Multikulturalizmin mahiyyəti,yaranmasının obyektiv və subyektiv səbəbləri. Multikulturalizm



Yüklə 14,73 Kb.
tarix26.09.2018
ölçüsü14,73 Kb.
#70528

Multikulturalizmin mahiyyəti,yaranmasının obyektiv və subyektiv səbəbləri.

Multikulturalizm — Çox mədənilik, bir çox fərqli mədəniyyətin bir arada yaşadığı cəmiyyəti təyin edən sözdür.

O, ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Humanist və demokratik nəzəriyyə yaxud ideologiya olaraq multikulturalizm, tolerantlığın təcəssümüdür ki, onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil.



Multikulturalizmin cəmiyyətdə rolu Müasir multimədəni cəmiyyətlər kulturoloji strategiyalara əsaslanan düşünülmüş multukulturalizm siyasəti olmadan sabit inkişaf edə bilməzlər. Bunun sübutlarından biri Azərbaycan Respublikasının inkişafıdır ki, burada Azərbaycanın milli mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya olan müxtəlif xalqların nümayəndəlləri harmonik inkişaf edirlər. Multikulturalizmdən imtina etmək yaxşı heç nə vəd etmir, çünki bu, təəssüf ki, bütün dünyada getdikcə artan anlaşılmazlığa, fobiyaya, qarşıqoymaya və qarşıdurmaya, milli və dini münaqişələrə aparıb çıxaran yoldur.

Dünya ictimayyətinin son onilliklərdə etnik, etnomədəni məsələlərə artan diqqəti bir neçə amil ilə şərtlənir. Bu amillərdən biri dünyanın bir çox ölkələrində müxtəlif etnosların problemlərinin həllində yaranmış mürəkkəb vəziyyət olmuşdur. Gizlin deyil ki, elə bu gün də bir çox xalqların elementar hüquqları məhdudlaşdırılır və hətta onlar açıqcasına diskriminasiyaya məruz qalırlar. Belə bir şəraitdə, təsadufi deyil ki, dünya ölkələrinin bir çoxunun sosial-siyasi həyatında etnik amil rolunun kəskin artması müşahidə olunur. Bəzi ölkələrdə bu proseslər bölücü hərəkatların meydana çıxması, etnik milliyətçilik ideologiyasının güclənməsi ilə nəticələnmişdi. Sivilizasiyalar və mədəniyyətlərarası münasibətlər kontekstində insanlar, cəmiyyətlər arasında müəyyən problemlərin mövcudluğunu təsdiqləyən bir çox ölkələrin siyasi, intellektual elitaları və elmi dairələri eyni zamanda bu problemlərin həlli yollarının da axtarışındadırlar.
XX əsrdə bir çox ölkələrdə etnik siyasətin əsası kimi götürülmüş etnomədəni assimilyasiya doktrinasına alternativ olaraq, özündə vətəndaşların fərdi hüquqlarını və etnik birliklərin öz mədəni identikliklərini tanıtma hüquqlarını birləşdirən, multikulturalizm konsepsiyası meydana çıxmışdır. Onun nəzəriyyəçiləri C.Teylor, U.Kimliçka, B.Parekx və başqaları mədəni müxtəflik dialektikasına və identikliyə əsaslanırdılar. Multikulturalistlər israr edirdilər ki, “identiklik məkanından birgə istifadə etmənin alternativi yoxdur” və bundan çıxış edərək, siyasi millət çərçivəsində müxtəlif etnomədəni yönümlü qrupların və fərdlərin birgəyaşayışının mexanizmlərini təklif edirdilər. Onlar multikulturalizmi bu və ya digər kontekstə etno-mədəni müxtəlifliyi təzahür edən və fərdi, icma, bölgə, dövlət səviyyəsində bu müxtəlifliyi tənzimləyən ideyalar, qaydalar, qanunlar sistemi kimi qəbul edirlər. Bu sistemin (qabaqlar multikulturalizm adlanmasa da) təşəkkül tapma tarixçəsi, keçdiyi inkişaf mərhələlərinin təhlili multikulturalizm anlayışının dərk edilməsi üçün böyük əhəmiyyət kəsb edir.

Bir çox tədqiqatçıların fikrincə, nəzəri cəhətdən multikulturalizm XX əsrin 40-50-ci illərindən başlayaraq etnologiyada, mədəni və sosial antropologiyada geniş yayılmış mədəni relyativizm ideyalarına əsaslanır.Mədəni relyativizmə əsasən heç bir mədəniyyət başqalarından nə pisdir, nə də yaxşı. Mədəni rеlyаtivizmin əsаs idеyаsı müхtəlif хаlqlаr tərəfindən yаrаdılmış mədəniyyətlərin оnlаrın inkişаf səviyyəsindən аsılı оlmаyаrаq bərаbər hüquqlu hеsаb еdilməsidən ibаrətdir. Bu ideyadan irəli ––--gələrək, mədəni rеlyаtivizm tərəfdаrlаrı hesab edirlər ki, müхtəlif хаlqlаrın mədəniyyətləri müqаyisə еdilməzdir. Hər bir mədəniyyət yеrli şərаitə uyğunlаşmаq üsulu оlduğundаn, digərləri ilə еyni hüquqа mаlikdir
Yüklə 14,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə