıdır. Məsələ bundadır ki, Quran-da “Tanrının Məryəmə atdığı kəlmə” kimi tanıdılan İsa Məsihəİncildə də Tanrı sözü kimi tərif verilir. Nəsimi özünün haqq sözünü Tanrıdan gələn haqq kəlməsi kimi car çəkdiyindən İsanın biri digərinə uyğun bu islam və xristian teoloji təqdimatından yararlanaraq deyir:

    Nəsiminin sözü gərçi dəmi-Isadır, ey münkir,

    Sənə kar eyləməz niçün ki, yoxdur həqqə iqrarın.

    Digər bir klassik Azərbaycan şairi,  hökmdar, Səfəvilər dövlətinin ilk şahı Xətainin şeirlərində də İsa Məsihə müraciətlər var. Bunların birində şair deyir:

    Ey Məsiha, bəndəni kuyində yad et bir nəfəs,

    Bu Xətayinin yerin hicrində tоprağetməgil.

    Sevgili qadına “Məsiha” müraciətilə edilən xitab Tanrı-bəndə münasibətləri silsiləsindən, İsa Məsihin sevgi təlimi kontekstində dini anlamda bir assosiasiya da yaradır və Azərbaycanlı oxucuya İsanın mübarək və məhrəm bir obrazını sevdirə bilir.

    Azərbaycanlıların multikulturalşüuraltısında İsa Məsihin peyğəmbər yeri o qədər məhrəmdir ki, bunun bir nümunəsini on yeddinci əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Rüknəddin Məsud Məsihinin ləqəbində də görürük. O, dövrünün tanınmış şairi olmaqla yanaşı, həm də istedadlı həkim imiş. Bizə gəlib çatan əsəri ana dilində yazdığı "Vərqa və Gülşa" poemasıdır. Araşdırmaçıların yazdığına görə, atası kimi bir müddət şah Abbasın sarayında həkimlik edən Məsihi sonra onun müşaviri olur. Şahla arası dəyəndən sonra Hindistana üz tutur və iyirmi il orada yaşayandan sonra vətəninə qayıdır. Məsihi o zamanın Hindistanında da müəyyən mənada gəlişməkdə olan multikultural bir ortamda fəaliyyət göstərirmiş və tədqiqatçəların yazdığına görə, hindistanda hakimiyyət sürən türk-moğol şahlarının ağıllı, mütərəqqi siyasətindən, bütün dinlərə eyni gözlə baxmasından razı qalıbmış.Bəziləri şairin “Məsihi” təxəllüsünü onun həkimlik fəaliyyətiləəlaqələndirirlər. O mənada ki, Rüknəddin bu adı İsa Məsihin xəstələri sağaltması ilə əlaqədar götürübmüş. Bununla belə, daha çox şair kimi tanınan bir Azərbaycanlının Məsihi (bu söz xalq içində həm də xristian anlamında ifadə olunur) təxəllüsü hələ o zamanların Azərbaycan toplumlarında başqa dinlərə, xüsusən təktanrılıq dinlərinə doğma münasibətin təbii bir hal kimi geniş yayılmasından xəbər verir.

    Azərbaycanlıların multukulturalizmi sonrakı dövrlərin, Rusiya işğalına məruz qaldıqları zamanların da sınağından uğurla çıxdı. O zamanların ki, müsəlmanlar arasında xristianlığın yayılması müstəmləkə üsul-idarəsinin dini-ideoloji istiqamətini müəyyənləşdirirdi. Çar Rusiyasının imperiya dini ədavət yayan siyasəti Azərbaycan ərazisində çoxkonfessiyalılıq mühitində problemlər yaratsa da bunlar cəmiyyətdə dərin kök sala və əhalinin şüuraltısına əsrlər uzunu möhrünü vurmuş multikulturalizm dəyərlərini xələldar edə bilmədi. İsa Məsih şəxsiyyəti Azərbaycanın görkəmli aydınları, sənət adamlarının şüurunda əzəlki doğmalığını saxladı və əsərlərində təbliğ edildi. Bunun ədəbi irsimizdə əksini tapan gözəl nümunələri var. Biri H.Cavidin “Şeyx Sənan” dramındadır.

    Şeyx Sənanla bağlı əhvalatda onun şahidi oluruq ki, bu mütərəqqi müsəlman gənci, icma lideri, ətrafındakı insanların sevimlisi xristian din xadimlərinin onu alçaltması qarşılığında tolerantlığa söykənən etiqadını bada vermir və əksinə, elə bir tövrsərgiləyir ki, çoxmədəniyyətliliyin, necə deyərlər, teolojisindən qaynaqlanan bu etiqadın möhtəşəm bir nümunəsini təqdim edir.

    Gürcü qızı Xumara aşiq Şeyx Sənan onunla evlənmək müqabilində qızın keşiş atası və ətrafının şərtlərilə razılaşır: donuz otarır, şərab içir. Papas çibindən xaç çıxarıb ona verir ki, boynundan assın və dinindən döndüyü beləcə ictimaiyyət qarşısında təsdiqlənsin. Şeyx Sənan xaçı bouyundan asır və deyir:

    İbn Məryəm asıldı darə, fəqət

    Onu təkrarəvarmıdır hacət?

    Bumu İsanın ərşə me’racı?

    Bən nəyim şimdi? Canlı dar ağacı...

    İbn Məryəm – Məryəm oğlu İsa Məsihdir. Xaçı İsa Məsihin çarmıxa çəkilməsininsimgəsi kimi qəbul edən ənənəvi dinçilərə bu müsəlman icma lideri istehza ilə xatırlatmaq istəyir ki, İsa Məsih bu xaç simgəsilə bağlı tutulan şərtilikdən xeyli ucadadır, xaçı boynundan asmaqla, yəni İsanı bu şərtiliyin səviyyəsinə endirməklə onun meracını, göylərə yüksəlişini anlamırlar. Bu hikməti anlamayan insanlar mahiyyət etibarilə dar ağacları funksiyasını daşıyırlar. Keşişlər onun xaç asmaq şərtiliyini kontekstində İsa ucalığından danışmasını istehza kimi qəbul edirlər və bunu ona irad tuturlar. Şeyx Sənan isə bu iradı sadəcə belə cavablayır:

    Xayır, onsuz da həzrəti-Isa

    Bizcə ən möhtərəm, böyük sima...

    Diqqət çəkən bir məqam odur ki, Şeyx Sənanın xaç asmağını öz dindaşları da sinirə bilmirlər. O da pərişan dostlarına deyir ki, asdığı gümüş parçasından başqa şey deyil. Əslində Şeyx Sənan öz dindaşlarına da din dərsi keçir ki, imanlarını çalışıb şərtiliklərinfövqündə tutsunlar. Bu səhnədə Şeyx Sənan həm öz dostlarından, həm də onu alçaltmağa çalışanlardan ucada dayanır.

    Və onu ənənəvi islamın və ənənəvi xristianlığın fövqündə saxlayan səbəb əslində multikulturallıq şüuruna impulslar verən monotoeizm teolojisinin mahiyyətindən gəlir. Şeyx Sənana təkid ediləndə ki, xaçı boynundan asandan sonra Quranı yandırsın, bu yerdə onun karına gələn yenə də çoxmədəniyyətliliyə təkan vermiş monoteizm məntiqinin ucaltdığı İsa Məsihdir. İsa Məsihi peyğəmbər kimi əziz tutan Şeyx Sənan keşişləri bu məntiqlə də məğlub edir:

    Hökmi-Qur’anıtutmuyan məğrur,

    Onu atəşdə yaqmışədd olunur.

    Bir də bihudə etdiyin israr,

    Bunda İsa və Məryəmin adı var.

    Yuxarıda Azərbaycanda multukultural mühiti təhdid edən dövrdən yazmışdıq və şəksiz ki, həmin dövrdə multikultural dəyərlər xələldar etməyə yönəlik müstəmləkəçi çar Rusiyasının “ayır, buyur” siyasəti də aktiv idi. Bu ağır imtahan dövrünün reallıqlarını əks etdirən əsərlər içində dünyada bestsellerə çevrilmiş məşhur bir Azərbaycan romanı da var: Əli və Nino. Həqiqi müəllifliyin Stalin repressiyalarını qurbanı olmuş milliyyətçə Azərbaycanlı Y.V.Çəmənzəminliyəmi, yaxud yəhudi Lev Nissimbaum məxsusluğu haqqında mübahisələrə toxunmadan onu vurğulamalıyıq ki, müsəlman Əli ilə xristian Ninonun sevgi macərası üzərində qurulan romanda Azərbaycan paytaxtı Bakıda yaranan multikultural bir mühitin maraqlı təsvirləri də gedir. Bu mühitin qəhrəmanları arasında etnik Azərbaycanlıların heç də hamısı müsəlman deyil. Onların biri də bəhailik dinini qəbul etmiş məşhur Bakı milyonçusu, neft maqnatı Ağa Musa Nağıyevdir. Romanda Azərbaycanın siyasi elitasına daxil insanların toplaşdığı bir yığıncaqda dövrün gərgin siyasi təlatümlərinə münasibət bildirən bu nüfuzlu şəxs deyir: “Mən yaşlı bir adamam... Gördüklərim, eşitdiklərim məni çox kədərləndirir. Ruslar türkləri öldürürlər, türklər ermənilərlə vuruşurlar. Ermənilər isə bizim kökümüzü kəsməyə can atırlar. İndi biz də ölkəmizdən rusları təmizləməyə çalışırıq. Bunun yaxşı olub-olmadığını bilmirəm. Biz Zeynal ağanın, Mirzə Əsədullanın, Əli Əsədullanın, Fətəli xanın xalqımızın taleyi barədə fikirlərini dinlədik. Mən onların məktəblərimizin, ana dilimizin, xəstəxanalarımızın və azadlığımızın son dərəcə qayğısına qaldıqlarını bilirəm. Bu pis şey deyil! Amma orada yalnız boş şeylər tədris edilirsə, o məktəb kimə və nəyə lazımdır? Bədəni müalicə edib, ruhu yaddan çıxardan xəstəxananın nə faydası vardır? Bizim ruhumuz Tanrıya doğru getmək istəyir. Düzdür, hər bir millət özünə məxsus bir tanrısı olduğuna inanır. Lakin mənim fikrimcə, keçmiş neçə-neçə uluların diliylə desək, özünü bizə tanıtmış olan Tanrı birdir. Buna görə də mən eyni zamanda həm Həzrəti İsaya, Musaya, Konfusiyə, Buddaya və həm də Məhəmməd Peyğəmbərə inanıram. Biz hamımız bir Tanrıdan törənmişik və Bab yoluyla onun yanına dönəcəyik. Bunu xalqa bildirmək lazımdır ki, nə qara var, nə də ağ. Çünki qarada ağ, ağda da qara vardır. Ona görə də məsləhət görürəm: gəlin elə bir iş görməyək ki, dünyada kimsəyə zərər dəysin. Çünki bizim hər birimiz hər ruhun bir parçasıyıq və hər ruh da bizim bir parçamızdır”. Bu sözləri deyən sadəcə romanın çoxsaylı qəhrəmanlarından biri deyil, həm də Azərbaycanlıların kifayət qədər tanıdığı, real tarixi şəxsiyyətlərdən biridir və romanda əksinin tapan bu məzmunlu çıxışlar 20-ci əsrin əvvəllərinin Bakı mühitində tamamilə normal qarşılanır və təqdir görürdü.

    Çoxkonessiyalılığın Azərbaycan multikulturalizminə verdiyi töhfələrin bədii əks-sədasından danışanda əsasən Azərbaycanlıların dindarlığından, ədəbiyyatından, ölkədəki toponimlərdən (Gədəbəydə İsalı kəndi, Zərdabda Aşağı Məsihli və Yuxarı Məsihli kəndləri, Gürcüstan ərazisində əhalisi yalnız Azərbaycanlılardan ibarət gürcülərin Daqaruxlo, Azərbaycanlıların Dağ arıxlı dediyi, amma tarixi sənədlərdə “Məryəmli” kimi keçən kənd, Şuşada İsa bulağı) danışırıq, incəsənətin başqa növlərinə bir qayda olaraq toxunmuruq. Səbəb odur ki, Azərbaycan professional musiqi ənənəsi, rəngarlıq, heykəltəraşlıq və s.-nin inkişafı əsasən sovet dövrünə təsadüf etmişdir ki, bütün sahələrdə olduğu kimi sövet dövrü ədəbiyyatı və incəsənətimizdə dini obrazların tərənnümünə ümumi bir qadağa qoyulmuşdu. Hərçənd bizə məlumdur ki, Ü.Hacıbəyov “Şeyx Sənan” dramının motivləri əsasında opera yazıbmış, ancaq bəlli olmayan səbəblərdən indiyədək üzə çıxmamış qalır. H.Cavidin oğlu, istedadlı gənc bəstəkar Ərtoğrul Cavid də bu dram üçün musiqi bəstələyirmiş, deyilənə görə yarımçıq qalıb.

    İsa Məsihin incəsənət nümunələrində az da olsa yenidən tərənnümü Azərbaycanın milli müstəqilllik illərinə aiddir. Fərhad BədəlbəylininAvaMaria əsərini bu mənada musiqimizdə ilk nümunə saymaq olar. Rəngarlıqda İsa Məsihi canlandıran Azərbaycanın çox istedadlı rəssamı, həyatdan vaxtsız getmiş Ucal Haqverdiyev olub. Maraqlıdır ki, bu etnik Azərbaycanlı pravoslavlığı qəbul etmişdi və həyatının son illərində kilsə freskalarını da çəkirdi. Və belə bir rəssamın son dövrlərdə Azərbaycanda yaradıcılıq fəaliyyətini həm də əslində ölkənin əsrlərcə formalaşmış multikuralizm mühitinin maraqlı faktlarından saymaq lazım gəlir.

    Azərbaycan öz milli müstəqilliyini qazanandan sonra İsa Məsih obrazı bir daha poeziyaya qayıtmağa başlayır. Klassik poeziya nümunələrindən fərqli olaraq indiki şairlərin İsa Məsih təliminə müraciəti dövrün ağrı-acılarına sevgilə üstün gəlməyin zərurətini car çəkməklə bağlıdır. Görkəmli Azərbaycan şairi Vaqif Bayatlının bir şeirində olduğu kimi:

    Min ildi, milyon ildi
    Sənə sarı qaçıram
    ayaqlarım sevinir,
    yolum sevinir, Allah.
    hər gün Sənin Göyünə
    mismarlanır qollarım
    mismarlanır, dincəlir,
    qolum sevinir, Allah.
    Sevgin, yalnız sevgin var,
    qollarımın gözündə.
    Bəs nədən əzab gəzir,
    qolumu dəlib yaran
    mismarların üzündə?!..

    Sovetlərin vaxtilə qadağan etdiyi dini dəyərlərin milli müstəqillik dövründə bərpası zamanında belə şeirlər tamamilə yeni bir ovqatda multikulturalizmə xidmət edir. Müasir Azərbaycanın başqa bir şairi də bu mövzuda qələm çalıb. Bu, ölkədə xeyli populyar olan Ramiz Rövşəndir. Onun “Çarmıxdakı İsa” adlı bir şeiri var. Bu şerdə müəllifin İsa Məsihə münasibəti klassik Azərbaycan şairlərindən fərqli olaraq islam teologiyası ilə də səsləşmir, çünki müsəlmanlar çarmıxa çəkilən şəxsin İsa olduğuna inanmırlar, Quran-da yazıldığı kimi həmin şəxsin bir başqası olduğunu düşünürlər. Ramiz Rövşən isə xristianlıqda Ata-Oğul-Müqəddəs Ruh üçlüyü ilə assosiasiya yaradan misralarında belə deyir:

    Mən sənin oğlunam bu yer üzündə,
    həsrətinlə göyə çox baxdım, Allah.
    Axır ki, arzuma çatdım deyəsən,
    ayağım üzüldü torpaqdan, Allah.

    Daha yerlə göyün arasındayam,


    çarmıxa çəkilib qalmışam daha.
    Mismarlanıb ayaqlarım, əllərim,
    özüm öz tabutum olmuşam daha.

    Əlbəttə, şeirdə İsa Məsih ümumiləşmiş İnsan obrazıdır, yer kürəsindəki əzablardan qurtulub Tanrıya qovuşmağa can atan İnsan obrazı ki, poetik təcəssümünü İsada tapır. Və bu şeir dini şeir də deyil. Ancaq müsəlman oxucularına xristian teologiyası prizmasından xitab edən şair dini tolerantlığa da, multikultural mühitə də beləcə öz töhfəsini vermiş olur.

    Yeri gəlmişkən, Azərbaycanın milli müstəqillik illərində multikulturalizmə islam teologiyası baxımından da töhfə verənlər var. Onların arasında dini fikirdə islahatçı imici qazanmış, Quranın Azərbaycan dilinə tərcüməçilərindən biri Nəriman Qasımoğludur. Hazırda dinin tolerantlığın təbliğatçısı qismində fəaliyyət göstərən bu ilahiyyatçı-alimin “İsa Məsih”, “Yamanlığa yaxşılıq: Bibliya və Quran işığında” başlıqlı tədqiqatları, “İslamda etiqad azadlığı məsələsi” mövzusunda çoxsaylı məruzə və çıxışları dini durumda da multikultural ovqatın yayılmasına xidmət edir. Onun “Quranda və BibliyadaEkoteologiya Ümumilikləri” monoqrafiyası beynəlxalq dini və akademik çevrələrdə maraqla qarşılanmış, müəllifinə şöhrət qazandırmışdır.

    Mövzu 5


    Yüklə 1,13 Mb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   10   ...   13




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə